Məhkəmə qərarları › İş №e-2(009)-1477/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1477/2023

07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1477/2023 07.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı Əmanətlərin Sığortlanması Fondunun – Cavabdeh (Maraqlı şəxs üçüncü şəxs kimi qeyd edilən) qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Əmanətlərin Sığortlanması Fondunun – Cavabdeh (Maraqlı şəxs üçüncü şəxs kimi qeyd edilən) qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-364/14 saylı kredit müqaviləsi ləğv edilərək, cəmi 438183.51 (dörd yüz otuz səkkiz min bir yüz səksən üç manat 51 qəpik) manat - bundan 203316.56 (iki yüz üç min üç yüz on altı manat 56 qəpik) manat əsas, 89700.32 (səksən doqquz min yeddi yüz manat 32 qəpik) manat faiz, 145166.63 (bir yüz qırx beş min bir yüz altmış altı manat 63 qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 728,18 (yeddi yüz iyirmi səkkiz manat 18 qəpik) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat rüsumun Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, - tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh qıza məxsus Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, b. 27A, m. 344, (Yeni qaydalarla: ünvan 1 ünvanında 17- ci mərtəbədə 127.5 kv.m. ümumi, 73.1 kv.m. yaşayış, 54.4 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı mənzilə yönəlməsi, əmlakın likvid satış qiyməti müəyyən edilərək açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh qızndan Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, ipoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh qıznın və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqlar yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin ona əlavə edilmiş sənədlərin və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. İş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilənədək iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytaılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Əmanətlərin Sığortlanması Fondunun – Cavabdeh (Maraqlı şəxs üçüncü şəxs kimi qeyd edilən) qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 728 (yeddi yüz iyirmi səkkiz) manat məbləğində dövlət rüsumu iddiaçı X1 geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar