Məhkəmə qərarları › İş №e-2(009)-1859/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1859/2025

17.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1859/2025 17.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı «subroqasiya hüququ əsasında pul tələbi» barədə iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC - Cavabdeh qarşı «subroqasiya hüququ əsasında pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 804,98 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, “Nissan Note” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində MİB230792 saylı müqavilə ilə "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz C180” markalı, ** CS ***dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Nissan Note” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı tərtib olunmuş Qərarla “Mercedes Benz C180” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Nissan Note” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilə 1078 (min yetmiş səkkiz) manat məbləğində maddi zərər dəymişdir. MİB230185 s a y lı sığorta şəhadətnaməsinə və AKS230185 saylı, Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 804,98 (səkkiz yüz dörd, doxsan səkkiz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin hadisə zamanı idarə etdiyi “Mercedes Benz C180” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta olunmadığına görə "xxxx" ASC-nin subroqasiya qaydası üzrə pul tələbi hüququ Cavabdeh yönəldilir İddiaçının nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəfin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il nəqliyyat vasitələrinin könüllü sığortası şəhadətnaməsindən görünür ki, sığortalı "xxxx" MMC-yə məxsus 2012-ci il istehsalı olan, “Nissan Note” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək sığorta olunmuşdur. "xxxx" Şirkəti ASC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli AKS230185 saylı sığorta ödənişi aktından görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində baş vermiş sığorta hadisəsi nəticəsində “Nissan Note” markalı, ** PY *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği 804,98 manat təşkil etmişdir və reqres tələbi irəli sürülməli şəxs qismində Cavabdeh göstərilmişdir. Bakı şəhər Səbail rayon DYPŞ tərəfindən tərtib edilmiş qərarın surətlərindən görünür ki, Cavabdeh idarə etdiyi “Mercedes Benz C 180” markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomaşınla yol-nəqliyyat hadisəsi törətmiş və təqsirkar şəxs kimi Cavabdeh müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC-nin hesabına cəmi məbləğ 804,98 manat pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883-cü maddəsinə əsasən, zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi) öhdəsinə götürür. 916.1-ci maddəsinə əsasən, əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. 922.1.-ci maddəsinə əsasən, sıgorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 931-ci maddəsinə əsasən, bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda, əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər. 936.1-ci maddəsinə müvafiq olaraq, "Subroqasiya hüququ MM-nin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, "Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)." 1096.2-ci maddəsinə əsasən, "Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır." 1097.1-ci maddəsinə əsasən, "Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir." «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: 8.1-ci maddəsinə əsasən, icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. 50.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 52.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 53.4-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, 04 sentyabr 2023-cü il tarixdə Cavabdeh idarə etdiyi “Mercedes Benz C 180” markalı avtomaşınla manevr qaydalarını pozaraq “Nissan Note” markalı avtomaşınla toqquşmuş və nəticədə “Nissan Note” markalı avtomaşına ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanla əlaqədar "xxxx" ASC sığorta müqaviləsinə uyğun olaraq «Nissan Note» markalı avtomobilin təmiri üçün 804,98 AZN sığorta məbləğini sığortalı "xxxx" MMC-yə ödəmiş və reqres qaydasında ziyanın əvəzinin ödənilməsi tələbi iddiaçı "xxxx" ASC-yə keçmişdir. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində təqsirkar olduğu müəyyən edilmişdir. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı şirkət sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək baş vermiş sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəyən ziyanı sığorta şəhadətnaməsinə müvafiq məbləğdə ödəmiş, eyni zamanda hadisəni törətmiş şəxsdən haqlı olaraq həmin ziyanı reqres qaydada tələb etmək hüququ ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və bank xidməti haqqının əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddia tələbi təmin olunduğu halda məhkəmə xərclərinə aid edilən iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 804,98 manat pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 834,98 manat məbləğində pul vəsaiti Cavabdeh alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar