Məhkəmə qərarları › İş №e-2(009)-1593/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1593/2023

29.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1593/2023 29.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X7 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, İlkin iddia üzrə cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı - Cavabdeh qarşı «istifadə hüququnun tanınması» tələbinə dair ilkin iddiası, habelə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əşyaların cavabdehin qanunsuz istifadəsindən alınması və cavabdehin mənzildən çıxarılmaqla mənzildən sərbəst istifadəsinə maneçilik törədilməsinə son qoyulması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhərində 29 dekabr 2023cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə atası X9 onun mülkiyyətində olan Bakı ş, Səbail r., Badamdar q., Rafiq İsgəndərov, b.4a, m.58 ünvanında olan mənzilə atasının razılğı ilə qeydiyyata düşmüşdür. Belə ki, Atasının ikinci həyat yoldaşı olan Cavabdeh ölümcül xərçəng xəstəsi olan atasına nəinki baxmırdı, ona müxtəlif zor işlədərək mənzilin öz adına keçirilməsini tələb etdirdi və nəticədə bağışlama müqaviləsi ilə qeyd edilən ünvcanda yerləşən mənzili öz adına keçirtməyə müyəssər oilmuş və evi öz adına keçirəndən sonra evi bütün əşyaları ilə birlikdə tərk edərək getmiş, ağır xəstə adamı baxımsız vəziyyətdə buraxmışdı. X2 özünü müdafiə etmək və ona himayə etmək və baxmaq üçün oğlunu öz mənzilinə köçürmüşdür. X2 ölənədək oğlu İddiaçı o. ona baxmış, müayinə, müalicə, dəfn və yas, qəbirüstü xərclərini çəkmişdir. Cavabdeh onun oğlunu evdən qeydiyyatdan çıxarmaq üçün Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Paralel olaraq yuxarıda qeyd edilmiş bağşlama müqaviləsinin ləğvi ilə bağlı məsələ hazırda Konstitusiya Məhkəməsinə baxılmaq üçün təqdim edilmişdır. Konstitusiya Məhkəməsinin bu işlə bağlı çıxaracağı qərar nəticəsindən asılı olmayaraq, İddiaçı X2nun vərəsəsidir (Məcburi pay hüququ sahibidir). Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarına əsasən 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Plenumun Qərarında deyilir: Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla, özünəməxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və onaviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailətəminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən, mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır. Məcburi pay tələb etmək hüququnun vəsiyyətnamənin mövcudluğundan asılı edilməsi ilə bağlı müraciətdə qaldırılan məsələyə dair qeyd edilməlidir ki, Mülki Məcəllənin 1193-cü maddəsi məhz cəmiyyətdə təşəkkül tapmış hüquqi və onavi prinsiplərə uyğun olaraq, məcburi pay hüququ olan şəxslərin dairəsini müəyyən etmişdir. Göründüyü kimi, KM öz qərarı ilə bağışlama müqaviləsini vəsiyyətnaməyə bərabərləşdirmişdir. Qeyd edir ki, sağlığında X2 özü vəsiyyətnaməni və bu müqaviləni ləğv etmişdir. Yəni onun son iradəsi bu mənzili övladlarına miras qoymaq olmuşdur. KM-nin bununla bağlı yekun qərarından sonra Məcburi pay və ümumən bağşılama müqaviləsinin etibarsızlığı ilə bağlı iddiların qaldırılması nəzərdə tutulmuşdur. Lakin onun ikinci həyat yoldaşı mənzildə qeydiyyatda olan İddiaçı mənzildən çıxarmaq istəyir, baxmayaraq ki, İddiaçı həmn məcburi pay sahibidir, həm də atasının son iradəsinə görə onun ailə üzvü kimi bu mənzilə köçürülmüşdür. İddiaçı başqa yaşayış yeri yoxdur və hazırda heç bir yerdə işləmir. Cavabdeh xx.xx.2022-ci tarixdən etibarən evi tərk edərək getmişdir və atası X2 ölənədək cavabdehlə faktiki olaraq birgə yaşamamışlar. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə və həmin mənzildə qalmış ona məxsus əşyalar o cümlədən yataq mebel dəsti, dəhlizdə 2 dolab, mətbəx mebel dəsti, stol, stullar, eyvanda yay stol və stullar, kondisioner, kombi aparatı, qaz sobası, ətçəkən maşın, mikser, billur qablar, qaşıq, bışaq, qazan, yemək və çay dəsti mətbəx ləvazimatları, televizor, notbuk, yağlı boya ilə çəkilmiş rəsm əsərləri, idman velosipedinin cavabdehin qanunsuz istifadəsindən alınıb ona verilməsi və cavabdehin mənzildən çıxarılmaqla mənzildən sərbəst istifadəsinə maneçilik törədilməsinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi, ev 4a-da yerləşən 58 nömrəli mənzilə mərhum atası X4 razılığı ilə qeydiyyata düşmüşdür. X2 özünü müdafiə etmək və ona himayə etmək və baxmaq üçün oğlunu öz mənzilinə köçürmüşdür. Atası ölənədək ona baxmış, müayinə, müalicə, dəfn və yas, qəbirüstü xərclərini çəkmişdir. O, həmdə atasının vərəsəsi olaraq məcburi pay hüququna məxsusdur. Atasının ikinci həyat yoldaşı olan Cavabdeh evi öz adına keçirəndən sonra evi bütün əşyaları ilə birlikdə tərk edərək getmiş, ağır xəstə adamı baxımsız vəziyyətdə buraxmışdı və s. nəticədə özünə sərf edilən həqiqəti əks etdirməyən, aşkar şəkildə məntiqə uyğun olmayan formal mülahizələrə istinad edilmişdir. Lakin cavabdeh tələbində olduğu mənzillə bağlı həqiqi halları göstərməmişlər. Əmlakla bağlı məsələyə keçməmişdən əvvəl xatırlatmaq istəyir ki, cavabdeh iddia ərizəsində ailə üzvü, ata dediyi şəxsi anasında boşanarkən, uzun müddət məhkəmələrdə sürüyüb, axırda hər şeyini əlindən alıb, küçəyə atdıqları mərhum həyat yoldaşı X5r və tələbində olduğu mənzili onunla evlənəndən sonra alınmışdır. Məhz son əmlakını əlindən alması məqsədləri üçün yazığı son illərini sakit bir həyat yaşamağa belə imkan vermədilər. İddiada adı keçən Bakı şəhəri, Səbail rayonu, R.İsgəndərov küçəsində yerləşən 4A saylı binanın 58-ci mənzili mərhum əri X6 ilə birgə nikah dövründə əldə etməklə, onun adına rəsmiləşdirilmiş, daha sonra da sağlığında bağışlama ilə adıına rəsmiləşdirmişdir. Həmin mənzil tam şəkildə ona məxsus cehiz əşyaları ilə dolmuşdur. Cavabdeh ailə üzvü deyildir və həmin mənzilə ondan xəbərsiz qeydiyyata alınmışdır. Belə ki, mərhum əri Fuad Ağamirovun xəstələndiyi zaman halının pis olması baxımından bütün qohumlar kimi oğlu da atasına baş çəkmək adı ilə mənzilə mütəmadi gediş-gəlişi olmuşdur. Atası ilə arasını düzəldəndən sonra həmin mənzilə qeydiyyata alınmasına nail olmuşdur. Atasının ömrünə az qalması düşüncəsi ilə onu mənzildən çıxıb getməyi üçün müxtəlif təsirli hərəkətlərə əl atmağa başlamışdır. Xəstə adamın hüzursuz olmasın deyə o da səsini çıxarmayıb, dava dalaşa yol vermirdi. Lakin cavabdeh mənzildə onun da payı olduğunu deyərək, normal yaşamağına imkan vermirdi. Onun hərəkətləri ilə bağlı bir neçə dəfə polisə müraciəti olmuşdur. Atası mənzili ona bağışladığını biləndən sonra da daha da sərtləşdi və onun dözülməz hərəkətlərindən bezib mənzili tərk etmək məcburiyyətində qaldı. Mənzili tərk edəndə də üstündə olan paltarı və gündəlik istifadə etdiyi bir-neçə şəxsi əşyamı götürüb, qardaşı gilə getdi. Məqsədi əmlakını cavabdehə qoyub getmək deyil, qaynanası və baldızı ilə danışıb, məsələni yoluna qoyub bir iki günə evinə qayıtmaq fikrində idi. Lakin hadisələr başqa istiqamətdə cərəyan etdi. Atasını tam şəkildə ələ almış cavabdeh onun adından məhkəmələrdə əsassız iddialar qaldırmaqla, oni mənzildən uzaq tutumağa nail oldu və dözülməz hüzursuzluğa düçar edilmiş mərhum əri vaxtından əvvəl vəfat etdi. Adı çəkilən Bakı şəhəri, Səbail rayonu, R.İsgəndərov küçəsində yerləşən 4A saylı binanın 58-ci mənzili mülkiyyət hüquqları əsasında tam şəkildə ona məxsusdur. Mənzili məcburiyyətdən tərk etdiyi zaman mərhum ərinə və ona məxsus bütün şəxsi əşyaları, istifadə etdikləri ev əşyaları, eləcədə dəyəril bir sıra əşyalar o cümlədən 2500 manat dəyərində yataq mebel dəsti, 700 manata-dəhlizdə 2 dolab, 2.800 manatlıq mətbəx mebel dəsti, stol, stullar, eyvanda yay stol və stullar, 1850 manata kondesoner (mitsubishi), 1200 manata Kombi aparatı, 800 manata qaz peçi, 700-800 manat civarında ətçəkən maşın, mikser, billur qablar, qaşıq, biçaq, qazan, yemək və çay dəsti mətvbəx ləvazimatları, televizor, notbook, yağlı boya ilə çəkilmiş rəsm əsərləri, idman vlosepedi və s. xırdavat əşyalar mənzildə qalmışdır. Eşitdiyinə görə cavabdeh mənzildə qalmış əşyalarının bir qismini oradan aparmışdır. Bundan əvvəl də onu mənzildən qovlayandan sonra həyat yoldaşının saxlancında olan 35.000 ABŞ dollar pulu ondan götürmüşdü. Sonradan özləri bunu etiraf edərək, pulu xərcləmədiklərini, yeznəsinin adına banka qoyduqlarını bildirmişlər. Əslində o pul ailələrinin birgə qazancı olmaqla, mərhum əri ilə birgə əmlak kütləsinə daxildir. Cavabdeh tərəfindən adı çəkilən Bakı şəhəri, Səbail rayonu, R.İsgəndərov küçəsində yerləşən 4A saylı binanın 58-ci mənzil və orada yerləşən əşyalar mülkiyyətçi olaraq iradəsinə zidd ələ keçirmiş və istifadə edilir. Mülkiyyətçi və əmlak sahibi olaraq, ondan istifadəsinə imkan vermir. Bu da mülkiyyət hüquqularına qanunsuz müdaxilə olmaqla, məsuliyyətlə nəticələnən qanuna zidd əməldir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi-vəkili qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, ilkin iddia tələbinin isə təmin olunmamasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, Cavabdeh məhkəmə prosesləri başlayan vaxtdan müvafiq mənzildə yaşamır. İddiaçı Cavabdeh həmin mənzilə girişini məhdudlaşdırmaq məqsədilə qapını qıraraq açarını dəyişdirmişdir. İddiaçı mənzildə formal olaraq qeydiyyatda olmuş, atası vəfat etməzdən öncə son aylarında həmin mənzildə yaşamışdır. İddiaçı həmin mənzildə qeydiyyatda olmasına Cavabdeh razılığı alınmamışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyeyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 3, mənzil 58 xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüquq üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 3, mənzil 58-də İddiaçı xx.xx.2022-ci il tarixdən yaşayış yeri üzrə qeydiyyatda olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2202/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarının surətindən görünür ki, iddiaçı X4 Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğvi” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan eyni zamanda görünür ki, X6 ilə X1 xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olduqdan sonra ünvan 3, mənzil 58-i xx.xx.2017-ci il tarixdə əldə etmişlər. X6 xx.xx.2022-ci il tarixli vəsiyyətnamə ilə özünə məxsus bütün daşınar və daşınmaz əmlakı Cavabdeh vəsiyyət etmişdir. xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi ilə isə X6 ünvan 3 ünvanında yerləşən 58 nömrəli mənzili Cavabdeh bağışlamışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının atası ilə cavabdeh xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olduqdan sonra ünvan 3 ünvanında yerləşən 58 nömrəli mənzili əldə etmişlər. Nikah dövründə iddiaçının atası sözügedən mənzili cavabdehə bağışlamışdır. Hazırda ünvan 3 ünvanında yerləşən 58 nömrəli mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. Məhkəmə verilmiş ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, bəzən miras qoyan vəfatından öncə yalnız vəsiyyətnamə ilə deyil, bağışlama müqaviləsi əsasında əmlakını əvəzsiz özgəninkiləşdirməklə də qanuni vərəsələrini həmin mirasdan məhrum edə və ya miras əmlakın həcmini azalda bilər. Qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırmışdır. Beləliklə, Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin və prinsiplərinin, ailə maraqlarının qorunmasına xidmət edir və istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərin müvafiq paya hüquqlarını təsbit edir. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür. AR Mülki Məcəlləsinin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Məhkəmə göstərilənləri nəzərə alaraq qeyd edir ki, mənzil İddiaçı atası ilə Cavabdeh birgə nikahı dövründə əldə edilmiş və İddiaçı atasının adına rəsmiləşmişdir. 07 iyun 2022-ci il tarixdə F.Ağamirov Cavabdeh ilə birgə nikah dövründə əldə etdiyi mənzili Cavabdeh bağışlamışdır. AR Konstitusiya Məhkəməsinin Plenumunun Qərarından və Mülki Məcəllənin normalarından belə nəticəyə gəlmək olur ki, tamamlanma tələbinin təmin edilməsi üçün tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı, əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı, əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli və həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalıdır. İşin hallarından görünür ki, İddiaçı mərhum F.Ağamirovun oğlu olmaqla onun birinci dərəcəli vərəsəsidir və onun atasından qalan miras əmlaka məcburi pay hüququ vardır. Əşya hazırda Cavabdeh xüsusi mülkiyyətində olmasına baxmayaraq əşyanın bağışlanmasından 2 ildən az müddət ötmüşdür. Belə olan halda İddiaçı atası tərəfindən 07 iyun 2022-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh bağışlanmış mənzildən birgə nikah dövründə əldə edilmiş əmlak kimi atasının payına münasibətdə məcburi pay tələb etmək hüququ vardır. Eyni zamanda tərəflərin hər ikisinin izahatlarından məlum olur ki, İddiaçı qeydiyyata alındığı sözügedən mənzildə atasının sağlığında vəfatına kimi yaşamışdır. Belə olan halda sadalananlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının ünvan 3 ünvanında yerləşən 58 nömrəli mənzilə istifadə hüquqları tanınmalıdır. Məhkəmə verilmiş qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ üzrə qarşılıqlı iddia üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi qanunidir. Qarşılıqlı iddia üzrə iddiaçının xüsusi mülkiyyətində olan mənzilə dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Belə olan halda Cavabdeh həmin mənzilə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə hər hansı maneəçilik törədilməsi İddiaçı qadağan edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin “əşyaların cavabdehin qanunsuz istifadəsindən alınması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsassızdır. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddia ərizəsinə vermiş olduğu etirazda qeyd etmişdir ki, hazırda evdə mətbəx mebeli, qaz sobası və aspirator mövcuddur. Qarşılıqlı iddia ərizəsində qeyd olunan əşyalardan onun xəbəri yoxdur. Təqdim olunmuş fotolarda olan əşyalardan bəziləri (yataq mebel dəsti, noutbuk, velosiped və digər əşyalar) atasının ilkin nikah dövründə almışdır. Məhkəmə iş materiallarında olan fotoşəkilləri nəzərdən keçirərkən görünür ki, evdə hazırda qeyd olunan əşyalardan mətbəx mebeli, qaz sobası və aspirator mövcuddur. Qarşılıqlı iddia ərizəsində qeyd olunan digər əşyaların sözügedən evdə olması öz təsdiqini tapmır. Bundan başqa məhkəmə eyni zamanda qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı ərizəsində tələb etdiyi əşyaların onun tərəfindən evə köçərkən alındığını sübut edə bilməmişdir. Belə ki, qarşı tərəf əşyaların mərhum atasının ilk nikahı dövründən evdə olduğunu bildirir, iddiaçı isə əşyaların nikahdan sonra onun tərəfindən evə alındığını təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmir. Bu isə o deməkdir ki, əgər sözügedən əşyalar mərhum F.Ağamirovun ilk nikahı dövründən qalma əşyalardırsa, qarşılıqlı iddia üzrə iddiaçının o əşyaları tələb edərək, şəxsi mülkiyyətinə qatmaq tələbi əsassızdır. Göstərilənlərə əsasən nəticə etibari ilə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı ərizəsində qeyd olunan əşyaların (ilkin iddia üzrə iddiaçınən etiraf etdiyi əşyalar istisna olmaqla) həqiqətən mövcudluğunu və onun tərəfindən nikaha girdikdən sonra evə gətirildiyini yaxud birgə nikah dövründə əldə edildiyini təsdiq edə biləcək mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı ünvan 3 ünvanında yerləşən 58 nömrəli mənzilə istifadə hüququ tanınsın. Cavabdeh ünvan 3 ünvanında yerləşən 58 nömrəli mənzilə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə hər hansı maneəçilik törədilməsi İddiaçı qadağan edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İlkin iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi ilkin iddia üzrə cavabdehdən alınıb ilkin iddia üzrə iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar