Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1807/2024 02.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "su matorunun sökülməsi və maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçın Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, yaşadıqları 94 ünvanın həyətində Cavabdeh məxsus su matorunun sökülməsi, Cavabdeh günahı ucbatından onun əmlakına dəymiş (kamera DVD-si, yaddaş qurğusu, adaptorlar, rotor) maddi ziyanın cavabdeh tərəfindən cəmi 1000 manat məbləğin alınmaqla ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, qanunsuz fəaliyyətlə məşğul olan alt qonşusu Cavabdeh onun 9a mənzilinin su matorunu əsassız sökmüşdür. Özü isə ona məxsus 94 həyətində yerləşən sanitar qovşağı divarına mütəmadi səs-küy salan nasaz su matoru quraşdırmışdır. Bu matorun çıxıntısı həyətə giriş-çıxışa mane olur. Onların 94 həyətində suyun təzyiqi və sutqalıq verilişində məhdudiyyət yoxdur deyə bu su matoru qonşulara narahatçılıq törətmək üçün yerləşdirilib. İddia qaldırmağına səbəb Cavabdeh qanunsuz fəaliyyətlərini nəzarətdə saxlmaq-təhlükəsizlik üçün 9a mənzilinə quraşdırdığı kamera DVD-sinin və adaptorlarının, o cümlədən internet rotorunun qısa qapanma nəticəsində sıradan çıxması (yanması) olmuşdur. Belə ki, 1 həftə qabaq Cavabdeh xarici ölkəyə 20 günlük istirahətə getmiş, matoru yanılı qoymuş və suyu açıq qoymuşdur deyə, bu nasaz matorda yüklənmə nəticəsində qısa qapanma olmuşdur. Bunun nəticəsində onun 9a mənzilində sadaladığı və 94 həyətində digər qonşuların məişət avadanlıqları sıradan çıxmışdır. Potensial yanğın təhlükəsinin qarşısı təsadüfən alınmışdır. Hər bir vətəndaşın ayrılıqda dəymiş zərəri məsuliyyət daşıyan günahkardan tələb etmək hüququ vardır. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, ərizəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında cavabdeh təsdiq etdiki iddiaçının 1-ci mərtəbədə yerləşən sanitar qovşağının üzərində quraşdırdığı su çənin matorunda sxemin yanması nəticəsində texniki avadanlığın işləmə prinsipinə uyğun (çəndə suyun səviyyəsindən aslı olaraq klapanın hərəkəti) şəkildə dəfələrnən ümumi şəbəkədə qısa qapanmalar yaşanmış bunun nəticəsində bütün qonşularda texnikalar, o cümlədən onun mənzilində də rotor avadanlığı sıradan çıxmışdır. Bu qəzaya səbəbkar cavabdehə məxsus su matorun onun tərəfindən yerdən 3 metr əlçatmaz hündürükdə yerləşdirilməsi, nəzarətsiz qalması, qəza halında müdaxiləni çətinləşdirən bir sahədə araşdırılması, üzərini hava girişini məhdudlaşdıran yanğına davamsız politilen örtüklə qapamasını əks etdirən foto şəkilləri, iclas zalında cavabdeh tərəfindən təqdim edildi. Mənzil Məcələsinin 5.3-cü maddəsinə əsasən, kimsə kommunal xidmətlərdən məhrum edilə bilməz. Hazırki maddəyə və qonşuluq ənənələrinə hörmətlə yanaşdığı üçün su çəninin ona məxsuz sanitar qovşağın üzərindən sökülməsi tələbin qoymamışdır. Lakin məhz cavabdeh ona məxsus su matorun sökdürmüş, bu səbəbdən həyətdə digər mənzillərdə su matoru qoşularkən, bu, onun mənzilindəki su təzyiqin azaldır. Onsuz da o yenə cavabdehin günahı ucbatından mənzil daxilindəki hamam otağın 1-ci mərtəbədə sözügedən sanitar qovşağına köçürməli olmuşdur, bu sanitar qovşağına suyun nizamlı çatması üçün 10 metr məsafədən onun su sayğacından keçməklə su xətti dövr edib qovşağa çatmalıdır. Su təzyiqində cavabdehin matoru səbəbindən oynamalar onun yaşamağına çətinliklər yaradır. Bundan əlavə cavabdehin nasaz su matoru onun mənzili paralelində uğultu çıxarır. Hansı ki, o da müvafiq maqnitafon avadanlığın eyvanında qoysa, cavabdeh xasiyyəti üzrə mənzil daxilində mahnıya qulaq asılması tələbin qoyacağ. Hansı ki, o hətta eyvanda siqaret çəkməyə müdaxilə edir. Odur ki, bu iddianın məhkəmənin bir vətəndaş borcu hesab etməsin xahiş edir. Əlbəttə cavabdehin səhvləri çoxdur. Lakin onları ona izah edən yoxdur.
1. Cavabdeh ilk növbədə onun mənzilində çatışmazlığa səbəb olduğu hamam otağın 1,2 kv.m. timsalında kompensasiyasın təmin etməli. 2. Süleymanova Zibaya vurduğu zərərləri kompensasiya etməli. 3. Tamahkar xüsusiyyəti səbəbindən digərlərinə qarşı qanunsuzluqlara yol verməyi adam olub tövbə etməlidir. Belə olan halda o normal həyatın davam edə bilər. Əks halda ictimayi nəzərət və bundan irəli gələn öhdəliklər üzrə məsuliyyət daşıyacaq. Cavabdeh ötən iclasda guya ona təsəlli vermək üçün göndərilən işiq mühəndisi ilə söhbətin və onun cavabdehə transfarmatorda gərginlik oynaması səbəbindən bu hadisənin baş verməsin söyləyir. Bu gərginlik artması yalnız yarımstansiya ötürüçüsündə ola bilər, hər bina üçün individual deyil, bir neçə binanı əhatə edə bilər. Qonşu binalardan bu haqda şikayət daxil olmamışdır. Matorun keçmişdən olması barədə iddiaya, öncə tərkib digər işlərə də yanaşmada eyni münasibət tətbiq etdikdən sonra istinad edə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinə uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh Yəha oğlu iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, ərizənin ilk cümləsində, iddiaçı tərəfindən qeyd edilmişdir ki, cavabdeh, yəni o, qanunsuz fəaliyyətlə məşğul olur, lakin bunun nədən ibarət olması göstərilməmişdir. Bildirir ki, o, 14a saylı mənzildə ailəsilə birgə yaşayır və sözügedən yaşayış sahəsində, başqa heç bir kommersiya və ya qeyri kommersiya işləri ilə məşğul olmur. Daha sonra iddia ərizəsində qeyd edilir ki, guya o, iddiaçıya məxsus 9a saylı yaşayış sahəsinin su matorunu əsassız olaraq sökdürmüşdür. Bununla əlaqədar bildirir ki, o, əsassız olaraq heç bir su matorunu sökdürməmişdir və sözügedən 9a saylı ünvan üzrə su matorunu, iddiaçı özü uzun müddət istifadəsiz saxlamış və nəhayətdə özü də ləgv etmişdir. Daha sonra ərizədə, iddiaçının ünvanından təxminən 10 metr məsafədə yerləşən, ona məxsus və izaliyyə edilmiş su matorunun, guya, “həyətdə yerləşən sanitar qovşağın divarına mütəmadi səs-küy salması, nasaz olması və həyətə giriş-çıxışa mane olması” qeyd edilir. Bununla əlaqədar bildirir ki, ona məzsus su matoru həyətdə yerləşən və ümumi istifadədə olan sanitar qovşağın üstündə, yəni s/q damında, digər qonşulara məxsus su matorlarının yanında olmaqla, 18 ildir ki, quraşdırılıb və mütəmadi olaraq texniki xidmət göstərilir. Heç bir nasazlığı da yoxdur, əks halda işləməzdi. Həyətə giriş-çıxışa isə sözügedən mator, ümumiyyətcə və nəzəri olaraq da mane ola bilməz, çünki o, s/q damındadır. Daha sonra iddia ərizəsində bildirilir ki, onun öz su matorundan istifadəsində məqsəd, qonşulara narahatçılıq törətmək üçündür. Buna cavab olaraq bildirir ki, 94 saylı binanın bütün sakinlərinin bu və ya başqa formalı su matorları var və bu hal ünvan 1 ünvanda daim, xostel tipli müxtəlif kirayəşinlər olduğundan, özü isə Sumqayıt şəhərində yaşadığından, bunu bilməyə bilər. Lakin bilərəkdən yalan danışma ehtimalı daha böyükdür. Beləliklə, iddia ərizəsinin birinci hissəsi üzrə, deyə bilər ki, ərizə yuxarıda qeyd etdiyi kimi, qərəzli və məqsədyönlüdür. Həmçinin heç bir sübuta və fakta söykənmir. İddia ərizəsinin ikinci hissəsində isə, iddiaçı özü öz sözləri ilə bildirir ki, iddiaçının həyətə kamera quraşdırmasında məqsəd, onu güdmək və s. bu kimi şər böhtan atmasında vasitə kimi istifadə etməsidir. xx.xx.2024-cü il tarixli iddia ərizəsində qeyd edilir ki, bir həftə əvvəl, qısa qapanma nəticəsində, sonuncuya məxsus bəzi kamera və internet avadanlıqları sıradan çıxmış və səbəb kimi, onun su matoru göstərilir. Eləcə də iddiaçının özü tərəfindən qeyd edilir ki, cavabdeh həmin dövr evdə olmamış və 20 günlük istirahətdə olmuşdur. Daha sonra qisa qapanma nəticəsində, nəzəri cəhətdən ola biləcək yanğın təhlükəsinin də səbəbkarı kimi cavabdeh göstərilir və əlbətdə ki, heç bir sübuta istinad edilmir. Bununla əlaqədar bildirir ki, o, həqiqətən də həmin dövr Bakıda olmamışdır və mənzilində də heç kim yaşamayıb. Belə olan halda necə iddia etmək olar ki, yaşanmayan mənzildə, istismar olunmayan su matorundan qisa qapanma olmuşdur? Əlbətdə ki, sağlam düşüncə və məntiqlə baxdıqda, iddia edilən hadisələrlə, onun su matoru arasında, heç bir məntiqi bağın olmaması açıq aydın görünür. Lakin sağlam düşüncə ilə baxdıqda, iddiaçıya münasibətdə isə, bunu demək çətindir. Əslində isə həqiqətən də istidən və əlavə yüklənmədən həmin gün qısa qapanma olmuş və bəzi həssas cihazlar (adapterlər və mikrosxemlər) sıradan çıxmışlar. Sual olunur, əgər iddia olunan qısa qapanma onun yaşanmayan mənzilində olubsa belə, digər mənzillərdəki, sözügedən cihazların sıradan çıxmasını bununla necə əlaqələndirmək olar, axı bütün mənzillər individual olaraq şəbəkəyə qoşulur və öz qoruyucusu ilə təhciz edilir. Deməli qısa qapanma hər hansı mənzildə deyil, ümumi paylayıcıda olmuş və dərhal da qoruyucu sistem şəbəkəni ayırmışdır. Bu dediklərini iddiaçıya aid baş dərk etməyə bilər, lakin bütün olan, olmayan cəfəngiyyat dolu qərəzi və məkri ona qarşı yönəldən bu subyekdən soruşmaq lazımdır ki, yorulmadın, şər-böhtan atmaqdan, yalan danışmaqdan, münafiqlikdən? Yuxarıda göstərdiklərini və işin hallarını, eləcə də etiraz ərizəsi üzrə işə əlavə etdiyi foto şəkilləri, sübutlar kimi qəbul etməklə, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X1 bildirmişdir ki, o, santexnik ustasıdır və İddiaçıı tanıyır. Bu ilin avqustun təxminən 6 və ya 7-də, İddiaçı ona zəng vuraraq demişdir ki, onun İçərişəhərdə yerləşən kirayə verdiyi mənzilində, işıqlar yanıb sönür, gedib baxsın ki, nə problem var. O da axşam saat 5-6 radələrində İşərişəhərdə yerləşən həmin ünvana gəlmiş və orada işıq idarəsinin əməkdaşlarının olduğunu görmüşdür. Onlar nərdivan qoyaraq, həyətdə hamam-tualet tikililərinin üstündə qoyulmuş su çəninin yanında yerləşdirilmiş motoru cərəyandan ayırdıqdan sonra həyətdə işıqlar yanmışdır. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən iddia tələblərinin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Yəha oğlu xx.xx.1976-ci il tarixdə anadan olmuş, ünvan 3 ünvanında yaşayır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı, 11.06 2019-cu il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 94, mənzil 14a xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin ********** saylı, xx.xx.2016-cı il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 9a xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən Bakı şəhəri, M.Mənsur küçəsi, ev 94 ünvanındakı ümumi həyətə keçirilən yerli müayinə zamanı müəyyən olunmuşdur ki, cavabdehə məxsus su matoru ümumi istifadə üçün nəzərdə tutulmuş sanitar qovşağın üzərində yerləşir və gedişgəliş üçün maneəçilik törətmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 1 saylı protoklunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, səmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətindən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən, mülkiyyət hüququ, o cumlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, qanunun qeyd olunan normasına əsasən göstərilən hüquq münasibətləri üzrə delikt məsuliyyətinin yaranması üçün ziyanın baş verməsi və ziyan vuranın qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması, eləcə də həmin hadisədə onun təqsirinin olması zəruridir. Sadalanan əsaslar göstərilən delikt öhdəliklərinin yaranması üçün məcburi xarakter daşıyır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdehin 94 həyətində quraşdırdığı su nasosu nəticəsində ona ziyan dəymişdir və onlara vurulmuş maddi ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə bildirir ki, mülki prosessual hüquq üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə, formal həqiqət prinsipini və cavabdeh tərəfindən iddia tələblərinin qəbul edilməyərək bütünlüklə mübahisələndirildiyini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən xüsusatlara, yəni cavabdehin iddiaçı qarşısında öhdəlik münasibətləri çərçivəsində məsuliyyət daşımasının müəyyən edilməsinə sübutetmə yükü aspektindən yanaşılmalıdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddiaçı borclu olduğunu sübuta yetirə bilməmişdir. Halbuki mülki-prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə, iddia tələbi üzrə tərəflərin söykəndiyi faktiki halların təsdiqi üçün irəli sürdüyü dəlillərə və qeyd etdikləri xüsusatlara sübutlar, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verməyi zəruri hesab edir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-nin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Bu baxımdan, məhkəmə ilk növbədə bildirir ki, iddiaçı öz iddia tələbinin faktiki əsası kimi göstərdiyi halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həqiqətin müəyyən olunması vəzifəsi ayrı-ayrı hüquq sahələrində müxtəlif cür öz əksini tapmışdır. Belə ki, cinayət və ya inzibati xəta haqqında işlər üzrə icraatda məhz obyektiv həqiqətin müəyyən edilməsi tələb olunsa da, mülki prosesdə formal həqiqət prinsipi əsas götürülmüşdür. Bu prinsipə görə, hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi üzrə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı su motorunun sökülməsi və maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Mədinə Bağırova