Məhkəmə qərarları › İş №e-2(009)-1546/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1546/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1546/2023 13.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Əlı̇ yev Ayaz Aydın oğlunun iştirakları ilə, İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmı̇ yyəti "BANK STANDARD" Kommersı̇ ya Bankının cavabdehlər Teymurov Pərvı̇ z Rafaı̇ l oğluna və Əlı̇ yev Ayaz Aydın oğluna qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmı̇ yyəti "BANK STANDARD" Kommersı̇ ya Bankı cavabdehlər Teymurov Pərvı̇ z Rafaı̇ l oğluna və Əlı̇ yev Ayaz Aydın oğluna qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 387.76 (üç yüz səksən yeddi manat, 76 qəpik) manat məbləğində əsas borc və 120.25 (yüz iyirmi manat, 25 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 508.01 (beş yüz səkkiz manat, 01 qəpik) manat məbləğində pulun, 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/105436/15 saylı Kredit müqaviləsi bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 18 (on səkkiz) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz ödənilməsi şərti ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 (bundan sonra - Zamin) xx.xx.2015-ci il tarixli 1xx/xx/105436/15 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin Cavabdehlər öz üzərinə götürdükləri kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehlərin Banka 387.76 (üç yüz səksən yeddi manat, 76 qəpik) manat məbləğində əsas borc və 120.25 (yüz iyirmi manat, 25 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 508.01 (beş yüz səkkiz manat, 01 qəpik) manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Əlı̇ yev Ayaz Aydın oğlu iddia tələbini qəbul etməyərək, ehtiyatda olan zabit olduğunu, Cavabdeh1 iş yoldaşı olduğunu, halhazırda xaricdə yaşadığını, bütün ödənişləri etdiyini, sonuncu dəfə ödənişi nə vaxt etdiyini xatırlamadığını, borcunun olub-olmamasının yadında olmadığını, 8 il keçdikdən borcun tələb edilməsinin qanuni olmamasını bildirərək göstərmişdir ki, əgər borcu var idisə bank ona daha əvvəl müraciət etməli idi. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan QSC “Bank Standart” KB ilə Əlı̇ yev Ayaz Aydın oğlu arasında bağlanmış 06 may 2015-ci il tarixli, 1xx/xx/105436/15 nömrəli kredit müqaviləsindən görünür ki, QSC “Bank Standart” KB Əlı̇ yev Ayaz Aydın oğluna 18 (on səkkiz) ay müddətinə 5000.00 (beş min) manat məbləğində kredit vermişdir. İş materiallarında olan QSC “Bank Standart” KB ilə Cavabdeh1 arasında bağlanmış 06 may 2015-ci il tarixli, 1xx/xx/105436/15 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 06 may 2015-ci il tarixli, 1xx/xx/105436/15 Kredit müqaviləsinə əsasən 5000 (beş min) AZN məbləğində 18 (on səkkiz) ay müddətinə verilən kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi Borc alan Əlı̇ yev Ayaz Aydın oğlunun öhdəliklərinin yerinə yetirilməsinə görə QSC “Bank Standart” qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. İş materiallarında olan Ləğv prosesində olan QSC “Bank Standart” KB tərəfindən verilmiş 22 iyun 2023-cü il tarixli maliyyə arayışından görünür ki, borclu Əlı̇ yev Ayaz Aydın oğlunun 06 may 2015-ci il tarixli, 1xx/xx/105436/15 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Ləğv prosesində olan QSC “Bank Standart” KB-yə 387.76 (üç yüz səksən yeddi manat, 76 qəpik) manat məbləğində əsas borc, 120.25 (yüz iyirmi manat, 25 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 508.01 (beş yüz səkkiz manat, 01 qəpik) manat borcu vardır. Əsaslandırıcı hissə: İş materialları ilə müəyyən olunur ki, Ləğv prosesində olan QSC “Bank Standart” KB ilə Əlı̇ yev Ayaz Aydın oğlu arasında bağlanmış 06 may 2015-ci il tarixli, 1xx/xx/105436/15 nömrəli kredit müqaviləsinə əsasən QSC “Bank Standart” KB Əlı̇ yev Ayaz Aydın oğluna 18 (on səkkiz) ay müddətinə 5000.00 (beş min) manat məbləğində kredit vermiş, Əlı̇ yev Ayaz Aydın oğlu müqavilə öhdəliklərini vaxtında və lazımınca yerinə yetirilməmiş, həmçinin zamin Cavabdeh1 həmin kredit müqaviləsinə əsasən verilən kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi Əlı̇ yev Ayaz Aydın oğlunun öhdəliklərinin yerinə yetirilməsinə görə QSC “Bank Standart” qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüş, lakin o da öhdəliyini icra etməmişdir. Nəticədə Ləğv prosesində olan QSC “Bank Standart” KB-yə 387.76 (üç yüz səksən yeddi manat, 76 qəpik) manat məbləğində əsas borc, 120.25 (yüz iyirmi manat, 25 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 508.01 (beş yüz səkkiz manat, 01 qəpik) manat borc yaranmışdır. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. - 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, cavabdeh Əlı̇ yev Ayaz Aydın oğlu “Bank Standart” KB ilə kredit müqaviləsi bağlayaraq üzərinə götürülmüş öhdəlikləri icra etməmiş, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyətcavabdehlik daşıyır. Eyni zamanda digər cavabdeh Teymurov Pərvı̇ z Rafaı̇ l oğlu da zaminlik müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Belə olan halda Bankın məhkəmə qaydasında cavabdehlər Teymurov Pərvı̇ z Rafaı̇ l oğlundan və Əlı̇ yev Ayaz Aydın oğlundan əsas və faiz borclarının ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, QSC “Bank Standard” KB ilə Əlı̇ yev Ayaz Aydın oğlu arasında bağlanmış 06 may 2015-ci il tarixli, 1xx/xx/105436/15 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 387.76 (üç yüz səksən yeddi manat, 76 qəpik) manat məbləğində əsas borc və 120.25 (bir yüz iyirmi manat, 25 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 508.01 (beş yüz səkkiz manat, 01 qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 387.76 (üç yüz səksən yeddi manat, 76 qəpik) manat məbləğində əsas borc və 120.25 (bir yüz iyirmi manat, 25 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 508.01 (beş yüz səkkiz manat, 01 qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan QSC “Bank Standard” KB-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar