Məhkəmə qərarları › İş №e-2(009)-1962/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1962/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1962/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı kreditin, kredit faizlərinin ödənilməsi, ipoteka və girov predmetinə tutmanın yönəlməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-dən və Cavabdeh3 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli 24UM/2İ saylı Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2024-ci il tarixli 43UB/24 saylı Əlavə Kredit Müqaviləsinə görə əsas kredit borcu üzrə 164.996,89 AZN, faiz borcu üzrə 7.348,79 AZN, cərimə borcu üzrə 38,96 AZN, cəmi 172.384,64 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 462.39 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 51 AZN məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində, 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 22.4 kv.m sahədən ibarət 325 saylı bağ evinə yönəldilməsi, bu əmlakın hərracda satılması, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində, 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 22.4 kv.m sahədən ibarət 325 saylı bağ evinə yönəldilməsi, bu əmlakın həracdan satılmasını, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində, 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 22.4 kv.m sahədən ibarət 325 saylı bağ evinin ilkin satış qiymətinin 84000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində, 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 22.4 kv.m sahədən ibarət 325 saylı bağ evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən X2 çıxarılmaqla boşaldılması, tələbin girov predmeti olan Cavabdeh2 MMC-nin mülkiyyətində olan əmlaklara yönəldilməsini, girov predmeti olan Cavabdeh2 MMC-nin mülkiyyətində olan əmlakların ilkin satış qiyməti 110.270,5 (yüz on min iki yüz yetmiş manat əlli qəpik) manat müəyyən olunmaqla açıq hərracda satılsın, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində, 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 22.4 kv.m sahədən ibarət 325 saylı bağ evinin və girov predmeti olan Cavabdeh2 MMC-nin mülkiyyətində olan əmlakların satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2024-ci il tarixli 43UB/24 saylı Əlavə Kredit Müqaviləsi üzrə cəmi 172.384,64 (yüz yetmiş iki min üç yüz səksən dörd manat altmış dörd qəpik) manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 462,39 (dörd yüz altmış iki manat otuz doqquz qəpik) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 51 (əlli bir) manat vəsaitin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə borclu Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli 24UM/21 saylı Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2024-ci il tarixli 43UB/24 saylı Əlavə Kredit Müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, xx.xx.2028-cü il tarixədək illik 15% ödəmək şərtilə, 166 648 (yüz altmış altı min altı yüz qırx səkkiz) AZN məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində, ipoteka saxlayan "xxxx" KB ASC ilə Bakı şəhəri 29 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-1726 reystr nömrəli, 24UMİ/21 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində, 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 22.4 kv.m. sahədən ibarət 325 saylı bağ evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsində **********40-11301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan əlavə, kreditin təminatı qismində "xxxx" KB ASC ilə Cavabdeh3 və Cavabdeh2 MMC arasında xx.xx.2024-cü il tairxli, 43UBZ/24 saylı zaminlik müqaviləsi çıxış edir və bu müqaviləyə görə Cavabdeh3 və Cavabdeh2 MMC zamin kimi qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmçinin kreditin təminatı qismində, girov saxlayan "xxxx" KB ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 24UMG/21 saylı Girov müqaviləsinə əsasən Cavabdeh2 MMC-nin mülkiyyətində olan və müqaviləyə 1 saylı əlavədə nəzərdə tutulmuş əmlaklar girov saxlayana girov qoyulmuşdur. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 43UB/24 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 164.996,89 AZN, faiz borcu üzrə 7.348,79 AZN, cərimə borcu üzrə 38,96 AZN, cəmi 172.384,64 AZN təşkil edir. Sonrakı İpoteka müqaviləsinə əsasən Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində, 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 22.4 kv.m. sahədən ibarət 325 saylı bağ evi ilkin satış qiyməti ipoteka müqaviləsinin 2,3-cü bəndində əks olunmuş "xxxx" MMC tərəfindən tərtib olunmuş qiymətləndirmə rəyinə əsasən tikili 8 000 AZN, torpaq sahəsi 76 000 AZN olmaqla ümumilikdə 84 000 AZN məbləğində qiymətləndirilmişdir. “İpoteka haqqında” AR Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə, qeyri-yaşavış sahəsinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qovan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini tərk etməlidirlər. İddiaçının ipoteka predmeti kimi çıxış edən mənzildən cavabdehlərin çıxarılması onunla əlaqəlidir ki, əmlak hərraca çıxarıldığı zaman əmlak boş olmalıdır, eyni zamanda orada yaşayan şəxslərin və mənzilinin mülkiyyətçisinin hüquqlarından azad olmalıdır. Əks təqdirdə həmin əmlakın hərrac yolu ilə realizə olunması qeyri-mümkün olacaq. Qeyd olunanlara əsasən borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları cavabdehdən iddiaçının xeyrinə tutulmalı, öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka və girov predmeti olan əmlaklara tutma yönəldilməli, əsas kredit müqaviləsinin icrasının təminat üsulu kimi çıxış edən əmlak boşaldılmalı, həmin əmlaklar hərracda satılmalı, onların satışından əldə edilmiş pul vəsaiti hesabına borclunun iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tələblərini müdafiə edərək, onların təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021 tarixli, 24UM/21 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 120 ay müddətinə, illik 28 faiz ödəmək şərtilə 400000 manat məbləğində kredit verilir. İş materiallarında olan "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-ci il tarixli, 43UB/24 saylı Əlavə kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 48 ay müddətinə, illik 15 faiz ödəmək şərtilə 166648 manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 və Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2024-ci il tarixli, 43UBZ/24 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 MMC zamin kimi qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. İş materiallarında olan "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24UMG/21 saylı girov müqaviləsindən və 1 saylı əlavədən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2 MMC-yə məxsus olan qurğular "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə girov qoyulmuşdur. 1 saylı əlavədə qeyd olunan girov predmet olan qurğular: Slimjim tullantı quyusu- 10 ədəd, dəyəri 68,00 manat, Qril üçün ayırıcı-2 ədəd, dəyəri 1105,00 manat,dəyəri 6800 manat olan Ventilyasiya sistemli soba Eloma ELH 5-3-1 ədəd, Birləşdirici-1 ədəd, GN məftilli şəbəkə -1ədəd, GN soba tavası-1 ədəd, GN soba tavası -1 ədəd, Ventilyasiya sistemli soba Eloma ELH 5-3 üçün divara bərkidici detal-1 ədəd,Tullantı qabı-1 ədəd,dəyəri 6,8 manat, Tullantı qabı Slimjim-2 ədəd dəyəri 13,6 manat, Araba-1 ədəd, dəyəri 17 manat, Tərəvəz dilimləyici kronen KG-203-1 ədəd, dəyəri 1700 manat, Tullantı qabı üçün araba-2 ədəd, dəyəri 30,6 manat, Lounge kürsüsü-13 ədəd,dəyəri 994,5 manat,Masa-15 ədəd,dəyəri 1657,5 manat, Fior di Pesco mərmər səth (2 dəlik)-11 ədəd, dəyəri 748 manat, Fior di Pesco mərmər səth (1 dəlik)-12 ədəd, dəyəri 612 manat, Qonaq otağı üçün beli 750 mm-lik oturacaq- 1 ədəd, dəyəri 59,5 manat, Qonaq otağı üçün beli 750 mm-lik oturacaq-2 ədəd,dəyəri 119 manat, Qonaq otağı üçün beli 500 mm-lik oturacaq-3 ədəd, dəyəri 127,5 manat, Qonaq otağı üçün kürsü (h=750)-66 ədəd, dəyəri 5049 manat, Qonaq otağı üçün kürsü (h=500)-31 ədəd, dəyəri 1844,5 manat, Uşaq üçün kürsü-2 ədəd, dəyəri 85 manat, Herbari M-5 ədəd, dəyəri 255 manat, Üst geyim asılqanı- 3ədəd, dəyəri 153 manat, GÖTZ GMBH pesigned for-1 ədəd, dəyəri 2550 manat, Robot Coupe CL 50 Ultra-1 ədəd, dəyəri 2550 manat, BOHNER Elektrik pilləsi 1 gözlü- 1ədəd, dəyəri 1700 manat, Robot Coupe MP 450 Ultra-1 ədə dəyəri, 1105 manat, Peç souz bişirən-1 ədəd, dəyəri 1020 manat, soyuducu Titan proline-1 ədəd, dəyəri 850 manat, X6- 1 ədəd, dəyəri 1105 manat, Soba ELOMA EL5 5-3-1ədəd dəyəri, 7650 manat, Winter halter qabyuyan-1ədəd, dəyəri 2550 manat, Soyuducu Franke-3 ədəd, dəyəri 5100 manat,Su qızdırıcı Franke-1 ədəd, dəyəri 510 manat, Peç BOHNER B110 WM3-2 ədəd, dəyəri 22950 manat, Soyuducu vitrin dəmir-2 ədəd, dəyəri 340 manat, Pizza bişirən X7 Evalution-1 ədəd, dəyəri 15300 manat, Soyuducu yerli NORDCAP-6 ədəd, dəyəri 6630 manat, Ekspresso &Cappuccino-1 ədəd, dəyəri 2550 manat, Furuka Ekspresso-1 ədəd, dəyəri 680 manat, Santor Lanmade-1 ədəd, dəyəri 680 manat, Soyuducu divar Nordcap-4 ədəd, dəyəri 2720 manat, Toshiba MS POS HOTLİNE-2 ədəd, dəyəri 6800 manat, Taxta oturacaq uzun-10 ədəd, dəyəri 850 manat, Taxta masa-5 ədəd, dəyəri 425 manat, Taxta divan- 12 ədəd, dəyəri 1530 manat, Taxta jurnal masası-16 ədəd, dəyəri 680 manat. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 24UMİ/21 sonrakı İpoteka müqaviləsindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi X1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində, 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 22.4 kv.m sahədən ibarət 325 saylı bağ evi "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 43UB/24 saylı kredit müqaviləsi üzrə borcu aşağıdakı kimidir: əsas borc 164996,89 manat, faiz borcu 7348,79 manat, cərimə borcu 38,96 manat, cəmi borc 172384,64 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 472.2-ci maddələrinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə borclu Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli 24UM/21 saylı Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2024-ci il tarixli 43UB/24 saylı Əlavə Kredit Müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, xx.xx.2028-cü il tarixədək illik 15% ödəmək şərtilə, 166 648 AZN məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində, ipoteka saxlayan "xxxx" KB ASC ilə Bakı şəhəri 29 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 3M- 1726 reystr nömrəli, 24UMİ/21 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində, 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 22.4 kv.nı sahədən ibarət 325 saylı bağ evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə, kreditin təminatı qismində "xxxx" KB ASC ilə Cavabdeh3 və Cavabdeh2 MMC arasında xx.xx.2024-cü il tairxli, 43UBZ/24 saylı zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə görə Cavabdeh3 və Cavabdeh2 MMC zamin kimi qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti borclu Cavabdeh1 ilə eyni həcmdə öz üzərlərinə götürmüşlər. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2 MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli Girov müqaviləsinə əsasən Cavabdeh2 MMC-nin mülkiyyətində olan və müqaviləyə 1 saylı əlavədə nəzərdə tutulmuş əmlaklar girov saxlayana girov qoyulmuşdur. Lakin cavabdeh (borcalan) müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka 164.996,89 manat əsas, 7.348,79 manat faiz borcu, 38,96 manat cərimə borcu olmaqla, cəmi 172.384,64 manat borcu yaranmışdır ki, həmin borc ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınça icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərraçdan satmaq hüququna malikdir. “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. “İpoteka haqqında” Qanunun 59.3.1-ci və 59.3.2-ci maddələrinə əsasən, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekayaya qoyulmuş olduqda və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra olunmadığından, məhkəmə, tutmanın cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş olan Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 22.4 kv.m sahədən ibarət 325 saylı bağ evinə, eləcə də, girov predmeti olan Cavabdeh2 MMC-nin mülkiyyətində olan əmlaklara yönəldilməsi, bu əmlakların açıq hərracda satılması, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində, 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 22.4 kv.m sahədən ibarət 325 saylı bağ evinin ilkin satış qiymətinin 84 000 manat məbləğində, girov predmeti olan qurğuların ilkin satış qiymətinin 110.270,5 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan həmin daşınmaz əmlaklara tutma yönəldikdə və onlar satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh4 çıxarılmaqla boşaldılması, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində, 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 22.4 kv.m sahədən ibarət 325 saylı bağ evinin və girov predmeti olan Cavabdeh2 MMC-nin mülkiyyətində olan əmlakların satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2024-ci il tarixli 43UB/24 saylı Əlavə Kredit Müqaviləsi üzrə cəmi 172.384,64 manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 462,39 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 51 manat vəsaitin ödənilməsinə dair tələbləri əsaslı hesab edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və Cavabdeh3 iddiaçı "xxxx" KB ASCnin xeyrinə xx.xx.2021-ci il tarixli 24UM/21 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2024-ci il tarixli 43UB/24 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 164.996,89 (yüz altmış dörd min doqquz yüz doxsan altı manat səksən doqquz qəpik) manat, faiz borcu üzrə 7.348,79 (yeddi min üç yüz qırx səkkiz manat yetmiş doqquz qəpik) manat, cərimə borcu uzrə 38,96 (otuz səkkiz manat doxsan altı) manat, cəmi 172.384,64 (yüz yetmiş iki min üç yüz səksən dörd manat altmış dörd qəpik) manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 462.39 (dörd yüz altmış iki manat otuz doqquz qəpik) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 51 (əlli bir) manat məbləğində pul tutulsun. Tələb ipoteka predmeti olan Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 22.4 kv.m sahədən ibarət 325 saylı bağ evinə yönəldilsin, bu əmlaklar açıq hərracda satılsın. İpoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində, 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 22.4 kv.m sahədən ibarət 325 saylı bağ evinin ilkin satış qiyməti 84 000 manat məbləğində müəyyən edilsin. İpoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində, 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 22.4 kv.m sahədən barət 325 saylı bağ evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh4 çıxarılmaqla boşaldılsın. Tələb girov predmeti olan Cavabdeh2 MMC-nin mülkiyyətində olan aşağıdakı əmlaklara yönəldilsin: Slimjim tullantı quyusu- 10 ədəd, dəyəri 68,00 manat, Qril üçün ayırıcı-2 ədəd, dəyəri 1105,00 manat,dəyəri 6800 manat olan Ventilyasiya sistemli soba Eloma ELH 5-3-1 ədəd, Birləşdirici-1 ədəd, GN məftilli şəbəkə -1ədəd, GN soba tavası-1 ədəd, GN soba tavası -1 ədəd, Ventilyasiya sistemli soba Eloma ELH 5-3 üçün divara bərkidici detal-1 ədəd,Tullantı qabı-1 ədəd,dəyəri 6,8 manat, Tullantı qabı Slimjim-2 ədəd dəyəri 13,6 manat, Araba-1 ədəd, dəyəri 17 manat, Tərəvəz dilimləyici kronen KG-203-1 ədəd, dəyəri 1700 manat, Tullantı qabı üçün araba-2 ədəd, dəyəri 30,6 manat, Lounge kürsüsü-13 ədəd,dəyəri 994,5 manat,Masa-15 ədəd,dəyəri 1657,5 manat, Fior di Pesco mərmər səth (2 dəlik)-11 ədəd, dəyəri 748 manat, Fior di Pesco mərmər səth (1 dəlik)-12 ədəd, dəyəri 612 manat, Qonaq otağı üçün beli 750 mm-lik oturacaq- 1 ədəd, dəyəri 59,5 manat, Qonaq otağı üçün beli 750 mm-lik oturacaq-2 ədəd,dəyəri 119 manat, Qonaq otağı üçün beli 500 mm-lik oturacaq-3 ədəd, dəyəri 127,5 manat, Qonaq otağı üçün kürsü (h=750)-66 ədəd, dəyəri 5049 manat, Qonaq otağı üçün kürsü (h=500)-31 ədəd, dəyəri 1844,5 manat, Uşaq üçün kürsü-2 ədəd, dəyəri 85 manat, Herbari M-5 ədəd, dəyəri 255 manat, Üst geyim asılqanı-3ədəd, dəyəri 153 manat, GÖTZ GMBH pesigned for-1 ədəd, dəyəri 2550 manat, Robot Coupe CL 50 Ultra-1 ədəd, dəyəri 2550 manat, BOHNER Elektrik pilləsi 1 gözlü- 1ədəd, dəyəri 1700 manat, Robot Coupe MP 450 Ultra-1 ədə dəyəri, 1105 manat, Peç souz bişirən-1 ədəd, dəyəri 1020 manat, soyuducu Titan proline- 1 ədəd, dəyəri 850 manat, X6-1 ədəd, dəyəri 1105 manat, Soba ELOMA EL5 5-3-1ədəd dəyəri, 7650 manat, Winter halter qabyuyan-1ədəd, dəyəri 2550 manat, Soyuducu Franke-3 ədəd, dəyəri 5100 manat,Su qızdırıcı Franke-1 ədəd, dəyəri 510 manat, Peç BOHNER B110 WM3-2 ədəd, dəyəri 22950 manat, Soyuducu vitrin dəmir-2 ədəd, dəyəri 340 manat, Pizza bişirən X7 Evalution-1 ədəd, dəyəri 15300 manat, Soyuducu yerli NORDCAP-6 ədəd, dəyəri 6630 manat, Ekspresso &Cappuccino-1 ədəd, dəyəri 2550 manat, Furuka Ekspresso-1 ədəd, dəyəri 680 manat, Santor Lanmade-1 ədəd, dəyəri 680 manat, Soyuducu divar Nordcap-4 ədəd, dəyəri 2720 manat, Toshiba MS POS HOTLİNE- 2 ədəd, dəyəri 6800 manat, Taxta oturacaq uzun-10 ədəd, dəyəri 850 manat, Taxta masa- 5 ədəd, dəyəri 425 manat, Taxta divan- 12 ədəd, dəyəri 1530 manat, Taxta jurnal masası- 16 ədəd, dəyəri 680 manat. Girov predmeti olan Cavabdeh2 MMC-nin mülkiyyətində olan əmlakların ilkin satış qiyməti 110.270,5 (yüz on min iki yüz yetmiş manat əlli qəpik) manat müəyyən olunmaqla açıq hərracda satılsın. İpoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində, 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 22.4 kv.m sahədən ibarət 325 saylı bağ evinin və girov predmeti olan Cavabdeh2 MMC-nin mülkiyyətində olan əmlakların satışından əldə olunmuş pul vəsaiti xx.xx.2024-ci il tarixli 43UB/24 saylı Əlavə Kredit Müqaviləsi üzrə cəmi 172.384,64 (yüz yetmiş iki min üç yüz səksən dörd manat altmış dörd qəpik) manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 462,39 (dörd yüz altmış iki manat otuz doqquz qəpik) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 51 (əlli bir) manat vəsaitin ödənilməsinə yönəldilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar