Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1624/2024 15.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, X5 etibarnamə əsasında onun adından Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Ravon Nexia R3” minik markalı,**- XA-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Etibarnamə Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən xx.xx.2024-cü il tarixdə 4 il müddətinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Belə ki, avtomaşın təmir olunması üçün avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomaşının bərpası üçün 5.014 manat tələb olunmuşdur. Cavabdehə bu barədə şifahi məlumat verilsə də, Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də o, həmin vaxt avtomobili avtoservisdə 5.015 manat ödəyərək öz hesabına təmir etdirmişdir. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehin AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməmişdir. Cavabdeh maddi ziyanın alınmasını mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlə onun arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin 2.1.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəsizliyini təmin etməyə; 2.1.5-ci bəndinə əsasən nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə; 2.1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur. İcarə müqaviləsinin 4.12-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır. Həmçinin qeyd edilməlidir ki, cavabdehin qanunazidd əməlləri nəticəsində hüquqi xidmət olaraq 100 manat məbləğində vəkilə əlavə xərc çəkilmişdir ki, bu məbləğin də cavabdehdən alınaraq iddiaçıya qaytarılması ədalətlidir. Onun tərəfindən məhkəmədə təmsil edilməsi üçün etibarnamə alınması ilə əlaqədar 17,25 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ də cavabdehdən tutulmalı və ona qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 5.014 manat maddi ziyan, 100 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 70,14 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ravon Nexia R3” minik markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə xx.xx.2024-cü il tarixli etibarnamənin surətinə əsasən İddiaçı tərəfindən “Ravon Nexia R3” minik markalı, 77XA429 dövlət qeydiyyat nişanlı minik avtomaşının idarə edilməsi üçün xx.xx.2025-ci il tarixədək Cavabdeh etibarnamə verilmişdir. İş üzrə “İcarəyə verən” qismində X5 (İddiaçı tərəfindən verilmiş etibarnaməyə əsasən) ilə “İcarəyə götürən” qismində Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 30ST- 05.06.24/XA429 saylı icarə müqaviləsinin surətindən görünür ki, müqavilə bağlandığı zaman “Ravon R3” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “İcarəyə götürən” şəxs 48 manat depozit məbləği nəqliyyat vasitəsini “İcarəyə verən” şəxsə ödəməlidir (bənd 3.1). “Ravon R3” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “İcarəyə götürən” müvafiq sənədləri təqdim etdikdən sonra nəqliyyat vasitəsini “İcarəyə verən” şəxs öhdəliyində olan nəqliyyat vasitəsini həftədə 7 günə görə günlük 20 manat icarə haqqı verir (bənd 3.2). Müqavilənin 2.1-ci bəndinə əsasən “Ravon R3” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “İcarəyə götürən” fiziki şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadəetmə məsuliyyətini öz üzərinə götürməklə aşağıdakılara etməyə borcludur: ona etibar edilmiş nəqliyyat vasitəsini qorunub saxlanması və təhlükəsizliyini təmin etməyə (bənd 2.1.1), nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) “İcarəyə verən”in tərəfindən şifahi müəyyənləşdirdiyi servisdə öz hesabına yenisi ilə əvəz etməyə (bənd 2.1.5), nəqliyyat vasitəsini hər hansı hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur (bənd 2.1.8). Müqavilənin 4.12-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır, həm də Cinayət Məcəlləsinin 186-cı və 187-ci maddələrinə görə cinayət məsuliyyəti daşıyır. İş üzrə xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, X5 (İddiaçı tərəfindən verilmiş etibarnaməyə əsasən) tərəfindən icarəyə verilən “Ravon R3” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil vermiş, təkərin 60%, qabaq sol ətək (xırda batıq və rəng getməsi), arxa bufer (xırda boya çöküntüsü), arxa sağ qapı (xırda batıq), qabaq bufer (boya çöküntüsü), kondisionerin işləməməsi qeyd edilmişdir. İş üzrə fiziki şəxs X9 (VÖEN: **********) və Ruslan Məhərrəmov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktından görünür ki, “Ravon Nexia R 3” minik markalı, **-XA-*** nömrəli avtomobil sürücü Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə avtoservisə gətirilmişdir. Avtoservisdə avtomobilə baxış keçirilən zaman avtomobilin qəzalı olduğu müəyyən edilmişdir. X4 bu barədə məlumat verilmiş və baxış zamanı aavtomobilin ciddi olaraq təmirə ehtiyacı olduğu ona bildirilmişdir. Lakin sürücü aktı imzalamaqdan imtina etmişdir. Avtomobildə dəyişməli olan detallar: kapot dəyişməli, ön podpres dəyişməli, su radiatoru, kondisioner radiatoru, pər zbor, atf baçoku, atf 2 litr, bufer ön, qubka ön, siqnal, fara sağ-sol, ön panel, akumlyator, sükan təhlükəsizlik yastığı, dumanlı sağ-sol, dumanlı oçki sağ-sol, üst setka (oblisovka), podkrılnik, salaçka, antifriz 5 litr, saffa, amortizator, alt çaşka, sırğa, stupçia poçovnik, filyyans, traves, təkər ön sağ-sol, krılo. İş üzrə fiziki şəxs X9 (VÖEN: **********) tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktından görünür ki, «Ravon Nexia R3» markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün cəmi 1810 manat və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 3204 manat, ümumilikdə 5014 manat vəsait hesablanmışdır. İş üzrə RS Avtoservis (fiziki şəxs X9 - VÖEN: **********) tərəfindən verilmiş arayışından görünür ki, İddiaçı tərəfindən “Ravon Nexia R3” minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ehtiyat hissələrinin qiyməti 3.204 manat, təmir usta işlərinin qiyməti 1.810 manat, cəmi 5.014 manat məbləğ xx.xx.2024-cü il tarixdə Avtoservisə ödənilmişdir. İş üzrə X2 nümayəndəsi Nümayəndə tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, “Ravon Nexia R3” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsi əsasında etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Avtomobili icarəyə götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə 5014 manat məbləğində zərər dəymişdir. Qeyd olunanları nəzərə alaraq göstərilən hərəkətləri təqsirli nəticəsində “Ravon Nexia R3” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 5014 manat məbləğində zərərin pretenziyanı aldıqdan sonra 7 gün ərzində X3 ödənilməsini xahiş edir. Əks təqdirdə dəymiş zərərin, vəkil tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş xərcin, pulun qaytarılmadığı müddətdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada faizlərin, dövlət rüsumunun və s. məhkəmə xərclərinin alınması tələbi barədə məhkəməyə müraciət ediləcəkdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə icarə müqaviləsinə əsasən iddiaçıya məxsus “Ravon Nexia R3” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehin istifadəsinə verilmişdir. Həmin müqavilə şərtinə əsasən icarəyə götürən şəxs avtomobili qorunub saxlanması və təhlükəsizliyini təmin etməsi, avtomobilin sıradan çıxmış hissələrini (təkər, akkumulyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməsi, avtomobili təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməsi barədə öhdəlik götürmüşdür. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə cavabdeh icarəyə götürdüyü avtomobili avtoservisə gətirmiş və avtoservisdə avtomobilə baxış keçirilən zaman avtomobilin qəzalı olduğu müəyyən edilmiş, avtomobilin həmin vəziyyətdə qəbulu ilə bağlı akt tərtib edilmiş, lakin cavabdeh həmin aktı imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının mülkiyyətində olan “Ravon Nexia R3” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan dəymiş, zərər aktına əsasən həmin ziyan 5014 manat təşkil etmiş və iddiaçı tərəfindən həmin avtoservisə 5014 manat məbləğində pul ödənilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2024-cü il tarixdə icarə müqaviləsinin şərtinə əsasən icarəyə götürdüyü nəqliyyat vasitəsini texniki cəhətdən saz vəziyyətdə iddiaçıya təhvil verilməsinə dair öhdəlik götürdüyündən, lakin həmin öhdəliyi yerinə yetirmədiyindən, iddiaçı avtomaşına vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir: - tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; - öhdəliklərin ardıcıl yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; - öhdəliyi yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-ci maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi yuxarıda göstərilən mülki qanunvericiliyin, həm də Konstitusiya Məhkəməsinin qərarında zərər vuranın üzərinə vurulmuş real ziyanın ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə qeyd edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının mülkiyyətində olan avtomaşına 5014 manat məbləğində ziyan dəyməsi təsdiq olunduğundan, cavabdeh tərəfindən isə iddiaçı ilə bağlanılan icarə müqaviləsinin şərtlərinə əsasən dəymiş ziyan aradan qaldırılmadığından, avtomaşın nasaz və zədələnmiş vəziyyətdə iddiaçıya qaytarıldığından, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya vurulan ziyanla bağlı mülki hüquq məsuliyyəti daşıyır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi avtomaşına vurulmuş maddi ziyanın əvəzi kimi cavabdehdən 5014 manat məbləğində pulun tutulması ilə bağlı hissədə əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 100 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzin surətindən görünür ki, hüquqi yardıma görə 100 manat pul ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 100 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğu üçün, məhkəmə xərcləri ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70,14 manat və etibarnamənin notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş 17,25 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 5.014 manat, həmçinin hüquqi xidmət üçün ödənilən 100 manat, etibarnamənin notariat qaydasında təsdiq edilməsi üçün 17,25 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70,14 manat, cəmi 5.201,39 (beş min iki yüz bir manat, otuz doqquz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1624/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1624/2024
15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver