Məhkəmə qərarları › İş №e-2(009)-1849/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1849/2022

09.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1849/2022 09.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X3, İddiaçı Cavabdeh X5 Cəmiyyətinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh X5 Cəmiyyətinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X5 Cəmiyyətinin təqsirli hərəkəti nəticəsində İddiaçınə vurulmuş 645.370 (altı yüz qırx beş min üç yüz yetmiş) manat məbləğində maddi ziyanın və dövlət rüsumu olaraq ödənilmiş 936 manat pulun cavabdehdən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə aidiyyət qaydalarına uyğun olmayan formada verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. (32.2) Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Belə ki, “elektron məhkəmə infomasiya sistemi”ndən çıxarışdan görünür ki, İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmış və ********** nömrəli VÖEN verilmişdir. Həmçinin “elektron məhkəmə infomasiya sistemi”ndən çıxarışdan görünür ki, Cavabdeh X5 Cəmiyyəti vergi ödəyicisi kimi qeydiyyata alınmış və ********** nömrəli VÖEN verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 6386/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh X5 Cəmiyyətinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş, Bakı İnzibati Məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1891/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-4757/2022 saylı 10 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4757/2022 saylı 10 mart 2022-ci il tarixli qərardadı ilə ilk və qarşılıqlı iddianın mümkün sayılmaması qərara alınmışdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının 14-cü bəndində göstərilmişdir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən də görünür ki, tərəflər hüquqi şəxs olmaqla vergi ödəyicisi kimi qeydiyyata alınmış və onlar arasında yaranmış mübahisə nəticə etibarilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aiddir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 6386/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından da görünür ki, İddiaçı Cavabdeh X5 Cəmiyyətinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş və məhkəmə iddiaçıya ümumi məhkəməyə deyil, Bakı İnzibati Məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4757/2022 saylı 10 mart 2022-ci il tarixli qərardadı ilə ilk və qarşılıqlı iddianın mümkün sayılmaması qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-1891/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin e- 2-1(112)-4757/2022 saylı 10 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı mövcud iddia tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə deyil, Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (MPM 152.4.) Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, İddiaçı Cavabdeh X5 Cəmiyyətinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalı və ona qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh X5 Cəmiyyətinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı Kommersiya Məhkəməsinə müraciət etməyə mane olmur. Məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən ödənilmiş 536,80 (beş yüz otuz altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar