Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-157/2024 15.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı “borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00226-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh 39123,55 manat əsas, 2629,69 manat faiz, 1000 manat məbləğində dəbbə pulu borcun və dövlət rüsumu kimi ödənilmiş 220 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, məhəllə 6017, ev 7B, 47 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 111.000 AZN məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 39123,55 manat əsas, 2629,69 manat faiz, 1000 manat məbləğində dəbbə pulu borcun və dövlət rüsumu kimi ödənilmiş 220 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00226-01 №-li Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 50000 manat məbləğində kredit verilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, məhəllə 6017, ev 7B, 47 nömrəli mənzilini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli ÇİXARİŞ Qeydiyyat № **********) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx.xx.2022-ci il tarixli 2022/000226-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2022-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqıında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ Qeydiyyat №1********). İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 111.000 AZN məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan etibarən onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdeh sözügedən məktubu qəbul etmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. 19 oktyabr 2023-cü il tarixinə kreditin əsas borcu üzrə 39123,55 manat məbləğində qalıq, ona hesablanmış 2629,69 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 42753,07 manat məbləğində borc yaranmışdır. Səbail rayon Məhkəməsinin e-2(009)-157/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair mülki iş üzrə kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi tələbinə dair hissədə icraata xitam verilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin ilə Cavabdeh arasında bağlanmış 2022/00226-01 nömrəli, xx.xx.2022-ci il tarixli Kredit müqaviləsindən görünür ki, Bank borcluya istehlak məqsədilə 36 ay müddətinə, illik 30.78 faiz hesablanmaqla 50.000 (əlli min) manat məbləğində kredit götürmüşdür. İş materiallarında İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin ilə Cavabdeh arasında bağlanmış 2022/00226-01 nömrəli, xx.xx.2022-ci il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 73.20 kv.m ümumi sahədən ibarət 47 nömrəli mənzilini İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin likvid dəyəri 111000 (bir yüz on bir min) manat qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əziz Nəzərov küçəsi, ev 7B ünvanında yerləşən 73.20 kv.m ümumi sahədən ibarət 47 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 73.20 kv.m ümumi sahədən ibarət 47 nömrəli mənzili 2022/00226-01 nömrəli, xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinin təminatı kimi İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişdən görünür ki, 2022/00226-01 nömrəli, xx.xx.2022-ci il tarixli Kredit müqaviləsindən əsasən illik faiz dərəcəsi 36 ay müddətinə 50000 AZN məbləğində kredit verilmiş, verilmiş kredit üzrə ödəniş planına əsasən ödəməli olduğu ödənişləri yubatmış və hazırki vaxtadək ipoteka saxlayana kredit ödənişlərini ödəməmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə o, öz öhdəliklərini yerinə yetirmədiyi üçün tutmanın ipoteka predmeti olan, ona məxsus Bakı şəhəri, Səbail rayonu, Əziz Nəzərov küçəsi, ev 7B ünvanında yerləşən 73.20 kv.m ümumi sahədən ibarət 47 nömrəli mənzilinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubdan görünür ki, ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən 73.20 kv.m ümumi sahədən ibarət 47 nömrəli mənzilinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması xahiş olunmuş və bildiriş xx.xx.2023-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan “İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kreditin əsas borcu üzrə 39123,55 manat məbləğində qalıq, ona hesablanmış 2629,69 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 42753,24 manat məbləğində borcu vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almış, tərəflər arasında borc-kredit münasibətləri və öhdəlikləri yaranmış, lakin cavabdeh kredit üzrə əsas borcu və ona hesablanmış faizləri ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı əsas, faiz və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə əsas və faiz borcun tutulması ilə bağlı hissədə iddiaçının özü tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışını əsas götürərək hesab edir ki, 39123,55 manat əsas, 2629,69 manat faiz borcu Cavabdeh tutulmalıdır. Məhkəmə iddia ərizəsinin “1000 manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddiaçı cərimə pulunun tutulmasına dair tələb irəli sürərkən, cərimə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablamamışdır. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiyməti, zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri göstərməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək qeyd edir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Odur ki, kredit müqaviləsi üzrə borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməli və ipoteka ilə yüklü edilmiş əmlak açıq hərracdan satılmalıdır. Məhkəmə iddia tələbində həmçinin ilkin satış qiymətinin 111000 manat müəyyən edilməsinin də xahiş edildiyini nəzərə alaraq hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən likvid dəyəri 111000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə eyni zamanda, iddia tələbinin “tutma ipoteka əmlakına yönəldildikdə və əmlak satıldıqdan 1 ay sonra həmin mənzil boşaldılaraq, təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, mübahisəli mənzil mülkiyyətçisi tərəfindən ipoteka müqaviləsi üzrə kreditin təminatı olaraq qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10000 manatdan yuxarı iddia qiymətinin 0,3% dövlət rüsumu ödənilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 220 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməli, Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 39123,55 manat əsas, 2629,69 manat faiz, 1000 manat məbləğində dəbbə pulu borcu və dövlət rüsumu kimi ödənilmiş 220 manat məbləğində pul tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməli, tələb Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, məhəllə 6017, ev 7B, 47 saylı mənzilinə yönəldilməli, həmin əmlakın ilkin satış qiymətinin 111.000 AZN manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə olan borc ödənilməli, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, məhəllə 6017, ev 7B, 47 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra ən gec 1 (bir) ay ərzində həmin mənzil boşaldılaraq təhvil verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 39123,55 (otuz doqquz min yüz iyirmi üç manat, əlli beş qəpik) manat əsas, 2629,69 (iki min altı yüz iyirmi doqquz manat, altmış doqquz qəpik) manat faiz, 1000 (bir min) manat məbləğində dəbbə pulu borcu və dövlət rüsumu kimi ödənilmiş 220 (iki yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Tələb ipoteka predmeti olan - Cavabdeh mülkiyyətində olan ünvan 1, 47 saylı mənzilinə yönəldilsin. ünvan 1, 47 saylı mənzilinin ilkin satış qiyməti 111.000 (bir yüz on bir min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə olan borc ödənilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, məhəllə 6017, ev 7B, 47 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra həmin mənzil boşaldılaraq (hərracda əldə edənə) təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-157/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-157/2024
15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver