Məhkəmə qərarları › İş №e-2(009)-1445/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1445/2023

20.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1445/2023 20.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nə məxsus olan “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 6277.10 manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 82.78 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı “Azərmaş" MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 28 aprel 2023-cü il tarixdə, saat 18:10 radələrində, Cavabdeh3 idarə etdiyi, mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus və etibarnamə əsasında Cavabdeh1 etibar edilmiş “X4” minik markalı, OO-936-OX dövlət qeydiyyat nişanlı avtomobillə Xocəsən yolunda əks istiqamətə manevr edərək yol nəqliyyat hadisəsi törətmiş və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Ekologiya YPX inpektoru tərəfindən sürücü Cavabdeh3 barəsində 28 aprel 2023-cü il tarixli TP ******* saylı X3 Haqqında Qərar qəbul edilməklə 40 manat məbləğində cərimə edilmişdir. "Azərmaş” Servis Mərkəzi tərəfindən 05 may 2023-cü il tarixdə tərtib olunmuş qiymətləndirmə aktına əsasən “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün 6277.11 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən edilmişdir. Həmçinin qeyd edir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman “X4" minik markalı, OO-936-OX dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortası olmamışdır. Hesab edir ki, “X4” markalı, OO-936-OX dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2 avtomobili icbari qaydada sığorta etdirmədiyi üçün, etibar edilən şəxs Cavabdeh1 nəqliyyat vasitəsini heç bir hüquqi əsası olmadan üçüncü şəxsə verdiyi üçün və Cavabdeh3 nəqliyyat vasitəsini hüquqi əsası olmadan idarə edərək zərər vurduğu üçün İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan pul cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməməlidir. İş materiallarında olan AD 862997 nömrəli, xx.xx.2020-ci il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıMMC-dir. İş materiallarında olan İddiaçı MMC servisin xx.xx.2023-cü il tarixli Qüsur Aktından görünür ki, “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 6277,11 (altı min iki yüz yetmiş yeddi manat on bir qəpik) manat müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli TP ******* nömrəli X3 haqqında qərardan görünür ki, 28 aprel 2023-cü il tarixdə, saat 18:10 radələrində, Cavabdeh3 idarə etdiyi “X4” minik markalı, OO-936-OX dövlət qeydiyyat nişanlı avtomobillə AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AR-İİ 993382 nömrəli etibarnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 ona məxsus olan qeydiyyat nişan OO936OX, Mersedes-Benz Vita markalı minik avtomaşını idarə etməyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyində, Azərbaycan Respublikası DİN DÜPİ-də Bakı Nəqliyyat Departamentində təmsil etməyi, adından sənədləşdirmə işləri aparmağı, müqavilə imzalamağı, ərizə verməyi, ona çatası sənədləri, arayışları alınmağı və təhvil verməyi, adından imza etməyi, dövlət rüsumları ödəməyi, sənədləri imza etməyi, tapşırığın yerinə yetirməsi ilə əlaqədar bütün hərəkətlər etməyi 5 ay 1 gün müddətinə Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh1 oğluna etibar etmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizsıa Mərkəzinin 9/7503 nömrəli, xx.xx.2023-üi il tarixli ekspert rəyindən görünür ki, İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, qüsur aktında 2020-ci il buraxılışlı “Khazar” minik markalı, “SD” model, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5794,39 manat müəyyən edilir. O cümlədən: dəyişməli hissələrin qiyməti - 3704,39 manat; təmir-bərpa işlərinin qiyməti - 2090,00 manatdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçıya zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, 28 aprel 2023-cü il tarixdə, saat 18:10 radələrində, Cavabdeh2 məxsus və etibarnamə əsasında Cavabdeh1 etibar edilmiş “X4” minik markalı, OO-936-OX dövlət qeydiyyat nişanlı avtomobili heç bir hüquqi əsası olmadan idarə edən Qarayev X2 yolunda əks istiqamətə manevr edərək yol nəqliyyat hadisəsi törətmiş və İddiaçıMMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Cavabdeh3 AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün xx.xx.2023-cü il tarixli TP ******* nömrəli X3 haqqında qərar əsasında 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 9/7503 nömrəli, xx.xx.2023-üi il tarixli ekspert rəyinə əsasən İddiaçıMMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, qüsur aktında 2020-ci il buraxılışlı “Khazar” minik markalı, “SD” model, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5794,39 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ekspertin rəyi nəzərə alınmaqla dəymiş maddi ziyanla bağlı iddia tələbi qismən təmin edilməli və cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 5794,39 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 5794,39 (beş min yeddi yüz doxsan dörd manat otuz doqquz qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar