Məhkəmə qərarları › İş №e-2(009)-194/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-194/2023

20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-194/2023 20.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı "icarə müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 20 may 2019-cu il tarixli icarə müqaviləsu üzrə 6675 manat icarə haqqı borcu, 333,75 manat faiz borcu, vəkilin göstərdiyi yardıma görə 200 manat xərc, dövlət rüsumu olaraq ödənilmiş 92,08 manat, yekun olaraq 7300,83 manat pulun tutularaq iddiaçı X1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 142.1, kv metrdən ibarət olan qeyri-yaşayış sahəsi İddiaçı müİkiyyətindədir. 20 may 2019cu il tarixində icarəyə verən fiziki şəxs İddiaçı ilə icarəçi Cavabdeh MMC arasında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 142.1 kv.metrdən ibarət olan icarə obyekti üçün ayda 800 manat icarə haqqı ödənilməsi şərti ilə icarə müqaviləsi bağlanılmışdır. Müqaviləni etibarnamə əsasında onun nümayəndəsi X4 imzalamışdır. Həmin müqaviləyə tərəflər arasında sonradan 9 iyun 2021-ci il tarixində dəyişilik edilmiş, müqaviləni müddəti xx.xx.2021-ci il tarixinə qədər, aylıq icarə haqqının məbləği isə 300 manat müəyyən olunmuş və əlavə sazişin xx.xx.2021-ci il tarixindən qüvvəyə minməsi razılaşdırılmışdır. 2022-ci ilin yanvar ayında icarəçi Cavabdeh MMC müqavilədə nəzərdə tutulmuş qaydada təhvil-təslim aktı imzalamaqla icarə obyektini təhvil verməli olduğu halda, sadəcə obyektin açarlarını vermiş və icarə müqaviləsi üzrə borclarını ödəyəcəyinə söz versə də, buna əməl etməmişdir. 20 may 2019-cu il tarixli müqavilə üzrə xx.xx.2020-ci il tarixinə kimi icarəçi Cavabdeh MMC aylıq icarə haqqını ödəmişdir. İcarə haqqının Beynəlxalq Bankda açılmış hesaba köçürülmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin 01 mart 2020-cil tarixindən başlayaraq, icarəçi müqavilə üzrə öz öhdəliyini tam yerinə yetirməmişdir. Belə ki, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi cəmi 200 manat icarə haqqı ödənilmiş, 3800 manat borc yaranmışıdır; xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi cəmi 400 manat icarə haqqı ödənilmiş, 2000 manat borc yaranmışıdır; xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə kimi cəmi 200 manat icarə haqqı öədnilmiş, 2200 manat borc yaranmışıdır; xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə kimi cəmi 400 manat icarə haqqı ödənilmiş, 400 manat borc yaranmışıdır; xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə kimi 400 manat icarə haqqı ödənilməmiş, 400 manat borc yaranmışıdır; xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə kimi 300 manat icarə haqqı ödənilib, 500 manat borc yaranmışdır; xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə kimi 400 manat icarə haqqı ödənilib, 400 manat borc yaranmışdır. Həmin vaxta borc məbləği 9700 manat olmuşdur. 09 iyun 2021-ci il tarixli saziş üzrə 7 ay üçün ödənilməli məbləğ (300 x 7ay) = 2100 manat ödənilməli olduğu halda, icarəçi 5125 manat ödəmiş, ona görə də, həmin 5125 manatdan 2100 manat çıxılarsa, 3025 manat edər. Müqavilə üzrə ümümu borc olan (9700-3025) yekunda 6675 manat borc məbləği qalmış olur. 19 oktyabr 2022-ci il tarixdə pretenziya məktubu ilə icarəçi Cavabdeh MMC-yə müraciət olunaraq xahiş olunmuşdur ki, bir həftə ərzində qeyd edilən 6675 borcu icarəyə verənin Bank hesabına keçirsin, əks halda məhkəməyə iddia ərizəsi ilə müraciət olunacaqdır. Lakin icarəçi pretenziya məktubuna cavab verməmişdir. İcarəçi Cavabdeh MMC 6675 manat əsas borcla birlikdə, gecikdirilmiş vaxt üçün həmin məbləğin illik beş faizi olan 333,75 manatı da icarəyə verənə ödəməlidir. AR Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 26-cı və 27-ci bəndlərində göstərilir ki, nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-nin 30-cu maddəsinin tələbləri baxımından onların iştirskı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, AR Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəzliyyəti hesab olunması üçün üç şərtin müvcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Bildirir ki, onun VÖEN-ni, vergi orqanında qeydiyyatı yoxdur, yəni fərdi sahibkar statusu yoxdur. Adı çəkilən müqavilənin 4.4-cü bəndinə əsasən, icarəçi bu müqavilənin 4.1-ci bəndində göstərilmiş Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq icrarə haqqından ödəmə mənbəyindən vergini tutaraq dövlət büdcəsinə ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə nəzərə alınmalıdır ki, kommersiya məhkəmələrinə iddia təbii elektron məhkəmə sistemi vasitəsi ilə verilir ki, sistem orada hər iki tərəfin VÖEN-ni tələb edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının müddəalarına uyğun olaraq iddiaçı, bu iddia ərizəsini ümumi məhkəməyə verir. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X5 üzrə Baş İdarəsinə müraciət olunaraq iddiaçının fərdi sahibkar statusunun olub-olmaması soruşulmuş, bu İdarə xx.xx.2022-ci il tarixli arayışı ilə bildirmişdir ki, Bakı şəhəri, F.Qəmbərov küçəsi, ev 6, mənzil 18-də İddiaçı Abdulovnanın vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. AR MPM-nin 121.1-ci maddəsinə uyğun olaraq 4 saylı Vəkil bürosu ilə bağlanılmış müqaviləyə uyğun olaraq "xxxx" ASC vasitəsi ilə vəkil bürosuna xx.xx.2022-ci il tarixində ödənilmiş 200 manat pul vəsaiti və dövlət büdcəsinə ödənilmiş 92,08 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. xx.xx.2023-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 20 may 2019-cu il tarixli icarə müqaviləsu üzrə 6575 manat icarə haqqı borcu, 328,75 manat faiz borcu, vəkilin göstərdiyi yardıma görə 200 manat xərc, dövlət rüsumu olaraq ödənilmiş 92,08 manat, yekun olaraq 7195,83 manat pul tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, iddia ərizəsində Cavabdeh MMC-nin icarə haqqı borcu Beynəlxalq Bankın verdiyi bank çıxarışı əsasında hesablanmışdır. Lakin bu borc və hesablamanı daha aydın formada bu ərizədə əks ounmaqla məhkəməyə təqdim edir. İcarə müqaviləsi 20 may 2019-cu ildən -30 aprel 2021-ci ilədək - 23 ay; 23 ay x 800 manat=18.400 manat. İcarə müqaviləsunə dəyişiklikdən sonra: 01 may 2021-ci ildən 31 dekbar 2021-ci ilədək - 8 ay. 8 ay x 300 manat =2400 manat. Cəmi ödənilməli olan məbləğ: 18.400 + 2400 = 20.800 manat. Beynəlxalq Bankın verdiyi çıxarışa əsasən iddiaçının nümayəndəsinin açdığı hesaba CavabdehMMC tərəfindən aşağıdakı məbləğlərdə və müddətlərdə vəsait ödənilmişdir: 1. xx.xx.2019-cu il - 2400 manat; 2. xx.xx.2019-cu il - 800 manat; 3. xx.xx.2019-cu il - 800 manat; 4. xx.xx.2019-cu il - 800 manat; 5. xx.xx.2019-cu il - 800 manat; 6. xx.xx.2020-ci il - 800 manat; 7. xx.xx.2020-ci il - 800 manat; 8. xx.xx.2020-ci il - 200 manat; 9. xx.xx.2020-ci il - 400 manat; 10. xx.xx.2020ci il - 200 manat; 11. xx.xx.2021-ci il - 100 manat; 12. xx.xx.2021-ci il - 100 manat; 13. xx.xx.2021-ci il - 100 manat; 14. xx.xx.2021-ci il - 100 manat; 15. xx.xx.2021-ci il - 200 manat; 16. xx.xx.2021-ci il - 200 manat; 17. xx.xx.2021-ci il - 100 manat; 18. xx.xx.2021-ci il - 200 manat; 19. xx.xx.2021-ci il - 200 manat; 20. xx.xx.2021-ci il - 200 manat; 21. 21. xx.xx.2021-ci il - 200 manat; 22. xx.xx.2021-ci il - 300 manat; 23. xx.xx.2021-ci il - 300 manat; 24. xx.xx.2021-ci il - 400 manat; 25. xx.xx.2021-ci il - 300 manat; 26. xx.xx.2021-ci il - 300 manat; 27. xx.xx.2021-ci il - 300 manat; 28. xx.xx.2021-ci il - 300 manat; 29. xx.xx.2021-ci il - 300 manat; 30. 01.12. 2021-ci il - 400 manat; 31. xx.xx.2021-ci il - 300 manat; 32. xx.xx.2022-ci il - 250 manat; 33. xx.xx.2022-ci il - 250 manat; 34. xx.xx.2022-ci il - 300 manat; 35. xx.xx.2022-ci il - 125 manat; 36. xx.xx.2022-ci il - 200 manat; 37. xx.xx.2022-ci il - 200 manat. Cəmi ödənilmişdir: 14225 manat. Cəmi ödənilməli məbləğ olan 20.800 manatdan ödənilən 14225 manat çıxılarsa 6575 manat icarə haqqı borcu qalacaqdır (20.880 - 14225 = 6575 manat). 6575 manat x 5 faiz = 328.75 manat faiz borcu edər. Göstərilənlərə əsasən Cavabdeh MMC-dən 20 may 2019-cu il tarixli icarə müqaviləsu üzrə 6675 manat icarə haqqı borcu, 333,75 manat faiz borcu, vəkilin göstərdiyi yardıma görə 200 manat xərc, dövlət rüsumu olaraq ödənilmiş 92,08 manat, yekun olaraq 7300,83 manat pul tutularaq iddiaçı X1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan 20 may 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, 20 may 2019-cu il tarixində icarəyə verən fiziki şəxs İddiaçı Abdutovna ilə icarəçi Cavabdeh MMC arasında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 142.1, kv metrdən ibarət olan icarə obyekti üçün ayda 800 (səkkiz yüz) manat icarə haqqı ödənilməsi şərti ilə icarə müqaviləsi bağlanılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 3M-152 nömrəli icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında əlavə müqavilə (saziş)-indən görünür ki, həmin müqaviləyə tərəflər arasında sonradan 9 iyun 2021-ci il tarixində dəyişilik edilmiş, müqaviləni müddəti xx.xx.2021-ci il tarixinə qədər, aylıq icarə haqqının məbləği isə 300 (üç yüz) manat müəyyən olunmuş və əlavə sazişin xx.xx.2021-ci il tarixindən qüvvəyə minməsi razılaşdırılmışdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvani küçəsi,10 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış uçota dair xx.xx.2022-ci il tarixli, **********766800 nömrəli arayışdan görünür ki, vergi ödəyəcisinin dövlət reyestrində olan məlumatlara əsasən vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" ASC-nin ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 4 saylı Vəkil Bürosuna hüquqi yardıma görə 200 manat ödəniş olmuşdur. İş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2023-cü il tarixli, 9/2103 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 20 may 2019-cu il tarixli və 20 iyun 2021-ci il tarixli müqavilələrində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh MMC-nin İddiaçı xx.xx.2022-ci il tarixə olan borcu 6.190.00 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 5.894,75 manat, cərimə borcu üzrə 294,75 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci mad.). Qanunun yuxarıda göstərilən normalarının dispozisiyasına əsasən bağlanmış müqavilələr o şərtlər əsasında yerinə yetirilməlidir ki, tərəflər bu şərtlər əsasında razılığa gəlmişlər və bu şərtlər dəyişilməzdir. Ona görə də, müqavilənin qüvvəsi bir qayda olaraq onun iştirakçılarının öz öhdəliklərini tamamilə icra etməsi ilə bitir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, 20 may 2019-cu il tarixində icarəyəverən fiziki şəxs İddiaçı Abdutovna ilə icarəçi Cavabdeh MMC arasında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 142.1, kv metrdən ibarət olan icarə obyekti üçün ayda 800 (səkkiz yüz) manat icarə haqqı ödənilməsi şərti ilə icarə müqaviləsi bağlanılmış, həmin müqaviləyə tərəflər arasında sonradan 9 iyun 2021-ci il tarixində dəyişilik edilmiş, müqaviləni müddəti xx.xx.2021-ci il tarixinə qədər, aylıq icarə haqqının məbləği isə 300 (üç yüz) manat müəyyən olunmuş və əlavə sazişin xx.xx.2021-ci il tarixindən qüvvəyə minməsi razılaşdırılmışdır. 2022-ci ilin yanvar ayında icarəçi Cavabdeh MMC müqavilədə nəzərdə tutulmuş qaydada təhvil-təslim aktı imzalamaqla icarə obyektini təhvil verməli olduğu halda, sadəcə obyektin açarlarını vermiş və icarə müqaviləsi üzrə borclarını ödəyəcəyinə söz versə də, buna əməl etməmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru X3 xx.xx.2022-ci il tarixli pretenziya məktubu ünvanlansa da, yaranmış icarə haqqı borcu ödənilməmişdir. Məhkəmə tərəflərin dəlillərini iş materialları, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarəyə verən öz öhdəliklərini yerinə yetirərək icarə obyektini icarəçiyə təhvil vermiş, icarəçi isə müqavilə ilə müəyyənləşdirilmiş icarə haqqını icarəyə verənə ödəməli olduğu halda bir müddətdən sonra öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan əmlakı icarəyə götürmək hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında icarə məbləğini, eləcə də icarə məbləğini gecikdirdiyi halda həmin müqavilə ilə müəyyən edilmiş əlavələrin iddiaçıya ödənilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan obyekti icarəyə götürməsinə dair hüququndan istifadə etmiş olsa da, icarə haqqını və həmin icarə haqqının ödənilməsini gecikdirdiyi vaxt üçün yaranan borcları ödəməməklə tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri icta etməmişdir. Odur ki, iddiaçı ödənilməmiş aylar üçün icarə haqqını və icarə haqqının ödənilməsinin gecikdirildiyi vaxt üçün yaranan əlavə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası üzrə 9/2103 saylı, 30 may 2023-cü il tarixli ekspert rəyindən də görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 20 may 2019-cu il tarixli və 20 iyun 2021-ci il tarixli müqavilələrində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh MMC-nin İddiaçı xx.xx.2022-ci il tarixə olan borcu 6.190.00 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 5.894,75 manat, cərimə borcu üzrə 294,75 manat müəyyən edilmişdir. Məhkəmə ekspertin rəyini nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən İddiaçı xeyrinə xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 5894,75 (beş min səkkiz yüz doxsan dörd manat yetmiş beş qəpik) manat icarə haqqı borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə 294,75 (iki yüz doxsan dörd manat yetmiş beş qəpik) manat tutulmalıdır. İddiaçının, hüquqi yardım xidməti üçün vəkilə ödənilən 200 manat məbləğinin cavabdehdən tutulması tələbi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi yardım xidməti üçün vəkilə ödənilən 200 manat məbləğin tutulması hissəsində tələb təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh MMC-dən İddiaçı xeyrinə xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 5894,75 (beş min səkkiz yüz doxsan dörd manat yetmiş beş qəpik) manat icarə haqqı borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə 294,75 (iki yüz doxsan dörd manat yetmiş beş qəpik) manat, hüquqi xidmət üçün 200 (iki yüz) manat və ödənilmiş 92,08 (doxsan iki manat səkkiz qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 6481,58 (altı min dörd yüz səksən bir manat əlli səkkiz qəpik) manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 5894,75 (beş min səkkiz yüz doxsan dörd manat yetmiş beş qəpik) manat icarə haqqı borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə 294,75 (iki yüz doxsan dörd manat yetmiş beş qəpik) manat, hüquqi xidmət üçün 200 (iki yüz) manat və ödənilmiş 92,08 (doxsan iki manat səkkiz qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 6481,58 (altı min dörd yüz səksən bir manat əlli səkkiz qəpik) manat tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh MMC-dən tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X2, kod 210005, VÖEN:**********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar