Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1948/2021 19.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı «dəymiş zərər görə pulun ödənilməsi» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində 19 noyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı «dəymiş zərər görə pulun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə dəymiş 19,457 manat zərərin, 305 manat vəkilə ödənilmiş pulun, 5000 manat mənəvi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Lexus” RX 200 T markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsusdur. 18 may 2021-ci il tarixdə saat təxminə 20:00 radələrində iddiaçı Bakı şəhəri, Heydər Əliyev prospektində özünə məxsus avtomobillə hərəkətdə olarkən “Daevvo Nexia” markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçını avtomobili ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı araşdırılma aparılmış, “Daevvo Nexia” markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsirkar olması müəyyən edilmişdir. Hər iki avtomobillər "xxxx" ASC-də icbari sığorta olunmuşdur. Hadisə nəticəsində iddiaçının avtomobilinə 24,457 manat maddi zərər dəymişdir. Qeyd edilən məbləğin 5.000 manat hissəsi sığorta şirkəti tərəfindən ödənilmişdir. Lakin zərərin qalan hissəsi ödənilməmiş qalır. Dəfələrlə bununla bağlı cavabdehə şifahi müraciət olunsa da, cavabdeh zərəri ödəməkdən imtina edir. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada cavabdehə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş və MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan işə baxılması mümkün sayılmışdır. Məhkəmə iddiaçının və nümayəndəsi-vəkilinin izahatını və təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. İş materiallarında olan: 045226 nömrəli Arayışda qeyd edilmişdir ki, Cavabdeh 18 may 2021-ci il tarixdə Heydər Əliyev prospektində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə ona məxsus Ravon Nexia ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi zərər görmüşdür. Yol nəqliyyat hadisəsinin digər iştirakçısı İddiaçıdir. "xxxx" MMC tərəfindən verilmiş 22.05.2021-ci il tarixli Zərər aktının surətindən görünür ki, “Lexus” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ehtiyyat hissələrinin və təmir xidmətinin dəyəri daxil olmaqla ümumilikdə 24,457 manat məbləğində zərər hesablanmışdır. İşin hallarından aşkar göründüyü kimi, yol-nəqliyyat hadisəsinin mövcudluğu, cavabdehin yol-nəqliyyat hadisəsində təqsiri, iddiaçıya məxsus avtomobilə zərər dəyməsi mübahisəsizdir və mübahisə məhz vurulmuş zərərin məbləği ilə bağlı əmələ gəlmişdir. Məhkəmə iddia tələbinin avtomobilə dəymiş zərərin tutulması hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə qismən əsaslıdır. Belə ki, işdə olan 19.10.2021-ci il tarixli 9/5682 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 2017-ci il buraxılışlı «Lexus RX 200» markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci aşınma nəzərə alınmaqla 14,964 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, avtomobilə dəymiş zərərin 5.000 manat məbləğində hissəsi sığorta şirkəti tərəfindən ödənildiyindən və bu hal iddiaçının özü tərəfindən etiraf edildiyindən ekspert rəyində göstərilən məbləğdən 5.000 manat çıxılmaqla qalan məbləğ kimi 9,964 manat pul vəsaiti cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsassızdır və təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən aldadılmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. İddia tələbinin vəkilə ödənilmiş pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə təmin edilməlildir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmətlərin ödənilməsi üçün 14 saylı Vəkil Bürosuna 305 manat məbləğində ödəniş edilmişdir. MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi qismən təmin olunduğu halda, hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu və ekspert tədqiqatının dəyəri) yarı hissələrdə tərəflərə aid edilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumundan və 50 manat Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspert tədqiqatının dəyərindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9,964 manat zərər məbləği, 305 manat hüquqi xidmət üçün ödənilmiş pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi tutularaq İddiaçı ödənilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat vəsaitin 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə Cavabdeh tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-1948/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1948/2021
19.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver