Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1708/2021 25.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X11 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh1 və cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı “xxxx” X2 – cavabdehlər «xxxx» ASC-yə və Cavabdeh1 qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” X7 – cavabdehlər «xxxx»ASC-yə və Cavabdeh1 qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3,300 manat dəymiş zərərin əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27.03.2020-ci il tarixdə Bakı şəhəri, Mətbuat prospektində Cavabdeh1 idarə etdiyi ** LT *** dövlət qeydiyyat nişanlı “X13” minik markalı avtomobil ilə X5 idarə etdiyi ** DF *** dövlət qeydiyyat nişanlı “Mazda CX5” minik markalı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə iddiaçıya məxsus 1 ədəd “Polermo” tipli işıq dirəyi zərərə uğrayaraq sıradan çıxmışdır. Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində hər iki sürücü təqsirli hesab edilmişdir. “Polermo” tipli 1 ədəd işıq dirəyinin dəyəri 6,600 manat məbləğində hesablanmışdır. X8 tərəfindən idarə edilən avtomobil “xxxx” ASC tərəfindən sığortalanmışdır. “xxxx” ASC tərəfindən iddiaçının bank hesabına 3,300 manat məbləğində sığorta ödənişi edilmişdir. Lakin “xxxx” ASC sığorta ödənişini bu günə qədər ödəməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” Şirkətinin nümayəndəsi iddianı qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, “xxxx” ASC dəymiş zərərin əvəzi kimi X6 2.500 manat məbləğində ödəniş etmişdir. Polis tərəfindən şirkətə daxil olmuş zərər aktında iddiaçıya zərər vurulması barədə heç bir qeyd olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən sığortalı sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsi üçün sığorta haqqı ödəməsi müqabilində sığorta müqaviləsi bağlayır. Həmin Məcəllənin 884.5-ci maddəsinə əsasən, sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. İş materiallarında olan: İXP ******* saylı inzibati xəta haqqında protokolun, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın, İXP ******* saylı inzibati xəta haqqında protokolun, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın və Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayaışın surətlərindən görünür ki, 27 mart 2020-ci il tarixdə Bakı şəhəri, Mətbuat prospektində Cavabdeh1 idarə etdiyi ** LT *** dövlət qeydiyyat nişanlı “X13” minik markalı avtomobil ilə X5 idarə etdiyi ** DF *** dövlət qeydiyyat nişanlı “Mazda CX5” minik markalı avtomobil toqquşmuş və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “xxxx” X3 məxsus işıq dirəyinə zərər dəymişdir. Baş vermiş yol nəqliyayt hadisəsində hər iki sürücü təqsirli bilinərək barələrində inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. 30.03.2021-ci il tarixli Hesab dövriyyəsi vərəqəsinin surətindən görünür ki, “xxxx” Şirkəti tərəfindən “xxxx” X2 bank hesabına 3,300 manat məbləğində sığorta ödənişi edilmişdir. Yasamal rayonu, Mətbuat prospektində ** LT *** dövlət nömrə nişanlı avtomaşınla vurulmuş dirəyin bərpasına sərf olunan xərclərin Smetasl vərəqəsinin surətindən görünür ki, 1 ədəd “Polermo” tipli dirəyin dəyəri 6,600 manat təşkil edir. 005082 nömrəli 21.05.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, “xxxx” ASC tərəfindən X5 hesabına 2.500 manat məbləğində sığorta ödənişi edilmişdir. İşin hallarından aşkar göründüyü kimi, sığorta hadisəsinin mövcudluğu, iddiaçıya məxsus əmlaka zərər dəyməsi mübahisəsizdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Qanununun 7-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Qanununun 20.2-ci maddəsinə əsasən, həmin Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Göründüyü kimi, qanunverici təqsirinin dərəcəsindən asılı olmayaraq mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsi ilə hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini ödəməsi vəzifəsini müəyyən etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 15.3-cü maddəsinə əsasən zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər və s. əmlaka dəyən zərərin məbləğinə aiddir. «İcbari sığorta haqqında» Qanunun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə işin faktiki hallarını, maddi və prosessual normaların tələblərini dəyərləndirərək hesab edir ki, sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakın təmiri və bərpası üçün birbaşa çəkilməli olan 6,600 manat zərərdən “xxxx” ASC tərəfindən iddiaçının hesabına köçürülmüş 3,300 manat məbləğ çıxılmaqla 2,500 manat pul vəsaiti (“xxxx” tərəfindən Cavabdeh1 mülki məsuliyyətinin icbari sığortası məbləğinin həddinin 5.000 manat təşkil etdiyi və “xxxx” ASC tərəfindən X5 xeyrinə 2.500 manat məbləğində sığorta ödənişi edildiyi nəzərə alınmaqla) “xxxx” ASC-dən, qalan 800 manat məbləğində pul vəsaiti isə digər Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” ASC-dən 2,500 manat, Cavabdeh1 isə 800 manat məbləğində pul vəsaiti zərərin əvəzi kimi tutularaq “xxxx” X3 ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-1708/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1708/2021
25.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver