Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1447/2024 10.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə, İddiaçı «X3 Azərbaycan» QSC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «X3 Azərbaycan» QSC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2014-cü il tarixli Bank hesabı, debet kart, kredit kart və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2020-ci il tarixli, e-2(009)- 1065/2020 saylıMəhkəmə qətnaməsiçıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC"xxxx" MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “İnternational Legal Services MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixində ödənilən 100 manat, xx.xx.2023-cü il tarixində ödənilən 449.93 manat, xx.xx.2023-cü il tarixində ödənilən 240.93 manat məbləğlərindəki vəsait "xxxx" MMC -nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC -yə 121.55 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yeSrmiş olduğu xidmətlərə görə "xxxx" MMC -yə cavabdeh(lər) tərəfindən"xxxx" QSC-yəödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 121.55 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.19-cu bəndində qeyd edilmişdir ki «bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vanda və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyə!ndə qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir.Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 121,55 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun “Yapı Kredit Bank Azərbaycan“ QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə borcverən adlanan «X3 Azərbaycan» QSC ilə müştəri Cavabdeh arasında imzalanmış xx.xx.2014-cü il tarixdə kart krediti müqaviləsi bağlanılmışdır. İş üzrə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(009)-1065/2020 saylı qətnaməsi ilə Cavabdeh «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 588,57 (beş yüz səksən səkkiz manat əlli yeddi qəpik) manat, hesablanmış və ödənilməmiş faiz borcu 68,45 (altmış səkkiz manat qırx beş qəpik) manat, cərimə borcu 96,54 (doxsan altı manat əlli dörd qəpik) manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2 (iki) manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4,80 (dörd manat səksən qəpik) manat, ümumilikdə 760,36 (yeddi yüz altmış manat otuz altı qəpik) manat məbləğində kredit kartı borcunun və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması qət edilmişdir. İş üzrə «X3 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən istehlak kreditləri, krdit kartları və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borcların alınması üçün göstəriləcəyi hüquqi xidmətlər və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələlərin tənzimlənməsi müqavilə predmetinə aid edilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 11 saylı akta əsasən X3 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1 və 5.1.2-ci bəndlərinə əsasən 2023-cü ilin iyul ayı üzrə "xxxx" MMC tərəfindən “World”- kart krediti üzrəborclu müştərinin Banka geri ödənişlərini 449,93 manat 15% xidmət haqqının 67,48 manat icra edilərək X3 Azərbaycan» QSC-yə təhvil verilmiş və bank tərəfindən qəbul edilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 12 saylı akta əsasən X3 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1 və 5.1.2-ci bəndlərinə əsasən 2023-cü ilin iyul ayı üzrə "xxxx" MMC tərəfindən “World”- kart krediti üzrəborclu müştərinin Banka geri ödənişlərini 100 manat 15% xidmət haqqının 15 manat icra edilərək X3 Azərbaycan» QSC-yə təhvil verilmiş və bank tərəfindən qəbul edilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 13 saylı akta əsasən X3 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1 və 5.1.2-ci bəndlərinə əsasən 2023-cü ilin avqust ayı üzrə "xxxx" MMC tərəfindən “World”- kart krediti üzrəborclu müştərinin Banka geri ödənişlərini 240,43 manat 15% xidmət haqqının 36,06 manat icra edilərək X3 Azərbaycan» QSC-yə təhvil verilmiş və bank tərəfindən qəbul edilmişdir. İş üzrə «X3 Azərbaycan» QSC tərəfindən verilmiş maliyyə arayışına əsasən «X3 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin şərtlərinə uyğun olaraq «X3 Azərbaycan» QSC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2012-ci il tarixli kart krediti müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2023-cü il təmin edilmiş 790,36 manat məbləğində pul vəsaitinə görə «X3 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 121,55 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Təqdim olunan sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, bu səbəbdən də bank borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və Səbail rayon Məhkəməsinin e-2(009)-1065/2020 saylı xx.xx.2020-ci il tarixli saylı məhkəmə qətnaməsi ilə yaranmış borcun tutulması qət edilmiş, iddiaçı "xxxx" QSC"xxxx" MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmiş, “İnternational Legal Services MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödənilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixində ödənilən 790,36 manat məbləğlərindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 121,55 manat məbləğində xidmət haqqı ödənilmişdir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, «X3 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən "xxxx" MMC-yə 121,55 manat məbləğində xidmət haqqı ödənilmiş, bununla da qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmişdir. Bu səbəbdən məhkəmə iddiaçı "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə hüquqi xidmət haqqı kimi ödənilmiş 121,55 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə tələb irəli sürməsini əsaslı hesab edir. Azərbaycan Respubliası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə hüquqi xidmət haqqı kimi 121,55 manat məbləğində pul vəsaiti ödənildiyindən, bununla da iddiaçıya həmin məbləğ həddində zərər vurulduğundan, maddi zərər kimi həmin pulun cavabdeh X1 tutulması barədə iddiaçın tələbi əsaslıdır və təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «X3 Azərbaycan» QSC-nin xeyrinə 121,55 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun, cəmi 151,55 (yüz əlli bir manat əlli beş qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1447/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1447/2024
10.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver