Məhkəmə qərarları › İş №e-2(009)-1401/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1401/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1401/2023 08.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" QSC-nin – Cavabdeh qarşı "xxxx" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı Ləğv prosesində olan Ləğv prosesində olan "xxxx" QSC-nin – Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2014-cü il tarixli 1xx/xx/127624/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 614.26 (altı yüz on dörd manat, iyirmi altı qəpik) manat məbləğində əsas borc, 462,58 (dörd yüz altmış iki manat, əlli səkkiz qəpik) manat məbləğində faiz borcu, 581,69 (beş yüz səksən bir manat, altmış doqquz qəpik) manat məbləğində cərimə borcu, 208.44 (iki yüz səkkiz manat, qırx dörd qəpik) məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1866.97 (bir min səkkiz yüz altmış altı manat, 97 qəpik) manat məbləğində pulun, 38.67 (otuz səkkiz manat, 67 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: QSC “Bank Standard” KB (bundan sonra - Bank) ilə Cavabdeh (bundan sonra - Cavabdeh) arasında xx.xx.2014- -cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/127624/14 saylı müqavilə (bundan sonra - Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 24 (iyirmi dörd) ay müddətinə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 935 (doqquz yüz otuz beş) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 614.26 (altı yüz on dörd manat, iyirmi altı qəpik) manat məbləğində əsas borc, 462.58 (dörd yüz altmış iki manat, 58 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 581,69 (beş yüz səksən bir manat, altmış doqquz qəpik) manat məbləğində cərimə borcu, 208.44 (iki yüz səkkiz manat, qırx dörd qəpik) məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1866.97 (bir min səkkiz yüz altmış altı manat, 97 qəpik) manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2014-cü il tarixli, 1xx/xx/127624/14 nömrəli kredit müqaviləsindən görünür ki, QSC "xxxx" KB Cavabdeh 24 ay müddətinə 935 (doqquz yüz otuz beş) manat məbləğində kredit vermişdir. İş materiallarında olan QSC "xxxx" KB tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 10 dekabr 2014-cü il tarixli 1xx/xx/127624/14 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Ləğv prosesində olan QSC "xxxx" KB-yə 614.26 (altı yüz on dörd manat, iyirmi altı qəpik) manat məbləğində əsas borc, 462,58 (dörd yüz altmış iki manat, əlli səkkiz qəpik) manat məbləğində faiz borcu, 581,69 (beş yüz səksən bir manat, altmış doqquz qəpik) manat məbləğində cərimə borcu, 208.44 (iki yüz səkkiz manat, qırx dörd qəpik) məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1866.97 (bir min səkkiz yüz altmış altı manat, 97 qəpik) manat borcu vardır. İş materiallarında olan Ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh Banka olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Əsaslandırıcı hissə: İş materialları ilə müəyyən olunur ki, Ləğv prosesində olan QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2014-cü il tarixli 1xx/xx/127624/14 nömrəli kredit müqaviləsinə əsasən Ləğv prosesində olan QSC "xxxx" KB Cavabdeh 24 ay müddətinə 935 (doqquz yüz otuz beş) manat məbləğində kredit vermiş, lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2023-cü il tarixə Ləğv prosesində olan QSC "xxxx" KB-yə əsas, faiz və cərimə borcu qalmışdır. 614.26 (altı yüz on dörd manat, iyirmi altı qəpik) manat məbləğində əsas borc, 462,58 (dörd yüz altmış iki manat, əlli səkkiz qəpik) manat məbləğində faiz borcu, 581,69 (beş yüz səksən bir manat, altmış doqquz qəpik) manat məbləğində cərimə borcu, 208.44 (iki yüz səkkiz manat, qırx dörd qəpik) məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1866.97 (bir min səkkiz yüz altmış altı manat, 97 qəpik) manat borcu yarandığını iddia və tələb edir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, Cavabdeh Ləğv prosesində olan QSC "xxxx" KB ilə kredit müqaviləsi bağlayaraq üzərinə götürülmüş öhdəlikləri icra etməmiş, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyətcavabdehlik daşıyır. Belə olan halda Bankın məhkəmə qaydasında Cavabdeh əsas və faiz borclarının ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin 581,69 (beş yüz səksən bir manat, altmış doqquz qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, kredit müqaviləsindən irəli gələn əsas borcunun 614.26 (altı yüz on dörd manat, iyirmi altı qəpik) manat məbləğində müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 581,69 (beş yüz səksən bir manat, altmış doqquz qəpik) manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 50 (əlli) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2014-cü il tarixli 1xx/xx/127624/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı Ləğv prosesində olan "xxxx" QSC-nin xeyrinə 614.26 (altı yüz on dörd manat, iyirmi altı qəpik) manat məbləğində əsas borc, 462,58 (dörd yüz altmış iki manat, əlli səkkiz qəpik) manat məbləğində faiz borcu, 50 (əlli) manat məbləğində cərimə borcu, 208.44 (iki yüz səkkiz manat, qırx dörd qəpik) məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1335,28 (bir min üç yüz otuz beş manat iyirmi səkkiz qəpik) manat məbləğində pulun məbləğində borc və ödənilmiş 38,67 (otuz səkkiz manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavabdehdən tutulmalı, dövlət rüsumunun 8.67 (səkkiz manat altmış yeddi qəpik) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 614.26 (altı yüz on dörd manat iyirmi altı qəpik) manat məbləğində əsas borc, 462,58 (dörd yüz altmış iki manat əlli səkkiz qəpik) manat məbləğində faiz borcu, 50 (əlli) manat məbləğində cərimə borcu, 208.44 (iki yüz səkkiz manat, qırx dörd qəpik) məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1335,28 (bir min üç yüz otuz beş manat iyirmi səkkiz qəpik) manat məbləğində pulun məbləğində borc və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar