Məhkəmə qərarları › İş №e-2(009)-1420/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1420/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1420/2022 19.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə iddiaçının iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC nin idarə heyətinin sədri Aydın Hüseynov ərizə ilə məhkəməyə müraciət edərək iddia iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılması və ərizənin baxılmamış salxanılmasına, dövlət rüsumun qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir . Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hakim həmçinin iddiaçının xahişini və prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. AR MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsinə əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 59,45 manat dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 259.0.11 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın və iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 59,45 (əlli doqquz manat qırx beş qəpik) manat dövlət rüsumu (büdcə təsnifat kodu 142211, büdcə səviyyə kodu 1, Xəzinə hesabı AZ17CTRE********************) İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar