Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1368/2023 28.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı – cavabdehlər Cavabdeh1 və X3 qarşı “cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı – cavabdehlər Cavabdeh1, X3 qarşı “cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ondan cinayət yolu ilə alınmış 500000 (beş yüz min) manat pul vəsaitinin Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1-1(093)-9/2022 saylı hökmü ilə müsadirə edilmiş əmlakı hesabına cavabdehlərdən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1-1(093)-9/2022 №li hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-nin) 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona CM-nin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təqsirli bilindiyi CM-nin 294.3, 341.2.1 və 341.2.3-cü maddələri ilə, həmin Məcəllənin 75.1.2- ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Eyni hökmlə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CMnin) 182.3.1, 182.3.2, 311.3.1, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona CM-nin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-cü maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.3 və 311.3.4-cü maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təqsirli bilindiyi CM-nin 341.2.1 və 341.2.3-cü maddələri ilə, həmin Məcəllənin 75.1.2-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.5- ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına CM-nin 66.3 və 66.4-cü maddələrinin tələblərinə uyğun qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən ona təyin edilmiş əsas və əlavə cəzalar qəti cəza müddətinə hesablanmaqla birinci hökmə əsasən 4 (dörd) il 1 (bir) ay 2 (iki) gün qismən çəkdiyi əsas və tam çəkdiyi əlavə cəza nəzərə alınmış, üzərində çəkilməmiş 7 (yeddi) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir Məhkəmənin həmin hökmü ilə aşağıda göstərilən əmlaklar: - xx.xx.2007-ci il tarixli çıxarışla X6 məxsus 482.000 manat dəyərində ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinin ½ hissəsi, - xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən X6 məxsus 400.000 manat dəyərində ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın ½ hissəsi, - xx.xx.2006-cı il tarixli çıxarışla X6 məxsus 214.000 manat dəyərində ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın ½ hissəsi, - xx.xx.2008-ci il tarixli çıxarışla X6 məxsus 26.240 manat dəyərində ünvan 4 ünvanında yerləşən 74.97 kv.m sahəsi olan daşınmaz əmlakın ½ hissəsi, - xx.xx.2005-ci il tarixli çıxarışla X3 məxsus 31.500 manat dəyərində ünvan 5 ünvanında yerləşən daşınmaz əmlak, - xx.xx.2007-ci il tarixli çıxarışla X3 məxsus 39.528 manat dəyərində ünvan 6 ünvanında yerləşən daşınmaz əmlak, - xx.xx.2012-ci il tarixli çıxarışla X10 məxsus 704.985 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən daşınmaz əmlak, xx.xx.2013-cü il tarixli çıxarışla X12 məxsus 650.719 manat dəyərində ünvan 7 ünvanında yerləşən 167.3 kv.m sahəsi olan daşınmaz əmlak, - xx.xx.2009-cu il tarixli çıxarışla X6 məxsus 535.653 manat dəyərində ünvan 8 ünvanında yerləşən 137.7 kv.m sahəsi olan daşınmaz əmlak, - xx.xx.2009-cu il tarixli çıxarışla X3 məxsus 770.609 manat dəyərində ünvan 9 ünvanında yerləşən 198.1 kv.m sahəsi olan daşınmaz əmlak, - xx.xx.2009-cu il tarixli çıxarışla X3 məxsus 35.000 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən 35 kv.m sahəsi olan daşınmaz əmlak (zirzəmi), xx.xx.2012-ci il tarixli çıxarışla X6 məxsus 1.452.000 manat dəyərində ünvan 10 ünvanında yerləşən 403.3 kv.m sahəsi olan daşınmaz əmlak, - xx.xx.2014-cü il tarixli çıxarışla X12 məxsus 257.172 manat dəyərində ünvan 11 ünvanında yerləşən 214.3 kv.m sahəsi olan daşınmaz əmlak, - xx.xx.2012-ci il tarixli çıxarışla X6 məxsus 37.600 manat dəyərində ünvan 12 ünvanında yerləşən daşınmaz əmlak, - xx.xx.2014-cü il tarixli çıxarışla X6 məxsus 1.305.240 manat dəyərində ünvan 13 ünvanında yerləşən 1087.7 kv.m sahəsi olan daşınmaz əmlak, - xx.xx.2012-ci il tarixli çıxarışla X6 məxsus 17.000 manat dəyərində ünvan 14 ünvanında yerləşən 197 kv.m sahəsi olan daşınmaz əmlak müsadirə edilmişdir. Müsadirə edilmiş əmlak hesabına ilk növbədə cinayət nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyan ödənilsin, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il 1-1(103)-1/2023 №li qərarı ilə Bakı Hərbi Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxslər Cavabdeh2 və Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Hərbi Məhkəməsində məhkəmə baxışı zamanı, mən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkmişəm və qanunla nəzərdə tutulan qaydada məhkəmənin hazırlıq iclasına iddia ərizəmi təqdim edə bilməmişəm. Odur ki, iş üzrə zərərçəkmiş şəxs tanınmağıma baxmayaraq, məhkəmənin yekun qərarı ilə mənə vurulmuş zərərin ödənilməsi hökm edilməmişdir. Hökmdən görünür ki (hökm: səh.18), Cavabdeh2 hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi Azərbaycan Respublikasının hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin rəisi vəzifəsində xidmət etdiyi dövrdə vəzifəli şəxs kimi qabaqcadan cinayət əlaqəsinə girib əlbir olduğu digər vəzifəli şəxslərlə mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən suiistifadə etmək, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla müntəzəm olaraq fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər çəkmişlərin müflisləşməsi, psixi təsirlərə və digər məhrumiyyətlərə məruz qalması, tələb olunan vəsaitin əldə edilməsi üçün ayrı-ayrı şəxslər və kommersiya bankları qarşısında külli miqdarda borc və kredit öhdəliklərinin yaranması, daşınar və daşınmaz əmlaklarını dəyərindən olduqca aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuş, hədəqorxu ilə tələb etmək yolu ilə qanunsuz üstünlük, yəni xeyli və külli miqdarda maddi sərvət əldə etmək üçün yaradılan sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşib zərərçəkmiş şəxslərin və onların yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərmək, barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə təkrarən ayrı-ayrı şəxslərin - özgələrin külli miqdarda əmlakını tələb etmiş, mütəşəkkil dəstə tərkibində qulluq mövqeyinə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları təkrarən saxtalaşdırmış, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) və qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü və üçüncü şəxslər olan mütəşəkkil dəstənin üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə təkrarən külli miqdarda maddi nemət olan pulu hədə-qorxu tətbiq etməklə rüşvət kimi istəyib almışdır. Belə ki (hökm: səh.19), o, qeyd edilən vəzifədə xidmət edərkən təkrarən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin 2-ci şöbəsinin rəisi Cavabdeh1 və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar 06 mart 2012-ci il tarixdə tabeliyində olan şəxs tərəfindən qəbul edilən qərarla "xxxx" ASC-nin müşahidə şurasının sədri X17 və qeyrilərinin barəsində CM-nin 178.3.1, 178.3.2 və digər maddələri ilə başlanıb ibtidai istintaqın aparılmasının dəstənin üzvü Cavabdeh1 həvalə edildiyi 919 №-li cinayət işi üzrə özünün göstərişi əsasında sonuncunun vasitəsilə 2012-ci ilin iyun ayından etibarən fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-nin təsisçisi X21 tək, iyul ayından etibarən isə sonuncunun biznes ortağı İddiaçı ilə birlikdə mütəmadi olaraq Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında yerləşən MTN-nin inzibati binasına çağırılmasını təmin edib onlarla hər hansı prosessual hərəkətlər aparılmadan "xxxx" ASC ilə bağlanmış xx.xx.2008 və xx.xx.2008-ci il tarixli kredit müqavilələri əsasında sahibkarlıq təyinatı üzrə Rauf Kərimovun təsisçisi olduğu “Bəzz”, “Faktum” və “Sağlam Rəqabət” və İddiaçı faktiki rəhbərlik etdiyi “Transalyans” və "xxxx" MMC-lərin adına götürdükləri cəmi 30.100.000 manat pul vəsaitini vəzifə səlahiyyətlərindən suiistifadə edib mənimsəməklə ələ keçirmələri barədə cinayət xarakterli məlumatları yəqinliklə bildiyinə görə barələrində cinayət təqibi başlayacağı, həbs qətimkan tədbiri seçdirəcəyi və məhkəmə tərəfindən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə nail olacağı ilə hədələyib sonuncuların xeyrinə edəcəyi qanunsuz hərəkətsizliyin, yəni cinayət prosessual qanunvericiliyinə əsasən törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatların qeydiyyata alınmasını təşkil, onlara baxılmasını təmin etməli olduğu halda və cinayət məsuliyyətinə cəlb olunmaları üçün kifayət qədər sübutlar olmasına baxmayaraq, cinayət təqibinin başlanılmaması müqabilində Rauf Kərimov və İddiaçı həm şəxsən öz xidməti kabinetində, həm də tabeliyində olan şəxsin və dəstənin üzvü Cavabdeh1 vasitəsilə sonuncuların xidməti kabinetlərində hər birindən külli miqdar təşkil edən 500.000 manat olmaqla cəmi 1.000.000 manat məbləğində nağd pulu birbaşa yolla rüşvət kimi istəyərək, dəstənin üzvü Cavabdeh1 vasitəsilə 29 sentyabr 2012-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində, MTN-nin inzibati binasının arxa giriş qapısının yaxınlığında İddiaçı və Rauf Kərimovun birlikdə gətirdikləri külli miqdar təşkil edən 200.000 manat, 2012-ci ilin oktyabr – noyabr ayları ərzində eyni ünvanda üç ayrı görüş zamanı müvafiq olaraq 300.000 manat, 200.000 manat və 200.000 manat, habelə tabeliyində olan şəxsin vasitəsilə 2012-ci ilin noyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə eyni ünvanda 100.000 manat, cəmi 1.000.000 manat məbləğində nağd puldan ibarət rüşvəti vahid niyyətlə qəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə tabeliyində olan şəxs, Cavabdeh1 və digərləri ilə arasında bölərək, Rauf Kərimov və İddiaçı barələrində hər hansı cinayət təqibi aparmamaqla sonuncuların eyni əmələ görə barələrində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində xx.xx.2014-cü il tarixdə cinayət işi başlanılmaqla cinayət təqibi aparılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 178.3.2, 179.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunan vaxta qədər cinayət məsuliyyətindən kənarda qalmalarına səbəb olmaqla, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin və hərəkətsizliyin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və vasitəçidən istifadə etməklə külli miqdarda rüşvəti təkrarən hədə-qorxu tətbiq etməklə istəyərək almış, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əkskəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə Rauf Kərimov və İddiaçı hüquqlarına və qanuni mənafelərinə sonuncuların və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Hökmdən görünür ki (hökm: səh.48), Cavabdeh1 hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi Azərbaycan Respublikasının hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin İbtidai İstintaq İdarəsinin 2-ci şöbəsinin rəisi vəzifəsində xidmət etdiyi dövrdə vəzifəli şəxs kimi qabaqcadan cinayət əlaqəsinə girib əlbir olduğu digər vəzifəli şəxslərlə mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən müntəzəm olaraq sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, həmçinin fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yəni zərər çəkmişlərin müflisləşməsi, psixi təsirlərə və digər məhrumiyyətlərə məruz qalması, tələb olunan vəsaitin əldə edilməsi üçün ayrı-ayrı şəxslər və kommersiya bankları qarşısında külli miqdarda borc və kredit öhdəliklərinin yaranması, daşınar və daşınmaz əmlaklarını dəyərindən olduqca aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuş, hədə-qorxu ilə tələb etmək yolu ilə qanunsuz üstünlük, yəni külli miqdarda maddi sərvət əldə etmək üçün yaradılan sabit cinayətkar qrupda mütəşəkkil dəstədə birləşib zərər çəkmiş şəxslərin və onların yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərmək, barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə külli miqdarda ayrıayrı şəxslərin əmlakını hədə-qorxu ilə tələb edib almış, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətə və hərəkətsizliyə görə özü və üçüncü şəxslər - mütəşəkkil dəstənin üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə külli miqdarda maddi nemət olan pulu hədəqorxu tətbiq etməklə rüşvət kimi istəyib almışdır. Belə ki (hökm: səh.49), o, Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” xx.xx.1995-ci il tarixli 1030 nömrəli, “Hərbi vəzifə və və hərbi xidmət haqqında” xx.xx.2011-ci il tarixli 274-İVQ nömrəli Qanunlarına əsasən hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi 2005-ci ilin iyul ayından 29 oktyabr 2015-ci il tarixədək hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin İbtidai İstintaq İdarəsinin 2-ci şöbəsinin rəisi vəzifəsində işləyərkən CPM-nin 85ci maddəsinə əsasən cinayət təqibini həyata keçirərkən qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul etmək, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək səlahiyyətlərinə malik vəzifəli şəxs kimi cinayət əlaqəsinə girməklə tabeçiliyində olduğu ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Cavabdeh2 və digər şəxslərlə vəzifəsinin və xidmətdə olduğu qurumun milli təhlükəsizliyin təmin olunması, səlahiyyətləri daxilində cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması məqsədilə kəşfiyyat, əkskəşfiyyat, əməliyyat-axtarış və digər tədbirləri planlaşdırmaq, həyata keçirmək və bununla bağlı məsələləri həll etmək, kəşfiyyat, əkskəşfiyyat tədbirlərinin keçirilməsi ilə bağlı müəyyən edilmiş qaydada qeyri-aşkar üsul və vasitələrdən istifadə etmək, habelə Azərbaycan Respublikasına qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti aparan xarici xüsusi xidmət orqanlarına və təşkilatlara nüfuzetməni həyata keçirmək, səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə istintaq və digər prosessual hərəkətləri həyata keçirmək və sair səlahiyyətlərindən yararlanıb müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etmək, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaq, hədə-qorxu tətbiq etməklə rüşvət almaq yolu ilə qanunsuz üstünlük, yəni külli miqdarda maddi sərvət əldə etmək üçün yaradılan sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşib mütəşəkkil dəstə tərkibində üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar 06 mart 2012-ci il tarixdə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin digər əməkdaşının qəbul etdiyi qərarla "xxxx" ASC-nin müşahidə şurasının sədri X17 və qeyrilərinin barəsində CM-nın 178.3.1, 178.3.2 və digər maddələri ilə başlayıb ibtidai istintaqın aparılmasını ona həvalə etdiyi 919 №-li cinayət işi üzrə bilavasitə rəisi olan mütəşəkkil dəstənin üzvü Cavabdeh2 göstərişi əsasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin digər əməkdaşı ilə birlikdə 2012-ci ilin iyun ayından etibarən fərdi qaydada sahibkarlıq fəaiyyəti ilə məşğul olan "xxxx" MMC-nin təsisçisi X21 tək, iyul ayından etibarən isə sonuncunun biznes ortağı İddiaçı ilə birlikdə mütəmadi olaraq Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında yerləşən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasına çağırılmasını təmin edib onlarla hər hansı prosessual hərəkətlər aparılmadan "xxxx" ASC ilə bağlanmış xx.xx.2008 və xx.xx.2008-ci il tarixli kredit müqavilələri əsasında sahibkarlıq təyinatı üzrə Rauf Kərimovun təsisçisi olduğu “Bəzz”, “Faktum” və “Sağlam Rəqabət” və İddiaçı faktiki rəhbərlik etdiyi “Transalyans” və "xxxx" MMC-lərin adına götürdükləri cəmi 30.100.000 manat pul vəsaitini vəzifə səlahiyyətlərindən suiistifadə edib mənimsəməklə ələ keçirmələri barədə cinayət xarakterli məlumatları yəqinliklə bildiyinə görə barələrində cinayət təqibi başlayacağı, həbs qətimkan tədbiri seçdirəcəyi və məhkəmə tərəfindən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə nail olacağı ilə hədələyib sonuncuların xeyrinə edəcəyi qanunsuz hərəkətsizliyin, yəni cinayət prosessual qanunvericiliyinə əsasən törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatların qeydiyyata alınmasını təşkil, onlara baxılmasını təmin etməli olduğu halda və cinayət məsuliyyətinə cəlb olunmaları üçün kifayət qədər sübutlar olmasına baxmayaraq, cinayət təqibinin başlanılmaması müqabilində Rauf Kərimov və İddiaçı həm dəstə üzvləri Cavabdeh2 və ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin digər əməkdaşı vasitəsilə sonuncuların xidməti kabinetlərində, həm də şəxsən öz xidməti kabinetində hər birindən külli miqdar təşkil edən 500.000 manat olmaqla cəmi 1.000.000 manat məbləğində nağd pulu birbaşa yolla rüşvət kimi istəyərək, 29 sentyabr 2012-ci il tarixdə , saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasının arxa giriş qapısının yaxınlığında İddiaçı və Rauf Kərimovun birlikdə gətirdikləri külli miqdar təşkil edən 200.000 manat, 2012-ci ilin oktyabr – noyabr ayları ərzində eyni ünvanda üç ayrı görüş zamanı müvafiq olaraq 300.000 manat, 200.000 manat və 200.000 manat, habelə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin digər əməkdaşının vasitəsilə 2012-ci ilin noyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə eyni ünvanda 100.000 manat, cəmi 1.000.000 manat məbləğində nağd puldan ibarət rüşvəti vahid niyyətlə qəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstə üzvü Cavabdeh2 və digərləri ilə arasında bölərək, Rauf Kərimov və İddiaçı barələrində hər hansı cinayət təqibi aparmamaqla sonuncuların eyni əmələ görə barələrində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində xx.xx.2014-cü il tarixdə cinayət işi başlanılmaqla cinayət təqibi aparılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 178.3.2, 179.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunan vaxta qədər cinayət məsuliyyətindən kənarda qalmalarına səbəb olub vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin və hərəkətsizliyin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə istəyərək almış, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə Rauf Kərimov və İddiaçı hüquqlarına və qanuni mənafelərinə sonuncuların və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Hökmdən görünür ki (hökm: səh.149), 2012-ci ilin sentyabr – noyabr aylarında X25 və İddiaçı Cavabdeh2, Cavabdeh1 və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində hədə-qorxu tətbiq olunmaqla külli miqdarda rüşvət tələb edilməsi və alınması epizodu üzrə toplanmış sübutlardan görünür ki, zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş X25 ifadələrində bildirmişdir ki, 2000ci ilədək prokurorluq orqanlarında xidmət etmiş və öz ərizəsi əsasında işdən çıxaraq sərbəst biznes fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Bu biznes fəaliyyəti ilə əlaqədar öz qazancı hesabına 2002-2003-cü illər ərzində Türkiyə vətəndaşı və Bakıda tanınmış iş adamı Əli Evsen adlı biznesmendən sonuncunun işçisi İlqar Həsənovun adına sənədləşmiş «Çinar» adlı dükanı, eləcə də Artyom adlı qaynının adına olan «Sovetski» adlanan ərazidə 1 saylı hamamı, Bakı şəhəri 1 saylı taksi parkının ərazisini, H.Əliyev prospektindəki «Kosmos» adlı mağazanı, hazırki «Kral» mebel dükanı və İçərişəhər ərazisində 4 mərtəbəli yaşayış binasını, eləcə də Əmlak Komitəsinin hərracı zamanı «Bakı» mehmanxanasını da satın almış, həmçinin biznes fəaliyyətini sement satışı sahəsinə yönəldərək öz aldığı 120 ədəd «Kamaz» markalı yük avtomaşınları vasitəsi ilə Qaradağ sement zavodundan, yəni “Holçim” şirkətindən Bakı və ətraf ərazilərdəki mağazalara və tikinti obyektlərinə sementin daşınmasını təşkil etmiş, daşıma işi ilə əlaqədar 2008-ci ildə İddiaçılə tanış olduqdan sonra birlikdə işləyib özlərinə məxsus «Bəzz», «Sağlam rəqabət», «Faktum», "xxxx" kimi şirkətlər vasitəsi ilə fəaliyyət göstərmişlər. Biznesin inkişafı üçün 30 dekabr 2008-ci il tarixdə şirkətlərin adından müvafiq girovları, eləcə də ona məxsus «Bakı» mehmanxanasını girov qoymaqla "xxxx" ASC-dən 30.000.000 manat məbləğində uzunmüddətli kredit götürmüşlər və 2009-2011-ci illər ərzində həmin banka götürülən kreditin həcmindən artıq məbləğdə ödənişləri həyata keçirmişlər. 2012-ci ilin mart ayının ortalarında "xxxx" ASC-nin rəhbəri Etibar Əliyev MTN tərəfindən həbsə alındıqdan sonra 2012-ci ilin may ayında MTN istintaq Baş idarəsinin şöbə rəisi Cavabdeh1 Cavidanın və onun mobil telefonlarına zəng vurmaqla onları MTNnə çağırmış, həmin vaxt Cavidan Türkiyədə olduğuna görə o, MTN-nə tək gedəsi olmuş, may-iyun ayları ərzində Cavabdeh1 onu demək olar ki, hər gün MTN-nə çağırıb öz xidməti otağında ondan "xxxx" ASC-dən krediti necə, kimin vasitəsilə götürdükləri, Etibar Əliyevə rüşvət verib-vermədikləri, krediti nəyə xərclədikləri barədə ifadələr almışdır. Söhbət zamanı ancaq eyni qaydada, yəni guya ki, "xxxx"-dan götürdükləri 30 milyon krediti təyinatı üzrə istifadə etmədiklərinə görə həbs edilmək təhlükəsi ilə hədələnmiş, sonradan isə Cavidan da ölkəyə qayıdandan sonra Cavabdeh1 onların ikisini birlikdə MTN-nə çağırıb həbs olunmamaq müqabilində onlardan 1 milyon manat pul tələb etmiş, həmçinin bunu rəisinin göstərişi ilə tələb etdiyini demişdir. Onlar girov qoymaqla pulu kredit formasında götürdüklərini, aldıqlarından artıq ödəniş etdiklərini, bankın pulunu mənimsəmədiklərini və danmadıqlarını, müqavilədə nəzərdə tutulan qaydada ödənişlər etdiklərini, banka verdikləri pulların dəbbə pulu və faiz kimi silinməsi ilə əlaqədar banka aralarında məhkəmə işindən başqa problemləri olmadığını desələr də Vüsal pulları dərhal ödəməyi tələb etmiş, həmçinin onlar heç bir cinayət etmədiklərini bildirib Vüsala pulun verilməsi ilə razılaşmadıqları üçün bir neçə dəfə Vüsal onu və Cavidanı İstintaq Baş idarəsinin rəis müavini Təhsin Ağayevin də xidməti otağına aparmış, Təhsin də eyni məzmunda 1 milyon manat pulu verməli olduqlarını, əks halda rəhbərliyin (idarə rəisi Cavabdeh2) göstərişi ilə həbs ediləcəklərini demişdir. Onlar sonda məcbur olub razılaşsalar da, pulun verilməsi deyilən vaxtdan bir qədər gecikdiyi üçün yenidən MTN-nə çağırılmışlar və bu dəfə Təhsin onu Vüsalın otağından özü ilə Cavabdeh2 otağına aparmış, Cavidan isə Vüsalın otağında qalmışdır. Mövlam otaqda ayaqüstə dayamış və o, həmin ərəfələrdə MTN nazirinə öz məsələsini həll etmək üçün xahişə 8 çıxacağını söz gəlişi dediyi üçün Mövlam sanki onun həmin mövqeyini sındırmaq məqsədilə “bu məsələlər hamısı məruzə olunub, son söz deyilib, 1 milyon manatı çatdırmalısız” demişdi. Kreditlə bağlı "xxxx" ASC ilə münasibətlərini Mövlama da ətraflı izah edərək məhkəmənin qərarını gözləməyi təklif etdikdə Mövlam “sabah vəkillərinizlə gəlin, həbs olunacaqsınız” demişdir. Bundan sonra o, demək olar ki, danışmamış və sonra Təhsin onu geri Vüsalın otağına aparmış, o, Vüsalın otağında Cavidana artıq qəti olaraq tələb olunan pulu verməli olduqlarını bildirmişdir. Onlar Vüsaldan pulu hissə-hissə ödəmək üçün vaxt istəmiş və sonuncu razılaşmışdır. Bundan sonra pul axtarmağa başlamışlar. Həmin ərəfədə "xxxx" ASC-dən sahibkarlıq fəaliyyətinə yönəltmək məqsədilə 650.000 manat kredit də götürmüş, həmin puldan 220.000 manatını MTN-nə tələb olunan pulu verməkdə istifadə etmiş, belə ki, həmin pulu 200.000 manat olaraq bir dəfə vermiş, sonra da qalan 20.000 manatı isə gələn dəfə tamamlayıb tam olaraq vermişdir. Bundan əlavə o, "xxxx" ASC-dən 180 - 200.000 manat kredit götürüb təminatı kimi özünə məxsus "xxxx" MMC-ni (Bünyad Sərdarov küçəsində yerləşən restoranı) girov qoymuş, bundan sonra “Mercedes S350” markalı 10-**- 798 dövlət qeydiyyat nişanlı avtomobili öz adına alıb eyni tarixdə “Atrabank ASC”-nin həmin dövrdəki sədri Elmixan Nəbiyevin adına alqı-satqı ilə, lakin ödəmə olmadan qeydiyyata salmışlar, həmin avtomobilin qarşılığında isə “Atrabank ASC”-dən həmin ərəfədə 100.000 manat pul kredit ayrılmışdır, həmin kreditin təminatı sənəd üzərində görünməsə də faktiki olaraq həmin avtomobil çıxış etmişdir. Cavidan da öz firmalarının adına 500.000 manat kredit götürmüşdür. Həmin pulları onlar cəmi beş dəfəyə olmaqla dörd dəfə Cavabdeh1, bir dəfə də Mövlamın müavini Təhsin Ağayevə şəxsən vermişlər. Onlar Vüsala ilk olaraq 200.000 manat, ardınca 300.000 manat, daha sonra 200.000 manat və 200.000 manat vermişlər, son dəfə isə Vüsalın tapşırığı əsasında Təhsin onlardan axırıncı 100.000 manat pulu almışdır.Hər dəfə Vüsal pulları almaq üçün ya onun, ya da Cavidanın mobil nömrəsinə öz mobil telefonundan zəng vurub vaxtı və yeri şərtləşdirmiş, bütün hallarda pulları MTN-nin inzibati binasının arxa girişinin qarşısında və MTN-nin poliklinikasının qarşısında almışlar. Cavidan bütün hallarda pulların verilməsində iştirak etmiş, o, isə 1, yaxud 2 dəfə Cavabdeh1 pulun verilməsində iştirak etməmiş, lakin birinci dəfə Cavabdeh1 pulun verilməsində və sonuncu dəfə Təhsin Ağayevə pulun verilməsində dəqiq Cavidan ilə birlikdə iştirak etmişdir. Hətta, birinci dəfə dəqiq olaraq Cavidan "xxxx"dan 200.000 manat pul kreditə götürdükdən sonra Cavidanla birlikdə MTNnə gedib pulu Vüsala vermişlər. Qalan hallarda pulun verilmə tarixləri və detalları uzun müddət keçdiyinə görə dəqiq xatırlaya bilməmişdir. 27 mart 2014cü ildə Baş Prokurorluq onu və Cavidanı "xxxx" ASC-yə olan kredit borclarına görə həbs etmiş, lakin Baş Prokurorluq tərəfindən istintaq aparılanda MTN-də onların barəsində heç bir sənədləşmə aparılmadığı müəyyən olunmuşdur. Halbuki, Vüsal onun iştirakı ilə dindirmə istintaq hərəkəti aparıb ona imzalatmışdır, həmçinin, onun və Cavidanın əməllərində hər hansı cinayət olmadığını Cavabdeh1, Təhsin Ağayev və Cavabdeh2 yaxşı bildiklərinə görə məhz məqsədli şəkildə onların qeydiyyatsız olaraq inzibati binaya girişini təşkil etmişlər, çünki onlar dəfələrlə həmin ərəfədə MTN-nin inzibati binasında olmuşlar, hər dəfə o da, Cavidan da şəxsiyyətini təsdiq edən sənədləri, o cümlədən mobil telefonlarını girişdə komendaturaya təqdim etdikdən sonra içəri keçmişlər, orada sənədləşmə aparıldığını zənn etmişlər, lakin onlara hər hansı qəbz və s. sənəd verilməmişdir, ona görə də onların qeydiyyatının aparılmamasının başqa izahı yoxdur. Hökmdən görünür ki (hökm: səh.151), ibtidai istintaqda keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərər çəkmiş şəxs Rauf Kərimov ifadəsində Cavabdeh1 Təhsin Ağayevlə birlikdə onu və İddiaçı dəfələrlə MTN-nə çağırıb onları həbs edəcəkləri ilə hədələyərək 1.000.000 manat pul tələb etmələri, sonda Təhsin Ağayevin onu Cavabdeh2 otağına aparması və Cavabdeh2 onu xidməti kabinetində qəbul edərək “bu məsələlər hamısı məruzə olunub, son söz deyilib, 1 milyon manatı çatdırmalısız” deməsi, məcbur olub həmin pulu vermələri barədə göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Cavabdeh2 üzünə qarşı səsləndirərək bir daha təsdiq etmişdir. 9 Hökmdən görünür ki (hökm: səh.151), ibtidai istintaqda keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərər çəkmiş şəxs Rauf Kərimov ifadəsində Cavabdeh1 Təhsin Ağayevlə birlikdə onu və İddiaçı dəfələrlə MTN-nə çağırıb onları həbs edəcəkləri ilə hədələyərək 1.000.000 manat pul tələb etməsi, daha sonra Cavabdeh2 də ondan həmin məbləği verməsini tələb etməsi, məcbur qalıb hissə-hissə olmaqla beş dəfəyə həmin pulu Vüsal və Təhsinə vermələri barədə göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Cavabdeh1 üzünə qarşı səsləndirərək bir daha təsdiq etmişdir. Hökmdən görünür ki (hökm: səh.151), zərər çəkmiş şəxs qismində tanınmaqla dindirilmiş İddiaçı ifadələrində bildirmişdir ki, "xxxx" şirkətinin adından ölkəyə Türkiyədən və digər ölkələrdən sement və onun qlinker adlanan xammalının gətirilməsi ilə məşğul olarkən 2008-cu ilin noyabr ayından başlayaraq X25 da onunla birlikdə işləməyə başlamış, Raufun da «Bəzz», «Sağlam rəqabət», «Faktum» kimi şirkətləri olmuşdur. Biznes fəaliyyətinin inkişafı üçün 30 dekabr 2008-ci ildə "xxxx" ASC-dən qeyd edilən şirkətlərin adından müvafiq girovları, eləcə də Raufa məxsus «Bakı» mehmanxanasını girov qoymaqla 30.000.000 manat məbləğində uzunmüddətli kredit götürmüşlər. 2012-ci ilin mart ayının ortalarında "xxxx" ASC-nin rəhbəri Etibar Əliyev MTN tərəfindən həbs olunduqdan sonra 2012-ci ilin may ayında həmin nazirliyin istintaq Baş idarəsinin şöbə rəisi Cavabdeh1 tərəfindən Rauf çağırılmış, həmin vaxt o, Türkiyədə olmuş və avqust ayında ölkəyə qayıtmışdır. MTN-nin çağırışı üzrə demək olar ki, 2-3 ay ərzində hər gün Cavabdeh1 yanına gedəsi olmuş, Vüsal onu və Raufu hər gün çağırıb dindirmiş, "xxxx" ASC-dən krediti necə, kimin vasitəsilə götürmələri, Etibar Əliyevə rüşvət verib-vermədikləri, krediti nəyə xərclədikləri barədə soruşub ifadələrə yazmışdır. Cavabdeh2 əyani olaraq tanımamış, xidməti kabinetində olmamışdır, ondan əvvəl Vüsal Raufdan onları həbs etməmək müqabilində 1.000.000 manat pul tələb etmiş, lakin razılıq almaqdan ötrü demək olar ki, hər gün Vüsal tərəfindən MTN-nə çağırılmış, onlarla gah 10- 15 dəqiqə, gah da saatlarla gözlədib danışmış və 1.000.000 manat pulu verməyə razılığı almaq üçün onları hədələmiş, həyəcanlandırmağa, qorxutmağa çalışmış, Rauf ilə müqayisədə o, daha çox dirənib etiraz etmiş, Vüsal onlara qarşı hədəni artırmaqla razılıqlarını almaq üçün təxminən 3-4 dəfə Təhsin Ağayevin otağına aparmış, Təhsin Vüsalın iştirakı ilə hər dəfə onları qəbul edərək hədə-qorxu gəlmiş, dəfələrlə 1.000.000 manat pulu vermək lazım olduğunu, əks halda onları həbs edəcəklərini demiş, bir dəfə Təhsin öz otağından Cavabdeh2 zəng vurub “bunlar deyilən məbləği hələ düzəltməyiblər” deyə məruzə etmişdir. Təhsin xatırlamadığı tarixlərdə onun istifadəsində olan mobil nömrələrlə əlaqə saxlayaraq pulu hazırlayıb verməyi, razılaşmağı, rəhbərliyin xəbər gözlədiyini, əks halda onları həbs edəcəklərini demiş, sonda Təhsin və Vüsalın tələbi ilə razılaşmağa məcbur olmuşlar, lakin pulun verilməsini gecikdirdiklərinə görə, daha doğrusu vermək istəmədiklərinə görə sonda X27 otağından Raufu birbaşa Cavabdeh2 xidməti kabinetinə aparmış, təxminən 15 dəqiqə sonra Təhsin yenidən Rauf ilə birlikdə Vüsalın otağına qayıdanda Rauf “pulu düzəldib verməsək, axırımız yaxşı olmayacaq, Mövlam dedi ki, 1 milyonu verməsəniz ikinizi də həbs etdirib çürüdəcəyəm” demişdir. Onlar məcbur olub razılaşmışlar, amma Vüsaldan pulu hissə-hissə vermək üçün vaxt istəmişlər. Vüsal da razılaşmışdır. 2012-ci ilin sentyabr - noyabr ayları ərzində Rauf "xxxx" ASC-dən və "xxxx" ASC-dən 500.000 manat kredit almış, o isə "xxxx" ASC-dən həmyerlisi və sürücüsü X8 adına 200.000 manat kredit götürmüş, həmin ərəfələrdə xatırlamadığı yaxınlarının və ya qohumlarının adına aldığı «X29», «Lexus» və «X37 Rover» markalı, qeydiyyat nişanlarını xatırlamadığı avtomobillərindən ikisini sürücüsü Elmir və qardaşı Coşqunun vasitəsilə satmaqla da 250.000 manat, cəmi 500.000 manat düzəltmişdir. Bu pulları almaq üçün Vüsal ya onun, ya da Raufun mobil nömrəsinə zəng vurmuş, onlar da Vüsalın dediyi kimi öz maşınları ilə MTN-nin inzibati binasının arxa girişinin qarşısında və MTN-nin poliklinikasının qarşısında gözləmişlər, Vüsal gəlib maşına əyləşib pulları aldıqdan sonra gedirmiş, pullar adətən 100-lük əskinaslardan ibarət bağlamalarda və salafan torbada olmuşdur. Həmçinin, onlar Vüsala ilk olaraq 200.000 manat, ardınca 300.000 manat, daha 10 sonra 200.000 manat və 200.000 manat verdik, son dəfə isə Vüsalın tapşırığı əsasında Təhsin onlardan 100.000 manat pulu MTN-nin arxa tərəfində almışlar. Pulun verilməsində bütün hallarda o, iştirak etmiş, Raufun isə pulun verilməsində hər dəfə iştirak edibetmədiyini xatırlamır. Həmçinin, birinci dəfə pulun verilməsi epizodunu dəqiq xatırlayır, belə ki, "xxxx"dan 200.000 manat pul kredit götürülməsi barədə müqavilə bağlandıqdan bir gün sonra yəni xx.xx.2012-ci il tarixdə günorta saatlarınadək bankda gedib 200.000 manat pulu götürüb birbaşa MTN-nin yan tərəfinə aparıb Vüsala vermişdir. Həmin görüşdə Raufun da iştirak edib-etmədiyini xatırlamır. 27 mart 2014-cü ildə Baş Prokurorluq onu və Raufu "xxxx" ASC-yə olan kredit borclarına görə həbs etmiş, lakin Baş Prokurorluq tərəfindən istintaq aparılanda MTN-də onların barəsində heç bir sənədləşmə aparılmadığı müəyyən olunmuşdur. Halbuki, Vüsal onun iştirakı ilə dindirmə istintaq hərəkəti aparıb ona imzalatmışdır, həmçinin, onun və Raufun əməllərində hər hansı cinayət olmadığını Cavabdeh1, Təhsin Ağayev və Cavabdeh2 yaxşı bildiklərinə görə məhz məqsədli şəkildə onların qeydiyyatsız olaraq inzibati binaya girişini təşkil etmişlər, çünki onlar dəfələrlə həmin ərəfədə MTN-nin inzibati binasında olmuşlar, hər dəfə o da, Rauf da şəxsiyyətini təsdiq edən sənədləri, o cümlədən mobil telefonlarını girişdə komendaturaya təqdim etdikdən sonra içəri keçmişlər, orada sənədləşmə aparıldığını zənn etmişlər, lakin onlara hər hansı qəbz və s. sənəd verilməmişdir, ona görə də onların qeydiyyatının aparılmamasının başqa izahı yoxdur. Hökmdən görünür ki (hökm: səh.152), ibtidai istintaqda keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərər çəkmiş şəxs İddiaçı ifadəsində Cavabdeh1 Təhsin Ağayevlə birlikdə onu və Rauf Kərimovu dəfələrlə MTN-nə çağırıb onları həbs edəcəkləri ilə hədələyərək 1.000.000 manat pul tələb etməsi və hissəhissə olmaqla beş dəfəyə həmin pulu onlardan almaları barədə göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Cavabdeh1 üzünə qarşı səsləndirərək bir daha təsdiq etmişdir. Hökmdən görünür ki (hökm: səh.152), ibtidai istintaqda şahid qismində dindirilmiş X13 ifadələrində bildirmişdir ki, İddiaçı 2010-cu ildən tanımış, həmin ildən İddiaçı onu qeyrirəsmi qaydada özünə sürücü götürmüş, münasibətləri həmişə səmimi olmuşdur. Cavidana sürücülük etməyə başlayanda sonuncu Rauf Kərimov adlı biznesmenlə şərikli işləyib sement istehsalı üçün klinker adlanan xammal alıb-satmaqla məşğul olmuşdur. 2012-ci ilin avqust ayında Cavidan bir neçə dəfə həm tək, həm də Raufla birlikdə Milli Təhlükəsizlik Nazirliyinə gedib-gəlməyə başlamış, o da sürücü kimi Cavidanı MTN-nə, bir-iki saatdan sonra isə oradan çıxanda evə yaxud ofisə aparmışdır. Həmin ərəfələrdə İddiaçı ailə sürücüsü olduğuna görə münasibətləri çox yaxşı olmuş və özünün danışmasına əsasın MTN-də Vüsal adlı müstəntiqin və Mövlam adlı idarə rəisinin ondan və Raufdan bir milyon dollar pul tələb etdiklərini bilmişdir, hər dəfə İddiaçı MTN-dən çıxandan sonra yolboyu kefsiz halda banka olan borcu verə bilmədiklərinə görə MTN-də onları həbs etməklə hədələdiklərini demiş, hətta MTN-nə girəndə İddiaçı öz mobil telefonu, pul qabını avtomobilə qoyur, saatını açır və hər girişdə həbs olunmağı gözə aldığını dilinə gətirmişdir. Onların münasibətləri yaxın olduğuna görə o, MTN-dən tələb olunan pulun toplanmasında xüsusilə yaxından iştirak etmiş, avtomobilləri satıldıqdan sonra isə İddiaçı onun avtomobil ilə hərəkət etmişdir. 2012-ci il sentyabr ayının sonlarında Cavidan onunla birlikdə "xxxx" adlı bankın Bakı şəhəri, R.Behbudov küçəsində yerləşən baş ofisinə getmiş, ona «bankdan sənin adına 200 min manat kredit götürməliyik, mənə lazımdır, götürə bilməsəm məni tuta bilərlər» demiş və Cavidandan bir söz soruşmadan razı olub bütün sənədləşmələrə imza atmış, nəticədə Cavidan bankdan onun adına 200 min manat məbləğində krediti götürmüşdür, lakin kreditin nağd yaxud başqa formada götürülməsini bilməmiş, çünki həmin pulu görməmişdir. Cavidan ona krediti konkret olaraq hansı məqsədlə götürməsini deməsə də sonuncunun sözlərindən pulun məhz MTN-dən tələb edildiyini anlamışdır. Həmçinin, kredit götürülən ərəfədə Cavidan özünün avtomaşınlarını da satmış, o cümlədən «X29» və «Lexus» markalı təzə maşınları onun qardaşı Coşqunun köməkliyi ilə satmışdır. Krediti götürəndən sonrakı günlərdə Cavidan və Raufun MTN-nə gedib-gəldiklərini görmüş, çünki Cavidanı sürücü kimi oraya özü aparmış, Raufun da 11 öz avtomaşını ilə oraya gəlməsini müşahidə etmişdir. 2012-ci ilin oktyabrnoyabr aylarında dəqiq xatırlamadığı tarixdə saat 14-15 radələrində İddiaçı tələb olunan pulu vermək üçün MTNnə aparmış, MTN-nin arxa tərəfindən avtomobili dayandırmış və Cavidan avtomobildən düşüb kənarda dayanmış Raufun cip markalı markasını xatırlamadığı avtomobilinə əyləşmiş, onların arasında 7-8 metr məsafə olmuş, Cavidan avtomobildən düşəndə həmçinin əlində tünd rəngli içində dəri materialdan olan camadanı da olmuş, içinə pul qoyduğunu görməsə də bilmişdir ki Cavidan pul daşıyanda həmişə həmin çamadanda daşımış, təxminən yarım saat orada avtomobildə əyləşib gözləmiş, Cavidanın özü ilə oraya pul ilə gəldiyini və tələb olunan pulun bir hissəsini gətirdiyini əvvəlcədən danışığından bilsə də başı qarışdığına görə Rauf və Cavidanın hərəkətlərini, pulun hansı şəraitdə veriləcəyi maraqlı olmadığına görə həmçinin ayıb bildiyi üçün gözünü İddiaçı üzərində saxlayıb izləməmiş, əksinə özünü görməməzliyə vurmuşdur. 2016-cı ilin iyun ayının sonlarında Cavidan həbsdə olduğu yerdə görüş zamanı ona «yadındadırmı, sənin adına 200 min manat kredit götürmüşdük, həmin pulu Milli Təhlükəsizlik Nazirliyinə vermişdim, indi müstəntiq səni çağırıb bu barədə dindirəcək, sən də olduğu kimi həqiqəti danışarsan» demişdir. Hökmdən görünür ki (hökm: səh.153), məhkəmədə şahid qismində dindirilmiş X11 bildirmişdir ki, 2010-cu ildə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı ilə tanış olmuş, İddiaçı özünün şəxsi sürücüsü kimi fəaliyyət göstərmiş, qardaşı Elmir Muxtarov isə İddiaçı ailəsinin sürücüsü kimi fəaliyyət göstərmişdir. İddiaçı mülayim, sadə insan olduğuna görə onunla yol gedərkən sürücüsü kimi deyil həmişə “qardaşı oğlu” kimi münasibət göstərib adətən yolboyu onunla danışmış, İddiaçı məhkum həyatı yaşadığı dövrdə də əlaqələri kəsməmişdir. Həmin ərəfədə İddiaçı ən çox münasibətdə olduğu, görüşdüyü şəxslərdən biri Rauf Kərimov olmuş, birlikdə sahibkarlıq fəaliyyəti həyata keçirmişlər, teztez X30 Hacıyevin ofisinə gəlmişdir. İddiaçı və Rauf Kərimov "xxxx" ASCdən külli miqdarda lakin dəqiq bilmədiyi məbləğdə krediti ödəyə bilmədikləri üçün 2012-ci ilin yay aylarında hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinə çağırılmağa başlamışlar, təxminən bir ay ərzində demək olar ki 2-3 gündən bir o, İddiaçı MTN-nin inzibati binasına aparmış, arada işi olanda onu qardaşı Elmir əvəz edib İddiaçı MTN-nə aparmış, Rauf Kərimov da öz avtomobili ilə MTN-nə gələrək binanın yaxınlığında Cavidan ilə Rauf görüşüb birlikdə MTN-nə girmişlər, təxminən yarım saatdan iki saata qədər icəridə tam əlaqəsiz qaldıqdan sonra birlikdə çıxmışlar, hər dəfə İddiaçı MTN-dən çıxandan sonra yolboyu kefsiz halda banka olan borcu verə bilmədiklərinə görə MTN-də onları həbs etməklə hədələdiklərini demiş, hətta dəfələrlə olmuşdur ki, MTN-nə girəndə İddiaçı öz mobil telefonu, pul qabını avtomobilə qoyur, saatını açır və hər girişdə həbs olunmağı gözə aldığını dilinə gətirmişdir. İddiaçı konkret olaraq MTN-də kim tərəfindən hədələndiyini deməsə də telefon danışıqları zamanı və ya salonda yolboyu danışıqlarında “Mövlam” və “Vüsal” adlarını tez-tez çəkdiyini eşitmiş, lakin “rəis”i olduğuna görə əlavə suallar verməmiş, əksinə həmin anda Cavidanın keçirdiyi psixoloji çətin durumda mənəvi dəstək olmağa çalışmışdır. İddiaçı MTN-dən çıxandan sonra yolboyu danışıb onu və Raufu həbs etməmək üçün MTN-də onlardan 1.000.000 manat pul tələb olunduğunu demişdir. Həmçinin ümumi danışıqlardan eşidib həmin pulu yarıbayarı toplamalı olduqlarını bilmişdir. Daha sonra "xxxx" ASC-də dəqiq xatrılamadığı tarixdə qardaşı Elmirin adına 200.000 manat kredit götürülməsi barədə müqavilə bağlanmış, ertəsi gün günorta saatlarında İddiaçı banka aparmış, Elmir də banka gəlib sənədlərə imza etdikdən sonra çıxıb getmiş, həmin gün Rauf Kərimov da oraya gəlmiş və bankdan pulu götürdükdən sonra Cavidan və Rauf onun idarə etdiyi İddiaçı faktiki məxsus olan lakin xatırlamadığı şəxsin adına qeydiyyatda olan “Lexus LS 460” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birbaşa MTN-nin inzibati binasına yollanmışlar. Yolda olarkən Rauf telefonda danışaraq “Vüsal müəllim” deyə müraciət etdiyi şəxsə hazır olduqlarını bildirmiş, həmin “Vüsal müəllim”in göstəri ilə onu avtomobili MTN-nin arxa tərəfinə doğru sürdürmüşlər. Orada avtomobildə gözləmiş, Rauf ilə Cavidan isə avtomobildən düşmüşlər və bildiyinə görə “Vüsal müəllim” deyə çağırdıqları şəxs MTNnin binasından çıxıb avtomobilə tərəf yaxınlaşmışdır. Cavidan əlində 12 tutduğu tünd rəngli salafan torbada olan 200.000 manat pulu “Vüsal müəllim”ə uzatmış, həmin şəxs də pulu götürüb salafan torbaya baxdıqdan və 2-3 dəqiqə söhbət etdikdən sonra çıxıb getmişdir. Həmin şəxs İddiaçılə bir dəfə də şəhərdə təsadüfən görüşəndə ağ rəngli “X34” markalı 444 dövlət qeydiyyat nişanlı avtomobildə əyləşib idarə etmişdir. Bundan sonra 3-4 dəfə də İddiaçı təxminən 1 həftə – 10 gün interval ilə MTN-nin arxa tərəfinə aparmış, lakin Rauf Kərimovun hər dəfə onlarla olub-olmadığını dəqiq xatırlamır, həmişə Cavidan avtomobildən düşüb MTN-dən çıxan “Vüsal müəllim” adlı şəxsə yaxınlaşaraq əlində tutduğu içində pul olan salafan torbanı verib qayıtmış, hər dəfə də həmin şəxs tək gəlmiş, lakin bir dəfə həmin “Vüsal müəllim”in yerinə başqa şəxs gəlmiş və Cavidan da pulu həmin şəxsə verib qayıtmışdır. Həmin şəxsin kim olduğunu, niyə pulu həmin şəxsə verdiklərini bilməmiş, o cümlədən cəmi bir dəfə uzaqdan gördüyünə görə diqqət etmədiyi üçün əlamətlərini xatırlamamışdır. Pulun verilməsi məqsədilə İddiaçı bir dəfə MTN-nə onun qardaşı Elmir aparmışdır. Həmin ərəfələrdə MTN-dən tələb olunan pulu toplamaq üçün İddiaçı faktiki məxsus olan “Lexus LS 460” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilini 40.000 ABŞ dollar və “X29” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini isə 65.000 ABŞ dollara satılmasını təşkil etmişdir, lakin kimə satdığını xatırlamır. Hökmdən görünür ki (hökm: səh.154), məhkəmədə şahid qismində dindirilmiş X18 ifadəsində Coşğun Muxtarovun göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, 2009-cu ildə fərdi sahibkar İddiaçılə tanış olmuş, İddiaçı məxsus "xxxx" MMCdə sürüsü kimi fəaliyyət göstərmiş, sürücülükdən əlavə İddiaçılə yaxın münasibətləri olmuş və sonuncu özünün demək olar ki bütün tapşırıqlarını ona vermişdir. 2012-ci ilin yay aylarında İddiaçı və Rauf Kərimov "xxxx" ASC-dən külli miqdarda lakin dəqiq bilmədiyim məbləğdə krediti ödəyə bilmədikləri üçün hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinə çağırılmağa başlamışlar, təxminən bir ay ərzində demək olar ki 2-3 gündən bir İddiaçı MTN-nə çağırılmış, MTN-dən çıxdıqdan sonra İddiaçı ofisə gələrək kefsiz halda banka olan borcu verə bilmədiklərinə görə MTN-də onları həbs etməklə hədələdiklərini, pul verməsələr onları həbs edəcəkləri barədə danışmış, həmçinin İddiaçı deməsinə əsasən onların barəsində işə baxan müstəntqi Vüsal adlı şəxs olmuş, Mövlam adlı şəxs isə Vüsalın rəisi imiş, həmin şəxslər onları hədələyib 1.000.000 manat tələb etmişlər, həmin pulu Rauf ilə yarıbayarı toplamalı imişlər. Hökmdən görünür ki (hökm: səh.154), məhkəmədə şahid qismində dindirilmiş X23 bildirmişdir ki, atası Rauf Kərimov 2014cü ilin mart ayında CM-nın 178, 179 və digər maddələri ilə təqsirli bilinərək həbs edilmiş və Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Rauf Kərimov istintaq orqanı tərəfindən tutulan zaman, eyni zamanda barəsində həbs qətimkan tədbiri seçilərkən o, İngiltərənin London şəhərində Westminster Universitetində bakalavr təhsili almışdır. Rauf Kərimov həbs olmamışdan əvvəl sahibkarlıq fəaliyyəti məşğul olmuşdur. Rauf Kərimov "xxxx"dan aldığı 30.000.000 manat pulun mənimsənilməsinə görə məhkum edilmiş, lakin sonradan atasından öyrəndiyinə görə atası həmin məsələnin bağlanması üçün 2012ci ilin yay aylarında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına şəriki Cavidan ilə birlikdə 1.000.000 manat pul vermişdir. Onun Raufun pulu konkret haradan əldə edərək kimlərə verməsi, konkret olaraq harada verməsi, şəxsən və ya vasitəçi vasitəsi ilə verməsi haqqında məlumatı yoxdur. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşları Cavabdeh2, Sahib Ələkbərov, Cavabdeh1, Təhsin Ağayevi tanımamış, yalnız Cavabdeh2 adını sosial şəbəkələrdən eşitmişdir. Hökmdən görünür ki (hökm: səh.155), məhkəmədə şahid qismində dindirilmiş X19 bildirmişdir ki, xx.xx.1992-ci ildə "xxxx" ASC-ni təsis edərək həmin vaxtdan 2015-ci ilin iyun ayına qədər, yəni ləğv etmə prosesi başlayana qədər bankın idarə heyətinin sədri olmuş, 2015- ci ildə Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən barəsində hazırda xatırlamadığım maddələr ilə cinayət işi başlanan tarixdən bir müddət əvvəl idarənin əməkdaşları 13 banka gələrək Rauf Kərimov və İddiaçı iştirakı ilə aparılmış bank əməliyyatları barədə sənədləri yoxlayıb götürmüşlər, bundan sonra o, hər iki şəxsin tutulduğunu bilmiş, ümumiyyətlə hər iki şəxsi vaxtında sahibkar kimi tanımış, lakin aralarında heç bir yaxın münasibət olmamışdır. Hər iki sahibkar "xxxx" ASC-dən dəfələrlə müxtəlif məbləğlərdə kredit götürüb sonradan vaxtında ödəmişlər. Ona görə də 2012-ci ildə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən istintaqa cəlb olunmaları, onlardan pul tələb olunmaları, onun bankından kredit götürdükləri pulu aparıb MTN-də vermələri barədə məlumatı olmamış, həmçinin həmin ərəfədə, yəni 2012-ci ilin sentyabr-noyabr ayları ərzində İddiaçı və Rauf Kərimov hər ikisi onun bankına müraciət edərək 150-200 min manat məbləğlərdə kredit götürmüşlər. Həmçinin, Rauf Kərimovun ondan götürdüyü kreditin faktiki təminatı kimi çıxış etmək üçün özünə məxsus “Mercedes Benz S350” markalı avtomobilini onun adına qeydiyyata alqı-satqı müqaviləsi kimi lakin ödəmə olmadan keçirmiş, müqavilədə isə bu barədə göstərilməmiş, bir müddət sonra həmin kredit tam bağlandıqda avtomobil yenidən Rauf Kərimova qaytarılmışdır. Həmin krediti bankın sərbəst vəsaiti hesabına, Rauf Kərimovu tanıdığına görə verdiyi üçün və sənədləşmənin tez baş tutması üçün kreditin təminatı olaraq avtomobili müqavilədə qeyd etdirməmişdir. Raufun ondan götürdüyü krediti MTN-nə rüşvət kimi vermək üçün deyil, biznes fəaliyyətinə yönəldəcəyini zənn edib vermişdir. Hökmdən görünür ki (hökm: səh.155), məhkəmədə tədqiq edilmiş DİN-nin BDYP-nin xx.xx.2021-ci il tarixli 81493-1221 №-li məktubu ilə daxil olmuş avtomobillərin qeydiyyat məlumatlarından görünür ki, xx.xx.2012-ci il tarixdə həmin ilin istehsalı olan “Mercedes Benz S350” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobil birbaşa “AUTOSTAR Kaukasus” salonundan alınmaqla Rauf Kərimovun adına qeydiyyata salınmış, eyni gündə avtomobil Rauf Kərimovun adından X14 adına qeydiyyata keçirilmişdir. Qeyd olunan avtomobilin birbaşa “AUTOSTAR Kaukasus” salonundan alınmaqla Rauf Kərimovun adına qeydiyyata salınması, ardınca eyni gündə avtomobilin Rauf Kərimovun adından X14 adına qeydiyyata keçirilməsi Zərər çəkmiş şəxs Rauf Kərimovun ifadəsində MTN-dən tələb olunan pulu toplamaq məqsədilə həmin ərəfədə “Mercedes S350” markalı 10-**-798 dövlət qeydiyyat nişanlı avtomobili öz adına alıb eyni tarixdə “Atrabank ASC”-nin sədri Elmixan Nəbiyevin adına ödəmə olmadan formal alqısatqı ilə qeydiyyata saldırması və həmin avtomobilin qarşılığında “Atrabank ASC”-dən ona 100.000 manat pul kredit ayrılması, həmin kreditin təminatı kimi sənəd üzərində görünməsə də faktiki olaraq həmin avtomobilin çıxış etməsi barədə göstərdiyi xüsusatı təsdiq edir. xx.xx.2011-ci il tarixdə həmin ilin istehsalı olan “X29” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı sürücüsü Coşğun Muxtarovun adına qeydiyyata salınmış və xx.xx.2012-ci il tarixdə avtomobil satılmışdır. Hökmdən görünür ki (hökm: səh.155), məhkəmədə tədqiq edilmiş X4 xx.xx.2021-ci il tarixli 0588 №-li məktubu ilə istintaqa daxil olmuş "xxxx" ASC-nin 07 sentyabr 2012-ci il tarixli 271 №-li kredit müqaviləsindən görünür ki, Rauf Kərimova məxsus "xxxx" MMC-yə 650.000 manat kredit ayrılmışdır. Eyni məktubla daxil olmuş "xxxx" ASC-nin xx.xx.2012-ci il tarixdə bağlanmış 01 №-li kredit müqaviləsindən görünür ki, X7 adına Bank tərəfindən 200.000 manat kredit ayrılmışdır. "xxxx" ASC-nin digər müqavilələri isə bankın ləğv edilməsi ilə əlaqədar əldə etmək mümkün olmadığından istintaqa təqdim edilməmişdir. Hökmdən görünür ki (hökm: səh.155), məhkəmədə tədqiq edilmiş "xxxx" ASC-nin müşahidə şurasının sədri X15 və digərlərinin barəsində 919 nömrəli cinayət işi materiallarına xx.xx.2016-cı il tarixli baxış protokolundan və protokola əlavə edilmiş əsli ilə düzgünlüyü təsdiq edilmiş istintaq sənədlərinin surətindən görünür ki, cinayət işinin başlanması və iş üzrə istintaq qrupunun yaradılması haqqında İstintaq Baş idarəsinin rəis müavini Təhsin Ağayev tərəfindən qəbul edilmiş xx.xx.2012-ci il tarixli qərara əsasən, qeyd olunan cinayət işi MTN-nin 4-cü Baş idarəsi tərəfindən toplanmış material əsasında CM-nin 178.3.1, 179.3.1 və 179.3.2-ci maddələri 14 ilə başlanılmış və istintaqın aparılması İBİ-nin 2-ci şöbəsinin rəisi Cavabdeh1 rəhbərliyi ilə yaradılmış istintaq qrupuna həvalə edilmişdir. "xxxx" ASC-nin MTN-nin sabiq rəhbəri Eldar Mahmudova ünvanlanmış xx.xx.2012-ci il tarixli məktubuna əsasən, Bank tərəfindən Cavidan Haciyev, Rauf Kərimov və qeyriləri, həmçinin bir sıra digər hüquqi şəxslər tərəfindən götürülmüş kreditlər üzrə ödənişlər aparılmaması, həmin problemlərin bankın maliyyə vəziyyətinə əsaslı şəkildə təsir göstərdiyi nəzərə alaraq problemin həlli istiqamətində kömək göstərilməsi xahiş edilmiş, qeyd olunan məktub cinayət işinə əlavə edilməsi və müvafiq tədbir görülməsi üçün Eldar Mahmudovun imzalı dərkənarı ilə Cavabdeh2, sonuncu tərəfindən isə məktubun yuxarı sol hissəsində “c.T.Ağayev__ x.e.icra edin 17.İX.012” əlyazma və imzadan ibarət dərkənarı ilə Təhsin Ağayevə, sonuncu tərəfindən isə həmin dərkənarın altında “c.Cavabdeh1__17.İX.2012” əlyazma və imzadan ibarət dərkənarı ilə Cavabdeh1 həvalə edilmişdir. 919 №-li cinayət işinin istintaq materiallarında X25 və İddiaçı şahid və ya digər qismində dindirilmədikləri, həmçinin sonuncular barəsində hər hansı qərar qəbul edilmədiyi müəyyən edilmişdir. Hökmdən görünür ki (hökm: səh.156), məhkəmədə tədqiq edilmiş Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş 4/1915 №-li məktubdan görünür ki, 2012-2013cü ilin qeydiyyat jurnallarında Rauf Kərimov və İddiaçı ləğv olunmuş MTN və vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş otaqların yerləşdiyi inzibati bina giriş-çıxışlarına dair məlumat mövcud deyildir. Hökmdən görünür ki (hökm: səh.156), məhkəmədə tədqiq edilmiş istintaq materiallarına əsasən, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində xx.xx.2014-cü il tarixdə Rauf Kərimov və İddiaçı barələrində eyni məzmunlu faktlar üzrə CM-in 178.3.2, 179.3.2, 213.2.2, 308.2 və 313cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış, xx.xx.2014-cü il tarixdə Rauf Kərimov və İddiaçı CM-nin 179.3.2 və 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Binəqədi Rayon Məhkəməsinin həmin tarixli qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2015-ci il tarixdə İddiaçı CMnin 178.3.2, 179.3.2, 192.2.2, 213.2.2, 308.2, 313-cü maddələri ilə, xx.xx.2015-ci il tarixdə Rauf Kərimova CM-nin 178.3.2, 179.3.2, 213.2.2, 308.2, 313-cü maddələri ilə yekun ittiham elan edilmiş və istintaq tamamlanaraq cinayət işi xx.xx.2015-ci il tarixdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Hökmdən görünür ki (hökm: səh.156), məhkəmədə tədqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(101)-7/2016 №-li hökmündən görünür ki, "xxxx" ASC ilə bağlanmış xx.xx.2008 və xx.xx.2008-ci il tarixli kredit müqavilələri əsasında sahibkarlıq təyinatı üzrə Rauf Kərimovun təsisçisi olduğu “Bəzz”, “Faktum” və “Sağlam Rəqabət” və İddiaçı faktiki rəhbərlik etdiyi “Transalyans” və "xxxx" MMC-lərin adına götürdükləri cəmi 30.100.000 manat pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə edib mənimsəməklə ələ keçirmələri, təyinatı üzrə deyil şəxsi ehtiyaclarına sərf etmələri və s. faktlar üzrə Rauf Məmmədov və İddiaçı Azərbaycan Respublikası CM-in 178.3.2, 179.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib müvafiq olaraq 14 və 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Hökmdən görünür ki (hökm: səh.156), məhkəmədə tədqiq edilmiş telefon məlumatlarına xx.xx.2021-ci il tarixli baxış protokolundan görünür ki, hər dəfə şəhərin ayrı-ayrı istiqamətlərində olan Rauf Kərimov əvvəlcə Cavabdeh1 günün birinci yarısı zəng edərək təxminən 30 saniyə danışdıqdan sonra MTN-nin inzibati binasına doğru hərəkətə başlamış və çatdıqda Vüsal Əliyevə bir daha zəng edərək təxminən 5-7 saniyə danışdıqdan sonra təxminən 10 dəqiqə ərzində MTN-nin anten dairəsindən çıxmışdır. Bu isə aydın şəkildə Rauf Kərimovun MTN-nin inzibati binasının yaxın ətrafına çatdıqda Cavabdeh1 bu barədə məlumat verdiyini və sonuncunun onunla inzibati binadan kənarda görüşüb tələb olunan pulu hissə-hissə qəbul etdikdən sonra görüşün başa çatdığını birbaşa təsdiq edir. Belə ki, Rauf Kərimov hər dəfə qabaqcadan qeyd olunduğu kimi dəqiqləşdirici xarakterli telefon danışıqları etdikdən sonra Cavabdeh1 ilə MTN-nin inzibati binasını əhatə edən 15 “İsmayilbey Gutgashinli kuc” adlı antendə xx.xx.2012-ci il tarixdə saat 13:50-də, xx.xx.2012-ci il tarixdə saat 11:21-də, xx.xx.2012-ci il tarixdə saat 14:06-də, xx.xx.2012-ci il tarixdə saat 11:30-da, xx.xx.2012-ci il tarixdə saat 12:50-də, xx.xx.2012-ci il tarixdə saat 11:28-də görüşmüşdür. Rauf Kərimov həmçinin xx.xx.2012-ci il tarixdə saat 11:41-də MTN-ni əhatə edən “İsmail Gurdgasehnli kuc” adlı antendən Cavabdeh1 zəng vurub 28 saniyə danışdıqdan sonra saat 11:46-da eyni antendə olan Təhsin Ağayevə zəng vurub 4 saniyə danışmış, bundan sonra saat 12:16-da Cavabdeh1 növbəti dəfə Rauf Kərimova zəng edib 18 saniyə danışmışdır. Bu da ifadələrdə göstərildiyi kimi MTNnin İstintaq Baş idarəsi tərəfindən tələb olunan pulun 100.000 manat hissəsini Cavabdeh1 “tapşırığı” ilə MTN-nin yaxınlığında Təhsin Ağayev tərəfindən qəbul edilməsi xüsusatını sübut edir. Hökmdən görünür ki (hökm: səh.156), məhkəmədə tədqiq edilmiş İddiaçı adına "xxxx" ASC-də xx.xx.2012-ci il tarixdə 200.000 manat kredit ayrılması barədə 01 №-li kredit müqaviləsi bağlanması, İddiaçı və Rauf Kərimovun xx.xx.2012-ci il tarixdə MTN-nin inzibati binasını əhatə edən anten tərəfindən qeydə alınması barədə telefon məlumatları Zərər çəkmiş şəxslər İddiaçı və Rauf Kərimov, şahidlər Coşğun Muxtarov və digərlərinin ifadələrində göstərdiyi Bankdan 200.000 manat kredit ayrılması barədə müqavilə bağlandıqdan bir gün sonra həmin pulun bankdan qəbul edilərək birbaşa MTN-nin inzibati binasının yaxınlığına aparılıb Cavabdeh1 verilməsi barədə xüsusatları təsdiq edir. Azərbaycan Respublikası Mülki prosessual məcəlləsinin 42-ci maddəsindən görünür ki, cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. MPMnin 82.4-cü maddəsindən görünür ki, Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Təsvir edilənlərdən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona qarşı cinayət törədilmiş və cinayət yolu ilə mənim 500000 (beş yüz min) manat pul vəsaitinin cavabdehlər tərəfindən ondan alınaraq ona 500000 (beş yüz min) manat dəyərində zərər vurulmuşdur. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və X5 tərəfindən ondan cinayət yolu ilə alınmış 500000 (beş yüz min) manat pul vəsaitinin cavabdehlərdən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: Cavabdeh1 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, o heç bir əsaslı, təkzibolunmaz və mötəbər sübutlar olmadan, qanunsuz olaraq Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1-1(093)-9/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 182.3.1, 182.3.2, 311.3.1, 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirli bilinərək 2(iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli, 1-1(103)-1/2023 nömrəli qərarı ilə həmin hökmü dəyişdirilmədən saxlamışdır. O və digər məhkum olunmuş şəxslər həmin hökm və qərardan narazı olduqlarına görə kassasiya şikayəti vermişlər və cinayət işi hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının icraatında məhkəmə baxışındadır. Onun İddiaçı qarşı heç bir qeyri prosessual cinayət xarakterli hərəkəti olmayıb və hərəkətində heç bir cinayət hadisəsi yoxdur. Məhkəmə qərar qəbul edərkən ona qarşı qərəzli olan şəxslərin yəni barələrində 2012-ci ildə ibtidai istintaq apardığı və barələrində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olan şəxslərin şər və böhtanlarına əsaslanmışdır. Cinayət işinin materiallarında heç bir şahid ifadəsi, ekspertiza rəyi, maddi sübut və ya digər təkzibolunmaz və mötəbər material yoxdur. İddiaçı talama cinayətlərinə görə məhkum olunmuş şəxsdir. Ona qarşı yalan ifadə verib şər və böhtan atmaqla cəzadan yaxa qurtarmaq məqsədi güdür. Cinayət işində onun şər və böhtanın təsdiq edən heç bir material yoxdur. Hökmlə heç bir əmlakı müsadirə edilməmişdir. O həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı özünü təqsirli bilməmişdir. Kassasiya şikayətində Ali Məhkəmənin Cinayət kollegiyasından cinayət işi üzrə barəsində bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. İddiaçı “cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi” barədə iddia ərizəsini onun barəsində təmin etməyib rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X5 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, barəsində Bakı Hərbi Məhkəməsində baxılmış saxta cinayət işi üzrə dindirilmiş İddiaçı ifadə vermişdir ki, o Şıxəliyev Mövlamı tanımır, görüşməyib və ondan pul tələb edilməsindən də xəbəri olmayıb. Onunla eyni epizod üzrə zərəçəkmiş kimi tanınmış X25 da onun ondan pul tələb etmədiyi və ona pul vermədiyi barədə məhkəmədə ifadə vermişdir. O, özünü təqsirli bilmir və İddiaçı də ona qarşı mülki iddiasını tam qanunsuz hesab edir. Odur ki, barəsində olan cinayət işi üzrə verilmiş hökmdən və Apellyasiya Məhkəməsinin qanunsuz qərarından Ali Məhkəmənin cinayət kollegiyasına kassasiya şikayəti vermişdir. Cinayət işi üzrə məhkəmə baxışı 18 oktyabr 2023-cü ilə təyin edilmişdir. Qeyd etdiklərini nəzərə alaraq mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib iş materiallarını araşdıraraq, belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 1-1(093)-9/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-nin) 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Cavabdeh2 CM-nin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, təqsirli bilindiyi CM-nin 294.3, 341.2.1 və 341.2.3-cü maddələri ilə, həmin Məcəllənin 75.1.2- ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Cavabdeh2 cəza təyin edilməməsi, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzalar qismən toplamaq yolu ilə Cavabdeh2 qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, təyin edilmiş əlavə cəzanın müstəqil icra olunması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin başlanğıcı 05 aprel 2021-ci il tarixdən hesablanmasını, barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, CM-nin 48-ci maddəsinə əsasən Cavabdeh2 ali hərbi rütbədən (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cı il tarixli, 818 nömrəli sərəncamı ilə verilmiş general-mayor rütbəsindən), habelə dövlət təltiflərindən, yəni Azərbaycan Respublikası Prezidentinin 28 mart 2009-cu il tarixli, 212 nömrəli sərəncamı ilə verilmiş “Vətənə xidmətə görə” 3- cü dərəcəli ordenindən, 27 mart 2006-cı il tarixli, 1370 nömrəli sərəncamı ilə verilmiş “Hərbi xidmətlərə görə” və 27 mart 2014-cü il tarixli, 352 nömrəli sərəncamı ilə verilmiş “Vətən uğrunda” medallarından məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilsin, eləcə də Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 25 mart 2005- ci il tarixli, 0179 nömrəli əmri ilə verilmiş “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallarından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 24 iyun 2008-ci il tarixli, 0153 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1919-2008)” yubiley medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 26 mart 2009-cu il tarixli, 044 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 30 iyun 2009-cu il tarixli, 0132 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919- 2009)” yubiley xatirə medalından, Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin 15 dekabr 2010-cu il tarixli, 2934/ş nömrəli əmri ilə verilmiş “Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)” yubiley medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 26 mart 2012-ci il tarixli, 060 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 3-cü dərəcəsi medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 07 oktyabr 2013-cü il tarixli, 0248 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə" 2-ci dərəcəsi medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 27 mart 2014-cü il tarixli, 073 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” yubiley medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 04 iyul 2014-cü il tarixli, 0182 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” yubiley xatirə medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 26 mart 2015-ci il tarixli, 052 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 1-ci dərəcəsi medalından məhrum edilməsi hökm edilmişdir. Həmin hökmlə həmçinin Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-nin) 182.3.1, 182.3.2, 311.3.1, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Cavabdeh1 CM-nin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-cü maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.3 və 311.3.4-cü maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, təqsirli bilindiyi CM-nin 341.2.1 və 341.2.3-cü maddələri ilə, həmin Məcəllənin 75.1.2-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Cavabdeh1 cəza təyin edilməməsi, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Cavabdeh1 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına CM-nin 66.3 və 66.4-cü maddələrinin tələblərinə uyğun qismən toplanılsın və qəti olaraq Cavabdeh1 cinayətlərin məcmusu üzrə 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Cavabdeh1 təyin edilmiş əsas və əlavə cəzalar qəti cəza müddətinə hesablanması, birinci hökmə əsasən 4 (dörd) il 1 (bir) ay 2 (iki) gün qismən çəkdiyi əsas və tam çəkdiyi əlavə cəza nəzərə alınması, üzərində çəkilməmiş 7 (yeddi) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin başlanğıcı 21 sentyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməsi və o, dərhal məhkəmə iclas zalında həbsə alınması, Cavabdeh1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Cavabdeh1 hərbi rütbədən (polkovnik-leytenant) və dövlət təltiflərindən məhrum edilməsinə dair hissədə Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il il tarixli hökmünün və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının nəzərə alınması hökm edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1-1(103)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, təqsirləndirilən şəxslərin hər birinin və ya onların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri və ya apellyasiya şikayətlərinə edilmiş əlavələr, zərərçəkmiş şəxslər və ya onların nümayəndələri və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətləri və ya apellyasiya şikayətlərinə edilmiş əlavələr, həmçinin maraqlı şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxslər - Cavabdeh2, Cavabdeh1 və qeyrilərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Hərbi Məhkəməsinin 1-1(093)- 9/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-nin) 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinmiş və qanunvericiliyin tələbləri nəzərə alınmaqla, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin Cavabdeh1 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-nin) 182.3.1, 182.3.2, 311.3.1, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək qanunvericiliyin tələbləri nəzərə alınmaqla, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökm, Bakı Apellyasiya Məhkəməsinin 1-1(103)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh2, Cavabdeh1 və qeyrilərinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərar qanuni qüvvəyə minmişdir. Hökmlə müəyyən edilmişdir ki, Cavabdeh2, ... cinayət xarakterli məlumatları yəqinliklə bildiyinə görə barələrində cinayət təqibi başlayacağı, həbs qətimkan tədbiri seçdirəcəyi və məhkəmə tərəfindən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə nail olacağı ilə hədələyib sonuncuların xeyrinə edəcəyi qanunsuz hərəkətsizliyin, yəni cinayət prosessual qanunvericiliyinə əsasən törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatların qeydiyyata alınmasını təşkil, onlara baxılmasını təmin etməli olduğu halda və cinayət məsuliyyətinə cəlb olunmaları üçün kifayət qədər sübutlar olmasına baxmayaraq, cinayət təqibinin başlanılmaması müqabilində İddiaçı və digər şəxsdən həm şəxsən öz xidməti kabinetində, həm də tabeliyində olan şəxsin və dəstənin üzvü Cavabdeh1 vasitəsilə sonuncuların xidməti kabinetlərində hər birindən külli miqdar təşkil edən 500.000 manat olmaqla cəmi 1.000.000 manat məbləğində nağd pulu birbaşa yolla rüşvət kimi istəyərək, dəstənin üzvü Cavabdeh1 vasitəsilə 29 sentyabr 2012-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində, MTN-nin inzibati binasının arxa giriş qapısının yaxınlığında İddiaçı və digərindən birlikdə gətirdikləri külli miqdar təşkil edən 200.000 manat, 2012-ci ilin oktyabr – noyabr ayları ərzində eyni ünvanda üç ayrı görüş zamanı müvafiq olaraq 300.000 manat, 200.000 manat və 200.000 manat, habelə tabeliyində olan şəxsin vasitəsilə 2012-ci ilin noyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə eyni ünvanda 100.000 manat, cəmi 1.000.000 manat məbləğində nağd puldan ibarət rüşvəti vahid niyyətlə qəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə tabeliyində olan şəxs, Cavabdeh1 və digərləri ilə arasında bölərək, İddiaçı və digərinin barələrində hər hansı cinayət təqibi aparmamaqla sonuncuların eyni əmələ görə barələrində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində xx.xx.2014-cü il tarixdə cinayət işi başlanılmaqla cinayət təqibi aparılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 178.3.2, 179.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunan vaxta qədər cinayət məsuliyyətindən kənarda qalmalarına səbəb olmaqla, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin və hərəkətsizliyin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və vasitəçidən istifadə etməklə külli miqdarda rüşvəti təkrarən hədəqorxu tətbiq etməklə istəyərək almış, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əkskəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə İddiaçı və digərinin hüquqlarına və qanuni mənafelərinə sonuncuların və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarında vurğulanmışdır ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı). Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 65.1 və 65.4-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 məhkəmə hökmü ilə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2, 311.3.1, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri, X2 isə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə məhkəmə hökmü ilə təqsirli bilinib məhkum edilmələrini və Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökmün dəyişdirilmədən saxlanılmasını və qərarın qanuni qüvvəyə minməsini və həmin hökmün cavabdehlərə aid hissədə hazırki işdə preyudisial əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı ondan cinayət yolu ilə alınmış 500.000 (beş yüz min) manat məbləğində pul vəsaitini cavabdehlərdən mülki məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Belə ki, Cinayət Prosessual Məcəllənin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikiası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 500.000 (beş yüz min) manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 790 (yeddi yüz doxsan) manat məbləğində dövlət rüsumundan ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 790 (yeddi yüz doxsan) manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və X5 tərəfindən iddiaçıdan cinayət yolu ilə alınmış 500000 (beş yüz min) manat pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş 790 (yeddi yüz doxsan) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və X1 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X1 500.000 (beş yüz min) manat pul vəsaiti və 790 (yeddi yüz doxsan) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1368/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1368/2023
28.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver