Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1480/2023 06.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə övladları X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhər Səbail rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 2(009)-391/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh oğhı arasında olan nikah pozulmuş və birgə nikahdan olan 08 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək xx.xx.2019-cu il tarixdən başlayaraq saxlanılması üçün hər ay iddiaçının xeyrinə sabit pul məbləğində 160 manat, xx.xx.2020-ci il tarixdən başlayaraq 170 manat sabit pul məbləğində aliment tutulması qət olunmuşdur. Hal-hazırda uşaqlarının böyüməsi, sağlam və tərbiyə edilməsi, təhsillə əlaqədar zəruri və digər xərclər, həmçinin qayğısına qalınması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment kifayət etmir. Belə ki, yuxanda qeyd olunan qətnamə ilə birgə nikahdan doğulmuş X2 üçün qət edilən aliment məbləği bugünkü günün iqtisadi göstəriciləri ilə uzlaşmır. Qiymətlərin qalxması və digər zəruri amillər uşağın maddi təminatlanın artmasına səbəb olmuşdur. X1 onun bir valideyn kimi iştirak etməsinə baxmayaraq, övladının maddi təminatlanın təminində bəzi problemlərlə üzləşir. X4 maddi təminatlannm təmini onunla yanaşı cavabdehin də vəzifə borcudur. Onun saxlanılmasında onun iştirakından başqa qətnamə ilə müəyyən edilmiş məbləğ çox azlıq təşkil edir. Həmçinin, nəzərinizə çatdırmaq istəyir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən, 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. X3 yetkinlik yaşına çatanadək xx.xx.2020-ci il tarixdən başlayaraq 170 (bir yüz vetmiş) manat məbləğində alimentin tutulması qət edilmiş, alimentin miqdarı bir uşaq üçün nəzərdə tutulmuş yaşayış minumumu ilə mütənasiblik təşkil edilir. Hesab edir ki, alimentin ödənilməsi ilə bağlı cavabdehdən tutulan aliment məbləği artırılmalıdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AZ-İİİ 085606 nömrəli, 27 iyun 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından bir uşaqları var: xx.xx.2013-cü il təvəllüdlü X5, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-391/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöəbəsində 10 mart 2012-ci il tarixdə bağlanmış və 283 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, yetkinlik yaşına çatmamış xx.xx.2013-cü il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16 dekabr 2019-cu il tarixdən başlayaraq, 01 yanvar 2020-ci ilə qədər sabit pul məbləğində 160 manat, 01 yanvar 2020-ci il tarixdən başlayaraq 170 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 05553302 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh, xx.xx.1986-cı ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 415547 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikhları Səbail rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2020ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması akt qeydləri kitabında 2020 ilin 09 ayının 02 günündə 149 No ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları 08 iyun 2013-cü il təvəllüdlü X5 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2023-cü il tarixli Qanunla 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin qismən təmin edilməsini, cavabdehdən tutulan alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsini zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşaqların saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşaqlaın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə uşaqların saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-391/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-391/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərərəs miqaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəmə sivasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1480/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1480/2023
06.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver