Məhkəmə qərarları › İş №e-2(009)-1370/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1370/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1370/2022 20.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" ASC ilə Ağayev Bəşir İsmayıl oğlu arasında xx.xx.2016-cı il tarixli 28-xx-xx-079239 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Ağayev Bəşir İsmayıl oğluna 28 (iyirmi səkkiz) ay müddətinə, illik 24 (iyirmi dörd) % olmaqla 2491 (iki min dörd yüz dxsan bir) manat məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli 28-xx-xx-079239 saylı Kredit müqaviləsi üzrə "xxxx" ASC-yə əsas borcu- 1517.57 (bir min beş yüz on yeddi.57) manat, faiz borcu -1887.32 (bir min səkkiz yüz səksən yeddi.32) manat, ümumilikdə 3404.89 (üç min dörd yüz dörd.89) manat məbləğində borc təşkil edir. xx.xx.2019-cu il tarixli , xx.xx.2021-ci il tarixli və xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən, Ağayev Bəşir İsmayıl oğlunun vərəsəsi- Cavabdehdur. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ümumilikdə 3404.89 (üç min dörd yüz dörd səksən doqquz qəpik) manat (əsas borcu- 1517.57 (bir min beş yüz on yeddi.57) manat, faiz borcu 1887.32 (bir min səkkiz yüz səksən yeddi.32) manat) məbləğin və ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" ASC ilə cavabdeh Ağayev Bəşir İsmayıl oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 28-xx-xx-079239 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Ağayev Bəşir İsmayıl oğluna 28 (iyirmi səkkiz) ay müddətinə, illik 24 (iyirmi dörd) % olmaqla 2491 (iki min dörd yüz doxsan bir) manat məbləğində kredit verilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli M/19-3528 saylı maliyyə arayışına əsasən cavabdeh Ağayev Bəşir İsmayıl oğlunın xx.xx.2016-ci il tarixli kredit müqaviləsi üzrə banka 1517.57 manat kredit borcu, müqavilə müddəti bitənə xx.xx.2019-cu il tarixə 1887.32 manat faiz borcu, cəmi 3404.89 manat borcu yaranmışdır. İş üzrə xx.xx.2019-cu il tarixli, 2V-209 saylı, 9 saylı notariat ofisinin xüsusi notariusu R.Z.Sadıqov tərəfindən tərtib edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, xx.xx.2018-ci il tarixdə vəsat etmiş Ağayev Bəşir İsmayıl oğlunun vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdur, şəhadətnamə üzər verilən əmlak xx.xx.2019-cu il ildə ********** nömrəli arayışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 5 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü ildə, reyestr ********** nömrəli, qeydiyyat ********** saylı çıxarışa əsasən miras qoyan Cavabdeh məxsus olan ünvan 2i ünvanında yerləşən 0.74 ha. torpaq sahəsi ibarətdir. İş üzrə xx.xx.2021-ci il tarixli, 2V-553 saylı, 9 saylı notariat ofisinin xüsusi notariusu R.Z.Sadıqov tərəfindən tərtib edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 24.11.208-ci ildə vəsat emiş Ağayev Bəşir İsmayıl oğlunun vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdur, şəhadətnamə üzrə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli AA115625 nömrəli qeydiyyta şəhadətnaməsinə əsasən ban nömrəsi 1519597, mühərrikin nömrəsi Nömr-z və buraxılış ili 1975-ci il olan VAZ 21011 minik markalı **-FF-*** dövlət nömrəli nəqliyyat vasitəsindən ibarətdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Ağayev Bəşir İsmayıl oğlu arasında xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi bağlanlmış və həmin müqavilə üzrə B.Ağayevə 24 ay müddətinə, qaytarmaq şərti ilə 2491 manat kredit verilmiş, B.Ağayev xx.xx.2018-ci il tarixdə vəfat etmiş və onun kredit müqaviləsi üzrə ödənilməmiş cəmi 3404.89 manat öhdəliyi qalmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, kredit müqaviləsi üzrə borclu B.Ağayev xx.xx.2018-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra borclunun vərəsəsi olan Cavabdeh miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etmiş və bununla bağlı vərəsəlik işi açılmışdır və ona qanun üzrə vərəsəlik hüuqu haqqında şəhadətnamə verilmişdir. İddiaçı hesab edir ki, Cavabdeh borclunun vərəsəsi kimi ondan miras qalmış əmlakı qəbul etdiyi üçün, kredit müqaviləsi üzrə öhdəlik də onun tərəfindən icra olunmalıdır. İş materialları ilə müəyyə edilir ki, kredit alan B.Ağayev xx.xx.2018-ci il tarixdə vəfat etmişdir və onun ölümündən sonra Cavabdeh Bakı şəhəri 9 saylı notariat ofisinə müraciət etmiş, notariat ofisində vərəsəlik işi açılmış, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. “Elektron Məhkəmə” sistemi vasitəsi ilə əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh miras əmlak olan torpaq sahəsinə mülkiyyət hüququnun rəsmiləşdirmişdir. AR Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, AR Mülki Məcəllənin 470, 472, eləcə də 1146 ,1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Hakim hesab edir ki, Cavabdeh kredit alan və mərhum Ağayev Bəşir İsmayıl oğlunun vərəsəsi kimi ondan miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etdiyi üçün və həmin müraciət üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edib onun əsasında miras əmlaka mülkiyyət hüququnun rəsmiləşdirdiyi üçün, bununla da Cavabdeh miras əmlakı qəbul etməyə öz iradəsini şəksiz nümayiş etdiyi üçün, bu hal onun B.Ağayevin öhdəliklərinin də qəbul edilməsini göstərir. Bu səbəbdən hakim hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə borclunun öhdəliklərinə görə cavabdehlik daşıyan şəxsdir və iddiaçı hazırki tələblə Cavabdeh qarşı çıxış etməkdə tam haqlı hesab edilməlidir. Beləliklə Cavabdeh kredit müqaviləsi üzrə borclu olan Bəşir Ağayevin öhdəliklərinə görə cavabdehliyi qanunla müəyyən olunduğu üçün və iddiaçı tələbin sahibi kimi həmin borcu cavabdehdən tələb etməkdə tam haqlı olduğun üçün, irəli sürülmüş iddia tələbi əsaslı hesab edilərək təmin edilməli və cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 1517.57 manat əsas kredit borcu və 1887,32 manat faiz borcu, cəmi 3404,89 manat məbləğində pul tutulmalıdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 55 manat pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Mərhum Ağayev Bəşir İsmayıl oğlunun vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2016cı il tarixli 28-xx-xx-079239 saylı saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 1517.57 manat əsas kredit borcu və 1887,32 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 55 manat, cəmi 3459.89 (üç min dörd yüz əlli doqquz manat, səksən doqquz qəpik ) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar