Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1613/2023 25.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. AR MPM-nin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İddia ərizəsindən göründüyü kimi iddiaçı qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutaraq cavabdehlərə - hüquqi şəxs və fiziki şəxsə qarşı qaldırdığı tələbi üzrə seçim hüququndan istifadə etməklə iddia ərizəsi ilə cavabdeh hüquqi şəxs Cavabdeh1 ASC-nin hüquqi ünvanı üzrə yerləşən məhkəməyə- Səbail rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində Cavabdeh1 ASC-nin hüquqi ünvanı kimi Bakı şəhəri, Səbail rayonu, M.Useynov prospekti 63 kimi göstərmişdir. Lakin hakim qeyd edir ki, Cavabdeh1 ASC-nin hüquqi ünvanının aid olduğu yer Səbail rayonu deyil, Yasamal rayonuna aiddir. Belə ki, AR Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan ”İnternet Vergi İdarəsi” portalından və “Məhkəmə Elektron Sistemindən” əldə olunan məlumatlardan görünür ki, Cavabdeh1 ASC-nin (VÖEN **********) hüquqi ünvanı ünvan 4 Hakim qeyd edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün olmayaraq Səbail rayon Məhkəməsinə verilmişdir. AR MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Mülki-prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi hüquqi şəxsə qarşı iddia onun faktiki fəaliyyət göstərdiyi ünvan üzrə deyil, hüquqi ünvanı üzrə məhkəməyə verilir. Belə olan halda hakim hesab edir ki, iddia ərizəsi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.3 maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ərazi üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1613/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1613/2023
25.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver