Məhkəmə qərarları › İş №e-2(009)-1812/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1812/2025

11.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1812/2025 11.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Səbail Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Məhkəməsinin 2(125)-709/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, 05 mart 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 246 manat sabit pul məbləğində, yəni sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq mislinə mütənasib alimentin, həmçinin, ödənilmiş 60 (altımış) manat mediasiya xərcinin və 220 (iki yüz iyirmi) manat vəkil xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-709/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə birgə yaşayışımızdan doğulmuş 05 mart 2022-ci il təvəllüdlü X4 atası,xx.xx.1990-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh olması, 05 mart 2022-ci il təvəllüdlü X4 yeni doğum haqqında şəhadətnaməsində soyadı Novruzov, adı Zeyn, atasının adı Tofiq, ata qrafasında atası olaraq Cavabdeh qeyd edilməsi, 05 mart 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini alandan sonra 05 mart 2022-ci il təvəllüdlü X1 yeniləmişəm və ona dair məlumatlar doğum haqqında şəhadətnaməsində, həmçinin, atalığın müəyyən edilməsi haqqında şəhadətnaməsində 05 mart 2022-ci il təvəllüdlü X2 qeyd edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı hal-hazırda övladımın daim artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil və hesab edirəm ki, övladımın alimenti Azərbaycan Respublikası Prezidentinin 2025-cü il üçün uşaqlara görə müəyyən etdiyi yaşayış minimuma uyğunlaşdırılmalıdır. İddiaçının nümayəndəsi-vəkili ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddianin təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan: Gəncə şəhər Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2(125)-709/2023 saylı qətnaməsinə əsasən 05 mart 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından anadan olmuş övladı iddiaçının himayəsindədir, cavabdehdən tutulan alimentin məbləği iddiaçının uşağının saxlanması üçün artan tələbatlarını ödəmək üçün kifayət etmir. İddiaçı 2025-ci ildə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunun 246 manat müəyyən edildiyinə istinad edərək, alimentin artırılmasını xahiş edir. AR Ailə Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarının 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki tələbində alimentin artırılmasını 2025-ci ildə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunun 246 manat müəyyən edildiyinə istinad edərək, məhkəmədən xahiş edir. Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması tələbi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə, habelə 110cu maddəsində nəzərdə tutulmuş alimentin indeksasiyası isə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən, minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması bu əsasla verilmiş iddia tələbinin təmin edilməsinə yol vermir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar