Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-197/2025 10.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ nin Nəqlı̇ yyat İdarəsı̇ nə qarşı (X4 üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ nin Nəqlı̇ yyat İdarəsı̇ nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə baş vermiş avtoqəza nəticəsində cavabdehə məxsus İsuzu markalı ** JF *** dövlət qeydiyyat nişanlı avtobusun, iddiaçının mülkiyyətində olan İVECO markalı ** RU *** dövlət qeydiyyat nişanlı betonqarışdıran avtomobili vurması nəticəsində iddiaçıya dəymiş 11790 (on bir min yeddi yüz doxsan) maddi zərərin və 3000 manat əldən çıxan faydanın cəmi 14790 (on dörd min yeddi yüz doxsan) manat cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: xx.xx.2024-cü il tarixdə saat 18-20 radələrində SOCAR 4 saylı Nəqliyyat Departamentində sürücü işləyən X4 cavabdehə məxsus idarə etdiyi İsuzu markalı ** JF *** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri Suraxanı ray., Qaraçuxur qəsəbəsində yerləşən LUKOİL YDM-nin yanında onun mülkiyyətində olan İVECO markalı ** RU *** dövlət qeydiyyat nişanlı betonqarışdıran avtomobilin ön hissəsinə çırpılaraq, nəticədə avtomobilini yararsız vəziyyətə salmışdır. Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında Qərara əsasən SOCAR 4 saylı nəqliyyat departamentinə məxsus İsuzu markalı ** JF *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edən SOCAR 4 saylı Nəqliyyat Departamentində sürücü vəzifəsində işləyən X4 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati protokol tərtib edilməsi üçün barəsində qəbul edilmiş qərar icra olunması üçün Suraxanı RPİ-nin DYPŞ-nə göndərilmişdir. Həmin vaxtdan onun avtomobilinə dəymiş zərərlə əlaqədar olaraq hələ heç kim maraqlanmayıb. O, xx.xx.2024-cü il tarixdə ona dəymiş zərər üçün pretenziya göndərilməsinə baxmayaraq cavabdeh məsələ ilə əlaqədar olaraq heç bir vəsait ödəmir. 4 aya yaxın müddətdir ki, o, gəlirimdən məhrum edilmişdir. Bildirmək istəyir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş qüsur aktına əsasən avtomobilin təmiri üçün 16790 (on altı min yeddi yüz doxsan) manat pul vəsaiti lazımdır. Bundan 5000 manat məbləği icbari sığorta ödəməlidir, qalır 11790 (on bir min yeddi yüz doxsan) manat. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etiraz edərək bildirdi ki, hadisə baş vermişdir, lakin dəymiş zərərin həcmi real deyil, ona görə etiraz edir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X4 bildirmişdir ki, yağış yağdığından hava şəraiti ilə bağlı belə bir hadisə baş vermişdir. O, surət həddini aşmamışdır. Dəymiş zərərin məbləği ekspertin müəyyən etdiyi məbləğdən aşağıdır. 8 ay özü işləməmiş, 8 yerdən xəsarət almışdır. Ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxx" MMC tərəfindən verilmiş 12 iyul 2024-cü il tarixli qüsur aktından görünür ki, “İveco” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin dəyəri və görülən işlərin ümumi dəyəri, ümumilikdə 16790 manatdır. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CM-in 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati protokol tərtib edilməsi üçün barəsində qəbul edilmiş qərar icra olunması üçün Suraxanı RPİ-nin DYPŞ-nə göndərilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 22 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, DİN Baş X7 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, "İSUZU ECO CLASSİC AVTOBUS MİCROAVTOBUS" markalı **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən ünvan 1 ünvanda qeydiyyatda olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin adında qeydiyyatdadır. - "xxxx" MMC-nin 24 aprel 2025-ci il tarixli ƏEM/A 30-167/25 nömrəli ekspert rəyindən görünür ki, aparılan araşdırmalar və təhlillərə əsasən İVECO markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməli olan və təmir edilməli olan hissələrin (detalların) və həmin hissələrə aid görüləcək işlərin (xidmətlərin) dəyəri "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qüsur aktında göstərilən qiymətlərə uyğundur. Ehtiyyat hissələrinin qiymətləri Əmlak Ekspert Mərkəzinin arxiv bazasına əsasən araşdırma əsasında 2024-cü il tarixinə nəzərdə tutulub. «İVECO markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməli olan və təmir edilməli olan hissələrin (detalların) və həmin hissələrə aid görüləcək işlərin (xidmətlərin) dəyəri "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qüsur aktında göstərilən qiymətlərə uyğun olduğundan yenidən ehtiyat hissələrinin və görüləcək işlərin qiymətləndirilməsinə ehtiyac yaranmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixində SOCAR 4 saylı Nəqliyyat Departamentində sürücü işləyən X4 cavabdehə məxsus idarə etdiyi İsuzu markalı ** JF *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə iddiaçının mülkiyyətində olan İVECO markalı ** RU *** dövlət qeydiyyat nişanlı betonqarışdıran avtomobilin ön hissəsinə çırpılması nəticəsində qəza baş vermişdir. Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında Qərara əsasən SOCAR 4 saylı nəqliyyat departamentinə məxsus İsuzu markalı ** JF *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edən SOCAR 4 saylı Nəqliyyat Departamentində sürücü vəzifəsində işləyən X4 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati protokol tərtib edilməsi üçün barəsində qəbul edilmiş qərar icra olunması üçün Suraxanı RPİ-nin DYPŞ-nə göndərilmişdir. İddiaçı cavabdehin işçisinin qanunsuz və hüquqazidd əməli nəticəsində ona maddi zərər yetirilməsinə baxmayaraq zərəri ödəmədiyi üçün hazırki iddia tələbi ilə müraciət edərək cavabdehdən ona məxsus “İveco” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yetirilmiş maddi zərərin əvəzinin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, işin araşdırılmış hallarına əsasən iddiaçının nəqliyyat vasitəsinə cavabdehin işçisinin qanunsuz hərəkəti nəticəsində zərər dəyməsi işin mübahisəsiz halıdır. Məhkəmə, iddia tələbinin maddi zərərin ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır. - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqə – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2022-ci il tarixdə Qərara almışdır ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Həmin Qərarda göstərilmişdir ki, “istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır.” Qərarda həmçinin göstərilmişdir ki, “İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəbli-nəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür.” Mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş "xxxx" MMC-nin 24 aprel 2025-ci il tarixli ƏEM/A 30-167/25 nömrəli mütəxəssis rəyindən görünür ki, aparılan araşdırmalar və təhlillərə əsasən İVECO markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməli olan və təmir edilməli olan hissələrin (detalların) və həmin hissələrə aid görüləcək işlərin (xidmətlərin) dəyəri "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qüsur aktında göstərilən qiymətlərə uyğundur. Ehtiyyat hissələrinin qiymətləri Əmlak Ekspert Mərkəzinin arxiv bazasına əsasən araşdırma əsasında 2024cü il tarixinə nəzərdə tutulub. «İVECO markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməli olan və təmir edilməli olan hissələrin (detalların) və həmin hissələrə aid görüləcək işlərin (xidmətlərin) dəyəri "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qüsur aktında göstərilən qiymətlərə uyğun olduğundan yenidən ehtiyat hissələrinin və görüləcək işlərin qiymətləndirilməsinə ehtiyac yaranmamışdır. Məhkəmə qeyd edilən mütəxəssis rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, rəylə razılaşmamaq üçün heç bir əsas yoxdur. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəf 5000 manatın icbari sığorta qaydasında ödənilməli olduğuna istinad edərək məhz 11790 manatın cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə, qanunvericiliyin tələbini və yuxarıda göstərilən Plenum Qərarındakı hüquqi mövqeni nəzərə alaraq, eləcə də təqdim edilmiş sübutları tədqiq edərək, iddiaçıya məxsus olan “İveco” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə cavabdehin işçisi tərəfindən zərər vurulmasını nəzərə alıb belə qənaətə gəlir ki, vurulmuş zərərin əvəzi olaraq cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ nin Nəqlı̇ yyat İdarəsı̇ ndən İddiaçı xeyrinə iddia tələbi həcmində 11790 manat məbləğində pul vəsaiti tutulmalıdır. İddia tələbinin “3000 manat əldən çıxan fayda” hissəsi ilə bağlı iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən məhkəmə həmin hissədə iddianın təmin edilməsini mümkün hesab etmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərin əvəzi olaraq 11790 (on bir min yeddi yüz doxsan) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 125.37 (bir yüz iyirmi beş manat otuz yeddi qəpik) manat hissəsi cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ nin Nəqlı̇ yyat İdarəsı̇ ndən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməli, "xxxx" MMC tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manatın 200 (iki yüz) manatı cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ nin Nəqlı̇ yyat İdarəsı̇ ndən, 50 (əlli) manatı İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına köçürülməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ nin Nəqlı̇ yyat İdarəsı̇ ndən 11790 (on bir min yeddi yüz doxsan) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 125.37 (bir yüz iyirmi beş manat otuz yeddi qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. "xxxx" MMC tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manatın 200 (iki yüz) manatı cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ nin Nəqlı̇ yyat İdarəsı̇ ndən, 50 (əlli) manatı İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-197/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-197/2025
10.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver