Məhkəmə qərarları › İş №e-2(009)-1830/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1830/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1830/2022 15.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, İddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" (Azərbaycan) ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli, 301774-1-26735 saylı kredit müqaviləsinə əsasən 6701.02 manat (altı min yeddi yüz bir manat, iki qəpik) məbləğində əsas, 404.45 manat (dörd yüz dörd manat, qırx beş qəpik) məbləğində faiz, 112.75 manat (yüz on iki manat, yetmiş beş qəpik) cərimə borcu və məhkəməyə müraciət etmək üçün ödənilmiş 92.18 manat (doxsan iki manat, on səkkiz qəpik) dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı ilə məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə "xxxx" (Azərbaycan) ASC arasında 60 ay müddətinə, illik 21.9% olmaqla 7000 AZN manat kredit verilməsinə dair müqavilə bağlanmışdır. Lakin, borclu şəxs Cavabdeh xx.xx.2021-ci il tarixli, 301774-1-26735 saylı nağd pul kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və nəticədə cavabdehin banka 6701.02 manat (altı min yeddi yüz bir manat, iki qəpik) məbləğində əsas, 404.45 manat (dörd yüz dörd manat, qırx beş qəpik) məbləğində faiz, 112.75 manat (yüz on iki manat, yetmiş beş qəpik) cərimə borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək 6701.02 manat (altı min yeddi yüz bir manat, iki qəpik) məbləğində əsas, 404.45 manat (dörd yüz dörd manat, qırx beş qəpik) məbləğində faiz, 112.75 manat (yüz on iki manat, yetmiş beş qəpik) cərimə borcu və 92.18 manat (doxsan iki manat, on səkkiz qəpik) dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etdiyini, borcu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 301774-1-26735 saylı nağd pul krediti müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" (Azərbaycan) ASC-dən 7000 AZN manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 6701.02 manat əsas, 404.45 manat faiz, 112.75 manat cərimə borcu olmaqla, cəmi 7218.22 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh borcun ödənilməsi üçün lazımı qaydada məlumatlandırılmışdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 301774-1-26735 saylı kredit müqaviləsinə əsasən 6701.02 manat (altı min yeddi yüz bir manat, iki qəpik) məbləğində əsas, 404.45 manat (dörd yüz dörd manat, qırx beş qəpik) məbləğində faiz, 112.75 manat (yüz on iki manat, yetmiş beş qəpik) cərimə borcu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İşdə olan qəbzdən (Ödəniş qəbzinin nömrəsi 9********) görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 92.18 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı haqlı sayıldığından çəkilmiş həmin xərc cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 301774-1- 26735 saylı kredit müqaviləsinə əsasən 6701.02 manat (altı min yeddi yüz bir manat, iki qəpik) məbləğində əsas, 404.45 manat (dörd yüz dörd manat, qırx beş qəpik) məbləğində faiz, 112.75 manat (yüz on iki manat, yetmiş beş qəpik) cərimə borcu və məhkəməyə müraciət etmək üçün ödənilmiş 92.18 manat (doxsan iki manat, on səkkiz qəpik) dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar