Məhkəmə qərarları › İş №e-2(009)-1790/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1790/2024

06.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1790/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “uşağın ananın himayəsinə verilməsi və aliment” barədə iddia ərizəsinə dair mülki işə Bakı şəhərində 06 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın ananın himayəsinə verilməsi və aliment” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X5 atası Cavabdeh himayəsindən alınaraq onun himayəsinə verilməsi və Cavabdeh X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçının xasiyyəti uyğun gəlmədiyindən nikahları məhkəmə qaydasında pozulmuşdur. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(009)-2849/2015 saylı qətnaməsiilə iddia qismən təmin Dövlət rüsumunun ödənilməsi haqqında məlumat edilərək, tərəflər arasında nikahın pozulması, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 analarının yanında saxlanılması və cavabdehdən 24 iyul 2015-ci il tarixdən başlayaraq iki uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 108 manat, cəmi 216 manat alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-1853/2016 saylı qətnaməsinə əsasən Cavabdeh apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2849/2015 saylı iş üzrə xx.xx.2015-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə - qətnamənin alimentin tutulmağa başlanması tarixinin müəyyən olunması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Nikahın pozulması ilə əlaqədar olaraq Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli, AZ-İ № 242234 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə” verilmişdir. 2017-ci ildə mən Cavabdeh qarşı “uşağın müvəqqəti ölkədən çıxarılması” tələbi ilə məhkəməyə müraciət etmişdim, eyni zamanda qarşılıqlı iddia ilə Cavabdeh mənə qarşı “uşağın ata himayəsinə verilməsi və s.” tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-2738/2017 saylı qətnaməsi ilə ilkin iddia təmin edilərək xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına anası İddiaçı icazə verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X3 atası Cavabdeh yanında saxlanılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Baxmayaraq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-2738/2017 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X3 atası Cavabdeh yanında saxlanılması qət edilmişdir, yetkinlik yaşına çatmayan X5 mənimlə birlikdə yaşamışdır və bu günədək mənimlə birlikdə yaşayır. Hər iki uşağın təhsili, maddi və mənəvi cəhətdən təmini ilə özüm məşğul oluram. Bu səbəbdən hesab edirəm yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X5 atası Cavabdeh himayəsindən alınaraq mənim himayəmə verilməlidir, həmçinin alimentin miqdarı artırılmalıdır. İddiaçının nümayəndəsi-vəkili ərizə göndərərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçiirlməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə ilk öncə iddia tələbinin “uşağın atanın himayəsindən alınıb ananın himayəsinə verilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarında olan: Səbail rayon Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli, 2(009)-2738/2017 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X3 atası Cavabdeh himayəsində qalması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 73.1 və 73.2-ci maddələrinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. 63.1-cü maddəsinə əsasən, valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. 63.2-ci maddəsinə əsasən belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən, uşağın valideynlərindən hansının yanında qalacağının müəyyən edilməsi məqsədilə mülki iş rəy verilməsi üçün Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmişdir. Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyində, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2007ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalmasının məqsədəuyğun hesab etmişdir. Rəydə eyni zamanda qeyd edilmişdir ki, xx.xx.2007-ci il təvəllüdlü X5 bildirmişdir ki, anası ilə qalmaq onun üçün rahatdır. O, H.Əliyev adına hərbi liseyin müdavimi olduğunu, həftə sonları anasının yanına gəldiyini, onun qayğısını anasının çəkdiyini, anası və bacısı ilə qalmaq istədiyini Komissiya üzvlərinin diqqətinə çatdırmışdır. Məhkəmə Komissiyanın rəyini və habelə uşağın Komissiya üzvlərinə çatdırmış olduğu fikirlərini nəzərə alıb belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X3 atasından alınıb anası İddiaçı himayəsinə verilməsi uşağın mənafeləri baxımından daha məqsədəuyğun olardı. Məhkəmə iddia tələbinin “Cavabdeh X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat məbləğində alimentin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsaslıdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 01 mart 2016-cı il tarixli, 2(103)-1853/2016 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 anasının yanında saxlanılması və hər ay hər uşaq üçün 108 manat alimentin tutulması qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından anadan olmuş övladı iddiaçının himayəsindədir,cavabdehdən tutulan alimentin məbləği iddiaçının uşağının saxlanması üçün artan tələbatlarını ödəmək üçün kifayət etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» xx.xx.2023-cü il tarixli Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə alimentin tutulmasına dair qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, respublikada 2024-cü il üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, hal-hazırda yetkinlik yaşına çatmayan uşaqların iddiaçının himayəsində olmasını və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər orta səviyyədə saxlanılması zəruriliyini nəzərə alaraq hesab edir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-2849/15 saylı qətnaməsi əsasında cavabdehdən xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün tutulan alimentin həcmi artırılaraq, hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarınm əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X5 atası Cavabdeh himayəsindən alınaraq anası İddiaçı himayəsinə verilsin. xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin 2(009)-2849/15 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 108 manat alimentin həcmi artırılaraq, hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən edilsin və bu məbləğ bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı verilsin. 100 manat dövlət rüsumu və mediasiya xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar