Məhkəmə qərarları › İş №e-2(009)-173/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-173/2023

12.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-173/2023 12.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “maddi zərərin ödənilməsi”tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən ona dəymiş zərərə görə 2224 manat, hüquqi xidmət üçün ödənilmiş 70 manat, servisə ödənilmiş 100 manat cəmi 2394 manat və dövbt rüsumu üçün ödənilmiş 44 manat məbləğin tutularaq ona verilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 30 sentyabr 2022-ci tarixində, saat 14:30 radələrində, X2 idarə etdiyi özünə məxsus ’’Opel Astra” markalı, **-VF-*** dövbt qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu Sübhi Salayev küçəsi ilə Cəfər Məmmədquluzadə küçəsinin kəsişməsində hərəkətdə olarkən onun idarə etdiyi “Hyunday Creta“ markalı 99XT123 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və onun avtomobilinə 2474 manat zərər dəymişdir. Hadisə ilə bağlı tərtib edilmiş AP№ ******* saylı 03 oktyabr 2022-ci il tarixli protokol ilə təqsirin X3 olması müəyyən edilmişdir. Zərərin ödənilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. Cavabdehdən ona verilmiş cavabda onların tərtib etdiyi aktda ona 250 manat zərərin dəyməsi öz əksini tapmışdır. Bununla bağlı onun bank hesabına 250 manat ödəniş edilmişdir. “Hyunday” şirkətinin rəsmi servis qurumu olan “Auto Colors” servis tərəfindən ona verilmiş arayışa əsasən ona 2474 manat maddi zərərin dəyməsi göstərilmişdir. Bununla bağlı o, cavabdehə narazılığını bildirdikdə və müstəqil ekspert təyin edilməsini istədikdə onlar bundan imtina etmişlər. Ona görə də, o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş və iddia tələbinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, bildirmişdır ki, iş materiallarına əsasən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh Sığorta Şirkətində sığorta olunan “Opel Astra” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobil 30 sentyabr 2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi “Hyundai” markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin maddənin 2-ci bəndinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsininin 1-ci cümləsində göstərilir ki, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Qeyd edilənlərdən məlum olur ki, Cavabdeh Sığorta Şirkətinin sığorta hadisəsi nəticəsində dəymiş zərəri qiymətləndirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Bunu nəzərə alaraq cavabdehin texniki ekspertiza şöbəsinin mütəxəssisləri tərəfindən əmlaka dəymiş zərər araşdırılmış və bununla bağlı müvafiq hesabat tərtib edilmişdir. Hesabata əsasən “Hyundai” markalı ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 250 manat tələb olunur. İddiaçı xx.xx.2022-ci il tarixində Cavabdeh Sığorta Şirkətinə müraciət edərək, avtomobilə dəyən zərər məbləği ilə razılaşmasına dair ərizə təqdim etmişdir. Baxılan halda, Cavabdeh Sığorta Şirkəti avtomobilə dəyən zərəri zərərçəkənlə razılaşdırmış, daha sonra isə sığorta ödənişi vermişdir. İddiaçının məhkəməyə təqdim etdiyi qüsur aktında isə ehtiyat hissələrinin yəni, ön bamper, ön bamperin alt qarası, ön sağ fara təmirə yararlı olmasına baxmayaraq, dəyişilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, işçilik haqqı, yəni dəmirçi, boyanma, armaturçunun xidmət haqqlarının da orta bazar qiymətlərinə uyğun olmaması zərər məbləğinin əsassız olaraq şişirdilməsinə yol açmışdır. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş “AutoColors” Serviz Mərkəzinnin xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Hyundaı Creta” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2474 manat müəyyən olunmuşdur. İş materiallarında olan AP№ ******* saylı 03 oktyabr 2022-ci il tarixli İnzibati Xəta haqqında protokoldan görünür ki, həmin protokolla hadisənin törədilməsində təqsirli X4 olması müəyyən edilmişdir. Təqdim olunmuş Cavabdeh Sığorta Şirkəti ASC-nin xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabatdan görünür ki, “Hyunday Creta“ markalı 99XT123 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 250 manat müəyyən olunmuşdur. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 fevral 2023-cü il tarixli, 9/9415 saylı rəyindən görünür ki, “Auto Cotors” servis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxalışlı “Hyundai” markası ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2260,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Hyundai” markası ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 800,0 manat manat müəyyən edilir. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri xx.xx.2022ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. Mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Lakin sığortaçı tərəfindən məhkəməyə sığorta hadisəsinin səbəbini və dəyən zərərin həcminin müəyyənləşdirmək imkanından məhrum olması ilə əlaqədar onların mənafeylərinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, “Hyundai” markalı ** XT *** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı mülkiyyətindədir. xx.xx.2022-ci il tarixdə baş verən yol-nəqliyyat hadisəsi zamanı cavabdeh tərəfindən icbari sığortalanmış ’’Opel Astra” markalı, **-VF-*** dövbt qeydiyyat nişanlı avtomobillə ona məxsus “Hyundai” markası ** XT *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və ona maddi zərər vurulmuşdur. İddiaçıya məxsus “Hyundaı Creta” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər “AutoColors” Serviz Mərkəzinin xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktına əsasən 2474 manat, Cavabdeh Sığorta Şirkəti ASC-nin xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabata əsasən isə iddiaçıya məxsus avtomobilə dəymiş zərərin ümumi məbləği 250 manat müəyyən olunmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/9415 saylı rəyinə əsasən “Auto Cotors” servis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxalışlı “Hyundai” markası ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2260,0 manat, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Hyundai” markası ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 800,0 manat manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspertin rəyi nəzərə alınmaqla dəymiş maddi ziyanla bağlı iddia tələbi qismən təmin edilməli və Cavabdeh ASC-dən 2010 manat tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, ekspertin rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının avtomobilinə dəyən ziyan 2260 manat təşkil edir. Cavabdeh tərəfindən iddiaçıya dəymiş ziyanla bağlı 250 manat ödənildiyi üçün, həmin məbləğ nəzərə alınmaqla cavabdehdən iddiaçının xeyrinə dəymiş ziyana görə 2010 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, qiymətləndirmə aktı üçün ödənilmiş 100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44 (qırx dörd) manat cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən qismən təmin edilməli, Cavabdeh ASC-dən 2010 manat, qiymətləndirmə aktı üçün ödənilmiş 100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən dəymiş zərərə görə 2010 (iki min on) manat, qiymətləndirmə aktı üçün ödənilmiş 100 (yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44 (qırx dörd) manat tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar