Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1617/2024 07.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: "xxxx" ASC ilə Alıyeva Fəxrəntac İmran qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********22 №-li kredit müqaviləsinə əsasən Borcalana 15 ay müddətinə, kreditdən istifadəyə görə illik 20 % dərəcəsilə hesablanmaqla 1650 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan həmin Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini qaytarmağı və ondan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borcalan xx.xx.2021-ci il tarixində vəfat etdiyindən Kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 2628 №-li məktubuna əsasən məlum olmuşdur ki, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Alıyeva Fəxrəntac İmran qızının miras əmlakına dair ünvan 1 ünvanında qeydiyyatda olanCavabdeh miras payı əldə etməsi barədə xx.xx.2022-ci il tarixli, 2V-279 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Alıyeva Fəxrəntac İmran qızının Kredit müqaviləsi üzrə Banka ödənilməmiş 1038.64 AZN əsas, 155,40 manat müqavilə müddətində ödənilməmiş faiz borcu və 114,40 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcu olmaqla, cəmi 1308,44 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.Göstərilənləri nəzərə alaraq cavabdeh Alıyeva Fəxrəntac İmran qızının vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1038,64 manat əsas, 155,40 manat müqavilə müddətində ödənilməmiş faiz borcu və 114,40 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcu olmaqla, cəmi 1308,44 manat kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 33,09 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" ASC ilə cavabdeh Alıyeva Fəxrəntac İmran qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********22 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Alıyeva Fəxrəntac İmran qızına 15 ay kredit müddəti olmaqla, illik 20% dərəcəsi olmaq şərti ilə, 1650 manat məbləğində kredit verilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən borclu Alıyeva Fəxrəntac İmran qızının xx.xx.2024-cü il tarixə banka əsas borc üzrə 1308,44 manat borcu yaranmışdır. İş üzrə Mingəçevir Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə” əsasən xx.xx.2021ci il tarixdə vəfat etmiş - Alıyeva Fəxrəntac İmran qızının vərəsi olan oğlu Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak 1997-ci il buraxılışlı ”BMW 523” minik markalı **-GK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Məhkəmə hazırki tələb üzrə kredit alan Alıyeva Fəxrəntac İmran qızının vərəsəsi Cavabdehlik daşımasına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. İş materiallarından müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC ilə borclu Alıyeva Fəxrəntac İmran qızı arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən X2 15 ay müddətinə, illik 20% olmaq şərti ilə kredit xətti açılmış, kreditin ilkin limiti 1650 manat müəyyən edilmişdir. İş materiallarından eyni zamanda müəyyən edilmişdir ki, borclu Alıyeva Fəxrəntac İmran qızı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun həmin müqavilə üzrə 1308,44 manat borcu yaranmışdır. İş materiallarından görünür ki, kredit alan X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və onun ölümündən sonra Cavabdeh miras qoyan – Cavabdehanın əmlakına dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. AR Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, AR Mülki Məcəllənin 470, 472, eləcə də 1146 ,1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, Cavabdeh kredit alan və mərhum X1 vərəsəsi kimi ondan miras qalmış əmlakı (1997-ci il buraxılışlı ”BMW 523” minik markalı **-GK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi) qəbul etdiyi üçün və həmin əmlakın dəyəri mərhumun bank qarşısında olan öhdəliyin həcmindən kifayət qədər böyük olduğu üçün, Cavabdeh hazırki tələb üzrə cavabdehlik daşıyan şəxsdir. Bu səbəbdən də iddiaçı hazırki tələblə Cavabdeh qarşı çıxış etməkdə tam haqlı hesab edilməlidir. Beləliklə Cavabdeh kredit müqaviləsi üzrə borclu olan Alıyeva Fəxrəntac İmran qızının öhdəliklərinə görə cavabdehliyi qanunla müəyyən olunduğu üçün və iddiaçı tələbin sahibi kimi həmin borcu cavabdehdən tələb etməkdə tam haqlı olduğun üçün, irəli sürülmüş iddia tələbi əsaslı hesab ediməli və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. Həmin Məcəllənin399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göstərilən Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilədən yaranan öhdəliklərin növlərindən biri borc müqaviləsindən əmələ gələn öhdəliklərdir. Mülki Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Göstərlən Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qeyd edilən Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. AR Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borc kimi 1038,64 manat və müqavilə müddəti bitənədək 155,40 manat faiz borcunun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi olmaqla 114,40 manat məbləğində borcun tutulması hissəsində də əsaslıdır. AR Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, kredit götürən şəxs kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi nəzərə alınmaqla 114,40 manat məbləğində pulun tutulması hissəsində də təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 33,09 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 1038,64 manat əsas borc, 155,40 manat müdətində ödənilməmiş faiz borcu, 114,40 manat müqavilə müddəti birdikdən sonra illik 5% hesablanmış faiz borcu olmaqla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33,09 manat və 0,40 manat xidmət haqqı- cəmi 1341,93 (bir min üç yüz qırx bir manat doxsan üç qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1617/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1617/2024
07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver