Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1557/2023 04.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı «maneənin aradan qaldırılması» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində 04 avqust 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 saylı evin həyətinə girişdə sağdan 3-cü qapılı 1,2 kvadrat metr sahəli sanitar qovşağından hamam otağı kimi istifadəsinin təmin olunması üçün cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayonu Mirzə Mənsur küçəsi ev 94, 9A saylı mənzil xx.xx.2016-cı ildə alqı-satqı yolu ilə alınmış və bu barədə ona çıxarış verilmişdir. Bu zaman mübahisələndirilən 1.2 kv.sahəli hamam otağı özəlləşdirmədən kənar qalmışdır. Çünki bu vaxta qədər o, mənzilin daxilində quraşdırılmış hamam otağından istifadə etmişdir. xx.xx.2021-ci il tarixli qətnamənin icrasından sonra (xx.xx.2023) 9A mənzili faktiki hamam otaqsız qalmışdır. 9A mənzilinə 2002-ci ildə təhkim olunmuş ümumi həyətdə yerləşən 1.2 kvadrat sahəli hamam otağı qonşusu Cavabdeh tərəfindən təyinatı dəyişdirilərək tualet kimi istifadə olunur. Halbuki, 94 həyətində cavabdehə məxsus 3 mənzilin daxilində ayrılıqda 3 sanitar qovşağı var. Bundan başqa qədimdən 94 həyətində ümumi istifadədə 2.4 kv.metr sahəli hamam + tualet otağı istifadədə olub. O, mübahisələndirilən 1.2 kv. sahəli hamam otağı üzərində mülkiyyət hüquqlarının təmin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində iclas təyin olunmuşdur. Buna baxmayaraq 1.2 kvadrat sahənin bu gün ümumi istifadə statusunda qalması və onun icraatdan sonra hamam ləvazimatını yerləşdirməklə istifadə etməyi zərurəti olduğu üçün ümumi məhkəməyə müraciət etmək məcburiyyətindədir Cavabdeh mübahisələndirilən 94 həyətinə girişdə sağda 3-cü qapı 1.2 kvadrat sahəni 2002-ci il tarixdən təhkim olunmuş hamam otağı kimi təyinatı üzrə istifadə etməyinə maneçilik törədir. Bununla kifayətlənmir, qoruq idarəsinin mütəxəssislərinə təzyiq göstərib buranı ümumi sahə kimi “tualet”yazdıraraq göstərir. Bu sahəyə qəsdən ümumi istifadə donu geydirir. Halbuki, 2006-cıl ildə 94 həyətində genişmiqyaslı təmirdən sonra hər bir sakinin evində sanitar qovşağı var. 9A mənzili bu yenidən qurma proseslərindən kənarda qalmış, çünki onun ümumi həyətdə 1+1.2 kvadrat sanitar istifadə sahələri öncədən mövcud olmuşdur. Cavabdeh 7 il bu sahələrdən istifadəsinə könüllü maneçilik törədib, qapısını dəyişib. Həyətdə bu sahələrə birləşik 2.4 kvadtar sahəli işlək ümumi hamam + tualet otağı vardır. Hansı ki, o, cavabdeh və qonşuların xeyrinə bu 2.4 kvadrat sahədən imtina etmişdir. Eyni münasibəti onlardan da gözləyir. xx.xx.2021-ci il tarixli qətnamə cavabdehin iddiası və qonşuların dəstəyi əsasında 9A mənzili sanitar istifadə sahələrinin ümumi həyətdə yerləşməsi səbəbindən qəbul olunub. Təmizlik üçün zəruri təbii tələbatı ödəməyə cavabdeh özgəninkiləşdirmə məqsədi ilə maneçilik törədir deyə, maddi sübut olan fotoşəkildən göründüyü kimi 9A mənzili hamam otaqsız qalıb. Beləcə cavabdeh xx.xx.2021-ci il tarixli qətnamənin icrası zamanı hamam ləvazimatını 1.2 kvadrat sahəyə köçürməyə maneçilik törətdi.. Onu da qeyd edir ki, tərəfindən Bakı şəhəri Səbail rayon Pİnin 9-cu PB-nə ərizə müraciət olunmuş və müraciətinə xx.xx.2021-ci il tarixdə 067- 6002A- 1221 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Sizin Azərbaycan Respublikası Baş Prokurorluğuna və xx.xx.2021-ci il tarixində 9-cu PB-nə etdiyiniz müraciət tərəfimizdən tam, hərtərəfli, obyektiv araşdırılmış, vətəndaş Cavabdeh dəvət olunaraq izahatı alınmış, gələcəkdə bu kimi hallara yol verməməsi üçün lazımi tövsiyələr verilmişdir. Lakin bu tövsiyələrin cavabdehə faydası olmamışdır. Sonuncu olaraq Səbail rayon Məhkəməsində xx.xx.2023-cü il tarixdə istifadə hüququna dair qətnamə qəbul olunmuş, ona məlum olmuşdur ki, mübahisəni həll etmək üçün maneənin aradan qaldırması iddiasına baxılması ilə problem həllini tapa bilər. Nəticədə qanuni şəkildə məhkəməyə yenidən müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, 94 saylı, ümumi yaşayış qaydalı bina, 6 (altı) payçı, yəni mülkiyyətçi olmaqla, giriş dəhliz, həyət, su kranı, pilləkən qövsü, ikinci mərtəbə üzrə ümumi keçid eyvanı və üç ədəd sanitar qovşaqdan ibarət ümumi istifadə sahələri ilə məhdudlaşır. 14a saylı mənzil 133.2 kv.metr olmaqla – Cavabdeh, 12 saylı mənzil 36.4 kv.metr olmaqla – Cavabdeh (ailə tərkibi 4 nəfər), 9 saylı mənzil 31.4 kv.metr olmaqla – Cavabdeh, 9a saylı mənzil 38.3 kv.metr olmaqla – İddiaçı ( iddiaçı), 12a saylı mənzil 31 kv.metr olmaqla- Emin həkimə, 11 saylı mənzil isə 98 kv.metr olmaqla – Abdinbekovlara ( ailə tərkibi 6 nəfər) məxsusdur. Onun bina üzrə ümumi mülkiyyət payı 201 kv.metrdir. İddiaçının mülkiyyət payı 38.3, diğər mülkiyyətçilərin ümumi mülkiyyət payı isə təxminən 129 kv.metr olmaqla, bina üzrə ümumi mülkiyyət payı 368 kv.metr, faiz nisbəti üzrə isə onun payı ( 201x100:368) 54.6195652. yuvarlaq olaraq 55%, iddiaçının payı 10.4076086.yuvarlaq olaraq 10%, digər mülkiyyətçilərin ümumi payının faiz nisbəti isə 35%-dir. Onu da qeyd edir ki, sanitar qovşaqlardan biri iddiaçının, digər ikisi isə onun, eləcədə, digər paylar üzrə istifadə hüquqları olan mülkiyyətçilərin qanun üzrə istifadəsindədir. Deməli iddia olunan sanitar qovşaqlar üzrə, iddiaçının istifadə payı ( mülkiyyət yox, istifadə payı), qanuni yanaşmada 10 % edir, hətta iddiaçının payını bir sanitar qovşaq üzrə mübahisələndirsək belə bu 30% edir ki, bu da sonuncunun, sözügedən sahəni tamahkarcasına zəbt etdiyi və qanundan kənar olaraq öz texniki pasportuna saldırılması anlamına gəlir. Qeyd edir ki, əvvəlki mülkiyyətçi, iddia ərizəsində qeyd edilən və iddiaçının mənzilinə ən yaxın olan sanitar qovşaqdan, istifadə hüquqları ilə istifadə etmiş, mənzili satarkən isə düzgün olaraq, istifadə sahəsini, istifadə hüquqlarına uyğun olaraq, yeni mülkiyyətçiyə təhvil vermişdir. İddiaçı isə heç bir əsas olmadan və payçılarla razılaşdırma belə aparmadan sözügedən sanitar qovşağı, 2016-cı ildə öz tex.pasportuna qeyd etdirmiş və bununla da öz aləmində guya ki, sahə üzərində mülkiyyət hüquqları əldə etmişdir ( 9anın 2016-cı il tarixli tex.pasportunun surəti işə əlavə edilir.Qoşma1). Bununla əlaqədar, xx.xx.2023-cü il tarixində Bakı İnzibati Məhkəməsinə tərəfindən iddia ərizəsi verilmiş və iş icraatdadır ( xx.xx.2023-cü il tarixlı İddia ərizəsinin surəti işə əlavə edilir.Qoşma 2). Əslində isə sözügedən sanıtar qovşaq ( şərti olaraq 1-ci), eləcə də digər iki sanitar qovşaqlar, hələ uzun illər əvvəl payçıların ( o zaman üzrə qonşuların) aralarında apardıqları bölgü üzrə, eləcə də özəlləşdirmə dövründən sonrakı müddət üzrə belə idarə edilmiş, mülkiyyətçilər dəyişdikdə isə, yeni mülkiyyətçiyə istifadə hüquqları ilə təhvil verilməklə, həmçinin, ümumi əmlakın saxlanılması qaydaları izah edilmişdir. Bəzi mənzillər üzrə, Qoruq İdarəsi və bəzi mənzillər üzrə isə həm Qoruq İdarəsi, eləcədə, qonşularla razılaşdırma aparılmaqla, yaşayış sahələrinin yenidən qurulması aparılmış və sanitar qovşaqlar qanunvericiliyə uyğun olaraq mənzil daxilində təşkil edildiyindən, ümumi istifadədə olan sanitar qovşaqlar, bilavasitə daha çox ehtiyacı olan payçıların istifadəsinə verilmişdir. Misal olaraq, iddiaçının, kiçik payla ( ümumi payın,10%-i) bir sanitar qovşaqdan tək istifadə etməsini göstərə bilər. Baxmayaraq ki, iddiacının, sözügedən sanitar qovşagı qanunsuz olaraq öz tex.pasportuna saldırması fakti mövcuddur, lakin bu hal payçıların, məlum vəziyyətdə isə onun, bu və ya başqa şəkildə qanunla qorunan hüquqlarıma və mənafeyinə, hazırki zaman kəsiyində, zidd olmadığına görə məsələyə dözümlü yanaşmışam, lakin ümumi payçıların qərarından sonra məsələyə qanuni yanaşma tələb edilməkdədir ( İnzibati icraata bax). Həmçinin, digər sanitar qovşaq üzrə bildirir ki, ona məxsus iki otaqdan ibarət 12 saylı mənzilin, bir otağı və hissəsi 2-ci mərtəbədə, digər otaq və hissəsi isə 1-ci mərtəbədə yerləşməklə, mülkiyyət hüquqları, həm əvvəlki mülkiyyətçilər, eləcə də hazırki dövr üzrə tanınmışdır. 12 saylı mənzilin 1-ci mərtəbədəki hissəsinə ən yaxın olan sanitar qovşaq ( şərti olaraq 3-cü. Hamam otağı) isə bütün bu dövrlər ərzində sözügedən mənzilin istifadəsində olmuş və komunal təhcizatınıda oradan götürmüş və götürməkdədir. Digər sanitar qovşaq ( şərti olaraq 2-ci.ayaqyolu) isə, iddia predmeti olan, zərurət halı kimi 12 saylı, eləcədə ən böyük mənzil olan 14a-nın istifadəsindədir, çünki, sözügedən mənzildən naturaca ayrı yerləşən 7 kv.metr istifadə sahəsi mövcuddur ki, bu sahə də ayrıca idarə olunur və kommunikasiya ödəyicisidir. Həmçinin sözügedən sanitar sahə eləcə də 9 saylı mənzil üçün keçərlidir. Onu da bildir ki, ortada yerləşən və şərti olaraq 2-ci kimi adlandırılan sanitar qovşaq, digər qonşular üçün və həyətə gələn ( ustalar, komunal xidmət işçiləri, xlor satan, yuxa satan, azyaşlı uşaqlar, turistlər və s.) şəxslər üçün də xidmət edir. Onun istifadəsində olan və binanın ümumi istifadə sahələri kimi tanınan, 2-ci və 3-cü sanitar sahələrin təmiri və saxlanması, eləcə də ümumi həyətin saxlanma xərcləri, bütün dövrlər üzrə tərəfimdən aparılmışdır. İddiaçının isə özünün, 1-ci kimi adlandırdığımız sanitar qovşağı olduğundan və bu sahə hələlik yalnız 9a-ya xidmət etdiyindən, digər istifadə sahələri üzrə, tək istifadəyə verilməsi kimi, (istifadə sahələrinin azaldılması) iddia irəli sürülməsi qərəzlidir və yolverilməzdir. İddia ərizəsinə gəlincə isə, sözügedən sanitar qovşağı, yəni 1.2 kv.metr sahəli ayaqyolunu, iddiaçı nədənsə hamam otağı kimi təqdim edir və deyir ki, o, onun təyinatını dəyişdirmiş və dediklərinin sübutu kimi heç nəyə istitad etmir. Bildirir ki, hər üç sanitar qovşaq öz təyinatı üzrə fəaliyyət göstərmiş və göstərməkdədir. İddiaçı ötən məhkəmələrdə də bu sahələri gah mətbəx, gah anbar, gah da adlarını dəyişməklə, hamama ayaqyolu, ayaqyoluna hamam və ya əksinə deməklə məhkəməni çaşdırmaq kimi məqsəd güdmüşdür. Daha sonra iddiaçı, İnzibati Məhkəmədə sözügedən 1.2 kv.metr ümumi istifadə sahəsi üzrə iddia qaldırdığını özü vurğulayır və belə olduğu halda, indi mülki məhkəmədən nə istəyirsən sualıda açıq qalır... Bir daha bildirir ki, ümumi istifadədə olan təxminən 2.2kv.metr hamam otağından iddiaçının istifadə etməyinə heç kim qarşı deyil və bu gün də 9a ünvanında qalan kirəkeşlər həmin hamam otağından istifadə edirlər. Eləcə də digər, eyni məsələ üzrə olan, 2(009)-857/2023 saylı məhkəmə işi üzrə, Qoruq İdarəsindən 94 saylı binanın arxiv sənədləri üzrə, ümumi istifadə sahələri haqda məlumat istənilmiş və Qoruq İdarəsinin tabe təşkilatıda bu barədə xx.xx.2023-cü il tarixlı məhtubunda bildirmişdir ki, birinci sahə hamam, ikinci sahə ayaqyolu, üçüncü, iddiaçının istifadəsində olan sahənin isə o vaxt üzrə işlək olmayan kimi göstərmiş və hal-hazırda həmin sahə ( iddiaçının tex.pasportunda qeyd edilən 1.2 kv.metr sahəli ayaqyolu) işlək vəziyyətdə 9a saylı ünvan tərəfindən istismar edilir ( Qoruq İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun və 94 binanın arxiv sənədinin surəti işə əlavə edilir.Qoşma 3.). Daha sonra iddiaçı bildirir ki, 1.2 kv.metr sahəli digər sanitar qovşaq, guya ki, 2002-ci ildən sonuncuya məxsus ünvana, yəni 9a-ya təhkim edilmişdir və bunun sübutu kimi heç nəyə istinad etmir. Hal bu ki, iddiaçı özü 9a-nı 2016-cı ildə almışdır və sözügedən ünvanın bu tarixə qədər ümumiyyətcə tex.pasportu olmamışdır və ya mülkiyyətçilərin ümumi yığıncağının Qərarı da həmçinin... Yalan danışmağı bacaran insandan isə yalnız sübut tələb etmək, hər bir sözünün qarşısına isə əks arqument qoymağı, o, artıq 3 ilə yaxın müddətdə vərdiş etmişəm. İddia ərizəsində bildirilir ki, guya o, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mütəxəsislərinə təzyiq göstərib, rəsmi sənədlərdə saxtakarlıq etmələrinə vadar etmişdir... Hal bu ki, məlum xx.xx.2023-cü il tarixli məktuba, binanın arxiv sənədindən çıxarış da əlavə edilmişdir ki, sonuncu sənəddə 1960-cı illərə aiddir ( Qoşma 3-ə bax). Daha sonra iddia ərizəsində (həmçinin hazırlıq iclasında), onun 2006-cı ildə, 94 saylı binada genişmiqyaslı söküntü və təmir işlərinin gördüyümü və yükdaşıyan divarları sökməyini və 9a ünvanının bu prosesdən kənarda saxlamağı kimi absurd fikir yürüdülür. Bununla əlaqədar bildirir ki, həmin dövr üzrə icazəli şəkildə və özümə aid mənzildə təmir işləri aparmış və 9a-nin o dövr üzrə mülkiyyətçisi də başqa adam olmuş, həmçinin ümumi istifadə sahələri üzrə hər hansı azaldılma da aparılmamışdır ( Qoruq İdarəsinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarının surətləri işə əlavə edilir.Qoşma 4). Daha sonra iddiaçı bildirir ki, o, ona aid olan məlum sanitar qovşağın qapısını dəyişdirmiş və o, sahədən istifadə edə bilmir. Bununla əlaqədar bildirir ki, həqiqətən o, həmin sahənin tam yararsız olan qapısını dəyişdirərək, yeni plastik qapı ilə əvəzləmiş, açarları isə hələ birinci məhkəmə prosesində (2(009)- 720/2021nömrəli), yerli baxış dövrü, hakimin şahidliyi ilə tərəfə təqdim etmişdir. Onu da bildirir ki, iddiaçı həmin sanitar qovşaqdan o dövr istifadə etmədiyindən, ümumi əmlakın lazımı qaydada saxlanılmaması və baxımsızlıqdan, məlum sahə pis vəziyyətdə olmuş ( köhnə qapının bağlanmaması və müxtəlif ünvansız istifadələr) və antisanitar vəziyyətin qəbuledilməzliyi səbəbindən, o, düzgün olaraq, ümumi yaşayış sahəsinin tələblərini nəzərə almaqla, tərəfin hərəkətsizlıyi nəticəsində, aidiyyatı qurumu məlumatlı etməklə və iki yüz manat xərcləməklə, qapını yeniləmişdir. Bununla əlaqədar iddiaçı, Qoruq idarəsinə “tarixi əhəmiyyətli qapı” barədə yazmış və hərəkətlər rəsmiləşdirilmişdir. Möhtərəm hakim İstifadə hüquqları üzrə tanınmış və mənzillərin tərkib hissəsi olmayan, eləcə də birdən artıq sahələrə xidmət edən, məlum vəziyyətdə sanitar qovşaq, həmçinin, bir payçının tək istifadəsinə verilə bilməz, çünki, bunu, sahəvi qanun üzrə, qanunvericilik istisna edir. Sozügedən sahələrin yalnız mülkiyyətçilərdən birinə təkim edilməsi kimi istisnalar var ki, bu da qanunda, ümumi mülkiyyətçilərin razılığı ilə tənzimlənir və ümumi əmlakın saxlanılma qaydaları nəzərə alınmaqla... Eləcə də məsələyə praktik tərəfdən baxdıqda, istifadə sahəsinin naturadan bölünməsi mümkün olmadığından və sayları birdən artıq olduqda, həmçinin zəruri xidmət göstərilən mənzillərin sayına uyğun olduqda, istifadə sahələrinin (s\q) razılaşdırma yolu ilə, (binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə) bölüşdürülməsi və ya mənzillərə təkim edilməsi qanunla qadağan edilmir və bu cür yanaşma, öz kommunikasiyalarını ümumi olmayan, konkret mənzillərdən götürən sahələr üzrə ən optimal yanaşmadır. Əks halda isə binanın ümumi mülkiyyətçilərinin, ümumi istifadə hüquqlu paya münasibətdə, məhkəməyə təqdim ediləcək mövqeyi və qanunla qorunan hüquqları əsas götürülməlidir ki, bu da iddia tələbilə ziddiyyət təşkil edəcək. Bir daha bidirir ki, 3 s/q-dan biri 9a saylı mənzilə (ayaqyolu), digər ayaqyolu 12 saylı mənzilə, üçüncüsü isə hamam kimi, hamının–hamıya olmaqla, saxlanma və kommunal xərci tərəfimdən çəkilməklə istifadə hüquqları ilə idarə edilib və edilməkdədir. Bu gün də oxşar ölçülü (1.2;1.2;2.2) və oxşar vəziyyətlı sahələrdən üçüdə işlək və tərəflərin istismarındadır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir Cavabdeh məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarından olan: Səbail rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(009)-857/2023 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı “ümumi istifadədə olan sanitar və köməkçi istifadə sahələrinə istifadə hüququnun tanınması və bu sahələrdən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, ünvan 1 saylı evin 9, 12, 14a saylı mənzillərinin mülkiyyətçisi Cavabdeh, 9a saylı mənzilinin mülkiyyətçisi İddiaçı, həmin ünvan üzrə 12a və 11 saylı mənzillərinin mülkiyyətçiləri isə digər şəxslərdir. ünvan 1 ünvanında binanın həyətinə girişdə yerləşən üç sanitar qovşaq binanın ümumi istifadə sahələrinə aid edilən sahələrdir və ümumi paylı mülkiyyət hüququ ilə həmin ünvanda yaşayan mülkiyyətçilərə məxsusdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 35.3-cü maddəsinə əsasən çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 saylı evin 9, 12, 14a saylı mənzillərinin mülkiyyətçisi Cavabdeh, 9a saylı mənzilinin mülkiyyətçisi İddiaçı, həmin ünvan üzrə 12a və 11 saylı mənzillərinin mülkiyyətçiləri isə digər şəxslərdir. ünvan 1 ünvanında binanın həyətinə girişdə yerləşən üç sanitar qovşaq binanın ümumi istifadə sahələrinə aid edilən sahələrdir və ümumi paylı mülkiyyət hüququ ilə həmin ünvanda yaşayan mülkiyyətçilərə məxsusdur. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmədən qeyd olunan ünvanda həyətə girişdə sağdan 3-cü qapılı 1,2 kvadrat metr sahəli sanitar qovşaqdan hamam kimi istifadəsinin təmin olunması üçün cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iş materialları ilə də sübut olunur ki, həmin ünvanda həyətdə üç sanitar qovşaq mövcuddur və onların heç biri hamam kimi istifadə olunmur. Belə ki, həmin sanitar qovşaqlar sözügedən ünvanda yaşayan mülkiyyətçilərin, eyni zamanda iddiaçının ümumi istifadəsində olan tualet otaqları kimi istifadə olunur. Hazırki vəziyyətdə həmin sanitar qovşağın hamam kimi istifadə olunması barədə digər mülkiyyətçilərin ümumi razılığını özündə əks etdirən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, belə bir razılıq olmadan iddiaçının şəxsi istəyi ilə ümumi istifadədə olan sanitar qovşaqdan hamam kimi istifadə etmək istəməsi əsassızdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunmadığından hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı – Cavabdeh qarşı «maneənin aradan qaldırılması» barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-1557/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1557/2023
04.08.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver