Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1684/2023 11.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı – cavabdehlər Cavabdeh1, "xxxx" ASC-yə qarşı “kredit borcunun düzgün müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər Cavabdeh1, "xxxx" ASC-yə qarşı “kredit borcunun düzgün müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış kredit müqaviləsi və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-5836/2015 saylı icra sənədi üzrə borcun olmamasının müəyyən edilməsi, Cavabdeh2 ASC ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 5836/2015 saylı, 07 avqust 2015-ci il tarixli qətnaməsi ilə, “Bank Respublika" ASC ilə Cavabdeh1 arasında bağlanmış 31 iyul 2012-ci il tarixli 12002-0096/128495 saylı kredit müqaviləsinin ləğv edilməsi, Kredit müqaviləsinə əsasən 37518,88 (otuz yeddi min beş yüz on səkkiz dollar səksən səkkiz sent) ABŞ dolları məbləğində (28142,54 ABŞ dollan asas borc, 4376,34 ABŞ dolları faiz borcunun, 5000 ABŞ dolları məbləğində penya borcu olmaqla) pul vəsaiti ödəniş aparılan tarixə Azərbaycan manatının məzənnəsi ilə Cavabdeh1 alınması və "Bank Respublika” ASC-nə verilməsi, Tutmanın ipoteka predmeli olan, Cavabdeh1 məxsus 'Mercedes Benz 350' markalı 90 E3 484 dövlət qeydiyyat nişanlı avtomaşına yönəlməsi, həmin avtomaşının açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsaitin hesabına cavabdehin "xxxx" ASC-nə olan borcu ödənilməsi, borc lam ödənildikdən sonra qalan pul vəsaitinin cavabdehə qaytarılması qət edilmişdir. Daha sonra Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, 13 fevral 2020-ci il tarixli qərardadı ilə, qətnamənin nəticə hissəsində yol verilmiş yanlışlıq aradan qaldırılmış və qətnamənin nəticə hissəsində göstərilmiş “kredit müqaviləsinə əsasən 37518,88 (otuz yeddi min beş yüz on səkkiz dollar səksən səkkiz sent) ABŞ dolları məbləğində (28142,54 ABŞ dollan asas borc, 4376,34 ABŞ dolları faiz borcunun, 5000 ABŞ dolları məbləğində penya borcu olmaqla) pul vəsaiti ödəniş aparılan tarixə Azərbaycan manatının məzənnəsi ilə Cavabdeh1 alınması və "Bank Respublika” ASC-nə verilməsi” sözləri - “kredit müqaviləsinə əsasən 37518,88 (otuz yeddi min beş yüz on səkkiz dollar səksən səkkiz sent) ABŞ dolları məbləğində (28142,54 ABŞ dollan asas borc, 4376,34 ABŞ dolları faiz borcunun, 5000 ABŞ dolları məbləğində penya borcu olmaqla) pul vəsaiti ödəniş aparılan tarixə Azərbaycan manatının məzənnəsi ilə Cavabdeh1 və İddiaçı birgə qaydada alınması və "Bank Respublika” ASC-nə verilməsi” sözləri ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-938/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamasi ilə cavabdeh İddiaçı nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, 07 avqust 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.2-ci maddələrinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Göründüyü kimi iddiaçı Cavabdeh2 ASC-nın cavabdehlər Cavabdeh1 və İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, ipoteka predmetınə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsaıt hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş olmuş və qətnamə çıxarılmışdır. Qeyd olunan qətnamədən İddiaçı nümayəndəsi tərəfindən şikayət verilmiş, şikayət təmin edilməmiş qətnamə dəyişdirilmədən saxlanılmış və icraya yönəlmişdir. Hesab edir ki, iddiaçının hazırda ayrıca icraatda mübahisələndirdiyi zaminlik müqaviləsi ilə bağlı qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Başqa sözlə bu müqavilənin qanuniliyi yuxarıda qeyd olunan məhkəmə tədqiqatının predmeti olmuşdur. Həmin məhkəmə bu zaminlik müqaviləsinin qanuniliyini yoxlayaraq etibarlı əqd olduğu qənaətinə gəlmiş və həmin müqaviləyə əsasən borcun borclu ilə yanaşı zamindən də birgə qaydada tutulmasını qət etmişdir. Hazırki işdə iddiaçı kredit müqaviləsi üzrə borcun olmamasının müəyyən edilməsini, həmçinin müqavilənin onun tərəfindən imzalanmadığını bəyan edir. Lakin bu halların yoxlanılması, həqiqiliyinin müəyyən edilməsi yenidən ayrıca iddianın, yaxud icraatın predmeti ola bilməz. Çünki, nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məsələ ilə bağlı bir-birini təkzib edən müxtəlif məhkəmə aktları ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Qeyd edilənlərə əsasən hesab edir ki, iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməlidir. MPM-nin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.2, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı – cavabdehlər Cavabdeh1, "xxxx" ASC-yə qarşı “kredit borcunun düzgün müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1684/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1684/2023
11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver