Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1430/2022 23.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kirayə haqqının və çəkilən xərclərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cаvаbdеh Cavabdeh hazırkı vaxtadək (2022-ci ilin yanvar-may ayları ərzində) yaranmış 2750 (iki min yeddi yüz əlli) manat məbləğində kirayə bоrcunun və 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Cəmil Hasilov küçəsi, ev 125C, 8 saylı mənzildən çıxardılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 131,20 kv metr olan, 3 otaqlı mənzil onun xüsusi mülkiyyətindədir. Bu barədə iddiaçıya Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarış verilmişdir. Cavabdeh Bəhram qızı ilə aralarında bağlanmış «yaşayış sahəsinin kirayəsi haqqında» 10/21 №-li, 01 noyabr 2021-ci il tarixli müqaviləyə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 131,20 kv metr olan, 3 otaqlı mənzilini 1 il müddətinə, aylıq 550 (beş yüz əlli) manata cavabdehə kirayə vermişdir. Cavabdeh müqavilə bağlandıqdan və mənzil ona təhvil verilən xx.xx.2021-ci il tarixdən sonra, keçən 2 ayın (noyabr və dekabr ayları) kirayə haqqını, yəni cəmi 1.100 (bir min yüz) manat məbləğində pulu ödəmiş, lakin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin vaxtdan indiyədək olan kirayə haqqını ödəməmiş, mənzili boşaltması və mənzildən çıxması dəfələrlə tələb olunsa da, mənzildən çıxmamışdır. Cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinin 2.1-ci bəndinə əsasən kirayə haqqının ödənilməsi kirayə münasibətlərinin yaranmasından (müqavilənin 3.1.4-cü bəndində qeyd edilən Aktın imzalanma tarixindən) başlayaraq hər növbəti ayın 01-dən 05-dək nağd qaydada həyata keçiriləcəkdir. Kirayə müqavilənin 3.2.2-ci bəndinə əsasən kirayəçi kirayə haqqını vaxtında və tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2022-ci il tarixdə iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizəsi verərək cаvаbdеh Cavabdeh xx.xx.2022-ci il tarixədək (2022-ci ilin yanvar-iyul ayları ərzində) yaranmış 3.850 (üç min səkkiz yüz əlli) manat məbləğində kirayə bоrcunun, ona məxsus əşyaların boşaldılması və daşınmasına görə çəkilmiş xərcin əvəzi olaraq 150 (yüz əlli) manatın və 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin, cəmi 4.100 (dörd min yüz) manat məbləğində pulun tututaraq İddiaçı ödənilməsini xahiş etmişdir. Dəqiqləşmə ərizəsini onunla əsaslandırmışdır ki, hazırkı mülki is üzrə məhkəmə baxışı təyin olunandan sonra, vəni xx.xx.2022- ci il tarixində tərəflər arasında razılıq əldə olunmuş, iddia tələbinin bir hissəsi cavabdeh tərəfindən təmin edilmişdir. Belə ki, Cavabdeh tərəflər arasında bağlanmış müqaviləyə əsasən kirayədə qaldığı və iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Cəmil Hasilov küçəsi, ev 125C, 8 saylı mənzili xx.xx.2022-ci il tarixində təhvil verərək mənzildən çıxmış, eyni zamanda özünə məxsus əşyaları tam təhvil almışdır. Bu barədə tərəflər arasında xx.xx.2022-ci il tarixli aktlar imzalanmışdır. Həmin aktlara əsasən tərəflər razılaşmışlar ki, kirayə müqaviləsi üzrə ödənişlər 2022-ci ilin yanvar ayından bu günədək ödənilmədiyi üçün tərəflər arasında bağlanmış kirayə müqaviləsinə xitam verilir, mənzil boşaldılıb iddiaçıya təhvil verilir, mənzilin boşaldılması mülkiyyətçi (İddiaçı) tərəfindən həyata keçirilir, kirayəçi tərəfindən heç bir narazılıq olmamış, kirayəçiyə aid əşyalar tam təhvil verilmişdir. Eyni zamanda mənzildə olan və cavabdehə məxsus əşyaların boşaldılması və daşınmasına görə iddiaçı tərəfindən 150 (yüz əlli) manat pul vəsaiti xərclənmişdir. Məhkəmə islasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib iddia ərizəsində qeyd olunanları müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə islasında iştirak edən Cavabdeh iddia tələbi ilə razı olmadığını, iddiaçını tanımadığını bildirmişdir. Qeyd etmişdir ki, kirayə borcunu verməyə imkanı yoxdur. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsini, cavabdehi dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* №-li Çıxarışdan görünür ki, ünvan 1 idddiaçı İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan “Yaşayış sahəsinin kirayəsi” haqqında xx.xx.2021-ci il tarixli, 10/21 №-li müqaviləyə əsasən ünvan 1-də yerləşən 3 otaqlı mənzil Cavabdeh 550 manata (hər ay) kirayə verilmişdir. Kirayə haqqının kirayə münasibətlərinin yaranmasından başlayaraq hər növbəti ayın 01-dən 05-dək nağd qaydada ödənilməsi müqavilədə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Aktdan gürünür ki, cədvəldə göstərilən mal, material və avadanlıqlar yerindədir və kirayəçiyə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixli, 10/21 №-li müqavilə üzrə 2.750 manat məbləğində kirayə borcunun 7 gün müddətində ödənilməsi, mənzildən çıxması və mənzilin boşaldılaraq təhvil verilməsi barədə xəbərdar edilmişdir. Lakin Cavabdeh pretenziya məktubunu almaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə İddiaçı və Cavabdeh arasında tərtib olunan təhvil-təslim aktından görünür ki, yanvar ayı 2022-ci il tarixdən bu günə kimi ödəniş olmadığı üçün onlar arasında bağlanmış kirayə müqaviləsinə xitam verilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi barədə tərəflər arasında razılığa gəlinmişdir. Mənzil mülkiyyətçi tərəfindən boşaldılmış və kirayəçi heç bir narazılıq etməmişdir. Kirayəçiyə aid olan əşyalar tam şəkildə təhvil verilmişdir. Həmin tarixdə mənzilin boşaldılması və əşyaların daşınmasına görə 150 manat məbləğində pul xərclənməsi barəsində tərəflər arasında akt tərtib edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1-də yerləşən 3 otaqlı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan ünvan 1-də yerləşən 3 otaqlı mənzilini Cavabdeh 550 manata (hər ay) kirayə vermişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh müqavilənin şərtlərinə əməl etmir, yəni aylıq icarə haqqını ödəmir və iddiaçının mülkiyyətində olan mənzilindən çıxmırdı. xx.xx.2022-ci il tarixdə mənzil mülkiyyətçi tərəfindən boşaldılmış və kirayəçi heç bir narazılıq etməmişdir. Kirayəçiyə aid olan əşyalar tam şəkildə təhvil verilmişdir. Həmin tarixdə mənzilin boşaldılması və əşyaların daşınmasına görə 150 manat məbləğində pul xərclənməsi barəsində tərəflər arasında akt tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsində isə təsbit edilmişdir ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsində isə göstərilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsəində sərəncam vermək hüquqularından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı mədəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Qeyd olunan Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsində qeyd edir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 675-ci mаddəsinin tələbinə əsаsən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunanlara istinadən hesab edir ki, iddia təmin edilməli, 3.850 (üç min səkkiz yüz əlli) manat məbləğində kirayə borcu, cavabdehə məxsus əşyaların boşaldılması və daşınmasına görə çəkilmiş xərcin əvəzi olaraq 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməldir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. 3.850 (üç min səkkiz yüz əlli) manat məbləğində kirayə borcu, cavabdehə məxsus əşyaların boşaldılması və daşınmasına görə çəkilmiş xərcin əvəzi olaraq 150 (yüz əlli) manat məbləğində pul və 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-1430/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1430/2022
23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver