Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1920/2023 22.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 3911,50 manat məbləğində zərərin, debitor borc (sayğac vasiətsi ilə istifadə) üzrə 4213,19 manat və iddiaçı tərəfindən ödənilmiş 101,25 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 8225,94 manat pulun cavabdehdən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində AKX-00029xx/xx-2018 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana ‘Azəriqaz” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 326,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1173,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 464,40 manat; xx.xx.2018ci il tarixli ******* saylı akt əsasında 50,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 154,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 154,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 154,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 154,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 45,60 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 40,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 40,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 40,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 40,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 40,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 154,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 244,80 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 244.80 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 244.80 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 138,70 manat; cəmi 3911,50 manat məbləğində “Azəriqaz" İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Bildirir ki, cavabdehin ödənilməmiş 2020-ci ilin mart-dekabr ayları üzrə 188,50 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1446,75 manat sərfiyyat borcu və limitdən əlavə 131,90 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 1714,28 manat sərfiyyat borcu və limitdən əlavə 16,72 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-iyul ayları üzrə 243,36 manat sərfiyyat borcu və limitdən əlavə 14,64 manat sərfiyyat borcu, uçotu pozulmuş qaz sərfinə 63,24 manat sərfiyyat borcu, cəmi 3819,39 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, sayğac dəyişikliyindən sonra isə abonentin 2018-ci ilin may ayı üzrə 875,40 manat sərfiyyat borcu və 2020-ci ilin mart ayı üzrə 3,90 manat, cəmi 879,80 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmişdir (3819,39+879,30=4698,69). 2020-ci ilin mart ayından 2023-cü ilin iyul ayına qədər cavabdeh 485,50 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 4213,19 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin Saldo və Gazrep üzrə ümumi 6124,69 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “Azəriqaz" İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı İstehalat Birliyinin nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi formada baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçının nümayəndəsi yazılı formada ərizə verərək işə qiyabi baxılmasına razılığını bildirimişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsinin izahatını, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı İB (Paylayıcı) ilə Cavabdeh (İstehlakçı) arasında bağlanmış xx.xx.2018-ci tarixli, AKX-00029xx/xx-2018 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçi arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Qeyd edilən müqavilənin 2.2.2-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir. Həmin müqavilənin 2.3.1-ci və 2.3.6-cı bəndlərinə əsasən istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2017-ci il tarixli aktından görünür ki, abonentin sayğacı qaz xəttindən açıb evə qoyması, qaz xəttinə rezin boru ilə qoşulması aşkar olunmuşdur. İş materiallarında olan İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli qərara əsasən Cavabdeh Vanif qızına akt əsasında 1632 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2018-ci il tarixli aktından görünür ki, sayğacdan kənar qazdan istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qərara əsasən Cavabdeh Vanif qızına akt əsasında cəmi 5868 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2018-ci il tarixli aktından görünür ki, istehlakçı sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edir. İş materiallarında olan İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qərara əsasən Cavabdeh Vanif qızına akt əsasında cəmi 4644 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2018-ci il tarixli aktından görünür ki, 1048 nömrəli yazıya əsasən dekabr 2018-ci ildə mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunur. İş materiallarında olan İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qərara əsasən Cavabdeh Vanif qızına akt əsasında cəmi 504 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktından görünür ki, abonen qeyri qanuni sayğacdan kənar qazdan istifadə edir. İş materiallarında olan İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qərara əsasən Cavabdeh Vanif qızına akt əsasında cəmi 1548 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktından görünür ki, abonent qeyri-qanuni sayğacdan kənar qazdan istifadə edir. İş materiallarında olan İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qərara əsasən Cavabdeh Vanif qızına akt əsasında cəmi 1548 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktından görünür ki, abonent mənzildə qeyri qanuni sayğacdan kənar təbii qazdan istifadə edir. İş materiallarında olan İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qərara əsasən Cavabdeh Vanif qızına akt əsasında cəmi 1548 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktından görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olundu. İş materiallarında olan İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qərara əsasən Cavabdeh Vanif qızına akt əsasında cəmi 456 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktından görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olundu. İş materiallarında olan İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qərara əsasən Cavabdeh Vanif qızına akt əsasında cəmi 408 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktından görünür ki, abonentin sayğacdan əvvəl qeydiyyatsız qazdan istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qərara əsasən Cavabdeh Vanif qızına akt əsasında cəmi 408 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktından görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olundu. İş materiallarında olan İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qərara əsasən Cavabdeh Vanif qızına akt əsasında cəmi 408 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktından görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olundu. İş materiallarında olan İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qərara əsasən Cavabdeh Vanif qızına akt əsasında cəmi 408 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktından görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olundu. İş materiallarında olan İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qərara əsasən Cavabdeh Vanif qızına akt əsasında cəmi 408 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktından görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olundu. İş materiallarında olan İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qərara əsasən Cavabdeh Vanif qızına akt əsasında cəmi 1548 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktından görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olundu. İş materiallarında olan İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qərara əsasən Cavabdeh Vanif qızına akt əsasında cəmi 2448 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktından görünür ki, abonentin təbii qazdan qeyi-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qərara əsasən Cavabdeh Vanif qızına akt əsasında cəmi 2448 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktından görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olundu. İş materiallarında olan İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qərara əsasən Cavabdeh Vanif qızına akt əsasında cəmi 2448 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktından görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olundu. İş materiallarında olan İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qərara əsasən Cavabdeh Vanif qızına akt əsasında cəmi 1387 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan qaz sayğaclarının çıxarımlası, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən abonent Cavabdeh Vanif qzına aid olan qaz sayğacı yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktından görünür ki, abonentin təbii qazdan qeyi-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. İş üzrə İddiaçı Bakı Regional qazın Satışı Dapertamenti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qərara əsasən Cavabdeh ******* saylı xx.xx.2019-cu il tarixli akt əsasında 1548 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. "Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh yuxarıda qeyd olunan müqavilənin 2.3.2-ci və Qaydaların 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan kənar özbaşına olaraq qaz xəttinə qoşularaq qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli qələn hal Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən müqavilə şərtlərinə zidd olaraq sayğacdan kənar qazdan istifadə etməsi halı öz təsdiqini tapdığından, cavabdeh buna görə mülki məsuliyyət daşımalıdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə iclasında eləcə də müəyyən olundu ki, cavabdehin ödənilməmiş 2020-ci ilin mart-dekabr ayları üzrə 188,50 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1446,75 manat sərfiyyat borcu və limitdən əlavə 131,90 manat sərfiyyat borcu, 2022ci ilin yanvar-dekabr ayları üzrə 1714,28 manat sərfiyyat borcu və limitdən əlavə 16,72 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-iyul ayları üzrə 243,36 manat sərfiyyat borcu və limitdən əlavə 14,64 manat sərfiyyat borcu, uçotu pozulmuş qaz sərfinə 63,24 manat sərfiyyat borcu, cəmi 3819,39 manat sərfiyyat borcu qalmışdır. Həmçinin sayğac dəyişikliyindən sonra isə abonentin 2018-ci ilin may ayı üzrə 875,40 manat sərfiyyat borcu və 2020-ci ilin mart ayı üzrə 3,90 manat, cəmi 879,80 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmişdir (3819,39+879,30=4698,69). 2020-ci ilin mart ayından 2023-cü ilin iyul ayına qədər cavabdeh 485,50 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 4213,19 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3911,50 manat maddi zərər, debitor borc üzrə 4213,19 manat və 101,25 manat dövlət rüsumu tutularaq İddiaçı hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən cavabdehdən 101,25 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə dəymiş maddi aərərə görə 3911,50 (üç min doqquz yüz on bir manat əlli qəpik) manat, debitor borcu üzrə 4213,19 (dörd min iki yüz on üç manat on doqquz qəpik) manat, ödənilmiş 101,25 (yüz bir manat iyirmi beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı aşağıdakı hesabına köçürülsün: Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********,İBAN: AZ50İBAZ********************. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Səbail rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1920/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1920/2023
22.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver