Məhkəmə qərarları › İş №e-2(009)-1419/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1419/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1419/2022 01.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin – Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin – Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 23 iyul 2018-ci il tarixli, RBNPU-3591 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 22575 (iyirmi iki min beş yüz yetmiş beş manat 00 qəpik) manat, faiz borcuna görə 27759,28 (iyirmi yeddi min yeddi yüz əlli doqquz manat 28 qəpik) manat, dəbbə borcuna görə 4515 (dörd min beş yüz on beş manat 00 qəpik) manat, cəmi 54849,28 (əlli dörd min səkkiz yüz qırx doqquz manat 28 qəpik) manat məbləğində pulun və 255 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Baş ofis ilə cavabdeh - Cavabdeh arasında bağlanmış 23 İyul 2018-ci il tarixli, RBNPU-3591 saylı kredit müqaviləsinə əsasən illik 22 % (iyirmi iki) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 22575 (iyirmi iki min beş yüz yetmiş beş) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 23 İyul 2018-ci il tarixli, RBNPU- 3591 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 23 İyul 2018-ci il tarixli, RBNPU-3591 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 1 nömrəli Kreditin ödəniş cədvəli əsasında, hər ayın 23-dan gec olmayaraq hər ay 1171,15 (bir min bir yüz yetmiş bir manat 15 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 23 İyul 2018-ci il tarixli, RBNPU-3591 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 22575 (iyirmi iki min beş yüz yetmiş beş manat 00 qəpik) manat, faiz borcuna görə 27759,28 (iyirmi yeddi min yeddi yüz əlli doqquz manat 28 qəpik) manat, dəbbə borcuna görə 4515 (dörd min beş yüz on beş manat 00 qəpik) manat, borcun cəmi məbləği 54849,28 (əlli dörd min səkkiz yüz qırx doqquz manat 28 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdehdan 23 İyul 2018-ci il tarixli, RBNPU-3591 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 22575 (iyirmi iki min beş yüz yetmiş beş manat 00 qəpik) manat, faiz borcuna görə 27759,28 (iyirmi yeddi min yeddi yüz əlli doqquz manat 28 qəpik) manat, dəbbə borcuna görə 4515 (dörd min beş yüz on beş manat 00 qəpik) manat, cəmi 54849,28 (əlli dörd min səkkiz yüz qırx doqquz manat 28 qəpik) manat, cəmi 54849,28 (əlli dörd min səkkiz yüz qırx doqquz manat 28 qəpik) manat və və 255 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, RB- 02/PK-3691 nömrəli maliyyə arayışından görünür ki, borclu Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə 22575 manat əsas, 27759,28 manat faiz borcu, 4515 manat cərimə borcu, cəmi 54849.28 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RBNPU-3591 saylı kredit müqaviləsindən görünür ki, illik 22 % (iyirmi iki) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 22575 (iyirmi iki min beş yüz yetmiş beş) manat məbləğində cavabdehə kredit verilmişdir. 23 İyul 2018-ci il tarixli, RBNPU-3591 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Rabitəbank ASC-nin xx.xx.2019-cu il tarixli bildirişindən görünür ki, cavabdehlə İddiaçı ASC arasında bağlanmış xx.xx.2018 tarixli RBNPU-3591 saylı kredit müqaviləsinə əsasən Sizə 22575 (iyirmi iki min beş yüz yetmiş beş manat 00 qəpik) AZN məbləğində kredit verilmiş, ona təyin olunmuş qrafik üzrə kredit ödənişini vaxtında icra etmədiyi üçün xx.xx.2019 tarixə olan əsas borc 22575 (iyirmi iki min beş yüz yetmiş beş manat 00 qəpik) AZN, kreditdən istifadəyə görə 2359,8 (iki min üç yüz əlli doqquz manat 80 qəpik) faiz borcu və 0 (sıfır) cərimə borcu, cəmi 2070 (iki min yetmiş manat 00 qəpik) AZN borcu 141 gün gecikmədədir və bu barədə cavabdeh Banka olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RBNPU-3519 saylı Kredit Müqaviləsinə əsasən Bank cavabdehə illik 22 % (iyirmi iki) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 22575 (iyirmi iki min beş yüz yetmiş beş) manat məbləğində kredit verilmiş, lakin kredit alan tərəf müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və nəticədə Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə 22575 manat əsas, 27759,28 manat faiz borcu, 4515 manat cərimə borcu, cəmi 54849.28 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, eləcə də tərəflər arasında bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı müqaviləyə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyətcavabdehlik daşıyır. Belə ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş olsa da, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə tutulmalı olan borcun məbləği ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 9/5845 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixə cəmi 32.508 manat, əsas borcu 22575 manat, faiz borcu 9933 manat, xx.xx.2022-ci il tarixə cəmi 34765,5 manat əsas borc 22575 manat, faiz borcu 9933 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5 % -lə hesablanmaqla 2257,5 manat faiz borcu təşkil edir. Məhkəmə əsas borcun tutulması ilə bağlı hissədə iddia tələbini, maliyyə arayışını və ekspert rəyini nəzərə alaraq hesab edir ki, əsas borc 22575 (iyirmi iki min beş yüz yetmiş beş manat 00 qəpik) manat məbləğində tutulmalıdır. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli maliyyə arayışında əsas borcun 22575 manat, faiz borcunun 27759.28 manat və cərimə borcunun 4515 manat olduğu göstərilmişdir. Belə ki, Ekspertiza rəyindən görünür ki, 23 iyul 2018-ci il tarixdə bağlanmış RBNPU- 3591 nömrəli kredit müqaviləsindən qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh iddiaçı Rabitəbank ASC-yə olan borcu xx.xx.2020-ci il (müqavilə müddəti bitən tarixə) faiz borcu 9933 manat, həmin tarixdən xx.xx.2022-ci il tarixə isə gecikdirilmiş vaxt üçün faiz borcu illik 5% faizlə hesablanmaqla 2257,5 manat, yəni ümumilikdə faiz borcu 12190.5 manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki “1. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. 2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.” Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin icra müddəti xx.xx.2020-ci il tarixdə bitdiyindən faiz borcu həmin tarixdən sonra 5 faizlə hesablanmalıdır. Odur ki, faiz borcu ekspertiza rəyində göstərilən həcmdə tutulmalıdır. Məhkəmə iddia ərizəsinin “4515 manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, kredit müqaviləsindən irəli gələn 22575 manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış “4515 manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 500 manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Odur ki, iddia 22575 manat əsas borc, müqavilə müddəti üçün hesablanan faiz borcu 9933 manat, həmin tarixdən xx.xx.2022-ci il tarixədək isə gecikdirilmiş vaxt üçün faiz borcu illik 5% faizlə hesablanmaqla 2257,5 manat, yəni ümumilikdə 12190.5 manat faiz borcu və 500 manat cərimə borcu həcmində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olunduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 255 manat dövlət rüsumunun 200 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 55 manat hissəsi iddiaçıya aid edilməlidir, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 80 (səksən) manat hissəsi cavabdehdən, 20 (iyirmi) manat hissəsi iddiaçıdan tutulmaqla müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 22.575 (iyirmi iki min beş yüz yetmiş beş manat) manat əsas borc, 12.190.5 (on iki min yüz doxsan manat əlli qəpik) manat faiz borcu, 500 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 35.265.5 (otuz beşmin iki yüz altmış beş manat əlli qəpik) manat məbləğində borc və ödənilmiş 255 (iki yüz əlli beş) manat dövlət rüsumunun 200 (iki yüz) manat hissəsi tutulmalı, 55 (əlli beş) manat hissəsi iddiaçıya aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 80 (səksən) manat hissəsi cavabdehdən, 20 (iyirmi) manat hissəsi iddiaçıdan tutulmaqla müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 22.575 (iyirmi iki min beş yüz yetmiş beş) manat əsas borc, 12.190.5 (on iki min bir yüz doxsan manat əlli qəpik) manat faiz borcu, 500 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 35.265.5 (otuz beş min iki yüz altmış beş manat əlli qəpik) manat məbləğində borc və ödənilmiş 255 (iki yüz əlli beş) manat dövlət rüsumunun 200 (iki yüz) manat hissəsi tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 80 (səksən) manat hissəsi Cavabdeh, 20 (iyirmi) manat hissəsi İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar