Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1372/2025 01.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bəgəliyev Mirbaba Yüzbaşı oğluna qarşı “pul” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bəgəliyev Mirbaba Yüzbaşı oğluna qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bəgəliyev Mirbaba Yüzbaşı oğlundan birgə qaydada iddiaçının xeyrinə 2 200,22 (iki min iki yüz manat iyirmi iki qəpik) manat əsas borc, 251.24 (iki yüz əlli bir manat iyirmi dörd qəpik) manat faiz borcu və 100.00 (yüz) manat dəbbə borcu olmaqla, cəmi 2 551.46 (iki min yüz əlli bir manat qırx altı qəpik) manat məbləğində borcun və 45.60 (qırx beş manat altmış qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "TBC KREDİT Bank Olmayan Kredit Təşkilatı” X1 ilə Cavabdeh2 arasında bağlanmış 06 aprel 2024-cü il tarixli GARA-28675- 5156 saylı Kredit müqaviləsinə əsasən ikinciyə illik faiz dərəcəsi 36% faiz olmaqla 24 (iyirmi dörd) ay ərizində qaytarması şərtilə 3 000.00 (üç min) manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olunan «Kredit müqaviləsi»-ndən irəli gələn öhdəliklərin vaxtında və lazımı qaydada icrasını təmin etmək məqsədi ilə Bəgəliyev Mirbaba Yüzbaşı oğlu, Cavabdeh1 və Cavabdeh2 birgə məsuliyyətini müəyyən edən 06 aprel 2024-cü il tarixli GARA-28675-5156 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafikinə əsasən hər ay 180.00 manat ödəniş etməli idi. Lakin, borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Həmçinin tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin 3.1.4.1 və 3.1.4.2-ci maddələrinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında “Kredit verən” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Beləliklə, 20 may 2025-ci il tarixi üçün cavabdehlərin kredit müqaviləsi üzrə 2 200.22 manat əsas borc, 356.85 manat faiz borcu və 435.11 manat dəbbə borcu olmaqla, cəmi 2 992,18 manat borcu mövcuddur. İddiaçı xx.xx.2025-ci il tarixində kredit müqaviləsinə xitam vermiş və borcun tam şəkildə qaytarılmasını tələb etmişdir. Kredit müqaviləsinin 3.1.4.1 və 3.1.4.2-ci maddələrinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarında AR MM-nin 445.2-cimaddəsinə uyğun olaraq Kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin kredit müqaviləsinin 4.3-cü maddəsinə görə, Kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1%-imiqdarında dəbbə pulu tətbiq edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdehlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, onlar, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdehlərə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "TBC KREDİT Bank Olmayan Kredit Təşkilatı” X1 ilə Cavabdeh2 arasında bağlanmış 06 aprel 2024-cü il tarixli GARA-28675-5156 saylı Kredit müqaviləsinə əsasən ikinciyə illik faiz dərəcəsi 36% faiz olmaqla 24 (iyirmi dörd) ay ərizində qaytarması şərtilə 3 000.00 (üç min) manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olunan «Kredit müqaviləsi»-ndən irəli gələn öhdəliklərin vaxtında və lazımı qaydada icrasını təmin etmək məqsədi ilə Bəgəliyev Mirbaba Yüzbaşı oğlu, Cavabdeh1 ilə 06 aprel 2024-cü il tarixli GARA-28675-5156 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafikinə əsasən hər ay 180.00 manat ödəniş etməli idi. Lakin, borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh2 06 aprel 2024-cü il tarixli GARA-28675-5156 saylı Kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmişdir. X2 Yüzbaşı oğlu və Cavabdeh1 da birgə məsuliyyəti müəyyən edən 06 aprel 2024-cü il tarixli GARA-28675- 5156 saylı zaminlik müqaviləsinin şərtlərini pozmuşlar. Buna görə də "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyırlar. Belə olan halda iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlərdən 2.200.22 (iki min iki yüz manat iyirmi iki qəpik) manat əsas borcu, 251.24 (iki yüz əlli bir manat iyirmi dörd qəpik) manat faiz borcu və 100 (bir yüz) manat dəbbə borcu olmaqla, cəmi 2.551.46 (iki min beş yüz əlli bir manat qırx altı qəpik) manat məbləğində borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2, Bəgəliyev Mirbaba Yüzbaşı oğlu və Cavabdeh1 2.200.22 (iki min iki yüz manat iyirmi iki qəpik) manat əsas borcu, 251.24 (iki yüz əlli bir manat iyirmi dörd qəpik) manat faiz borcu və 100 (bir yüz) manat dəbbə borcu olmaqla, cəmi 2.551.46 (iki min beş yüz əlli bir manat qırx altı qəpik) manat məbləğində borc və ödənilmiş 45.60 (qırx beş manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-230, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Bəgəliyev Mirbaba Yüzbaşı oğlundan və Cavabdeh1 2.200.22 (iki min iki yüz manat iyirmi iki qəpik) manat əsas borcu, 251.24 (iki yüz əlli bir manat iyirmi dörd qəpik) manat faiz borcu və 100 (bir yüz) manat dəbbə borcu olmaqla, cəmi 2.551.46 (iki min beş yüz əlli bir manat qırx altı qəpik) manat məbləğində borc və ödənilmiş 45.60 (qırx beş manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1372/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1372/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver