Məhkəmə qərarları › İş №e-2(009)-1830/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1830/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1830/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 277,27 manat əsas borcun, 66 manat cərimə borcu, cəmi 343,27 manat, həmçinin 20 manat dövlət rüsümunun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,İddiaçı MMC iləCavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixdə bağlanmış, 117740 nömrəli alğı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən 721,55 manata mobil telefon satılmışdır. Alıcı həmin məbləği 56 manat ilkin ödəniş olmaqla hər ay 55,46 manat ödəmək şərti ilə 12 ay müddətinə, hər ay 08-dək ödəməyi öz üzərinə götürmüşdür. Borclu ödəniş cədvəlinə uyğun olaraq 5 ay toplam olaraq 307.57 manat ödəniş etmiş, lakin qalıq 357.98 manat borcunu ödəməkdən yayınmışdır. Cavabdehə dəfələrlə şifahi, həmçinin poçt vasitəsi ilə xəbərdarlıq məktubu göstərilmişdir. Cavabdeh xəbərdarlıq edildikdən sonra qismən ödəniş etmiş və qalan borcu ödəməkdən yayınmış, 277.27 manat əsas, 66 manat cərimə borcu olmaqla, 343.27 manat borcu yaranmışdır. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülkiprosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 117740 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı 1 ədəd İMEİ kodu **********89076 olan Samsung A30 2019 64 GB DS markalı mobil teleonu alıcıya verməyi, alıcı isə bunun müqabilində satıcıya müqavilənin 2.1 bəndində qeyd edilən qaydada və müddətdə 665.55 manat məbləği ödəməyi öhdəsinə götürür. Satılan əşyanın qiyməti alıcı tərəfindən satıcıya hissə-hissə 12 ay müddətinə ödənilir. Müqavilənin 6.1-ci maddəsinə əsasən ödənişləri gecikdirdikdə hər gecikdirilmiş gün üçün ödəniş məbləğinin 1% dəyərində cərimə ödənilir. Cərimənin ödənilməsi alıcını öhdəliklərdən azad etmir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 277,27 manat əsas borcu, 66 manat cərimə borcu olmaqla ümumilikdə 343,27 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarxli təhvil-təslim aktına əsasən iş üzrə cavabdeh əşyanı qüsursuz təhvil almışdır. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli pretenziya məktubunda Cavabdeh borcun qaytarılması barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600-cı maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 117740 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən borclu İddiaçı MMC-dən 721.55 manat məbləğində kreditlə müqavilə predmeti olan telefon əldə etmişdir. Ödəniş qəbzi (№ **********70) və ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 117740 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən İddiaçı MMC təfindən cavabdehə kreditlə 721.55 manat məbləğində müqavilə predmeti olan telefon verilmişdir. Cavabdeh isə bu məbləği iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə müəyyən olunmuş müqavilə predmeti olan telefon cavabdehə verilmiş, cavabdeh isə ödəməli olduğu kredit məbləğini ödəməkdən yayınmış və nəticədə İddiaçı MMC -yə 277.27 manat əsas, 66 manat cərimə borcu olmaqla, 343.27 manat borcu yaranmışdır. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 425.1ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən alğı-satqı müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 277.27 manat əsas borcun, 66 manat məbləğində cərimə borcu, 20 manat dövlət rüsumu məbləğində pul alınaraq İddiaçı MMCyə ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 277.27 (iki yüz yetmiş yeddi manat iyirmi yeddi qəpik) manat əsas borc, 66 (altmış altı) manat məbləğində cərimə borcu, cəmi 343.27 (üç yüz qırx üç manat iyirmi yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul alınaraq İddiaçı MMC–nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar