Məhkəmə qərarları › İş №e-2(009)-1860/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1860/2023

28.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1860/2023 28.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızı İddiaçı «X6 Azərbaycan» QSC-nin cavabdehlər Cavabdeh2 MMC və X2rşı “pul” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «X6 Azərbaycan» QSC cavabdehlər Cavabdeh2 MMC və X2rşı “pul” tələbinə dair ərizə ilə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh2 MMC-dənvə X1 (birgə) qaydada 32000 (otuz iki min) manatın ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 2 213.33 (iki min iki yüz on üç manat, 33 qəpik) manatın və 42.15 manat dövlət rüsumunun tutularaq İddiaçı"xxxx" QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırılmışdır ki, «X6 Azərbaycan» QSC (bundan sonra- Bank) ilə Cavabdeh2 MMC arasında 22 may 2013-cü il tarixdə kredit verilməsi haqqında 310143/1 nömrəli saylı müqavilə (bundan sonra - Kredit müqaviləsi) bağlanmış həmin kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətində, illik faiz dərəcəsi 16 % (on altı faiz) olmaqla 32000 (otuz iki min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədi ilə X3 Bank arasında 22 may 2020-ci il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi ilə əlaqədar Bank məhkəməyə müraciət etmişdir. İşə baxan Bakı şəhəri, Bakı Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 251/2022 saylı qətnaməsi ilə Cavabdehdən cəmi 38198.79 (otuz səkkiz min bir yüz döxsan səkkiz manat 79 qəpik) manatın tutulması qət etmişdir. Göründüyü kimi, cavabdehin xx.xx.2022-ci il tarixə əsas borc üzrə 320000 manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh xx.xx.2022-ci ildən sonra bu günə kimi hər hansı bir ödəniş etməmişdir və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz (5%) tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehin kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğindən 320000 manat hissəsi ödənilməmiş qalmaqdadır. xx.xx.2022-ci ildən 15 avqust 2023-cü ilə qədər Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla, 2 213.33 (ikimin iki yüz on üç manat, 33 qəpik) manat təşkil edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Cavabdeh2 MMC qanuni təmsilçisi X5 Hüquqi Şəxsi vergi ödəyicisi kimi qeydiyyatdadır. (VÖEN **********) Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, «X6 Azərbaycan» QSC ilə Cavabdeh2 MMC və onun qanuni təmsilçisi X5 arasında yaranmış mübahisə nəticə etibarilə kommersiya mübahisəsidir. “Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı «X6 Azərbaycan» QSC-nin cavabdehlər Cavabdeh2 MMC və X2rşı “pul” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı «X6 Azərbaycan» QSC tərəfindən xx.xx.2023-cü il tarixdə “AsanPay” vasitəsilə Bakı şəhər Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə ödənilmiş 42.15 (qırx iki manat, on beş qəpik) manat dövlət rüsumunun (ödəniş qəbzinin nömrəsi **********) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar