Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1509/2025 13.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 10.791,04 (on min yeddi yüz doxsan bir dollar, 04 sent) ABŞ dolları-bundan 4.417,33 (dörd min dörd yüz on yeddi dollar, 33 sent) ABŞ dolları əsas, 1.720,14 (bir min yeddi yüz iyirmi dollar, 14 sent) ABŞ dolları faiz, 4.016,12 (dörd min on altı dollar, 12 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 637,45 (altı yüz otuz yeddi dollar, 45 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 145,04 (yüz qırx beş manat, 04 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 437682 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 7.907,62 (yeddi min doqquz yüz yeddi dollar, 62 sent) ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən (1USD=1.40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. ZM-437682 nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişə əsasən Zamin ilə Zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixli 13/2/71733695-USD nömrəli kassaməxaric orderindən görünür ki, xx.xx.2014-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 6.350 (altı min üç yüz əlli) ABŞ dolları məbləğində pul verilmiş, cavabdeh isə orderə imza atmaqla 6.350 (altı min üç yüz əlli) ABŞ dolları məbləğində pulun götürülməsini təsdiq etmişdir. Hazırda Bank tərəfindən 437682 nömrəli, xx.xx.2014cü il tarixli Kredit və Zaminlik müqavilələrinin məhkəməyə təqdim edilməməsinin səbəbi İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filallarda olan sənədlərin məhv edilməsi, itirliməsi və ya korlanması olmuşdur. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 10.791,04 (on min yeddi yüz doxsan bir dollar, 04 sent) ABŞ dolları təşkil edir. Bundan 4.417,33 (dörd min dörd yüz on yeddi dollar, 33 sent) ABŞ dolları əsas, 1.720,14 (bir min yeddi yüz iyirmi dollar, 14 sent) ABŞ dolları faiz, 4.016,12 (dörd min on altı dollar, 12 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 637,45 (altı yüz otuz yeddi dollar, 45 sent) ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iş materiallarında olan kredit müqaviləsi üzrə bağlanmış 13 iyun 2017-ci il tarixli, 02 nömrəli əlavə sazişdən görünür ki, 15 sentyabr 2014-cü il tarixli, 437682 nömrəli kredit müqaviləsi üzrə kredit restruktrizasiya edilmiş və müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, illik 8 % olmaqla restrukturizasiya edilmiş kreditin qalıq məbləği 7907,62 ABŞ dolları hesablanmışdır. İş materiallarında olan zaminlik müqaviləsi üzrə bağlanmış 13 iyun 2017-ci il tarixli, 02 nömrəli əlavə sazişdən görünür ki, zamin 13 iyun 2017-ci il tarixli, 02 nömrəli əlavə saziş üzrə borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. İş materiallarında olan 24 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 sentyabr 2014-cü il tarixli, 437682 saylı kredit müqaviləsi üzrə 23 aprel 2025-ci il tarixə hesablanmış 4417,33 ABŞ dolları məbləğində ödənilməmiş əsas borc, 1720,14 ABŞ dolları faiz borcu, 4016,12 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 637,45 manat olmaqla ümumilikdə 10791,04 ABŞ dolları borcu vardır. İş materiallarında olan bildirişdən görünür ki, cavabdehlər banka olan borcu ödəməyəcəkləri təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşlar. Əsaslandırıcı hissə: Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə bağlanmış 13 iyun 2017-ci il tarixli, 02 nömrəli əlavə sazişə əsasən, 15 sentyabr 2014-cü il tarixli, 437682 nömrəli kredit müqaviləsi üzrə kredit restruktrizasiya edilmiş və müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, illik 8 % olmaqla restrukturizasiya edilmiş kreditin qalıq məbləği 7907,62 ABŞ dolları hesablanmışdır. Zaminlik müqaviləsi üzrə bağlanmış 13 iyun 2017-ci il tarixli, 02 nömrəli əlavə sazişə əsasən, zamin 13 iyun 2017-ci il tarixli, 02 nömrəli əlavə saziş üzrə borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. 24 aprel 2025-ci il tarixli maliyyə arayışına əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 sentyabr 2014-cü il tarixli, 437682 saylı kredit müqaviləsi üzrə 23 aprel 2025-ci il tarixə hesablanmış 4417,33 ABŞ dolları məbləğində ödənilməmiş əsas borc, 1720,14 ABŞ dolları faiz borcu, 4016,12 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 637,45 manat olmaqla ümumilikdə 10791,04 ABŞ dolları borcu vardır. Məhkəmə qeyd edir ki, (münasibətin yarandığı vaxt qüvvədə olan) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə iddia ərizəsinin “4016,12 ABŞ dolları məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, kredit müqaviləsindən irəli gələn 4417,33 ABŞ dolları əsas borcunun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 4016,12 ABŞ dolları cərimə (dəbbə) məbləğini tənasübsüz hesab edir və həmin dəbbə pulunun azaldılaraq 50 (əlli) ABŞ dolları məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qəbul edilən hüquqi mövqeyə əsasən, “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. 3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.” Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, 4417,33 (dörd min dörd yüz on yeddi ABŞ dolları otuz üç sent) ABŞ dolları əsas borc, 1720,14 (bir min yeddi yüz iyirmi ABŞ dolları on dörd sent) ABŞ dolları faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 637,45 (altı yüz otuz yeddi ABŞ dolları qırx beş sent) ABŞ dolları faiz borcu, ümumilikdə 6824,92 (altı min səkkiz yüz iyirmi dörd ABŞ dolları doxsan iki sent) ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iddianın “borcun həm də zamindən tutulmasına” aid hissəsi ilə bağlı qeyd edir ki, kredit müqaviləsi üzrə bağlanmış 13 iyun 2017-ci il tarixli, 02 nömrəli əlavə sazişə əsasən, 15 sentyabr 2014-cü il tarixli, 437682 nömrəli kredit müqaviləsi üzrə kredit restruktrizasiya edilmiş və müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, illik 8 % olmaqla restrukturizasiya edilmiş kreditin qalıq məbləği 7907,62 ABŞ dolları hesablanmışdır. Zaminlik müqaviləsi üzrə bağlanmış 13 iyun 2017-ci il tarixli, 02 nömrəli əlavə sazişə əsasən, zamin 13 iyun 2017-ci il tarixli, 02 nömrəli əlavə saziş üzrə borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Qanunvericiliyin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, 15 sentyabr 2014-cü il tarixli, 437682 nömrəli kredit müqaviləsi üzrə bağlanmış 13 iyun 2017-ci il tarixli, 02 nömrəli əlavə sazişdən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh və Zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı əsas öhdəliyin icrası vaxtı (13 iyun 2022-ci il) çatdığı gündən bir il ərzində - 13 iyun 2023-cü il tarixədək iddia irəli sürmək hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürməmişdir. Qeyd edilənlərin bilavasitə qanunun tələbindən, eləcə də tərəflər arasında bağlanmış müqavilə şərtlərindən irəli gəldiyini, qanunla və müqavilə şərtinə əsasən müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, zaminlik müqaviləsinə xitam verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Buna görə də, məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun Zamin tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi Zamin aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 4417,33 (dörd min dörd yüz on yeddi ABŞ dolları otuz üç sent) ABŞ dolları əsas borc, 1720,14 (bir min yeddi yüz iyirmi ABŞ dolları on dörd sent) ABŞ dolları faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 637,45 (altı yüz otuz yeddi ABŞ dolları qırx beş sent) ABŞ dolları, ümumilikdə 6824,92 (altı min səkkiz yüz iyirmi dörd ABŞ dolları doxsan iki sent) ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş dövlət rüsumunun 124,80 (bir yüz iyirmi dörd manat səksən qəpik) manat hissəsi tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə:
Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 4417,33 (dörd min dörd yüz on yeddi ABŞ dolları otuz üç sent) ABŞ dolları əsas borc, 1720,14 (bir min yeddi yüz iyirmi ABŞ dolları on dörd sent) ABŞ dolları faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 637,45 (altı yüz otuz yeddi ABŞ dolları qırx beş sent) ABŞ dolları, ümumilikdə 6824,92 (altı min səkkiz yüz iyirmi dörd ABŞ dolları doxsan iki sent) ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş dövlət rüsumunun 124,80 (bir yüz iyirmi dörd manat səksən qəpik) manat hissəsi tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəna Qafarova