Məhkəmə qərarları › İş №e-2(009)-1644/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1644/2022

08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1644/2022 08.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2021-ci il tarixli, 321210-CNS-23333 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 1948,03 (bir min doqquz yüz qırx səkkiz manat üç qəpik) manat məbləğində əsas borc, 222,31 (iki yüz iyirmi iki manat otuz bir qəpik) manat məbləğində faiz borcu, 378,25 (üç yüz yetmiş səkkiz manat iyirmi beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 2548,59 (iki min beş yüz qırx səkkiz manat əlli doqquz qəpik) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 45,49 (qırx beş manat qırx doqquz qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2021-ci il tarixli, 321210-CNS-23333 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən istehlak məqsədilə illik 21% (iyirmi bir) faiz hesablanması şərti ilə 18 (on səkkiz) ay müddətinə 2588 (iki min beş yüz səksən səkkiz manat) manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2021-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 1948,03 (bir min doqquz yüz qırx səkkiz manat üç qəpik) manat məbləğində əsas borc, 222,31 (iki yüz iyirmi iki manat otuz bir qəpik) manat məbləğində faiz borcu, 378,25 (üç yüz yetmiş səkkiz manat iyirmi beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 2548,59 (iki min beş yüz qırx səkkiz manat əlli doqquz qəpik) manat məbləğində borcu qalmışdır. Borclu Cavabdeh xx.xx.2022-ci il tarixinə yaranmış borcu barədə xx.xx.2022-ci il tarixli, 1301P saylı pretenziya məktubu göndərilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2021-ci il tarixli, 321210-CNS-23333 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən istehlak məqsədilə illik 21% (iyirmi bir) faiz hesablanması şərti ilə 18 (on səkkiz) ay müddətinə 2588 (iki min beş yüz səksən səkkiz manat) manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2021-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 1948,03 (bir min doqquz yüz qırx səkkiz manat üç qəpik) manat məbləğində əsas borc, 222,31 (iki yüz iyirmi iki manat otuz bir qəpik) manat məbləğində faiz borcu, 378,25 (üç yüz yetmiş səkkiz manat iyirmi beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 2548,59 (iki min beş yüz qırx səkkiz manat əlli doqquz qəpik) manat məbləğində borcu qalmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 17 iyun 2021-ci il tarixli, 321210-CNS-23333 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən İddiaçı ASC qarşısında məsuliyyətcavabdehlik daşıyır. Belə olan halda İddiaçı ASC-nin məhkəmə qaydasında Cavabdeh 1948,03 (bir min doqquz yüz qırx səkkiz manat üç qəpik) manat məbləğində əsas və 222,31 (iki yüz iyirmi iki manat otuz bir qəpik) manat məbləğində faiz borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “378,25 (üç yüz yetmiş səkkiz manat iyirmi beş qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 17 iyun 2021-ci il tarixli, 321210-CNS-23333 saylı “Nağd pul krediti müqaviləsi”ndən irəli gələn 1948,03 (bir min doqquz yüz qırx səkkiz manat üç qəpik) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış “378,25 (üç yüz yetmiş səkkiz manat iyirmi beş qəpik) manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 50 (əlli) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 45,49 (qırx beş manat qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumunun 40 (qırx) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, 5,49 (beş manat qırx doqquz qəpik) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2021-ci il tarixli, 321210-CNS-23333 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh 1948,03 (bir min doqquz yüz qırx səkkiz manat üç qəpik) manat məbləğində əsas borc, 222,31 (iki yüz iyirmi iki manat otuz bir qəpik) manat məbləğində faiz borcu və 50 (əlli) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2220,34 (iki min iki yüz iyirmi manat otuz dörd qəpik) manat məbləğində borc və ödənilmiş 45,49 (qırx beş manat qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumunun 40 (qırx) manat hissəsi İddiaçı ASC-nin xeyrinə tutulmalı, dövlət rüsumunun 5,49 (beş manat qırx doqquz qəpik) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-230, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1948,03 (bir min doqquz yüz qırx səkkiz manat üç qəpik) manat məbləğində əsas borc, 222,31 (iki yüz iyirmi iki manat otuz bir qəpik) manat məbləğində faiz borcu və 50 (əlli) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2220,34 (iki min iki yüz iyirmi manat otuz dörd qəpik) manat məbləğində borc və ödənilmiş 45,49 (qırx beş manat qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumunun 40 (qırx) manat hissəsi İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar