Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1626/2024 12.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 8.387,39 (səkkiz min üç yüz səksən yeddi manat, 39 qəpik) AZN-bundan 2.220,82 (iki min iki yüz iyirmi manat, 82 qəpik) AZN əsas, 2.340,08 (iki min üç yüz qırx manat, 08 qəpik) AZN faiz, 3.507,19 (üç min beş yüz yeddi manat, 19 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 319,30 (üç yüz on doqquz manat, 30 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 103,88 (yüz üç manat, 88 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 70011094 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə dövriyyə vəsaitinin artırılması və əsas vəsaitin artırılması məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 28 % olmaqla 8.000 (səkkiz min) AZN məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 və Cavabdeh2 ilə bank arasında ZM- 70011094 nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin müqaviləyə əsasən kredit borcalana “dövriyyə vəsaitinin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh1” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir. Qeyd: İnternet Vergi İdarəsinin portalından axtarış zamanı müəyyən edilmişdir ki, eyni ad, soyad, ata adı ilə Cavabdeh1 məxsus ********** nömrəli VÖEN mövcuddur. Lakin, həmin şəxs iddia tələbi irəli sürülən şəxs deyildir. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 01 saylı əlavə sazişə əsasən borcalanın kreditora olan qalıq borcu 5.190,54 (beş min yüz doxsan manat, 54 qəpik) AZN hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı əlavə sazişlərə əsasən kredit restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin qalıq məbləği 7.614,85 (yeddi min altı yüz on dörd manat, 85 qəpik) AZN hesablanmışdır. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır və illik 20 % ödənilir. Əlavə sazişə əsasən Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********362 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 8.387,39 (səkkiz min üç yüz səksən yeddi manat, 39 qəpik) AZN təşkil edir. Bundan 2.220,82 (iki min iki yüz iyirmi manat, 82 qəpik) AZN əsas, 2.340,08 (iki min üç yüz qırx manat, 08 qəpik) AZN faiz, 3.507,19 (üç min beş yüz yeddi manat, 19 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 319,30 (üç yüz on doqquz manat, 30 qəpik) AZN faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirdi ki, onun iddiaçı banka olan borcu müvafiq Fərmanın təsiri dairəsinə düşmüş və onun faiz və cərimə borcları silinmişdir. Əsas borcu qəbul edir və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 sentyabr 2014-cü il tarixli, 70011094 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcluya 24 ay müddətinə, illik 28 % hesablanmaqla 8000 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında imzalanmış 02 sentyabr 2014-cü il tarixli, 70011094/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, zaminlər 02 sentyabr 2014-cü il tarixli, 70011094 nömrəli kredit müqaviləsi üzrə borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyırlar. İş materiallarında olan kredit və zaminlik müqavilələri üzrə bağlanmış 07 sentyabr 2015-ci il tarixli, 01 nömrəli əlavə sazişlərdən görünür ki, 02 sentyabr 2014-cü il tarixli, 70011094 nömrəli kredit müqaviləsi üzrə kreditin ödənilmə müddəti əlavə 12 ay müddətinə uzadılaraq xx.xx.2017-ci il təyin edilmişdir. İş materiallarında olan kredit müqaviləsi üzrə bağlanmış 05 iyul 2017-ci il tarixli, 02 nömrəli əlavə sazişdən görünür ki, 02 sentyabr 2014-cü il tarixli, 70011094 nömrəli kredit müqaviləsi üzrə kredit restruktrizasiya edilmiş və müddəti xx.xx.2021-ci il tarixədək uzadılmış, illik 20 % olmaqla restrukturizasiya edilmiş kreditin qalıq məbləği 7.614,85 AZN hesablanmışdır. İş materiallarında olan zaminlik müqaviləsi üzrə bağlanmış 05 iyul 2017-ci il tarixli, 02 nömrəli əlavə sazişdən görünür ki, zaminlər 05 iyul 2017-ci il tarixli, 02 nömrəli əlavə saziş üzrə borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyırlar. İş materiallarında olan 13 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 sentyabr 2014-cü il tarixli, 70011094 saylı kredit müqaviləsi üzrə 30 aprel 2024-cü il tarixə hesablanmış 2220,82 manat məbləğində ödənilməmiş əsas borc, 2340.08 manat faiz borcu, 3507.19 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 319.30 manat olmaqla ümumilikdə 8381 manat borcu vardır. İş materiallarında olan bildirişdən görünür ki, cavabdehlər banka olan borcu ödəməyəcəkləri təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşlar. İş materiallarında olan problemli kreditlərin kompensasiyasına dair əsas məlumatlardan görünür ki, Cavabdeh1 restrukturizasiya olunması təklif olunan kredit məbləği 2220.82 manat qeyd edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə bağlanmış 05 iyul 2017-ci il tarixli, 02 nömrəli əlavə sazişə əsasən, 02 sentyabr 2014-cü il tarixli, 70011094 nömrəli kredit müqaviləsi üzrə kredit restruktrizasiya edilmiş və müddəti xx.xx.2021-ci il tarixədək uzadılmış, illik 20 % olmaqla restrukturizasiya edilmiş kreditin qalıq məbləği 7.614,85 AZN hesablanmışdır. Zaminlik müqaviləsi üzrə bağlanmış 05 iyul 2017-ci il tarixli, 02 nömrəli əlavə sazişə əsasən, zaminlər (Cavabdeh3 və Cavabdeh2) 05 iyul 2017-ci il tarixli, 02 nömrəli əlavə saziş üzrə borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyırlar. 13 may 2024-cü il tarixli maliyyə arayışına əsasən, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 sentyabr 2014-cü il tarixli, 70011094 saylı kredit müqaviləsi üzrə 30 aprel 2024-cü il tarixə hesablanmış 2220,82 manat məbləğində ödənilməmiş əsas borc, 2340.08 manat faiz borcu, 3507.19 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 319.30 manat olmaqla ümumilikdə 8381 manat borcu vardır. Həmçinin müəyyən edilmişdir ki, problemli kreditlərin kompensasiyasına dair məlumata əsasən, Cavabdeh1 LPO "xxxx" ASC-yə 2220.82 manat əsas borcu qalmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını, o cümlədən problemli kreditlərin kompensasiyasına dair məlumata əsasən 2220.82 (iki min iki yüz iyirmi manat səksən iki qəpik) manat məbləğində ödənilməmiş əsas borcun qalmasını nəzərə alaraq hesab edir ki, 2220.82 (iki min iki yüz iyirmi manat səksən iki qəpik) manat məbləğində ödənilməmiş əsas borc Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. Məhkəmə iddianın “borcun həm də zaminlərdən tutulmasına” aid hissəsi ilə bağlı qeyd edir ki, kredit müqaviləsi üzrə bağlanmış 05 iyul 2017-ci il tarixli, 02 nömrəli əlavə sazişə əsasən, 02 sentyabr 2014-cü il tarixli, 70011094 nömrəli kredit müqaviləsi üzrə kredit restruktrizasiya edilmiş və müddəti xx.xx.2021-ci il tarixədək uzadılmış, illik 20 % olmaqla restrukturizasiya edilmiş kreditin qalıq məbləği 7.614,85 AZN hesablanmışdır. Zaminlik müqaviləsi üzrə bağlanmış 05 iyul 2017-ci il tarixli, 02 nömrəli əlavə sazişə əsasən, zaminlər (Cavabdeh3 və Cavabdeh2) 05 iyul 2017-ci il tarixli, 02 nömrəli əlavə saziş üzrə borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Qanunvericiliyin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, 02 sentyabr 2014-cü il tarixli, 70011094 nömrəli kredit müqaviləsi üzrə bağlanmış 05 iyul 2017-ci il tarixli, 02 nömrəli əlavə sazişdən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 və zaminlər Cavabdeh3 və Cavabdeh2 birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminlərə qarşı əsas öhdəliyin icrası vaxtı (05 iyul 2021-ci il) çatdığı gündən bir il ərzində - 05 iyul 2022-ci il tarixədək iddia irəli sürmək hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürməmişdir. Qeyd edilənlərin bilavasitə qanunun tələbindən, eləcə də tərəflər arasında bağlanmış müqavilə şərtlərindən irəli gəldiyini, qanunla və müqavilə şərtinə əsasən müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminlərə qarşı tələb irəli sürülmədiyini nəzərə alaraq məhkəmə belə qənaətinə görə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Məhkəmə həmçinin qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zaminlər Cavabdeh3 və Cavabdeh2 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminlərə qarşı tələb irəli sürülmədiyindən zaminlik müqaviləsinə xitam verilmiş, zaminlərin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zaminlər Cavabdeh3 və Cavabdeh2 aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 sentyabr 2014-cü il tarixli, 70011094 nömrəli kredit müqaviləsi üzrə 30 aprel 2024-cü il tarixə hesablanmış 2220.82 (iki min iki yüz iyirmi manat səksən iki qəpik) manat məbləğində ödənilməmiş əsas borc və ödənilmiş dövlət rüsumunun 42.21 (qırx iki manat iyirmi bir qəpik) manat hissəsi Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2220.82 (iki min iki yüz iyirmi manat səksən iki qəpik) manat məbləğində ödənilməmiş əsas borc və ödənilmiş dövlət rüsumunun 42.21 (qırx iki manat iyirmi bir qəpik) manat hissəsi Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1626/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1626/2024
12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver