Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1946/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14 iyun 2019-cu il tarixli, FR/77042/69 saylı müqaviləyə əsasən 6553.64 manat əsas, 8.25 manat faiz borcu, cəmi 6561.89 manat borcun və 86 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaqİddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: X7 ilə İddiaçı ASC arasında bağlanmış 14 iyun 2019-cu il tarixli, FR/77042/69 saylı müqaviləyə əsasən 6588 manat məbləğində kredit verilmişdir. Hazırda mərhum X5 6561.89 manat banka borcu vardır. X7 04 iyul 2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri, 28 saylı notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdehlər borclu X5 vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. İddia ərizəsinə tələblərinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddir ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin «hüquqi şəxslərin qeydiyyatı barıdı reyestr»dən çıxarış əlavə edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə iddia tələbinə qarşı etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərək mərhum atası X5 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka olan 6653,64 manat əsas, 8.25 manat faiz borcu olmaqla cəmi 6561,89 manat kredit borcunun və 86 manat məbləğində ödənilmiş dövlət rüsumunun ondan tutulmasını tələb edir. Tələbin əsası kimi onun atasının vərəsəsi olması və atası vəfat etdikdən sonra ona iş yerindən ödənilən son haqq-hesab pulu, xəstəlik vərəqələri üzrə pul və dəfn üçün ödənilən pulun vərəsəlik şəhadətnaməsi üzrə ona ödənilməsi əsas göstərilmişdir. Bildirir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, atası X7 xx.xx.2020-ci il tarixdə vəfat etdikdən qısa müddət sonra onun «X4» şəxsin onun tərəfindən İddiaçınun Atatürk prospektində yerləşən filialına təqdim edilmişdir. Bu səbəbdən də iddiaçının borcalanın ölümü barədə məlumatı olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq və iddia müddətini ötürülmüş hesab edərək iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı ASC ilə X7 arasında bağlanmış 14 iyun 2019-cu il tarixli FR/77042/69 nömrəli «güzəştli kredit müqaviləsi»ndən görünür ki, bank tərəfindən X6 5 il müddətinə, 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə hesablanmaqla, 6588 manat məbləğində kredit verilmişdir. - 28 saylı Notariat Ofisi tərəfindən xx.xx.2025-ci il tarixli 107 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 04 iyul 2020-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan oğlu-Cavabdehdur və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak “Azneft” İstehsalat Birliyi tərəfindən ödəniləcək son haqq-hesab 3944.40 manat, DSMF tərəfindən ödəniləcək xəstəlik vərəqələri üzrə 3368.45 manat, DSMF tərəfindən ödəniləcək «dəfn» pulu 300,0 manat, cəmi 7612.85 manat pul vəsaitindən ibarətdir. -İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X5 14 iyun 2019-cu il tarixli, FR/77042/69 saylı kredit müqaviləsi üzrə 6553.64 manat əsas, 8.25 manat faiz borcu vardır. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC-nin X7 arasında bağlanmış 14 iyun 2019-cu il tarixli FR/77042/69 nömrəli «güzəştli kredit müqaviləsi»ndən görünür ki, bank tərəfindən X6 5 il müddətinə, 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə hesablanmaqla, 6588 manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və bu səbəbdən borcalan X5 banka kredit borcu yaranmışıdr. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə borcalan X7 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və iş üzrə Cavabdeh onun vərəsəsi kimi tanınmışdır. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) - 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, eləcə də tərəflər arasında bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq məhkəmə hesab edir ki, X7 İddiaçı ASC ilə bağladığı müqaviləyə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni vəfat etdiyi vaxtdan sonra müqavilə şərtlərinə əsasən ödənişlər vaxtında aparılmamış öhdəliyin icrası gecikdirilmişdir və bu səbəbdən Bank qarşısında hazırda borclunun vərəsəsi məsuliyyətcavabdehlik daşıyır. Belə ki, 28 saylı Notariat Ofisi tərəfindən xx.xx.2025-ci il tarixli 107 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 04 iyul 2020-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan oğlu-Cavabdehdur və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak “Azneft” İstehsalat Birliyi tərəfindən ödəniləcək son haqq-hesab 3944.40 manat, DSMF tərəfindən ödəniləcək xəstəlik vərəqələri üzrə 3368.45 manat, DSMF tərəfindən ödəniləcək «dəfn» pulu 300,0 manat, cəmi 7612.85 manat pul vəsaitindən ibarətdir. Məhkəmə, iddia müddətinin ötürülməsi barədə cavabdehin mövqeyinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.2). Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (maddə 373.2). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə” dair 03 iyun 2013-cü il tarixli Qərarında göstərilir ki, “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir... Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.... MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır...” Məhkəmə qanunvericiliyin tələbini, İddiaçı ASC ilə X7 arasında bağlanmış 14 iyun 2019-cu il tarixli FR/77042/69 nömrəli «güzəştli kredit müqaviləsi»nin icra müddətinin 14 iyun 2024-cü il tarixində bitməsini, həmin tarixdən hazırki tələb üzrə iddia müddətinin axımının başladığını, iddiaçının hazırki tələblə məhkəməyə 04 avqust 2025-ci il tarixdə müraciət etməsini nəzərə alaraq belə hesab edir ki, iddiaçı qanunla müəyyən olunmuş 3 illik iddia müddətini ötürməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizin ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 6553,64 (altı min beş yüz əlli üç manat altmış dörd qəpik) AZN əsas, 8,25 (səkkiz manat iyirmi beş qəpik) AZN faiz, cəmi 6561,89 (altı min beş yüz altmış bir manat səksən doqquz qəpik) AZN borc və ödənilmiş 86 (səksən altı) AZN dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6553,64 (altı min beş yüz əlli üç manat altmış dörd qəpik) AZN əsas, 8,25 (səkkiz manat iyirmi beş qəpik) AZN faiz, cəmi 6561,89 (altı min beş yüz altmış bir manat səksən doqquz qəpik) AZN borc və 86 (səksən altı) AZN ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1946/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1946/2025
28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver