Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1753/2023 01.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Heydar qızından 2848.77 (iki min səkkiz yüz qırx səkkiz manat yetmiş yeddi qəpik) manat əsas, 190.16 (yüz doxsan manat on altı qəpik) manat faiz və 33.02 (otuz üç manat iki qəpik) manat cərimə olmaqla, cəmi 3071.95 (üç min yetmiş bir manat doxsan beş qəpik) manat və ödənilmiş 51 (əlli bir) manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiagr "xxxx" ASC ila Cavabdeh Heydar qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MK0010315-2023 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh istehlak təyinatlı məhsul və xidmətlərin alışı üçün 36 ay müddətinə, illik 25% ödəmək şərti ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. İddiaçı üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmiş olsa da, Cavabdeh xx.xx.2023-ci il tarixli, MK0010315-2023 saylı kredit müqaviləsinin şərtlərini pozaraq, üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmişdir. Dəfələrlə, cavabehə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməsi barədə yazılı va şifahi xəbərdarlıq olunmasına baxmayaraq, bunun bir müsbət nəticəsi olmamışdır. Hazırda, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh Heydar qızının iddiaçı "xxxx" ASC–yə 2848.77 manat əsas, 190,16 manat faiz va 33.02 manat cərimə olmaqla, cəmi 3071.95 manat kredit borcu qalmaqdadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MK0010315-2023 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh istehlak təyinatlı məhsul və xidmətlərin alışı üçün 36 ay müddətinə, illik 25% odəmək şərti ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. İddiaçı üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmiş olsa da, Cavabdeh xx.xx.2023-ci il tarixli, MK0010315-2023 saylı kredit müqaviləsinin şərtlərini pozaraq, üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmişdir. Dəfələrlə, cavabehə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməsi barədə yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, bunun bir müsbət nəticəsi olmamışdır. Hazırda, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh iddiaçı "xxxx" ASC–yə 2848.77 manat əsas, 190,16 manat faiz və 33.02 manat cərimə olmaqla, cəmi 3071.95 manat kredit borcu qalmaqdadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmiş olsa da, Cavabdeh xx.xx.2023-ci il tarixli, MK0010315-2023 sayh kredit müqaviləsinin şərtlərini pozaraq, üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmişdir. Belə olan halda iddiaçı "xxxx" ASC-nin cavabdehdən 2848.77 (iki min səkkiz yüz qırx səkkiz manat yetmiş yeddi qəpik) manat əsas, 190.16 (bir yüz doxsan manat on altı qəpik) manat faiz və 33.02 (otuz üç manat iki qəpik) manat cərimə olmaqla, cəmi 3071.95 (üç min yetmiş bir manat doxsan beş qəpik) manat məbləğində borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh 2848.77 (iki min səkkiz yüz qırx səkkiz manat yetmiş yeddi qəpik) manat əsas, 190.16 (bir yüz doxsan manat on altı qəpik) manat faiz və 33.02 (otuz üç manat iki qəpik) manat cərimə olmaqla, cəmi 3071.95 (üç min yetmiş bir manat doxsan beş qəpik) manat borc və ödənilmiş 51 (əlli bir) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-230, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2848.77 (iki min səkkiz yüz qırx səkkiz manat yetmiş yeddi qəpik) manat əsas, 190.16 (bir yüz doxsan manat on altı qəpik) manat faiz və 33.02 (otuz üç manat iki qəpik) manat cərimə olmaqla, cəmi 3071.95 (üç min yetmiş bir manat doxsan beş qəpik) manat borc və ödənilmiş 51 (əlli bir) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1753/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1753/2023
01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver