Məhkəmə qərarları › İş №e-2(009)-185/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-185/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-185/2024 29.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi Nümayəndə2, Cavabdeh Davudova Begı̇ mnaz Vaqı̇ f qızının iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdeh Davudova Begı̇ mnaz Vaqı̇ f qızına qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ cavabdeh Davudova Begı̇ mnaz Vaqı̇ f qızına qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli BPM**********59 nömrəli kredit müqaviləsi üzrə - 2105.99 manat əsas borcu, 1464.2 manat faiz borcu olmaqla, cəmi 3570.19 manat, ödənilmiş 55.71 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: iddiaçı "xxxx" ASC-nin Nəsimi filialı ilə X4 arasında bağlanmış xx.xx.2019cu il tarixli BPM**********59 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən X3 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 2760 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 2 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilən məlumata əsasən xx.xx.2021-ci il tarixində vərəsəlik işi açılmış, X2 mirasını qəbul etmiş vərəsəsi Cavabdeh xx.xx.2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinə əsasən miras əmlakı Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 52, 8 saylı mənzildən ibarətdir. Maliyyə arayışına əsasən, X2 Banka ödənilməmiş borcu – 2105.99 manat əsas borcu, 1464.2 manat faiz borcu olmaqla, cəmi 3570.19 manat borcu qalmışdır. Cavabdeh X2 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 3570.19 manat olduğundan, 55.71 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. İddiaçı "xxxx" ASC məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh iddiaçı "Azərbaycan Beynəlxalq Bankı’ ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, BPM**********59 nömrəli Kredit müqaviləsinə əsasən 2162.98 manat əsas, 1442.68 manat faiz borcu olmaqla, cəmi 3605.66 manatın tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş rüsumunun və 0.80 AZN bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinin dəlilləri: Məhkəmə gedişatı zamanı məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və müvafiq ekspert rəyi təqdim edilmişdir. Həmin ekspert rəyinə əsasən iddia tələbinin həcminin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Odur ki, iddia ərizəsinə əlavə olaraq cavabdehdən tutulacaq məbləğin göstərilən miqdarda qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, faiz borcu hissəsində iddia tələbini qəbul etmədiyini, anasının bankdan borc götürməsindən məlumatı olmadığını, anasının vəfatından uzun müddət keçməsinə baxmayaraq ona borc barədə məlumat verilmədiyini, lakin bu müddət ərzində də faiz hesablandığını, vaxtında məlumat verilsə idi borcu hissə-hissə ödəyə biləcəyini, bu qədər də faiz hesablanmayacağını, həmçinin maddi imkanının çox zəif olduğunu, himayəsində azyaşlı uşağı olduğunu bildirərək iddianın faizlərin tutulması hissəsində təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxx" ASC-nin Nəsimi filialı ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********59 nömrəli kredit Müqaviləsindən görünür ki, Bank tərəfindən X3 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 2760 manat məbləğində kredit verilmişdir. - "xxxx" ASC-nin Nəsimi filialının xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, X4 tərəfindən 2732.40 AZN məbləğində krediti vəsaitini almışdır. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan X2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2105.99 manat əsas və 1464.20 faiz borcu manat olmaqla, cəmi 3570.19 manat məbləğində kredit borcu və 25.40 manat rüsum üzrə tələb olunan borcu vardır. - Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 126079 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür. - 2 saylı “Bakı Asan” Xidmət Mərkəzinin Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 1425 saylı məktubundan görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X4 adına Bakı şəhəri 2 saylı «ASAN xidmət» mərkəzinin notariat ofisində vərəslik işi açılmışdır və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - "xxxx" ASC tərəfindən Davudova Begı̇ mnaz Vaqı̇ f qızına ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə X4 arasında bağlanmış xx.xx.2019cu ıl tarixli kredit müqaviləsinə əsasən 48 ay müddətinə 2760 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən əsas borc üzrə 2105.99 manat və buna müvafiq olaraq hesablanmış faiz borcu mövcuddur. 2 saylı Bakı Asan Xidmət mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh olduğu müəyyən edilmişdir. Qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin 3 (üç) gün müddətində tam yerinə yetirilməsi xahiş edilmiş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2024-cü il tarixli 9/342 saylı ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********59 saylı kredit müqaviləsinin şərtləri üzrə xx.xx.2020-ci il tarixə (sualda soruşulan tarixə) və xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu aşağıdakı kimi müəyyən olunur. O cümlədən: xx.xx.2020-ci il tarixə (sualda soruşulan tarixə): əsas borc üzrə 2249,41 manat, faiz borcu üzrə-18 manat, xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə 2162,98 manat, faiz borcu üzrə-1442,68 manat məbləğində müəyyən edilmişdir. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC-nin Nəsimi filialı ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********59 nömrəli kredit Müqaviləsindən görünür ki, Bank tərəfindən X3 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 2760 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və bu səbəbdən borcalan X2 Banka kredit borcu yaranmışıdr. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə borcalan X4 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və iş üzrə cavabdeh Davudova Begı̇ mnaz Vaqı̇ f qızı onun vərəsəsi kimi tanınmışdır. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) - 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. - 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, eləcə də tərəflər arasında bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq məhkəmə hesab edir ki, X4 iddiaçı "xxxx" ASC ilə bağladığı müqaviləyə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni vəfat etdiyi vaxtdan sonra müqavilə şərtlərinə əsasən ödənişlər vaxtında aparılmamış öhdəliyin icrası gecikdirilmişdir və bu səbəbdən Bank qarşısında hazırda borclunun vərəsəsi məsuliyyətcavabdehlik daşıyır. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizin ödənilməsini cavabdeh Davudova Begı̇ mnaz Vaqı̇ f qızından tələb etməkdə haqlıdır. Məhkəmə borcun həcmi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan X2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2105.99 manat əsas və vəfat etdiyi tarixə 1464.20 manat faiz borcu hesablanmaqla, cəmi 3570.19 manat məbləğində kredit borcu vardır. Göründüyü kimi, iddiaçı tələb etdiyi faiz borcunun borclunun vəfat etdiyi tarixədək hesablandığını göstərmişdir. Məhkəmə tərəfindən iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 08 fevral 2024-cü il tarixli 9/342 saylı ekspert rəyinə əsasən "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********59 saylı kredit müqaviləsinin şərtləri üzrə xx.xx.2020-ci il tarixə (sualda soruşulan tarixə) və xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu aşağıdakı kimi müəyyən olunur. O cümlədən: xx.xx.2020-ci il tarixə (sualda soruşulan tarixə): əsas borc üzrə 2249,41 manat, faiz borcu üzrə-18 manat, xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə 2162,98 manat, faiz borcu üzrə-1442,68 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza rəyindən də görünür ki, borclunun vəfat etdiyi, yəni 07 oktyabr 2020-ci il tarixədək faiz borcu 18 manat, xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc 2162,98 manat olmuşdur. Məhkəmə, ekspertiza rəyini mötəbər sübut kimi qiymətləndirir və qəbul edir. Belə ki, rəyi təkzib edən hər hansı bir sübut növü məhkəmyə təqdim edilməmişdir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspert rəyini və iddia tələbinin həcmini nəzərə alaraq hesab edir ki, əsas borc 2162,98 manat məbləğində, faiz borcu isə borclunun vəfat etdiyi xx.xx.2020-ci il tarixədək hesablanan və ekspertiza rəyi ilə müəyyən edilən 18 manat məbləğində tutulmalıdır. Məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 41.81 (qırx bir manat səksən bir qəpik) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya qaytarılmalı, qalan hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh Davudova Begı̇ mnaz Vaqı̇ f qızından iddiaçı "xxxx" ASC-nin xeyrinə 2162,98 (iki min yüz altmış iki manat doxsan səkkiz qəpik) manat əsas və 18 (on səkkiz) manat faiz borcu olmaqla, cəmi 2180.98 (iki min yüz səksən manat doxsan səkkiz qəpik) manat borc, ödənilmiş dövlət rüsumunun 41.81 (qırx bir manat səksən bir qəpik) manat hissəsi tutulmalı, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəməmühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 70 (yetmiş) manat hissəsi cavabdehdən, 30 (otuz) manat hissəsi iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Davudova Begı̇ mnaz Vaqı̇ f qızından iddiaçı "xxxx" ASC-nin xeyrinə 2162,98 (iki min yüz altmış iki manat doxsan səkkiz qəpik) manat əsas və 18 (on səkkiz) manat faiz borcu olmaqla, cəmi 2180,98 (iki min yüz səksən manat doxsan səkkiz qəpik) manat borc, ödənilmiş dövlət rüsumunun 41.81 (qırx bir manat səksən bir qəpik) manat hissəsi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 70 (yetmiş) manat hissəsi cavabdeh Davudova Begı̇ mnaz Vaqı̇ f qızından, 30 (otuz) manat hissəsi "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X5, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar