Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1698/2025 02.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi Ə.R.Yusubovun, Cavabdeh iştirakları ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 18-xx-xx-078150 nömrəli kredit müqaviləsinə əsasən borc alana 60 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 2.489,00 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə Borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə Borc verən Borc alanı xəbərdar etdikdən 3 iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək Borc alanın vəzifəsidir. AZ-İ № 962294 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən cavabdeh X6 xx.xx.2019-cu ildə vafat etmiş, xx.xx.2019-cu il tarixli 2V/136 nömrəli X9 X3 əsasən Cavabdeh (Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli illə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən Muğanbank ASC-də 1237,55 manat kompensasiya məbləği) miras əmlakdan tam hissədə pay almışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12- 5/2-M-21-9074/2025 saylı 29 may 2025-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə X4 Banka 1.750,69 manat məbləğində əsas, 19,62 manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 307,34 manat borcu olmaqla, ümumilikdə 2.077,65 manat məbləğində borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cəmi 2.077,65 manat borc olmaqla, bundan 1.750,69 manat məbləğində əsas, 19,62 manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 307,34 manat borc və 40 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X7 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş müddət ötürülməmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddianı qəbul etməyərək və iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi təqdim edərək öz izahatında göstərmişdir ki, onun mərhum həyat yoldaşı tərəfindən götürülən kreditdən məlumatı olmamışdır. Məlumatı yalnız bildirişi aldıqdan sonra olmuşdur. İddianı əsassız hesab edir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə “Borcverən” qismində İddiaçı ASC ilə “Borcalan” qismində X6 arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, 18-xx-xx-078150 saylı kredit müqaviləsinə əsasən Bank Borcalana 60 ay müddətinə xx.xx.2021-ci il tarixə kimi qaytarmaq şərti ilə, illik 29% ödəmək şərti ilə 2.489 manat məbləğində kredit vermişdir. İş üzrə "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı ASC arasında bağlanmış “Kredit müqavilələri üzrə tələb hüquqlarının ötürülməsinə dair” xx.xx.2016-cı il tarixli müqavilənin 1.6-cı bəndinin tələblərinə uyğun olaraq adları qeyd edilmiş borcalanlar üzrə müqavilə sənədləri göndərilir və bu məktubda qeyd olunan rekvizitlərə borcalanların kredit borclarının ödənilməsi ilə bağlı göstəriş verilməsini xahiş etmişlər: X6 – xx.xx.2016 (kreditin verilmə tarixi), xx.xx.2019 (vəfat etmə tarixi), 1750,69 manat (əsas məbləğ qalığı), 19,62 manat (faiz qalığı), 1,43 manat (gündəlik faiz), cəmi borc 1770,31 manatdır. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnaməsinin surətinə əsasən X6 xx.xx.2019-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 35 No ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri 2 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2V-136 reyestr nömrəsi X9 hüququ haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı Cavabdeh Şərifcanovda və o, miras əmlakdan 1/1 (tam) hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən İddiaçı ASC-də 1237,55 manat kompensasiya məbləğindən ibarətdir. İş üzrə Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı ASC ilə X6 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 18xx-xx-078150 saylı kredit müqaviləsinə əsasən X5 60 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 2.489,00 manat məbləğində kredit verilmişdir. X6 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bakı şəhəri 2 saylı notariat ofisi tərəfindən verilmiş X9 X3 əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh, X4 ölümündən sonra mirası rəsmi olaraq qəbul etmişdir. İş üzrə LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən X4 xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə əsas borcu 1750,69 manat, müqavilə müddəti üçün hesablanmış 19,62 manat faiz, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 307,34 manat borc, cəmi 2.077,65 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ilə cavabdehin mərhum əri Kərim Məhərrəmov arasında borc müqaviləsi üzrə münasibətlər xx.xx.2016-cı il tarixdə yaranmışdır və borc müqaviləsi üzrə müəyyən qədər ödəniş həyata keçirsə də, iddiaçı borc müqaviləsi üzrə öhdəliklərin icrasını həyata keçirilməsi ilə əlaqədar yalnız xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə verilmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq ilk növbədə iddiaçının öhdəliyin icrasını tələb etmək hüququnun olub-olmamasına və cavabdehin borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirib-yetirməməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə X6 arasında xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin müqavilə üzrə K.Məhərrəmova 60 ay müddətinə xx.xx.2021-ci il tarixədək, illik 29% ödəmək şərti ilə 2489 manat kredit verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, K.Məhərrəmov xx.xx.2019-cu il tarixdə vəfat etmiş və onun kredit müqaviləsi üzrə ödənilməmiş cəmi 2.077,65 manat öhdəliyi qalmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, kredit alan X4 ölümündən sonra onun arvadı hazırkı iş üzrə Cavabdeh X9 hüququ haqqında şəhadətnamə əsasında miras əmlakı - Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən İddiaçı ASC-də 1237,55 manat kompensasiya məbləğini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, AR Mülki Məcəllənin 470, 472, eləcə də 1146,1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, Cavabdeh kredit alan və mərhum X4 vərəsəsi kimi miras əmlakı qəbul etməyə öz iradəsini şəksiz nümayiş etdiyi üçün, bu hal onun Kərim Məhərrəmovun öhdəliklərinin də qəbul edilməsini göstərir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə borclunun öhdəliklərinə görə cavabdehlik daşıyan şəxsdir və iddiaçı hazırki tələblə Cavabdeh qarşı çıxış etməkdə tam haqlı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə hesab edir ki, borc müqaviləsi üzrə öhdəliklər hazırkı vaxtadək yerinə yetirmədiyindən, iddiaçı həmin öhdəliklərin yerinə yetirilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Lakin məhkəmə iddiaçı tərəfindən borc müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsini və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüququqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378, 379 və 380-ci maddələrinin tələblərindən irəli gələrək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq müqavilələrdən yaranan öhdəliklər üzrə borclunun ölümü ilə öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427-ci maddəsi ilə müəyyən edilmiş icra müddətləri ərzində öhdəlik icra edilməzsə kreditor ölmüş borclunun vərəsələrinə qarşı həmin Məcəllənin 377-ci maddəsi ilə təsbit edilmiş müddətlərdən etibarən iddia irəli sürmək hüququna malik olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2). Qeyd edilən Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. E.Həkimovun şikayəti üzrə AR Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki. iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddəti ilə bağlı müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kredit müqaviləsinin müddətinin xx.xx.2021-ci il tarixdə bitməsini və həmin müqavilə üzrə yaranmış borcun tutulması ilə bağlı iddianın xx.xx.2025-ci il tarixdə məhkəməyə verilməsini nəzərə alaraq qeyd edir ki, iddiaçı qanunda nəzərdə tutulmuş 3 illik müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəməyə müraciət etmək üçün müddətin ötürülmədiyini qeyd etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən isə qanunveriliciyin tələblərinə uyğun iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 3 illik iddia müddəti ötürülmüşdür. İddiaçı tərəfindən isə bu müddətin üzrlü səbəbdən ötürülməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim edilə bilməmişdir. Beləliklə məhkəmə iddiaçı tərəfindən kredit müqavilə üzrə pozulmuş hüquqlarının bərpası ilə bağlı 3 illik iddia müddəti bitdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini və bununla da qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsini və həmin müddətinin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübutun məhkəməyə təqdim edilə bilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd olunmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh X1rşı kredit müqaviləsi üzrə 1.750,69 manat məbləğində əsas borcun, 19,62 manat faiz borcun, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 307,34 manat borcun, cəmi 2.077,65 manat məbləğində borcunun və 40 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə iddia tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1698/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1698/2025
02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver