Məhkəmə qərarları › İş №e-2(009)-1605/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1605/2024

08.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1605/2024 08.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi (artırılması) tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi (artırılması) tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh xx.xx.2020-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahından xx.xx.2021-ci il təvəllüdlü X3 adlı övladı dünyaya gəlmişdir. Nikah Cavabdeh iddiası əsasında Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-3794/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında pozulmuşdur. Qeyd edilən qətnamə ilə birgə nikahdan anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması və ata Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh İddiaçı verilməsi qət edilmişdir. Qeyd edilən 220 manat uşağın saxlanması üçün yetərli deyil və cavabdeh sabit qazanca malik olmaqla hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işləyir, aylıq maaşı və maaşa daxil olan əlavələrlə birlikdə aylıq gəliri təxmini olaraq 4000 manata qədər təşkil edir. Hesab edir ki, hazırda cavabdehin sabit yüksək qazancı olduğu üçün xx.xx.2021-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarı Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə müvafiq olaraq tutulmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı onun xeyrinə birgə nikahdan doğulan xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və bütün gəlirlərinin ¼ miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək iddianı tam həcmdə müdafiə etdiyini, üzrlü səbəbdən məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini nəzərə alıb iddiaçı tərəf olaraq işə onların iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında göstərmişdir ki, cavbadehin nümayəndəsi və vəkili olsa da, cavabdehin əmək haqqısı barədə onda heç bir məlumat yoxdur. Bu məlumat kommersiya sirridir. İddiaçının vəkili sorğu verib, o, sorğuya cavabdan dəqiq bilinəcək ki, cavabdeh nə qədər əmək haqqı alır. Hesab edir ki, dəqiq əmək haqqı barədə məlumat olmadan işə baxıla bilməz. Lakin belə bir məlumat olmadığı üçün ¼ həddə alimentin müəyyən edilməsini məhkəmənin mülahizəsinə təqdim edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli nikah haqqında şəhadətnaməsinin surətinə əsasən Cavabdeh ilə X4 arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 156 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. İş üzrə doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X3 adlı uşağı var. İş üzrə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-3794/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixində 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 156 No ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, iddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh İddiaçı verilməsi qət edilmişdir. İş üzrə Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/9/2024- 00722 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışının surətindən görünür ki, İddiaçı “alimentin artırılması, aliment tələbi” mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə saat 10.00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü Mikayıl adlı uşağı var. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş, uşaqın ananın yanında qalması müəyyən edilmiş və cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə 220 manat məbləğində aliment tutulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının rəsmi iş yeri var, müntəzəm əmək haqqı alır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə uşaq üçün müəyyən olunan aliment miqdarı, yəni 220 manat uşağın saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, uşağın ehtiyaclarını qarşılamır. Cavabdeh sabit qazanca malik olmaqla hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işləyir, aylıq maaşı və maaşa daxil olan əlavələrlə birlikdə aylıq gəliri təxmini olaraq 4000 manata qədər təşkil edir. Hazırda cavabdehin sabit yüksək qazancı olduğu üçün xx.xx.2021-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarı Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə müvafiq olaraq tutulmalıdır. Bu səbəbdən iddiaçı onun xeyrinə birgə nikahdan doğulan xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və bütün gəlirlərinin ¼ miqdarında aliment tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisənin məhkəmədənkənar qaydada mediator vasitəsi ilə həll edilməsini istəsə də, cavabdeh mediasiya sessiyasına gəlmədiyindən, iddiaçı mübahisənin həll edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb aşağıdakı əsaslara görə təmin edilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan uşağa görə müəyyən edilmiş alimentin məbləği 220 manatdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə aylıq qazancının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdehin işləyib müntəzəm əmək haqqı aldığından, alimentin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi həddində müəyyən edilməsi ilə bağlı iddiaçının tələbi əsaslı hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarının (bir uşağa görə 235 manat) uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumdan kifayət qədər aşağı olmasını nəzərə alaraq hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-3794/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdehdən iddiaçı ilə birgə nikahından olan uşağın saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən uşağın saxlanılması üçün tutulmalı olan hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8- 2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-3794/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında İddiaçı xeyrinə aliment tutulsun. Alimentin dəyişdirilməsi ilə bağlı Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar