Məhkəmə qərarları › İş №e-2(009)-1732/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1732/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1732/2022 05.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 7887.61 manat, 3067,27 manat faiz borcu olmaqla, cəmi 10954.88 manat məbləğində kredit borcunun və ödənilmiş 123.26 manat dövlət rüsumunun, habelə 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********85 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh illik 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 10000 manat kredit verilmişdir. Borclu Cavabdeh müqavilə üzrə aldığı vəsaitdən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Filial tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh kredit müqaviləsi üzrə banka borcu 7887.61 manat əsas, 3067.27 manat faiz borcu olmaqla, cəmi 10954.88 manat təşkil edir. Beləliklə, Cavabdeh borcun vaxtında qaytarılması haqqında tərəflərindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. 14 sentyabr 2022-ci il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********85 nömrəli kredit müqaviləsi 36 ay müddətinə bağlanmış, xx.xx.2022-ci il tarixində müqavilənin müddəti bitmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarını nəzərə alaraq, faiz borcu müqavilənin bitmə tarixinə və müavilə birdikdən sonrakı dövr ərzində 5 faiz dərəcəsi hesablanmışdır. Ona görə də, Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə BPM**********85 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 7887.61 manat, faiz borcu üzrə (müqavilə müddətində və müqavilə müddətindən sonra hesablanmış) 3149.43 manat olmaqla, cəmi 11 037.04 manat məbləğində borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 123.26 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qəbul etməyərək, iddia tələbinin əsassız olduğundan təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, o, restrukturizasiyanın həyata keçirilməsi üçün bahkın baş ofisinə müraciət etmiş və onlar da həmin məsələ ilə bağlı problemli kreditlərlə iş departamentinə müraciət etməyi bildirsələr də, lakin həmin departamentin yerləşdiyi ünvanı ona bildirməmişlər. Onun yazılı müraciətləri ilə bağlı departamentin əməkdaşları tərəfindən ona zənglər olunmuş, lakin onlar da harada yerləşdikləri barədə məlumat verməmişlər. Onun məktublarına iddiaçı tərəfindən hər hansı cavab verilməyib. Ona görə də, bankla lazımi danışıqlar aparılması üçün məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli, BPM**********85 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC Cavabdeh 36 ay müddətinə illik 24% faiz ödəmək şərti ilə 10000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Cavabdeh kredit borcunu ödəməyə 08 avqust 2019-cu il tarixdən başlamalı, hər ay 392.4 manat ödəməklə, 08 may 2022-ci il tarixdə bitməli idi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 733 saylı maliyyə arayışdan görünür ki, Cavabdeh ödənilməmiş əsas borc 7887.61 manat, faiz borcu 3067.27 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1161 saylı maliyyə arayışdan görünür ki, Cavabdeh ödənilməmiş əsas borc 2112.39 manat, faiz borcu 2898.27 manat müqavilə müddətində ödənilməmiş faizlər (0) manat, müqavilə müddətindən sonra ödənilməmiş faizlər (0) manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh ilə iddiaçı "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixdə faizlər hesablanmaq şərti ilə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə uyğun olaraq iddiaçı tərəfindən öhdəlik yerinə yetirilmiş və cavabdehə qeyd edilən məbləğdə kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə qismən ödəniş etsə də, müqavilə öhdəliyini pozaraq qalan borcunu vaxtında qaytarmamışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. Nəticədə cavabdehin 06 senttyabr 2022-ci il tarixə, bankın təqdim etdiyi məlumata əsasən əsas borc üzrə 7887,61 manat, faiz borcu üzrə 3149,43 manat, kredit borcu yaranmışdır. Beləliklə, cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliklərinin pozulması halı baş vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 08 may 2019-cu il tarixli, BPM**********85 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün ondan əsas borc üzrə 7887,61 manat, faiz borcu üzrə 3149,43 manat borc tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün "xxxx" ASC tərəfindən 123,26 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 40 qəpik dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 7887,61 (yeddi min səkkiz yüz səksən yeddi manat altmış bir qəpik) manat əsas, 3149,43 (üç min yüz qırx doqquz manat qırx üç qəpik) manat faiz borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 123,26 (yüz iyirmi üç manat iyirmi altı qəpik) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat bank xidməti haqqı tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar