Məhkəmə qərarları › İş №e-2(009)-1886/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1886/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1886/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nın xeyrinə xx.xx.2022-ci il tarixli NZLMB-08513 saylı kredit müqaviləsi üzrə 964,04 manat əsas, 96,54 manat faiz, 249,18 manat cərimə borcun və dövlət rüsumu kimi ödənilmiş 33.1 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına- sırğa- 1 ədəd, çəkisi-9,9 qr, əyarı-750; qolbaq ağlı- 1 ədəd, çəkisi-14 qr, əyarı-750 yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli NZLMB-08513 saylı kredit müqaviləsi üzrə 964,04 manat əsas, 96,54 manat faiz, 249,18 manat cərimə borcun və dövlət rüsumu kimi ödənilmiş 33.1 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli NZLMB-08513 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Nizami” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, NZLMB-08513 saylı kredit müqaviləsinə əsasən illik 28% (iyirmi səkkiz) faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1610 (bir min altı yüz on) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1; 2.3 və 2.4 bəndləri). xx.xx.2022-ci il tarixli, NZLMB-08513 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir (kredit müqaviləsinin 3.1.11, 4.2. bəndi). Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli NZLMB-08513 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 964,04 manat əsas, faiz borcuna görə 96,54 manat, cərimə borcuna görə 249,18 manat, borcun cəmi məbləği 1309,76 manat təşkil edir. xx.xx.2022-ci il tarixli NZLMB-08513 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixli NZLMB-08513 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin “Nizami” filialına saxlanca verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli NZLMB-08513 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. İddiaçı ASC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18 oktyabr 2022-ci il tarixli, NZLMB-08513 saylı saxlanc girovu haqqında müqavilədən görünür ki, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 18 oktyabr 2022-ci il tarixli, NZLMB-08513 saylı kredit müqaviləsinə əsasən 1610 (bir min altı yüz on manat 00 qəpik) AZN məbləğində 18 (on səkkiz) ay müddətinə, illik 28% (iyirmi səkkiz) ödənilməsi şərtilə təminatlı borc vermişdir. Kreditalan isə aldığı borcu (krediti) ödəniş gününə 110,56 (bir yüz on manat əlli altı qəpik) AZN məbləğdə qaytarmağı və bu müqavilə ilə şərtləşdirilmiş miqdarda kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2022-ci il tarixli aktdan görünür ki, qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixli NZLMB-08513 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Sırğa- 1 ədəd, çəkisi-9,9 qr, əyarı-750, dəyəri 702.9 manat, bazar dəyəri 1041.48 manat; qolbaq ağlı- 1 ədəd, çəkisi-14 qr, əyarı-750, dəyəri 994 manat, bazar dəyəri 1472.8 manatdır. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.1987-ci il tarixində Azərbyacan Respublikası, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, NZLMB-08513 saylı müqaviləsi üzrə 4 sentyabr 2023-cü il tarixinə 964,04 manat əsas, 96,54 manat faiz və 249,18 manat cərimə borcu vardır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, borclu Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixdə imzalanmış kredit müqaviləsinə əsasən cavabdehə 1610 manat məbləğində kredit verilmişdir. Qızıl-zinət əşyaları (sırğa 1 ədəd, çəkisi-9,9 qr, əyarı-750, dəyəri 702.9 manat, bazar dəyəri 1041.48 manat; qolbaq ağlı- 1 ədəd, çəkisi-14 qr, əyarı-750, dəyəri 994 manat, bazar dəyəri 1472.8 manat) xx.xx.2022-ci il tarixli NZLMB-08513 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Cavabdeh borcunun 964.04 manatını ödəməmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə əsas və faiz borcun tutulması ilə bağlı hissədə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında 964.04 manat məbləğində əsas, 96.54 manat faiz borcu qeyd edildiyindən həmin arayışı əsas götürüb 964.04 manat məbləğində əsas, 96.54 manat faiz borcu olduğunu məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçının cərimə tələbi ilə bağlı məhkəmə bildirir ki, 18 oktyabr 2022-ci il tarixli müqaviləsinə əsasən 964,04 manat əsas borca görə 249,18 manat cərimə tənasübsüz sürətdə yüksək məbləğdir. Odur ki, tərəfin əmlak mənafeləri nəzərə alınmaqla cavabdehdən 18 oktyabr 2022-ci il tarixli müqaviləsinə əsasən 964,04 manat əsas borca görə 67,49 manat cərimə (dəbbə pulu) tutulmalı, həmin tələb qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 18 oktyabr 2022-ci il tarixli, NZLMB-08513 saylı kredit müqaviləsi üzrə 964,04 (doqquz yüz altmış dörd manat dörd qəpik) manat əsas, 96.54 (doxsan altı manat əlli dörd qəpik) manat faiz, 67,49 (altmış yeddi manat qırx doqquz qəpik) manat dəbbə borcu tutulmalıdır. Məhkəmə iddia tələbinin tutulacaq borcun girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi hissəsi üzrə qeyd edir ki, bu hissədə də tələb qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından əsaslı olduğundan təmin edilməli və cavabdehdən tutulmalı olan borc qızıl-zinət əşyalarına yönəldilməli, həmin qızıl-zinət əşyaları açıq hərracdan satılmalı və əldə olunmuş pul vəsaiti borcun ödənilməsinə yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanını tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Qeyd edilən Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Məhkəmə iddia tələbinin qızıl-zinət əşyaların satışından əldə olunmuş pulun borcun ödənilməsi üçün kifayət etmədikdə, qalan borcun cavabdehin digər əmlaklarına yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat+ 1000 manatdan yuxarı məbləğin 1% dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı ASC tərəfindən ümumilikdə 33.10 (otuz üç manat, on qəpik) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 33.10 (otuz üç manat on qəpik) manat dövlət rüsumunun 31.28 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 18 oktyabr 2022-ci il tarixli, NZLMB-08513 saylı kredit müqaviləsi üzrə 964.04 (doqquz yüz altmış dörd manat, dörd qəpik) manat əsas, 96.54 (doxsan altı manat, əllli dörd qəpik) manat faiz, 67,49 (altmış yeddi manat, qırx doqquz qəpik) manat dəbbə borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 33.10 (otuz üç manat on qəpik) manat dövlət rüsumunun 31.28 (otuz bir manat iyirmi səkkiz qəpik) manatı tutulsun. Həmin tutma Cavabdeh tərəfindən girov qoyulmuş 1 ədəd, sırğa çəkisi-9,9 qr, əyarı- 750, dəyəri 702.9 manat, bazar dəyəri 1041.48 manat; 1 ədəd qolbaq çəkisi-14 qr, əyarı- 750, dəyəri 994 manat, bazar dəyəri 1472.8 manat olan qızıl-zinət əşyalarına yönəldilsin, həmin qızıl-zinət əşyaları açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar