Məhkəmə qərarları › İş №e-2(009)-1672/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1672/2023

28.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1672/2023 28.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı – Cavabdeh (3-cü şəxs qismində X3 cəlb edilməklə) qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı – Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 4500 (dörd min beş yüz) manat pul məbləğinin, ona vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat pul məbləğinin və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh ona qarşı dələduzluq edərək, ondan cəmi 4500 (dörd min beş yüz) manat pul məbləği götürmüş və ona məxsus Yasamal rayon ərazisində mənzil X5 Yasamal yaşayış kompleksində yeni inşa olunmuş binada 3 otaqlı mənzilində hər bir otağa mebel yığacağını bildirmişdir. Bununla bağlı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində Cavabdeh 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmış və cavabdeh məhkəmə istintaqı zamanı ifadə verərək ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli hesab etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-400/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o məhkəmə iclas zalından həbsdən azad edilmiş, onun üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdüdlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması qərara alınmışdır. Belə ki, Yasamal Rayon Məhkəməsinin həmin hökmündən sonra, Cavabdeh ondan dələduzluq yolu ilə əldə etdiyi 4500 (dörd min beş yüz) manat pul məbləği və ona vurduğu mənəvi zərərin ona ödənilməsi məqsədi ilə məhkəmə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, evinə mebel quraşdırmaq məqsədi ilə əvvəlcədən hissə-hissə ödəniş edərək ümumi 4500 manat iddiaçıya pul vermişdir. Bir müddət sonra iddiaçı ilə əlaqə yarada bilməmiş və Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin məlumatı olmadığı üçün zərərin ödənilməsi məsələsini qeyd etməmişdir. Cavabdeh ona apellyasiya şikayəti verməməsini, ona olan borcunu qaytaracağını bildirmişdir. Bu səbəbdən, o, şikayət vermə müddətini də ötürmüşdür. İddiaçıya ödədiyi pulu o da bankdan kredit vasitəsi ilə əldə etmişdir və üzərinə hər ay faiz gəlir. Birdəfəlik qaytara bilmirsə hissə-hissə (200 manat) ona ödənilməsini istəyir. Son olaraq məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini qəbul edərək bidirmişdir ki, cavabdehin dedikləri ilə razıdır. Sadəcə bəzi hallar ondan asılı olmamışdır. Doğrudan da borcunu ödəmək istəyir, bir neçə iş yerinə müracət etsə də qolundaki nəzarət qolbağına görə işə götürülməmişdir. Hal hazırda bir tanışının yanında aylıq 450 manata işləyir və gündəlik 5 manat xərcləri olur. Cavabdehdən 4500 manat almış, heç nə qaytarmamışdır. Ailəlidir. Borcunu ödəməyə başlayacaq. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş 3-cü şəxs məhkəmə baxış iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib iş materiallarını araşdıraraq, belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 400/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay (bir il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 01 ay 07 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılması, üzərində qəti olaraq 01 il 03 ay 16 gün (bir il üç ay on altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməsi və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilməsi, Cavabdeh üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vəsaitin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Cavabdeh məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti 'hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili X4 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikass Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülməsi hökm edilmişdir. Əsaslandırıcı hissə: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-400/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay (bir il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-nin 69.3cü maddəsinə əsasən həbsdə saxlanıldığı 01 ay 07 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılması, üzərində qəti olaraq 01 il 03 ay 16 gün (bir il üç ay on altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, ... hökm edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, Cavabdeh tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı İddiaçı Mənzil X5 Yasamal yaşayış kompleksində yerləşən, ev 30, 21 saylı yeni təmir olunmuş 3 otaqlı mənzilində hər bir otağa yeni mebel dəsti yığıb quraşdırılması üçün ona müraciət etməsindən sonra İddiaçı onun sifarişi əsasında mebel dəstlərini hazırlayıb mənzilə quraşdıracağını yalandan vəd verib əslində sonuncuya məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 1 ünvanında İddiaçı məxsus lakin həyat yoldaşı X6ma aid “Kapital banka” məxsus 416973******3030 nömrəli “X9” ödəniş kartının hesabında olmaqla faktiki olaraq sonuncunun sərəncamında saxladığı puldan İddiaçı təlimatı üzrə F.Babayevanın onun “Kapital bank”a məxsus 4169 7385 5099 5496 UMİKO bank kartının hesabına xx.xx.2021-ci il tarixdə saat 12:22-də internet üzərindən köçürdüyü 2500 manat, xx.xx.2022-ci il tarixdə saat 16:07-də köçürdüyü 800 manat, xx.xx.2022-ci il tarixdə saat 14:10-da köçürdüyü 200 manat, xx.xx.2022-ci il tarixdə saat 09:38-də köçürdüyü 200 manat, xx.xx.2021 -ci il tarixdə saat 14:26-da köçürdüyü 350 manat, xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində “İçəri şəhər’’ metrostansiyasının yaxınlığında İddiaçı əlbəl verdiyi 300 manat, sonuncu dəfə isə həmin tarixdə saat 15:31-de İddiaçı məxsus lakin həyat yoldaşı X2 aid həmin kartında olan puldan İddiaçı təlimatı üzrə F.Babayevanın onun "Kapital bank”a məxsus 4169 7385 5099 5496 UMİKO bank kartının hesabına ünvan 1 ünvanında internet üzərindən köçürdüyü 150 manat pulu, ümumilikdə isə zərərçəkmiş şəxs İddiaçı məxsus lakin, faktiki olaraq zərərçəkmiş şəxs X1 istifadəsində olmaqla birgə mülkiyyətində olmuş 4.500 manat (dörd min beş yüz manat) pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə alıb ələ keçirməklə dələduzluq etmişdir. Tərəflərin izahatları ilə aydın olmuşdur ki, hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir, cavabdeh hazırda cəza çəkir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarında vurğulanmışdır ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı). Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 65.1 və 65.4-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarının 4-cü bəndində də göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir.” Məhkəmə hazırki iş üzrə Cavabdeh yuxarıda göstərilən hökmlə 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini, tərəflərin izahatları ilə iddiaçıdan aldığı 4500 manat pulun hələ də qaytarılmamasının təsdiq olunduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı (hökmdə də qeyd edildiyi kimi arvadı X3 ilə birgə mülkiyyətində olan) 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini cavabdehdən mülki mühakimə icraatı qaydasında tələb etməkdə haqlıdır. Belə ki, Cinayət Prosessual Məcəllənin 180.2-ci maddəsinə əsasən, 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikiası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, iddianın mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər məhz bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Məhkəmə, hazırki işdə cavabdehin hərəkətlərinin iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması sübuta yetirilmir. Odur ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun 60 (altmış) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 4500 (dörd min beş) manat məbləğində pul vəsaiti, ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun 60 (altmış) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 4500 (dörd min beş) manat məbləğində pul vəsaiti, dövlət rüsumunun 60 (altmış) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar