Məhkəmə qərarları › İş №e-2(009)-1577/2019

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1577/2019

26.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1577/2019 26.04.2019 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Göründüyü kimi, qanunverici işə baxılmasının yolverilməzliyi hallarından biri kimi iddia tələbini təsdiq edən sənədlərin əlavə olunmamasını nəzərə alaraq müəyyənləşdirmişdir. Ərizədə qeyd olunur ki, cavabdehin xx xxxxxxx 2015-ci il tarixli 210 saylı alqı-satqı müqaviləsi üzrə 109 manat məbləğində əsas, 50 manat məbləğində cərimə borcu, xx xxxxxx 2015-ci il tarixli 245 saylı alqı satqı müqaviləsi üzrə isə 164 manat məbləğində əsas, 66 manat məbləğində cərimə borcu və 21 manat məbləğində dövlət rüsumu, ümumilikdə iki müqavilə üzrə 415 manat məbləğində iddiaçıya borcu mövcuddur. Lakin, iddiaçı iddia ərizəsinə tələbi təsdiq edən sənədləri əlavə etməmişdir (alqı-satqı müqavilələri, cavabdehin yaşayış yerini təsdiq edən rəsmi arayış və s.). Belə olan halda, hazırkı tələb üzrə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. MPM-nin 284-4.2-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar