Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1409/2022 11.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin - Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 «KaTV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 30,90 (otuz manat doxsan qəpik) manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 161,30 (yüz altmış bir manat otuz qəpik) manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. İddiaçı Bakı şəhərinin müxtəlif rayonlarında, o cümlədən Yasamal rayonunda kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Yasamal rayonu ərazisində bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verdikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuz qoşulmaların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında “xidmətlərin göstərilməsinə dair” müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 157 saylı MKİS tərəfindən verilmiş 526 nömrəli, xx.xx.2019-cu il tarixli Arayışdan görünür ki, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 559-cu məhəllə, ev “V”, mənzil 29-un xx.xx.2013-cü ildən 2019-cu ilə kimi sahibi olmaqla, qeydiyyatda olmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 1 ünvanında Səməd Səmədov adlı şəxs arasında bağlanmış müqavilə əsasında qeyd edilən mənzil xx.xx.2010-cu il tarixdə İddiaçı MMC-nin şəbəkəsinə qoşulmuş xx.xx.2012-ci ilədək son ödənişini etmiş və xx.xx.2012-ci il tarixdə 16 manat 80 qəpik borcla şəbəkədən ayrılmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021ci il tarixli digər arayışdan görünür ki, ünvan 2 ünvanında 2174 K saylı akt tərtib edilənədək sonuncu dəfə xx.xx.2013-cü il tarixdə həmin binaya baxış keçirilmişdir. Bundan sonra xx.xx.2013-cü il tarixdə “Ədalət-A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 2174 K saylı akt tərtib olunmuş qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Daha sonra xx.xx.2013-cü il tarixdə yəni ikinci dəfə “Ədalət-A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 2614 K saylı akt tərtib olunmuş qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Tərtib edilmiş aktlardan görünür ki, mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edirlər ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Həmçinin qeyd edirlər ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Mənzilə sonuncu baxış keçirildiyi xx.xx.2013-cü ildən, qanunsuz qoşulma barədə sonuncu aktın tərtib olunduğu xx.xx.2013cü ilədək olan müddət 103 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 30.90 manat təşkil edir. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə pretenziya məktubları göndərilmiş, məktubun biri qəbul edilsə də, digəri isə geri qayıtmışdır. Eyni zamanda, mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, mənzil iddiaçıya məxsus xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Tələbin cavabdehə yönəldilməsinə səbəb cavabdehin qeyd edilən mənzilin sahibi olmasıdır. İddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-yə 100 manat pul ödəmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında, həmin mənzildə yaşamadıqlarını, mənzildə başqa şəxslərin yaşadığını, həmin şəxslərin isə qanunsuz qoşulmasının mümkün olmadığını, qeyd edilən mənzili 2019-cu ildə satdıqlarını bildirmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehi dinləyib, iş materiallarını və sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 23 iyul 2013-cü il tarixli, 2174 K saylı aktdan görünür ki, ünvan 2 ünvanının sakini tərəfindən «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar etmişlər. İş materiallarında olan 17 sentyabr 2013-cü il tarixli, 2614 K saylı aktdan görünür ki, ünvan 2 ünvanının sakini tərəfindən «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar etmişlər. İş materiallarında olan İddiaçı MMC-nin 17 noyabr 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC ilə ünvan 3 ünvanında yaşayan Səmədov Səməd arasında bağlanmış “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2010-cu il tarixində bu ünvan “KATV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2012-ci il tarixinədək isə son ödəməsini etmiş, xx.xx.2012-ci il tarixində 16 manat 80 qəpik borc ilə şəbəkədən ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon 157 saylı MKİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixdən 2019-cu il tarixədək ünvan 4 ünvanının sahibi olmuş, 2019-cu il tarixdən mənzil satılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən “Ədalət-A” hüquq firmasının hesabına 100 (yüz) manat pul ödəmişdir. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş (disk) video yazıya da baxış keçirilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, hazırki Ə.Ələkbərov - keçmiş F.Ağayev küçəsi 559-cu məhəllə, ev “V”, mənzil 29-un xx.xx.2013-cü ildən 2019-cu ilə kimi sahibi olmuşdur. Belə ki, İddiaçı MMC ilə ünvan 1 ünvanında Səməd Səmədov adlı şəxs arasında bağlanmış müqavilə əsasında qeyd edilən mənzil xx.xx.2010-cu il tarixdə İddiaçı MMC-nin şəbəkəsinə qoşulmuş xx.xx.2012-ci ilədək son ödənişini etmiş və xx.xx.2012-ci il tarixdə 16 manat 80 qəpik borcla şəbəkədən ayrılmış, xx.xx.2013-cü il tarixdə ünvan 1 ünvanına baxış keçirilmiş, daha sonra xx.xx.2013-cü il tarixdə “Ədalət-A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilərək xx.xx.2013-cü il tarixli, 2174 K saylı akt tərtib edilmiş, qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Daha sonra xx.xx.2013-cü il tarixdə, ikinci dəfə “Ədalət-A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 2614 K saylı akt tərtib olunmuş qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) aüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyn normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) trəıicəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 227 saylı qərarı ilə təsdiq olunmuş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.3-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddiaya etiraz etsə də, etirazının dəlilləri kimi istinad etdiyi halları sübut edəcək, iddiaçının isə dəlillərini təkzib edəcək hər hansı bir sübut növü məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə iddiaçının iddia tələbini əsaslandırdığı dəlilləri əsaslı hesab edir və iddianın təmin edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh «KATV1» əmtəə nişanı ilə fəaliyyət göstərən, İddiaçı MMC-nin xeyrinə kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulması nəticəsində vurulmuş 30,90 (otuz manat doxsan qəpik) manat zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (bir yüz) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik məbləğində bank xidməti haqqının əvəzi, ümumilikdə 161,30 (bir yüz altmış bir manat otuz qəpik) manat məbləğində pul tutulması tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «KATV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin xeyrinə kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində vurulmuş 30,90 (otuz manat doxsan qəpik) manat zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (bir yüz) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik məbləğində bank xidməti haqqının əvəzi, ümumilikdə 161,30 (bir yüz altmış bir manat otuz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1409/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1409/2022
11.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver