Məhkəmə qərarları › İş №e-2(009)-169/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-169/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-169/2025 11.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunu katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış xx.xx.2019-cu il tarixli borc müqaviləsi və onun əlavələrinə əsasən 783015 manat məbləğin, 1074 manat ödənilmiş dövlət rüsumu, 300 manat göstərilən hüquqi yardıma görə xərcin, cəmi 784389 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçı fiziki şəxs İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli borc müqaviləsi və onun əlavələrinə (xx.xx.2019-cu il tarixli, 01 nömrəli, xx.xx.2019-cu il tarixli, 02 nömrəli) əsasən 783015 manat borc məbləği iddiaçı tərəfindən Cavabdehə verilmişdir. Cavabdeh həmin müqavilələrə əsasən qeyd olunan borc məbləğini xx.xx.2022-ci il tarixdən gec olmamaq şərti ilə geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdehin hal-hazırki tarixə müvafiq müaviləyə əsasən ödənilməmiş qalıq borcu 783015 manat məbləğ təşkil edir. İddiaçının nümayəndə və vəkili xx.xx.2025-ci il tarixdə məhkəməyə xx.xx.2025-ci il tarixli barışıq sazişini ünvanlayaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndə və vəkili xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının nümayəndə və vəkili xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə AR MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndə və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndə və vəkili məhkəməyə gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndə və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada xx.xx.2025-ci il tarixdə tərtib edilərək məhkəməyə təqdim edilmişdir, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinə görə görə İddiaçı və Cavabdeh aşağıdakıları öhdələrinə götürürlər: 1.1. Tərəflər razılaşırlar ki, Cavabdeh İddiaçıya 783.015 (yeddi yüz səksən üç min 15) manat əsas məbləğin, 1074 (bir min yetmiş dörd) manat ödənilmiş dövlət rüsumu, 300 (üç yüz) manat göstərilən hüquqi yardıma görə xərcin cəmi 784.389 (yeddi yüz səksən dörd min üç yüz səksən doqquz) manat məbləğin ödənilməsini öz öhdəsinə götürür və İddiaçı bunu qəbul edir. 1.2. Cavabdeh Bu Sazişin 1.1-ci bəndində göstərilən borcun İddiaçıya bir ödənişlə, Bu Saziş məhkəmə qaydasında təsdiq edildiyi tarixdən 3 (üç) iş günü ərzində ödəməyi öhdəsinə götürür. 1.3. Cavabdeh tərəfindən qəbul olunmuş borc məbləğinin Sazişdə nəzərdə tutulan müddətədək tam həcmdə İddiaçıya ödənilməməsi Cavabdehin Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir. 1.4. Bu hal Sazişin məhkəmə qaydasında məcburi icraya yönəldilməsi, Bu Sazişin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləğlərin Cavabdeh tərəfindən ödənilməsi üçün məcburi icra tədbirlərinin həyata keçirilməsinin tələb edilməsi üçün əsasdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, məhkəməyə təqdim edilmiş tərəflərin xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki iş üzrə tərəflərin təqdim etdikləri barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinə görə İddiaçı və Cavabdeh aşağıdakıları öhdələrinə götürürlər: 1.1. Tərəflər razılaşırlar ki, Cavabdeh İddiaçıya 783.015 (yeddi yüz səksən üç min on beş) manat əsas məbləğin, 1074 (bir min yetmiş dörd) manat ödənilmiş dövlət rüsumu, 300 (üç yüz) manat göstərilən hüquqi yardıma görə xərcin, cəmi 784.389 (yeddi yüz səksən dörd min üç yüz səksən doqquz) manat məbləğin ödənilməsini öz öhdəsinə götürür və İddiaçı bunu qəbul edir. 1.2. Cavabdeh Bu Sazişin 1.1-ci bəndində göstərilən borcun İddiaçıya bir ödənişlə, Bu Saziş məhkəmə qaydasında təsdiq edildiyi tarixdən 3 (üç) iş günü ərzində ödəməyi öhdəsinə götürür. 1.3. Cavabdeh tərəfindən qəbul olunmuş borc məbləğinin Sazişdə nəzərdə tutulan müddətədək tam həcmdə İddiaçıya ödənilməməsi Cavabdehin Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir. 1.4. Bu hal Sazişin məhkəmə qaydasında məcburi icraya yönəldilməsi, Bu Sazişin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləğlərin Cavabdeh tərəfindən ödənilməsi üçün məcburi icra tədbirlərinin həyata keçirilməsinin tələb edilməsi üçün əsasdır. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar