Məhkəmə qərarları › İş №e-2(009)-174/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-174/2025

17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-174/2025 17.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3 nümayəndəsi B.A.Salimovun, Cavabdeh Z.A.Səlimovanın, Tərcüməçi G.G.Abbasovanın iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, X5rşı alqı-satqı, bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, X11 Cavabdeh3 "xxxx" ASC ilə bağladığı xx.xx.2016-cı il tarixli kommersiya kredit müqaviləsinə əsasən yaranmış kredit borcu üzrə Cavabdeh3 əvəzinə 100.000 ABŞ dolları ödəmişdir. Həmin borc məbləği Cavabdeh3 borc olaraq verilmiş, onun qarşılığında H.Vəliyevə 150.000 ABŞ dolları məbləğində pulun qaytarılacağı vəd verilmişdir. X11 ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə tələb hüququnun ötürülməsi barədə 01 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən H.Vəliyev yuxarıda qeyd edilən borc üzrə bütün tələb hüquqlarını İddiaçı ötürmüşdür. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69,6 kv.m. olan qeyri-yaşayış sahəsi iddiaçının və cavabdehlər Cavabdeh3 və Cavabdeh2 miras əmlakı olmuşdur. Həmin əmlakdan Cavabdeh3 xeyrinə imtina edilmiş və əmlak üzərində onun mülkiyyət hüququ tanınmışdır. xx.xx.2016-cı il tarixdə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 (iddiaçının və digər Cavabdeh3 anası) ilə "xxxx" ASC arasında “Kommersiya kredit müqaviləsi” bağlanmış, bankdan borc pul götürülmüş və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69,6 kv.m. olan həmin qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Bu müqavilə üzrə Cavabdeh3 borclu, Cavabdeh2 zamin kimi rəsmiləşdirilmiş, borc vəsaiti hər iki cavabdehə lazım olmuş və birlikdə istifadə olunmuşdur. Borclular (cavabdehlər) bank qarşısındakı pul öhdəliyini vaxtında və lazımınca icra etmədiyi üçün borcun ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 69,6 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması və məcburi qaydada boşaldılması, satışdan əldə olunmuş vəsaitin banka ödənilməsi qərara alınmışdır. Adıçəkilən qeyri-yaşayış sahəsinin hərracda satılacağından narahat olan və təşvişə düşən Cavabdeh2 öz qızının – iddiaçının ərindən kömək (100.000 ABŞ dolları borc pul) istəmişdir. Qarşılığında da, gələcəkdə sözügedən qeyri-yaşayış sahəsinin satılması ilə ona borcu 150.000 ABŞ dolları olaraq ödəyəcəyini bildirmişdir. Odur ki, qəbzdən də göründüyü kimir, iddiaçının əri H.Vəliyev N.Ağamirovanın və Cavabdeh2 əvəzinə xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-yə 100.000 ABŞ dolları (170.000 manat) ödəmişdir. Buna baxmayaraq sözügedən qeyri-yaşayış sahəsi ipoteka yüklülüyündən azad olan kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin sahəni və Cavabdeh3 mülkiyyətində olan digər daşınmaz əmlakları (ünvan 2,18; Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 5/9, QYS) Cavabdeh1 adına rəsmiləşdirmişlər. Qeyri-yaşayış sahəsinin və digər daşınmaz əmlakların Cavabdeh1 adına rəsmiləşdirilmə tarixlərinin üst-üstə düşməsi onu göstərir ki, bu rəsmiləşdirmənin məqsədi borcun qaytarılmasından boyun qaçırmaq, bu tələb üzrə yarana biləcək məhkəmə mübahisələrində özlərini əmlaksız kimi göstərmək və məhkəmə qərarının icrasını mümkünsüz etmək olmuşdur. Odur ki, həmin alqı-satqı müqavilələri üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağlandığı üçün uydurma əqd olmaqla əhəmiyyətsizdir və məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Cavabdeh3 mülkiyyətində olan daşınmaz əmlakların digər Cavabdeh1 adına rəsmiləşdirilməsi Cavabdeh2 mülkiyyətində olan əmlakları digər şəxslərin adına rəsmiləşdirəcəyi rəskinin mövcudluğunu göstərdiyi üçün tərəfindən məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə müraciət edilmiş, nəticədə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi, 39A nömrəli mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Odur ki, 150.000 ABŞ dolları təşkil edən borc məbləği cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və 150.000 ABŞ dolları dəyərindəki borc vəsaitinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, tərəflərindən cavabdehlər Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və 150.000 ABŞ dolları dəyərindəki borc vəsaitinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Bundan əlavə iddianın təmin edilməsi məqsədilə, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 27,12; Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi, 39A; Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 118, 8 saylı mənzilərin üzərinə həbs qoyulması və cavabdehlər Cavabdeh3 Aşırovnaya və Cavabdeh2, habelə digər şəxslərə bu mənzilləri hər hansı yolla özgəninkiləşdirmənin qadağan olunması üzrə xx.xx.2024-cü il tarixdə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə məhkəməyə müraciət olunmuşdur. Səbail rayon Məhkəməsinin e- 16(009)-184/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi, 39A saylı mənzilinin özgəninkiləşdirilməsi qadağan olunmuşdur. Daha sonra Səbail rayon Məhkəməsinin e-16(009)- 213/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 118, 8 saylı mənzilin özgəninkiləşdirilməsi qadağan olunmuşdur. Buna baxmayaraq məlum olmuşdur ki, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 118, 8 saylı mənzili xx.xx.2024-cü il tarixdə Bakı 7 saylı “ASAN xidmət” mərkəzindəki notariat ofisində digər qızı X10 bağışlayaraq özgəninkiləşdirmiş və onun adına DƏDRK PŞH-dən ********* saylı çıxarış əldə olunmuşdur. Məhkəmənin qərardadından sonra Cavabdeh2 belə bir hərəkəti sübut edir ki, cavabdehlər – ilk öncə Cavabdeh3 mübahisəli əqdlərlə özünü əmlaksızlaşdırmağa cəhd etmiş, indi isə digər cavabdeh Sonya Ağasiyevna hazırkı mübahisə üzrə cavabdeh qismində cəlb olunduğunu və məhkəmənin sözügedən qərardadlarını öyrəndikdən sonra özünü əmlaksızlaşdırmağa cəhd etməkdədir. Qeyd olunan hallar ona dəlalət edir ki, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış əqdlər də eyni məqsədlə, cavabdehlərin öhdəliyin icrasından yayınmaq, özlərini əmlaksızlaşdırmaq və qəbul ediləcək məhkəmə qərarının icrasını mümkünsüz etmək üçün bağlanmışdır. Bununla da məlum olur ki, cavabdeh S.Ağasiyevanın mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 118, 8 saylı mənzillə bağlı məhkəmənin müvəqqəti təminat tədbiri barədə qərar qəbul edəcəyini bilən həmin cavabdeh bu daşınmaz əmlakı qısa zamanda digər qızına “bağışlamışdır”. Odur ki, həmin bağışlama müqaviləsi də uydurma əqd olmaqla əhəmiyyətsizdir və məhkəmə tərəfindən etibarsız hesab olunmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqavilələrinin və Cavabdeh2 ilə X13 arasında xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 7 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və 150.000 ABŞ dolları dəyərindəki borc vəsaitinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı həcmi artırılmış iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, 3-4 il bundan qabaq anası onun yanına gəlib ayağına düşərək 3 gün müddətində banka olan borcu ödəməsələr problem yaranacağını demiş, onların pulu olmadığı üçün həyat yoldaşından xahiş etmiş, tanışlarından 100.000 ABŞ dolları borc almışlar, anası bildirmişdir ki, 100.000 ABŞ dollara görə 150.000 ABŞ dollarını 3 ay müddətində qaytaracaq, lakin indiyənədək həmin pul məbləği onlara verilməmişdir. Borc aldığı adamlar dəfələrlə borcun qaytarılması barədə onlara müraciət etmiş, onlar da anasına pulu qaytarmalarını xahiş etmişlər. İddiaçı həmçinin göstərmişdir ki, anası tərəfindən ev satılandan sonra ona 50.000 ABŞ dolları pul verilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 həcmi artırılmış iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, işin mübahisəsiz halı odur ki, iddiaçı tərəfindən kredit borcu ödənilib, cavabdehin iddiaya qarşı etirazı odur ki, pulu iddaçıya cavabdeh verib. Lakin bu barədə sübut yoxdur. Guya iddiaçının həyat yoldaşı polisdir, onun bu qədər pulu ola bilməz. Cavabdeh olan Cavabdeh1 özü də polis əməkdaşı olub, bəs onun bu qədər pulu ola bilərmi. Cavabdeh tərəfindən şahid dəvət olunacaq ki, pul vəsaiti təqdim olunub. Onlar idda tələbinin həcminin artırılması barədə ərizə təqdim etmişlər. Bu əqdlər hamısı formal xarakter daşıyır.Şəxs məhkəmə qərarına qədər öz əmlakını qızına bagışlayıb. Məhkəmə hazırlıq iclasında Cavabdeh1 aldığı əmlakın qiymətini demədi, çünki bu uydurma əqddir. Hesab edir ki,həcmi artırılmış iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 iddia tələblərini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, 20 il özü işləyib uşaqlarını böyütmüşdür. Hikmət onun kürəkənidir. 100.000 ABŞ dolları məbləğində pulu banka o, ödəyib, lakin həmin pulu oğlu ona Moskavadan dostunun vasitəsi ilə göndərib, onun banka getmək imkanı olmadığından, o, Hikmətə zəng edib demişdir ki, pulu banka o, aparıb versin. O, Hikmətə inandığı üçün pulu ona vermişdir ki, banka ödəsin. O, evi Əlixana satmışdır və həmin puldan uşaqların hərəsinə 50 min pay vermişdir. 20 il əvvəl o, Flora üçün ev düzəltmişdir, payını vermişdir.Onun -Floranın hər bir şəraiti - evi, işi, əri var.Zemfira isə təkdir. Hazırda evdə o, qalır, bu ev böyuk qızınındır. Atası sağlığında həmin evi qızına alıb, ona görə də ona bağışlamışdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, vicdanlı əldə edəndir. O, təqaüdə çıxmışdır. Oğlu iqtisadiyyatı bitirdiyindən ona biznes qurmaq istəmişlər. Alman şirkətinin Bakıda distributeri var, orada işləyirdi. Oğlunun adına Azadlıq propektində əmlakı var idi, onu satmaq istəmişlər. O, Səbail rayonu, S.Vurğun küçəsində keçən zaman orada obyektin satılması ilə baglı reklamı görmüş və həmin reklamda olan nömrəyə zəng etmiş, danışmış, reklam olan yerə gələrək Borislə görüşmüşlər. Dekabr ayının əvvəlində görüşüb danışmışlar, öz əmlakını 951.000 manata satıb gəlib mübahisəli əmlakı almışdır. Boris demişdir ki, əmlak bacısının adınadır. Boris həmçinin bildirmişdir ki, bu yer atasından qalıb.Onlar sənədlərə baxmışlar, yüklülük yox idi. Əvvəl girova qoyulub və 2022-ci ildə girovdan azad olunub. Əmlak üzərində həbs yox idi. Özlərinə məxsus əmlak satılmadığı üçün onlar Borislə razılığa gəlmişlər ki, 200.000 manat verib beh müqaviləsi bağlasınlar, bir neçə aydan sonra isə özlərinə məxsus əmlakı satıb yerdə qalan məbləği ödəyəcəkdir. Əmlak 69 kv.metrdir, zirzəmidir, bir girşi var. Onlar aprel ayının 24-də isə alqı-satqı etmişlər. Sonyanı burada, qızını isə notariat ofisində görmüşdür. Danışıq ofisdə olub. Əvəllər onlarla heç bir tanışlığı olmayıb. Oğlunun adına Azadlıq prdə əmlak olub, 951.000 manata satıb, gəlib mübahisəli obyekti almışdır. Dekabr ayında borc müqaviləsi bağlamışlar. Alqı-satqıdan sonra Borislə görüş olmayıb. Əgər 2022-ci ildə Hikmət 100.000 ABŞ dolları ödəmişdirsə, niyə bu günə qədər iddia qaldırmayıb. Obyekti 1.050.000 manata almış və bununla əlaqədar müqavilə bağlamışlar. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, məhkəmə hazırlıq iclasında kifayət qədər araşdırma aparılıb. Hesab edir ki, iddia tələbi əsassızdır. Cavabdeh olan Cavabdeh1 bildirmişdir ki, alqı-satqı qanuni yolla aparılmışdır,o vicdanlı əldə eldəndir.Əlixan həmin şəxsləri əvvəlcədən tanımayıb, elana görə zəng edib görüşüb, sonra əməliyyat başa çatıb.Tərəf bildirir ki, atası sağlığında əmlakı bağışlayıb qızına, qızının ailəsi yoxdur, bu müqavilə niyə ləğv olunmalıdır. Sonya xanımın oğlunun Moskva şəhərində işləri müflis oldugundan Boris gəlib burada olan əmlakı satıb borcunu ödəyib. Qızların hər birinə 50.000 ABŞ dolları verib. İddiaçıya pulu Natellanın yanında verib. Narazılıq ona görə yaranıb ki, iddiaçı əmlakın pulunun 4 yerə bölünməsini istəyir. Hesab edir ki, iddia tələbi qanunsuz və əsassızdır. Əgər Hikmət pulu ödəmişdirsə gəlib deyərdi ki, pulu ödəmişəm. İddiaçı Flora gəlib desə ki, pulu o, ödəmişdir, Sonya xanım söz verir ki, evini satıb qızının borcunu qaytaracaq.Cavabdeh özü bildirmişdir ki, Sonya xanım yaşadığı ev 41 kv. metr olan 12 saylı evi xx.xx.2024-cü ildə gedib 32400 manat verib girovdan çıxarıb ki,Hikmətə ev almaq üçün girov qoyulub. 2019-cu ildə Hikmət pulu ödəmədiyindən Sonya xanım mübahisəli obyekti satdıqdan sonra gedib borcu ödəyib evi girovdan azad edib.Hikmətin pulu olsaydı kreditini bağlayardı. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh3 nümayəndəsi X16 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, Moskava şəhərində qalır,hərdən gəlib gedir. Cavabdeh1 2022-ci ilin dekabr ayında ona zəng edərək bildirmişdir ki, elanla əlaqədar zəng edir, o, demişdir ki, gələndə görüşək. O, Bakıya gələndə görüşmüşlər. Əmlakın qiyməti ilə bağlı Əlixan dedi ki, “olar fikirləşim,2-3 günə cavab deyərəm”, dedi olar. 2-3 gündən sonra zəng etmiş, gəlib baxmış, demişdir ki, “vaxtı gözləyə bilərsiniz,mənim obyektim var, satsam alacam”. O, ona demişdir ki, Moskvaya getməlidir, 3-4 günə cavab desin. 2-3 gündən sonra zəng etmiş, “Tarqovı” adlanan yerdə görüşmüşlər, Əlixan demişdir ki, onun obyekti var satışa qoymuşdur. Danışıb razılaşmışlar, o, demişdir ki, beh versin, dedi olar,notariusa getmişlər, tanış var idi,zəng edərək növbə tutmuşdur.Bacısını aparmış beh müqaviləsi bağlamışlar, 3-4 aya alqı-satqı olacaq idi. Banka olan borcu ödəmək üçün o, 100.000 ABŞ dolları məbləğində pulu Moskva şəhərindən Bakıya göndərmiş, burda pul anasına verilmişdir. Ev "xxxx"-də girovda idi,170 min verildi girov bağlandı. Anası onun göndərdiyi pulu Hikmətə vermişdir ki, banka ödəniş etsin, Hikmət də həmin pulu banka çatdırmışdır. Onun borcu var idi, qərara gəlmişlər ki, ev satılsın. Anası həmişə deyirdi ki, mübahisəli ev onundur. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh X13 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, həm Bakıda, həm də Amerikada yaşayır, yoldaşı, uşaqları Amerikadadır. Atası sağlığında ona bağışlanan bu evi ona veriləcəyini demişdir, anası artıq yaşlı olduğu üçün ev indi ona bağışlamışdır. Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, bizneslə pul köçürmə ilə məşğuldur. Borisi və Sonyanı tanıyır, munasibətləri var. Boris Bakıya anasına vermək üçün 100.000 ABŞ dolları pul göndərmişdir. O, həmin pulları Sonya xanıma vermişdir. Boris həmişə ona zəng edirdi, anasına müxtəlif məbləğlərdə pul göndərirdi, o, da aparıb Sonya xanıma verirdi. 2022-ci ilin iyun ayının əvvəli idi.O, pulu evdə Sonya xanıma şəxsən vermişdir, Natella da yanında idi. İş üzrə boşanma haqqında şəhadətnaməsinin surətindən görünür ki, X14 və Cavabdeh3 Aşırovna arasında olan nikah ləğv edilmişdir, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.1993-cü il tarixdə 340 No ilə qeyd edilmişdir. İş üzrə ödəniş qəbzin surətindən görünür ki, X11 tərəfindən xx.xx.2022-ci il tarixdə 170.000 manat məbləğində pul “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilmişdir. İş üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 7 saylı evin, ümumi sahəsi 41 kv.m. olan 18 saylı evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydiyyata alınmışdır. İş üzrə ünvan 6iat Ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, AN-İ No ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 7 saylı evin, ümumi sahəsi 41 kv.m. olan 18 saylı mənzilini Cavabdeh1 150.000 manata satmışdır. İş üzrə ünvan 6iat Ofisinin notariusu Daxil Kərimov tərəfindən "xxxx" ASC-nin 21 saylı notariat şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdeh1 ilə notariat qaydada təsdiq ediləcək daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilməli 150.000 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh3 verilməsi üçün bankda olan AZ96AİİB410400G**********276 No-li depozit hesabı ilə qəbul olunmasını və məxaric çeki əsasında satıcıya verilməsini xahiş etmişdir. İş üzrə "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 150.000 manat pul vəsaiti notariusun depozit hesabına mədaxil edilmişdir. İş üzrə "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ******* nömrəli çekin surətindən görünür ki, Cavabdeh3 alqı-satqı müqaviləsinə əsasən 150.000 manat məbləğində pul almışdır. İş üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışın surətinə əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 70 kv.m. olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydiyyata alınmışdır. İş üzrə ünvan 6iat Ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, AN-İ No ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 70 kv.m. olan qeyri-yaşayış sahəsini Cavabdeh1 100.000 manata satmışdır. İş üzrə ünvan 6iat Ofisinin notariusu Daxil Kərimov tərəfindən "xxxx" ASC-nin 21 saylı notariat şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarizli məktubun surətindən görünür ki, Cavabdeh1 ilə notariat qaydada təsdiq ediləcək daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilməli 100.000 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh3 verilməsi üçün bankda olan AZ96AİİB410400G**********276 No-li depozit hesabına qəbul olunmasını və həmin pul ödəniz tapşırığı əsasında 6300 manat satıcının öz mənbəyindən sadələşdirilmiş vergi öhdəliyinin icrası məqsədilə Vergilər Nazirliyi yanında Gəlirlər Departamenti üzrə X4 hesabına köçürülməsini, qalan 93700 manat məxaric çeki əsasında satıcıya verilməsini xahiş etmişdir. İş üzrə "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 100.000 manat pul vəsaiti notariusun depozit hesabına mədaxil edilmişdir. İş üzrə "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ******* nömrəli çekin surətindən görünür ki, Cavabdeh3 alqı-satqı müqaviləsinə əsasən 100.000 manat məbləğində pul almışdır. İş üzrə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidməti tərəfindən Cavabdeh3 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi (3416 inventar nömrəli) kimi dövlət mühafizəsinə ötürülmüş Bakı şəhəri, Səməd Vurğun küçəsi,7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alqı-satqısına etiraz etmirlər. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarışın surətinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 69,6 kv.m. olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydiyyata alınmışdır. İş üzrə ünvan 6iat Ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli müqavilənin dəyişdirilməsinə dair müqaviləsinin surətinə əsasən beh alan Cavabdeh3 və beh verən X12 arasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixdə ZM-1635 reyestr nömrə ilə beh müqaviləsi bağlanılmış, tərəflər həmin beh müqaviləsinin 1-ci bəndində qeyd edilən qeyriyaşayış sahəsinin qiyməti 1.000.000 manatdan 800.000 manata dəyişdirilməsi barədə razılığa gəlmişlər. İş üzrə ünvan 6iat Ofisində təsdiq edilmiş və beh alan Cavabdeh3 və beh verən X12 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli beh müqaviləsinin surətinə əsasən tərəflər xx.xx.2024-cü il tarixə kimi ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 69,6 kv.m. olan qeyri-yaşayış sahəsinə dair 1.000.000 manat məbləğində satılması barədə alqı-satqı müqaviləsi bağlamaq öhdəliyi götürürlər. Cavabdeh3 ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 69,6 kv.m. olan qeyriyaşayış sahəsini xx.xx.2024-cü il tarixə kimi X2, X12 isə göstərilən tarixə kimi həmin əmlakı almağı öhdəsinə götürür. Beh verən Cavabdeh1 gələcəkdə bağlanacaq qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin təminatı kimi beh alan Cavabdeh3 200.000 manat məbləğində pul vəsaiti ödəyir, beh alan həmin məbləği qəbul edir.Beh verən Cavabdeh1 alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən 800.000 manat məbləğində pul vəsaiti satıcıya ödəməlidir. İş üzrə ünvan 6iat Ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, AN-İ No ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında ümumi sahəsi 69,6 kv.m. olan qeyri-yaşayış sahəsini Cavabdeh1 800.000 manata satmışdır. Cavabdeh1 3M-1635 reyestr nömrəli xx.xx.2023-cü il tarixli beh müqaviləsinə əsasən satıcıya 200.000 manatı notariusun depozit hesabı ilə ödəmişdir. İş üzrə ünvan 6iat Ofisinin notariusu Daxil Kərimov tərəfindən "xxxx" ASC-nin 21 saylı notariat şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdeh1 ilə təsdiq ediləcək nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməli olan 300.000 manat pulun hesaba qəbul olunmasıqı və müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh3 verilməsi üçün bankda olan AZ96AİİB410400G**********276 No-li depozit hesabına qəbul olunmasını və həmin puldan ödəniş tapşırığı əsasında 6.264 manat satıcının ödəmə mənbəyindən sadələşdirilmiş vergi öhdəliyinin icrası məqsədilə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti üzrə X4 hesabına köçürülməsini, qalan 293.736 manat isə məxaric çeki əsasında satıcıya verilməsini xahiş etmişdir. İş üzrə "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 300.000 manat pul vəsaiti notariusun depozit hesabına mədaxil edilmişdir. İş üzrə "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ******* nömrəli çekin surətindən görünür ki, Cavabdeh3 alqı-satqı müqaviləsinə əsasən 293.736 manat məbləğində pul almışdır. İş üzrə ünvan 6iat Ofisinin notariusu Daxil Kərimov tərəfindən "xxxx" ASC-nin 21 saylı notariat şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdeh1 ilə təsdiq edilmiş nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməli olan 300.000 manat pulun hesaba qəbul olunmasını onun məktubu əsasında ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh3 verilməsi üçün bankda olan AZ96AİİB410400G**********276 No-li depozit hesabına qəbul olunmasını və məxaric çeki əsasında satıcıya verilməsini xahiş etmişdir. İş üzrə "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 300.000 manat pul vəsaiti notariusun depozit hesabına mədaxil edilmişdir. İş üzrə "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ******* nömrəli çekin surətindən görünür ki, Cavabdeh3 alqı-satqı müqaviləsinə əsasən 300.000 manat məbləğində pul almışdır. İş üzrə ünvan 6iat Ofisinin notariusu Daxil Kərimov tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 6iat ofisinin xüsusi notariusu D.Kərimov tərəfindən xx.xx.2024-cü il tarixdə 4Ə-494 nömrəli reyestrlə təsdiq edilmiş Cavabdeh3 ilə Cavabdeh1 arasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair nisyə alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən Cavabdeh1 satıcı Cavabdeh3 300.000 manat pul borcu qalmışdır. Məlumat üçün bildirir ki, alıcı Cavabdeh1 borcu tam ödəmişdir. Qeyd olunanlarla bağlı Azərbaycan Respulikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-dən Cavabdeh1 adına 1 gün müddətində çıxarışın verilməsini xahiş etmişdir. İş üzrə “Əvvəlki tələbkar” qismində X11 il “Yeni tələbkar” qismində İddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 01 saylı tələb hüququnun ötürülməsi müqaviləsinin surətindən görünür ki, X3 Natella Aşirovnanın "xxxx" ASC ilə bağladığı xx.xx.2016-cı il tarixli “Kommersiya kredit müqaviləsi”nə əsasən yaranmış kredit borcu üzrə Cavabdeh3 əvəzinə ödəmiş olduğu 100.000 ABŞ dolları ilə bağlı bütün tələb hüquqlarını İddiaçı ötürmüşdür. İddiaçı X1 yuxarıda qeyd olunan hala əsasən 100.000 ABŞ dolları üzərindəki tələb hüquqlarını öz mülkiyyətinə qəbul etmişdir. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Fortiori” Vəkil bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 adına xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 118, 8 saylı mənzil və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi, 39A saylı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh3 adına hazırda qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş üzrə 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş və Cavabdeh2 ilə X13 (etibarnamə əsasında Salimov Boris imza etmiş) arasında bağlanılmış xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsində yerləşən 118 saylı evin (Yeni qaydalarla: AZ1110 Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əödülrəhimov küçəsi, giriş 2,M3,m1) ümumi sahəsi 64 kv.m. olan 8 saylı mənzilini X10 bağışlamışdır. İş üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsində yerləşən 118 saylı evin (Yeni qaydalarla: AZ1110 Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əödülrəhimov küçəsi, giriş 2,M3,m1) ümumi sahəsi 64 kv.m. olan 8 saylı mənzili tam mülkiyyət hüququ üzrə X8 adına qeydiyyata alınmışdır. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 6iat Ofisində xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 7 saylı evin, ümumi sahəsi 41 kv.m. olan 18 saylı mənzilinə dair, həmin tarixdə ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 70 kv.m. olan qeyri-yaşayış sahəsinə dair, xx.xx.2024-cü il tarixdə isə ünvan 2 ünvanında ümumi sahəsi 69,6 kv.m. olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh1 arasında alqı-satqı müqavilələri bağlanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində xx.xx.2024-cü il tarixində bağlanılmış müqavilə əsasında Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsində yerləşən 118 saylı evin (Yeni qaydalarla: AZ1110 Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, giriş 2,M3,m1) ümumi sahəsi 64 kv.m. olan 8 saylı mənzil Cavabdeh2 tərəfindən X10 bağışlamışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, yuxarıda qeyd edilən həm alqı-satqı, həm bağışlama müqavilələri formal surətdə alıcıların mülkiyyətinə keçmişdir və bu səbəbdən həmin müqavilələr etibarsız hesab edilməlidir. İddiaçı tərəfindən eyni zamanda irəli sürülmüş digər tələbdən belə məlum olur ki, tələb hüququnu ötürən (əvvəlki tələbkar) X11 tərəfindən cavabdehlərin "xxxx" ASC qarşısında olan öhdəliklərlə bağlı ipoteka edilmiş əmlakın yüklülükdən azad edilməsi məqsədilə 170.000 manat (100.000 ABŞ dollarının ekvivalentində) məbləğində ödəniş həyata keçirilmiş, bunun müqabilində 150.000 ABŞ dolları məbləğində pul ödənilməsi barədə öhdəlik götürülsə də, cavabdehlər həmin öhdəliyi icra etməmiş və iddiaçı həmin məbləğdə pulun cavabdehlər N.Ağamaliyeva və Cavabdeh2 müştərək qaydada tutulması xahiş olunmuşdur. Məhkəmə ilk növbədə iddia tələbinin alqı-satqı və bağışlama müqavilələrinin etibarsızlığı ilə bağlı hissəsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Azərbaycan Respublikasının Konstitusiyası ilə mülkiyyət hüququ tanınan və qorunan hüquqlar sırasındadır (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ, İİİ hissələri). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquqları və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini də nəzərdə tutur. Eyni zamanda belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. Konstitusiya normalarından irəli gəlməklə onları inkişaf etdirən Mülki Məcəllənin müddəalarında da mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, həmçinin pozulmuş hüquqların bərpa edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi əsas prinsiplər kimi müəyyənləşdirilmişdir (MM-in 6-cı maddəsi). Həmin prinsiplərin mahiyyəti və məzmunu mülkiyyət hüququ ilə yanaşı digər əşya hüquqlarının elə tərzdə tarazlaşdırılmış və mütənasib müdafiəsini nəzərdə tutur ki, bu zaman ədalət prinsipinə uyğun olaraq nə mülkiyyətçinin, nə də müqavilə tərəfləri və ya üçüncü şəxslərin hüquqları və qanuni mənafelərinə xələl gəlməsin. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsas tutaraq qeyd edir ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, alqı-satqı müqaviləsi də əqdlərin bir növüdür. Müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnun onu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixdən etibarən baş verir (Mülki Məcəllənin 146-cı maddəsi). Həmin anda həmçinin əmlakı özgəninkiləşdirilən şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenum qərarında qeyd edilmişdir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qərarında vurğulamışdır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mənzil və qeyri-yaşayış sahələrinin alqı-satqısına dair bağlanan müqavilələri formal surətdə bağlanılması, yalan əqdlər olaraq görüntü xarakteri daşımasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə iclasında əksinə tədqiq edilən sübutlarla əmlakın vicdanlı alıcı tərəfindən dəyəri ödənilməklə əldə edilməsi, əmlakın özgəninkiləşdirilməsində satıcının iradə ifadəsinin olması və zədələnməməsi müəyyən edildiyindən, iddia tələbləri həmin əqdlərin etibarsız hesab edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Həmin əqd mülkiyyətçinin iradə ifadəsinə uyğun bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin bağışlama haqqında müddəalarından həmçinin görünür ki, bağışalma müqaviləsi hər hansı şərtlərdən və ya öhdəliklərdən asılı edilə bilər. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə qeyd edir ki, əmlakın mülkiyyətçisi olan Cavabdeh2 mülkiyyətində olan əmlaka dair sərəncam verməkdə müstəsna hüquqa malik olduğundan, bağışlama müqaviləsi onun iradəsinə uyğun olaraq bağlanıldığından, həmin əqdin etibarsızlığı ilə bağlı iddiaçının dəlilləri əsaslı hesab edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində də əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 150.000 ABŞ dolları məbləğində borcun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, iddiaçı həmin tələbin əsası kimi bankda ipoteka ilə yüklü olan əmlakın yüklülükdən azad edilməsi məqsədi ilə banka ödənilmiş pul vəsaitinə görə cavabdehlər tərəfindən ona 150.000 ABŞ dolları məbləğində pul ödəniləcəyini vəd edilməsini göstərilmişdir. Məhkəmə araşdırması zamanı isə tələb hüququnu ötürən Hikmət Vəliyev tərəfindən "xxxx" ASC-yə ödənilən 170.000 manatın Cavabdeh2 oğlu Boris Salimov tərəfindən Rusiya Federasiyasından anasına göndərdiyi pul vəsaiti olması müəyyən edildiyindən, məhkəmə həmin tələbi də əsaslı hesab etmir. Məhkəmə iclasında İddiaçı həmin pulun tanışları tərəfindən əldə edilməsi və 3 ay müddətində götürülən 100.000 ABŞ dollarının əvəzinə 150.000 ABŞ dolları pul qaytarılması barədə izahatını inandırıcı və məntiqli hesab etmir, borc götürülən vaxtdan uzun müddət keçməsinə baxmayaraq borcun qaytarılması ilə bağlı hər hansı orqana müraciət olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməlidir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. «Məhkəmələr və hakimlər haqqında» AR Qanunun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlarla məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, mübahisəli daşınmaz əmlaklara dair bağlanılmış alqı-satqı və bağışlama müqavilələrinin etibarsız hesab edilməsinə və pul tələbinə dair iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri - 550 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, X5rşı cavabdehlər Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqavilələrinin və Cavabdeh2 ilə X13 arasında xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 7 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və 150.000 ABŞ dolları dəyərindəki borc vəsaitinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar