Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1657/2023 27.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Bakı şəhəri 6 saylı Notariat ofisində bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixədək qaytarılmaq şərtilə Cavabdeh 20400 manat məbəğində pul borc vermişdir. Cavabdeh müqavilə öhdəlikləri üzrə borcunu qısa müddətdə ödəməyi öhdəsinə götürməsinə, qaytarma müddətindən 10 aydan artıq müddət keçməsinə baxmayaraq, hazırki vaxtadək borcunu ödəməmiş, öhdəliklərdən yayınmağa cəhd etmiş, hər dəfə bir bəhanə ilə onu yola verməyə cəhd etmişdir. Müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı dəfələrlə tərəfindən yazılı və şifahi formada borcunu qaytarması tələb edilmiş, eləcə də pretenziya məktubu ilə xx.xx.2023-cü ildə rəsmi qaydada cavabdehdən borcunu qısa müddətdə ödəməsi tələb edilməsinə baxmayaraq, öhdəliklər hazırki vaxtadək icra edilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi cavabdeh öhdəliklərə əməl etməyərək, borcunu qaytarmaq üçün müxtəlif vədlər versə də, bu vədlərə də əməl etməyərək, hazırki dövrədək pulu qaytarmadığına görə iddiaçı hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Eləcə də tərəfindən vəkil tutulması ilə bağlı 250 manat xidmət haqqı ödənilmişdir ki, həmin pul da cavabdehdən xeyrinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 20.400 manat məbləğində borcun və ödənilmiş 153 manat dövlət rüsumunun əvəzinin alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki,o, Yusifi dostu vasitəsi ilə tanımış, Yusif xaricdən avtomaşınların gətirilməsi ilə məşğul olmuşdur. 2022-ci ilin may ayında Yusif vasitəsi ilə atasına “Kia Sorento” markalı avtomaşın gətirmiş, özünə də sonra “Hyundai Elantra” markalı avtomaşın gətirilmişdir, özünə gətirdiyi maşınla bağlı Yusifin ona 3000 ABŞ dolları borcu olmuşdur. Bununla bağlı polisə şikayət etmişdir. 2022-ci ilin iyun ayında Yusiflə 20.400 manat məbləğində kredit müqaviləsi bağlamış, pulu Yusifə o məqsədlə vermişdir ki, Yusif həmin pul müqabilində xaricdən avtomaşın gətirib satışını təşkil edəcək və qazancı böləcəkdir. Yəni həmin pulu iş birliyi məqsədi ilə vermişdir. Yusifin atasının dediyi həqiqət deyil, pul konkret “Kia Sorento” markalı avtomaşının gətirilməsi üçün verilməyib, gəlir əldə etmək üçün verilib. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdeh digər şəxslərə qarşı da onların pul vəsaitini mənimsədiyi üçün həbs edilmişdir. Cavabdeh ilə iddiaçı arasında vatsap yazışmalarında da cavabdeh iddiaçıya pul verilməli olduğu etiraf edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına istintaq təcridxanasında olma səbəbi ilə gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iddiaçının və onun nümayəndəsinin izahatlarını və şahid ifadəsini dinləyib və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, Yusif onun oğludur. İmranı tanıyır, belə ki, oğlu Koreyadan orada istehsal edilən avtomaşınların respublikaya gətirilməsi ilə məşğuldur. Oğlunun tanışı Mehdi Həmidovun sifarişi əsasında Koreyadan 7 yerlik “Kia Sorento” markalı avtomaşın sifariş olunmuş, avtomaşın gətirilmə üçün yüklənərkən müəyyən edilmişdir ki, 5 yerlikdir. Mehdi oğlu Yusifə demişdir ki, o avtomaşını istəmir, başqa maşın tapmışdır, onun pulu verilsin. İddiaçı həmin avtomaşını alınmasına razılıq vermiş, Mehdi tərəfindən ödənilən ümumi məbləğ avtomaşına görə 9.700, daşıma xərci kimi 2.300, cəmi 12.000 ABŞ dolları manat eksvivalentinə uyğun 20.400 manat pul vəsaiti İmrandan notariusda bağlanılmış kredit müqaviləsi əsasında alınmış və onun tərəfindən Mehdiyə verilmişdir. 5 yerlik “Kia Sorento”nun sənədləri isə İmranın adına dəyişdirilmiş və hal-hazırda avtomaşın iddiaçıgildədir. Lakin gömrük sənədlərini əldə edə bilməmişdir. O, şəxsən İmranla görüşəndə Yusifin ona 2.300-2.400 ABŞ dolları borcu olduğunu demişdir. 20.400 manat barədə heç bir şey deməmişdir. İş üzrə “Borc verən” qismində İddiaçı ilə “Borc alan” qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 20.400 manat məbləğində borc pul vermiş, Cavabdeh krediti xx.xx.2022-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin təhqiqatçısı polis mayoru Elmar Xəlilov tərəfindən İddiaçı Yusif adlı şəxsin ondan gömrüyə rüsum ödəməsi adı ilə 3000 ABŞ dolları almasına dair şikayəti üzrə xx.xx.2023-cü il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı tələbi ilə əlaqədar mülki mübahisələrin həlli üçün Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, onunla Cavabdeh arasında xx.xx.2022-ci ildə notarial qaydada Bakı şəhəri 6 saylı notariat ofisində bağlanılmış kredit müqaviləsinə əsasən tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixədək qaytarılmaq şərtilə 20400 manat məbləğində borc verilmişdir. Qeyd olunan sonuncu vaxtdan da 7 aydan artıq müddət keçməsinə baxmayaraq Cavabdeh üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş və qeyd olunan borcu hazırki vaxtadək qaytarmamışdır. Tərəfindən dəfələrlə borcun ödənilməsi tələb edilsə də, heç bir nəticəsi olmamışdır. Göründüyü kimi, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyinə görə hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkilləri ilə müqavilə bağlanılması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumunun ödənilməsi və digər əlavə xərclərin çəkilməsinə səbəb olacaq ki, Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyinə uyğun olaraq, tələb olunan məbləğdən əlavə həmin çəkiləcək xərclərin də Cavabdeh xeyrinə tutulması ilə bağlı müvafiq tədbirlər görüləcəkdir. Eyni zamanda, “Hyundai” markalı avtomaşına görə 3000 ABŞ dolları ödəniş etmişdir. Həmin məbləğə görə də ayrıca Cavabdeh barəsində hüquqmühafizə orqanlarına şikayət etmişdir. Cavabdeh ona olan etibarından sui-istifadə edib dələduzluq etməklə ondan qeyd olunan pulları almış, sonradan isə iş yerini də bağlayıb aradan çıxmışdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ödənilməmiş 20400 manat əsas borcun və avtomaşın gətirilməsi üçün dələduzluq yolu ilə aldığı 3000 ABŞ dolları pul vəsaitinin 5 gün müddətində ödənilməsinin təmin edilməsini xahiş edilmiş, əks təqdirdə, aidiyyəti üzrə məhkəmələrə müraciət edilməsi, vəkil ilə müqavilə bağlanılması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumunun ödənilməsi, hesablanmış dəbbə pulunun və digər əlavə xərclərin tutulması barədə hüquqlarının müdafiəsi ilə bağlı hüquq-mühafizə orqanlarına və məhkəməyə məhkəməyə müraciət ediləcəkdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə birgə iş fəaliyyəti ilə əlaqədar 20.400 manat məbləğində pul verilmişdir. Cavabdeh isə pulu müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmalı olduğu halda, bunu etməmiş və bununla da kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri pozmuşdur. Məhkəmə cavabdehin xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirilməməsini və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh müqavilə şərtlərinin yerinə yetirmədiyindən, iddiaçı həmin borc məbləğinin – 20.400 manat məbləğində pulun cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və onun iddiaçıdan xx.xx.2022-ci il tarixdə 20.400 manat məbləğində pul alması öz təsdiqini tapdığından, iddia tələbi təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 20.400 manat məbləğində pul tutulmalıdır. Məhkəmə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxsin ifadəsinə tənqidi yanaşaraq, onun ifadəsində səsləndirdiyi halları təsdiq edən sübutların mövcud olmamasını nəzərə alaraq, həmin ifadəni mötəbər sübut kimi qəbul etmir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 153 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 20.400 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 153 manat, cəmi 20.553 (iyirmi min beş yüz əlli üç) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1657/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1657/2023
27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver